Məhkəmə qərarları › İş №2-1(3-8)-985/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-985/2026

20.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-985/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (Açar sözlər: mənzil növbəsinə götürülmə) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** №-li Sərancamın 1.1-ci maddəsinin tələbləri nəzərə alınaraq onun mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Cavabdehin iddiaçıya ünvanladığı ## ######## 2025-ci il tarixli məktubdan görünür ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin ## #### 2014-cü il tarixli *** nömrəli və ## ###### 2021-ci il tarixli **** nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər yuxarıda qeyd olunmuş sərəncamlarla əhatə olunan kateqoriyalara aid edilmədiyindən Nazirlik tərəfindən sizin mənzillə təmin olunmağınız qanunvericiliklə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** №-li Sərancamın 1.1. maddəsinin tələbləri nəzərə alınaraq iddiaçının mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2010-cu ildən Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati-X10 əsasən “Hərbi travmadır, xidməti vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" hərbi xidmətlə səbəb əlaqəsi ilə 2-ci dərəcə hərbi əlildir (Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ###### 2018-ci il tarixli 2-1 (105)-***/**** №-li iş). 2012- ci ildə Qobustan Icra Hakimiyyəti tərəfindən ümumi qaydalarla mənzil növbəsinə götürülmüşdür. 2025-ci ilin sentyabr ayında mənzillə təmin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə rəsmi müraciət etmişdir. X2 sədrinin müavininin cavab məktubunda ona aid olmayan tarixlər əhatə edilmişdir (cavab məktubu iddia ərizəyə əlavə olunur). Cavab məktubunda Agentliyin nümayəndəsi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** №-li Sərəncamın 1.2. maddəsində göstərilənləri Irəli sürmüşdür, yəni sosial-məişət şəraitini yaxşılaşdırılması 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə aid olması göstərilmişdir. Bu maddədə göstərilənlər ona aid deyil. Lakin, Sərəncamın 1.1. maddəsində aşağıdakılar göstərilmişdir: “2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyin müəyyən edilmiş şəxslər". Bu maddənin tələbləri onu göstərir ki, əlillik statusuma uyğun olaraq 2014-cü ildə iddiaçı ümumi qaydalarla mənzil növbəsindən çıxarılmalı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyik tərəfindən mənzil növbəsinə götürülməli, lakin səbəbi göstərilmədən həyata keçirməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, icraatınızda olan 2-1(118)- ****/**** saylı iş üzrə iddia qanunvericilik baxımından əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. X3 əlilliyi müəyyənləşdirilərkən TSEK arayışında səbəb kimi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar göstərilmişdir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014- cü il 20 iyun tarixli *** nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Sərəncamı ilə 2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi, habelə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli ***s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. Sözügedən Sərəncamlarla yalnız, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil təminatı nəzərdə tutulmuşdur. Digər formada hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik əldə etmiş şəxslər yuxarıda qeyd olunan Sərəncamların əhatə dairəsinə düşmədiyindən, Agentlik tərəfindən mənzillə təmin olunması qanunvericiliyə uyğun deyildir. Yuxarıda qeyd olunanlara münasibətdə iddiaçı X3 tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına” dair iddia tələbinin rədd olunması barədə qərar qəbul etməyinizi xahiş edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçıya ##.##.2022-ci il tarixdən keçirilmiş QKBT. Baş beyin silkələnməsindən sonrakı vəziyyət diaqnozu əsasında “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin o, ikinci dərəcə “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik təyin edilmiş şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Qeyd edilən sərəncamlara əsasən sosial evlə təmin olunma Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə şamil olunur. Beləliklə, hüquqi tənzimləmənin məzmunundan göründüyü kimi, dövlət hesabına mənzil təminatı üzrə xüsusi mexanizm yalnız qanunvericilikdə dəqiq müəyyən edilmiş kateqoriyalara aid şəxslərə şamil edilir və həmin kateqoriyaların geniş təfsir olunmasına yol verilmir. Iş materiallarından müəyyən edilir ki, iddiaçının əlilliyinin səbəbi “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” müəyyən edilmişdir ki, bu da özlüyündə onu Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə eyniləşdirməyə və həmin şəxslər üçün nəzərdə tutulmuş xüsusi sosial təminat tədbirlərindən istifadə hüququnun yaranmasına əsas vermir. Bundan başqa, inzibati orqan yalnız qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər və qanunvericilikdə nəzərdə tutulmayan şəxslərin xüsusi mənzil təminatı proqramına daxil edilməsi inzibati orqanın diskresiyasına aid məsələ deyildir. Bu səbəbdən cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuş, məhkəmə isə həmin imtinanı əsassız hesab etməyə imkan verən hər hansı hüquqi və faktiki əsas müəyyən etməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hərbi veteran və ehtiyatda olan V, döyüş bölgəsində hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı qapalı kəllə-beyin travması nəticəsində müddətsiz olaraq II qrup hərbi əlil hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid elektron informasiya sistemində və "zafar.az" portalında onun statusu rəsmi olaraq "Müharibə əlilli" (müharibə ilə əlaqədar əlilliyi olan şəxs) kimi təsdiq olunmuşdur. Hal-hazırda ailəsilə birlikdə kirayədə yaşayır və daimi mənzili yoxdur. Qanunvericiliklə nəzərdə tutulmuş mənzil təminatı (mənzil növbəsinə götürülmə) hüququndan istifadə etmək üçün cavabdeh quruma yazılı müraciət etsə də, cavabdeh orqan ona imtina cavabı vermişdir. Bu əsassız imtinadan Sumqayıt Inzibati Məhkəməsinə etdiyi iddia müraciəti təəssüf ki, məhkəmənin ## ### 2026-cı il tarixli qərarı ilə rədd edilmişdir. Məhkəmə iddianı təmin etməməsinə əsas kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarını (o cümlədən, ## ###### 2021-ci il tarixli **** nömrəli Sərəncamı) rəhbər tutmuşdur. Birinci instansiya məhkəməsinin bu yanaşması qanunun aliliyi prinsipini kobud şəkildə pozur, çünki məhkəmə qərar çıxararkən proqram xarakterli sərəncamı deyil, birbaşa Qanunun imperativ tələblərini əsas götürməli idi. Azərbaycan Respublikasının Konstitusiyasına və "Normativ hüquqi aktlar haqqında" Konstitusya Qanununa əsasən, normativ-hüquqi aktların iyerarxiyasında Qanun sərəncamlardan üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları öz hüquqi təbiətinə görə proqram və təşkilati xarakter daşıyan sənədlərdir. Bu sənədlər dövlətin müəyyən sahələrdəki strateji hədəflərini və büdcə vəsaitlərinin mərhələli icra ardıcıllığını nizamlamaq məqsədilə qəbul edilir. Hüququn fundamental prinsiplərinə görə, proqram xarakterli sərəncamlar və ya onların daxili mətnləri vətəndaşlara qanunla birbaşa verilmiş fundamental hüquqları məhdudlaşdıra bilməz, daralda bilməz və ləğv edə bilməz. Əgər bir hüquq vətəndaşa birbaşa Azərbaycan Respublikasının Qanunu ilə imperativ qaydada verilmişdirsə, məhkəmə sərəncamı rəhbər tutaraq iddiadan imtina edə bilməz. Məhkəmə qərar çıxararkən sərəncamın mətnini yox, birbaşa Qanunun aliliyini əsas götürməli idi. Məhkəmə qərarda sərəncama istinad edərək iddianı rədd etsə də, qüvvədə olan "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsi hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzil şəraitinin yaxşılaşdırılması və mənzillə təmin olunmaq hüququnu birbaşa dövlətin üzərinə imperativ vəzifə olaraq qoyur. Onun statusu ehtiyatda olan V olaraq, məhz döyüş bölgəsində hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığım qapalı kəllə-beyin travması ilə birbaşa bağlıdır. Qanun bu hüququ birmənalı olaraq tanıyır və heç bir alt-proqram və ya sərəncam bölgüsü bu qanuni hüququ məhdudlaşdıra bilməz. Onun rəsmi dövlət reyestrindəki statusu "Müharibə əlilli" (müharibə ilə əlaqədar əlilliyi olan şəxs) kateqoriyasına aid edilmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunu müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin mənzil şəraitinin növbədənkənar yaxşılaşdırılmasını icra hakimiyyəti və müvafiq nazirliklər üçün məcburi öhdəlik kimi müəyyən edir. Birinci instansiya məhkəməsi Qanunun bu tələbini tətbiq etməli olduğu halda, sərəncamı əsas gətirərək qanunun tətbiqini məhdudlaşdıra bilməzdi. Iddiaçı apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəf onun guya ##.##.2014-cü il farixinədək mənzil növbəsinə alınmadığını iddia etsə də, bu iddia iş materiallarında olan rəsmi sənədlərlə tamamilə təkzib olunur. Qobustan Rayon Icra Hakimiyyətinə aid ## ##### 2026-cı il tarixli, 5-6012-2,**/**** nömrəli rəsmi arayış ilə təsdiq olunur ki, onun istifadəsində olan hərbiçi kimi 2012-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2012-ci il tarixli *** nömrəli qərarına uyğun olaraq müvəqqəti yaşayış sahəsi üçün dövlət büdcəsindən kirayə pulu alır. Qanunvericiliyə əsasən, kirayə kompensasiyası yalnız mənzil növbəsinə dayanmış və mənzil təminatı hüququ tanınmış şəxslərə ödənilir. Əgər onun 2012-ci ildən növbəlilik hüququ olmasaydı, dövlət tərəfindən bu illər ərzində ona kirayə pulu ödənilməsi hüquqi cəhətdən qeyri- mümkün olardı. Cavabdehin “növbədə yoxdur" iddiası bu rəsmi dövlət sənədi iiə tam iflasa uğrayır. Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və AR Nazirlər Kabinetinin ## ###### 1993-cü Il tarixli *** nömrəli Qərarı Ilə təsdiq edilmiş qaydalara əsasən, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlif olmuş şəxslər mənzillə növbədənkənar təminolunmalıdırlar. Cavabdeh tərəf mənzillə təminatı proqramının yalnız 2020-2023-cü iləri əhatə etdiyini bəhanə gətirsə də, onun növbəlilik hüququ daha əvvəlki dövrdən (2012-ci idən) yarandığı və rəsmən tanındığı üçün hüququ qüvvəsində qalır və icra olunmalıdır. Həmçinin, Qobustan Rayon Icra Hakimiyyəti başçısının ## #### 2025-ci ii tarixli, *-**/*-*-**/**** nömrəli Sərəncamı ilə onun 4 nəfər ailə üzvülə birlikdə mənzil növbəsinə götürülməyi barədə rəsmi qərar verilmiş və icrası mənzil komissiyasına tapşırılmışdır, Dövlət orqanının qüvvədə olan bu sərəncamı cavabdeh agentlik tərəfindən icra edilməli olduğu halda, əsassız olaraq rədd edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə və apellyasiya şikayətinə əlavəyə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 4.0 və 4.0.2. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il ## #### tarixli *** nömrəli Sərəncamı: Bənd 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli, 2449 nöməli Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ***s saylı, ## ###### 2021-ci il tarixli sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı hərbi xidmət vəzifələrinin yerinə yetirərkən əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsinə uçota götürülməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sərəncamlarla əhatə olunan kateqoriyalara aid edilməməsi halına istinad edərək, imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş hallar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma səbəbindən ikinci dərəcə müddətsiz əlilliyi müəyyən edilmiş şəxsdir (##.##.2022-ci ildən), Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən veirlmiş qərarın məzmununda da iddiaçının aldığı hərbi travmasının səbəb əlaqəsi kimi “hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi müəyyən edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının ## #### 2025ci il tarixli sərəncamı ilə iddiaçı ümumi əsaslarla mənzil uçotina götürülmüşdür. Iddiaçı hazırda yuxarıda istinad edilən Sərəncamın 1.1-ci bəndinə əsasən hərbi xidmət vəzifələrini yerinə yetirərəkən əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil uçotuna götürülməsini istəyir. Kollegiya qeyd edir ki, sözügedən Sərəncamın hansı şəxslərin dairəsinə şamil olunması dəqiq və imperativ norma şəklində qeyd edilmiş, həmin şəxslərə 2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri aid edilmişdir. Göründüyü kimi indiki halda iddianın əsaslılığının müəyyən edilməsi üçün iddiaçı məhz həmin kateqoriyadan olan şəxslərin sırasına daxil olub-olmaması halı müəyyən edilməlidir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən səbəb əlaqəsi ilə əlilliyi müəyyən edilmiş şəxs olması aşkardır. Istinad edilən qanunvericilik normasının dsipoztiv şətlərində isə bu səbəbdən əlilliyi müəyyən edilmiş şəxslər qeyd edilməmiş, yalnız Çernobil AES-də qəzanın ləğvi ilə bağlı hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər qeyd edilmişdir. Indiki halda isə iddiaçı adi hərbi xidmət vəzifələrinin yerinə yetirərkən aldığı travma ilə əlaqadar əlilliyi müəyyən edilmiş şəxs olduğundan, həmin kateqoriyaya aid olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçıya münaisbətdə qanunvericilik norması ilə müəyyən edilmiş digər əsasların mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının tələbi qnaunun normasının dispozitiv şərti ilə uzlaşmadığından, belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı döyüş bölgəsində hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma aldığını qeyd edir. Bununla bağlı kollegiya qeyd edir ki, indiki halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə deyil, məhz “hərbi xidmət vəzifələrini yerinə yetirərkən” aldığı travma ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyi müəyyən edilmişdir. Hansı ki əlilliyin səbəb əlaqəsi məhz səlahiyyətli inzibati orqan tərəfindən müəyyən edilir. Indiki halda isə iddiaçı həmin səbəb əlaqənin müəyyən edilməsi ilə bağlı səlahiyyətli inzibati orqanın qəbul etdiyi ##.##.2022-ci il tarixli qərarla (hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma ilə əlaqədar əlilliyin müəyyən edilməsinə dair) razılaşmışdır (buna dair məhkəmə mübahisəsi mövcud olmamışdır). Belə olan halda, iddiaçının istinad etdiyi hal hazırki mübahisə predmetinə aid olmamaqla, əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsinə dair qərar qüvvədə olduğundan, hazırki iddianın əsaslılığının müəyyən edilməsi üçün hüquqi əhəmiyyət kəsb etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının həmin hissədə də arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianın əsaslılığını və şikayətin dəlillərini təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar