Məhkəmə qərarları › İş №2-1(3-8)-980/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-980/2026

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-980/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” X2ə qarşı “cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Iddiaçıya ##.##.2017-ci ildən ##.##.2022-ci il tarixədək (5 il müddətinə) “Ağciyərlərin yuxarı payının ocaqlı vərəmi, solda fibroz kavernoz vərəm, infiltrasiya mərhələsi, palevra qalınlaşması, tənəffüs çatmazlığı ll dərəcə qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, selikli-irinli xroniki bronxit (A15-A16.9, J96-J96.9)” diaqnozları ilə “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir və o, müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçıya ll dərəcəli əlillik təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qismən – ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinni cavabdehin üzərində qoyulması” hissəsində ləğv edilərək, cavabdehin imtina qərarının ləğv edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması hissəsində dıyişdirilmədən saxlanılmışdır. Həmin qərarın icra edilməsi nəticəsində iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə 2 il müddətinə (##.##.2024-cü ilədək) əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Həmin müddət başa çatdıdan sonra cavabdehin ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçıya yenidən “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi hüquqi şəxs tərəfindən verilmiş T15/2026 ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: “Vətəndas İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sonuncu qiymətləndirilməsi ilə bağlı məlumat vərəqində qeyd edilən "Sol ağciyərin fibroz-kavernoz verəmi, sağa səpələn, TDM (-), ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli, obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozuntusu, tənəffüs çatışmazlığı II dərəcə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Şəxsin ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı təngənəfəslik, boğulma, öskürək müşahidə edilməmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı "X13 Institutu”na göndərilmiş və ##.##.2026-cı il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona "XBT 10 kodu üzrə: A16.0sol ağciyərin fibroz-kavernoz vərəmi, TDM (-) mənfi, J96.1-obstruksiyanın üstünlüyü ilə gedən qarışıq tipli ağır ventilyasiya pozğunluğu, J44.8-ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələ" diaqnozu qoyulmuşdur.” Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2023cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə əlilliyin müəyyən edilməsinə dair iddia tələbi təmin edilərək Tibbi-Sosial Ekspertiza və X12-Sosial ekspert komissiyasının *-**-*/*-*-****/**** saylı, ## #### 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona ## ###### 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında cavabdeh2 üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2- *(***)-***/**** saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı qismən-"ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında cavabdeh2 X2 üzərinə vəzifə olaraq qoyulması" hissəsində ləğv edilməsi, həmin hissədə iddia rədd edilməsi, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı qalan hissədə- "Tibbi- Sosial Ekspertiza və X12Sosial ekspert komissiyasının 3-17-4/3-3- ****/**** saylı, ## #### 2023cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında cavabdeh2 X2 üzərinə vəzifə olaraq qoyulması" hissəsində dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Həmin qərarla razı olmayan cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikatinin mümkün sayılmaması barədə qərar qəbul edilmişdir. Təyin olunmuş əlillik müddətli olduğundan əlilliyin müddəti bitdiyindən yenidən komissiyadan keçmək zərurəti yaranmışdır. Cavabdeh iddiaçıya əlillik təyin edilməsindən ##.##.2025-ci il tarixində yenidən imtina etmiş və imtina səbəbi kimi diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı qərar qəbul etmişdir. Əlilliyin təyin olunması ilə əlaqədar iddiaçı cavabdeh orqana rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən əlilliyin bərpa olunmasından imtina olunmuş və iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olan müraciətlərinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxndə (bundan sonra Agentlik) baxılmışdır. Məhkəmə qərarının icra edilməsi nəticəsində təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, ##.##.2025-ci il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən cavabdehin üzərinə ona əlilliyin təyin olunması ilə bağlı məhkəmə qərarındakı diaqnozla hazırki imtinada qeyd olunan diaqnoz arasında heçbir fərq yoxdur. Cavabdeh əsassız olaraq məhkəmə qərarı olduğu halda eyni diaqnoz üzrə iddiaçıya əlilliyin təyin olunmasından imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *b/* nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Ağciyərlərin infiltrativ vərəmi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı halsızlıq, təngnəfəslik, bəlğəmli öskürəkdən şikayətlənmişdir. Müayinə zamanı boyu 171 sm, çəkisi 91 kq, saturasiyası SpO2 99%, nəbzi 100 vurğu olmuş, auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmişdir. X13 Institutunun ##.##.2024-cü il tarixli **** nömrəli Spirometriya müayinəsinin nəticəsi “Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozuntusu qeyd olunur. FVC 37%, FEV1 35%” kimi qeyd olunmuşdur. X13 Institutunun ##.##.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Sağ ağciyərin fibrozkavernoz vərəmi, sağa səpələnmə ilə. Qarışıq tipli ağır ventilyasiya pozuntusu. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2025-ci il tarixli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozuntusu qeyd olunmur. FVC 83.50%, FEV1 80.39%” kimi müəyyənləşdirilmişdir. Instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022- ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyin təyin olunmasından imtina edilməsi barədə ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixdən orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 X2 üzərinə qoyulması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə iddiaçıda əlilliyin təyini üçün əsas ola biləcək xəstəliklər aşkar edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazını belə təhrif edərək, etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ... Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 1.1.1 Digər xroniki obstruktiv ağciyər xəstəliyi J44, Tənəffüs sistemi orqanlarının digər xəstəlikləri J95-J99 Qiymətləndirmə : -təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-II dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə; -təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, II və III dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya IIA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə (...)

“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Cavabdeh inzibati orqan tərəfindən ## ###### 2025-ci il tarixli qərara əsasən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin ediməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## #### 2026-cı il tarixli, *** nömrəli Fərmanına əsasən, cavabdeh2 X2 fəaliyyətinə yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Həmin Fərmana əsasən, “xxxx” publik hüquqi şəxsi yaradılmış və əvvəlki X2 bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh cavabdeh2 publik hüquqi şəxsi hüquqi varisi olan “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş T**/**** nömrəli ekspert rəyindən görünür ki, iddiaçı “X14 Institutu”na göndərilmiş və ##.##.2026-cı il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı onda XBT-10 üzrə A16.0 kodlu sol ağciyərin fibroz-kavernoz vərəmi, J96.1 kodlu obstruksiyanın üstünlüyü ilə gedən qarışıq tipli ağır ventilyasiya pozğunluğu və J44.8 kodlu ağciyərlərin xroniki obstruktiv xəstəliyinin ağır gedişli kəskinləşmə mərhələsinin mövcud olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının barəsində ** nömrəli forma üzrə göndərişdə əsas xəstəliyin ağırlaşması kimi qeyd olunan və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən J44.8 kodlu xəstəliyin patofunksional əlamətləri kimi göstərilən “tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), II və lll dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə” diaqnozun iddiaçıda müşahidə edildiyi iş üzrə məhkəmə-tibb ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda rəyin əsaslandırma hissəsində göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə aparılmış KT (kompüter tomoqrafiyası) müayinəsi nəticəsində iddiaçıda hər iki ağciyərlərin yuxarı paylarının aplikal seqmentində fibroz dəyişikliklər, bərk ocaqlar, solda fibrozlaşmış boşluqlar müəyyən edilmişdir ki, bu əlamətlər onun əsas diaqnozu kimi göstərilən A16 kodlu xəstəliyin patofunskional əlamətlərinə (IIB-III dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)) uyğun gəlir. Kollegiya qeyd edir ki, ekspert rəyi səlahiyyətli dövlət ekspertiza müəssisəsi tərəfindən aparılmış müayinələrin nəticələrinə əsaslanmaqla tərtib edilmiş, işdə olan digər tibbi sənədlərlə uzlaşmış və həmin rəyin düzgünlüyünü şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Ekspert rəyindən göründüyü kimi, iddiaçıda mövcud olan xəstəliklər və onların ağırlıq dərəcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq qiymətləndirilməli, həmin meyarlara əsasən orqanizmin funksiyalarının pozulma faizi müəyyən edilməklə əlilliyin təyin olunması məsələsinə baxılmalıdır. Bu baxımdan, cavabdehin yalnız əyani müayinənin nəticələrinə istinad etməklə əlilliyin müəyyən olunmasından imtina etməsi obyektiv hesab edilə bilməz. Indiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun əlillik əlaməti təyin etməməsini qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnozun əlillik əlaməti təyin etməməsi” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (diaqnozun əlillik əlaməti təyin etməməsi) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyi əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun əlillik əlaməti təyin etməməsi halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Bununla bağlı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar