Məhkəmə qərarları › İş №2-1(3-8)-986/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-986/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 2-1(3-8)-986/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sәdrlik edәn vә mәruzәçi hakim Əzizova Vәfa Ehtiram qızı, hakimlәr X3 vә Quliyev Ismayıl Rza oğlundan ibarәt tәrkibdә, Mәmmәdova Aişә Sәfәr qızının katibliyi, Iddiaçı Nәcәfli Ülvi Seyfәddin oğlunun, Cavabdeh Müdafiә Nazirliyinin Maliyyә vә Büdcә Idarәsinin nümayәndәsi X1 iştirakları ilә, Iddiaçı Nәcәfli Ülvi Seyfәddin oğlunun cavabdehlәr Azәrbaycan Respublikasının Müdafiә Nazirliyi, Müdafiә Nazirliyinin Maliyyә vә Büdcә Idarәsi vә cavabdeh1 Komandanlığına qarşı “qanunvericilikdә nәzәrdә tutulmuş maksimum hәddәn artıq sәrәncamda saxlanılması, ödәnilmәmiş maliyyә tәminatının verilmәsi vә mәruz qaldığı mәnәvi zәrәrә görә kompensasiyanın ödәnilmәsi öhdәliyinin cavabdehin üzәrinә qoyulması” tәlәbinә dair inzibati iş üzrә Sumqayıt Inzibati Mәhkәmәsinin ##.##.2026-cı il tarixli 2-1(118)-9925/2025 nömrәli qәrardadından iddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında şifahi mәhkәmә baxışı qaydasında baxaraq aşağıdakı qәrardadı qәbul etdi Təsviri hissə Iddiaçı cavabdehlәr Azәrbaycan Respublikasının Müdafiә Nazirliyi, Müdafiә Nazirliyinin Maliyyә vә Büdcә Idarәsi vә cavabdeh1 Komandanlığına qarşı iddia әrizәsi ilә Sumqayıt Inzibati Mәhkәmәsinә müraciәt edәrәk, “qanunvericilikdә nәzәrdә tutulmuş maksimum hәddәn artıq sәrәncamda saxlanılması, ödәnilmәmiş maliyyә tәminatının verilmәsi vә mәruz qaldığı mәnәvi zәrәrә görә kompensasiyanın ödәnilmәsi öhdәliyinin cavabdehin üzәrinә qoyulması” tәlәbinә dair qәrar qәbul edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tәlәbi ilә bağlı müraciәt edәrәk bildirmişdir ki, iddiaçı eyni predmet vә eyni әsaslar üzrә Sumqayıt Inzibati Mәhkәmәsinә iddia qaldırmış vә müvafiq iş üzrә yekun mәhkәmә qәrarı verilmişdir. Bu sәbәbdәn dә eyni predmet vә eyni әsasla yenidәn Sumqayıt Inzibati Mәhkәmәsindә iddia qaldırılması yolverilmәzdir. Ona görә dә iddia tәlәbininin mümkün sayılmamasını mәhkәmәdәn xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı Sumqayıt Inzibati Mәhkәmәsinin ##.##.2026-cı il tarixli 2-1(118)-9925/2025 nömrәli qәrardadı ilә iş üzrә iddiaçı Nәcәfli Ülvi Seyfәddin oğlunun cavabdehlәr Azәrbaycan Respublikasının Müdafiә Nazirliyi, Müdafiә Nazirliyinin Maliyyә vә Büdcә Idarәsi vә cavabdeh1 Komandanlığına qarşı “qanunvericilikdә nәzәrdә tutulmuş maksimum hәddәn artıq sәrәncamda saxlanılması, ödәnilmәmiş maliyyә tәminatının verilmәsi vә mәruz qaldığı mәnәvi zәrәrә görә kompensasiyanın ödәnilmәsi öhdәliyinin cavabdehin üzәrinә qoyulması” tәlәbinә dair iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır (hakim Rahim Hәsәnov). Mәhkәmә qәrardadı onunla әsaslandırılmışdır ki, iş materiallarına әlavә edilmiş Sumqayıt Inzibati Mәhkәmәsinin 2-1(118)- 3756/2025 nömrәli, ## ######## 2025-ci il tarixli qәrarın surәtindәn görünür ki, iddiaçı eyni predmet ilә bağlı mәhkәmdә iddia qaldırmış vә iş üzrә yekun mәhkәmә aktı ##.##.2025-ci ildә Sumqayıt Inzibati Mәhkәmәsi tәrәfindәn qәbul edilmişdir. Eyni zamanda hәmin mәhkәmә tәrәflәrin mövqelәrini nәzәrә almış, iş materiallarını mövcud maddi vә prosessual hüquq normaları ilә qarşılıqlı tәdqiq edәrәk iddianı tәmin etmәmişdir. Iddiaçı hәmin iş üzrә qaldırdığı eynimәzmunlu iddia tәlәbi ilә yenidәn mәhkәmәyә mütraciәt etmişdir. Belә olan halda iddiaçının hazırkı iddia tәlәbinә baxılması mümkün deyildir. Iddiaçı qәrardaddan apellyasiya şikayәti verәrәk, qәrardadın lәğv edilmәsini, işin yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılması vә tәlәbinә mahiyyәti üzrә baxılmasının tәmin edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayәtini vә apellyasiya şikayәtinә әlavәni onunla әsaslandırmışdır ki, Inzibati Prosessual Mәcәllә (IPM) vә Mülki Prosessual Mәcәllәnin tәtbiqi praktikasına görә, iki iddianın eyni hesab olunması üçün sadәcә eyni tәrәflәrin olması yetәrli deyildir. Eynilik üçün әsas meyar hüquqi mәzmun, yәni tәlәbin xarakteri vә müdafiә üsulunun eyniliyidir. Mәhkәmә yalnız tәrәflәrin üst-üstә düşmәsinә görә nәticә çıxarmışdır. Bu, prosessual qanunvericiliyin kobud şәkildә pozulmasıdır, çünki: • Əvvәlki işdә iddiaçı әlavә zәrәrin ödәnilmәsini tәlәb edirdi ki, bu da mülki hüquq münasibәtlәrindәn irәli gәlәn kompensasiya xarakteri daşıyır. • Hazırkı işdә isә iddiaçı dövlәt orqanının birbaşa normativ öhdәliyindәn (Hәrbi xidmәtkeçmә haqqında Əsasnamә) irәli gәlәn maliyyә tәminatının verilmәsini tәlәb edir. Bu iki tәlәbin hüquqi mahiyyәti tamamilә fәrqlidir. Biri әlavә ödәniş, digәri isә әsas qanuni ödәnişdir. Onların eynilәşdirilmәsi "eynilik" anlayışının pozulmasıdır. MPM 261.0.2-ci maddәsinin tәtbiqi üçün üç şәrtin eyni olması tәlәbi MPM 261.0.2-ci maddәsinә әsasәn, icraata xitam yalnız aşağıdakı üç şәrt eyni anda mövcud olduqda mümkündür:

1. Eyni tәrәflәr;

2. Eyni predmet;

3. Eyni әsaslar. “Eyni predmet anlayışı iddianın hüquqi nәticәsi vә müdafiә üsulu ilә müәyyәn edilir. Hazırkı işdә tәlәb olunan hüquqi nәticә әvvәlki işdәn әsaslı şәkildә fәrqlәnir. Mәhkәmә iddiaların hüquqi mәzmununu araşdırmadan, yalnız formal oxşarlığa әsaslanmaqla nәticәyә gәlmişdir. Cari işdә yalnız birinci şәrt (tәrәflәr) eynidir. Predmet vә әsaslar isә fәrqlidir. Bu müqayisәdәn aydın görünür ki, nә predmet, nә dә hüquqi әsaslar eyni deyildir. Mәhkәmә bu iki әsaslı fәrqi görmәzdәn gәlәrәk yalnız tәrәflәrin eyniliyini әsas götürmüşdür. Bu MPM 261.0.2-nin sәhv tәtbiqidir.

Apellyasiya şikayәtinә qarşı etiraz tәqdim edilmәmişdir.

Tərəflərin izahatları Mәhkәmә iclasında iştirak edәn iddiaçı Nәcәfli Ülvi Seyfәddin oğlu apellyasiya şikayәtini müdafiә edәrәk, öz izahatında apellyasiya şikayәtinin tәmin edilmәsini, birinci instansiya mәhkәmәsinin qәrardadının lәğv edilmәsini vә işin yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılması barәdә qәrar qәbul edilmәsini mәhkәmәdәn xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn cavabdeh X5 vә Büdcә Idarәsinin nümayәndәsi X1 apellyasiya şikayәtinә qarşı etiraz edәrәk, apellyasiya şikayәtinin tәmin edilmәmәsini, birinci instansiya mәhkәmәsinin qәrardadının dәyişdirilmәdәn saxlanılmasını mәhkәmәdәn xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri haqqında lazımı qaydada xәbәrdar olunmasına baxmayaraq, digәr cavabdehlәr mәhkәmә iclasında iştirak etmәmişlәr. Mәhkәmә Kollegiyası Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 62.3-cü maddәsinә әsaslanaraq işә digәr cavabdehlәrin nümayәndәsini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddә 12.1. Mәhkәmә proses iştirakçılarının izahatları, әrizә vә tәkliflәri ilә, onların tәqdim etdiklәri sübutlarla vә işdә olan digәr materiallarla kifayәtlәnmәyәrәk, mübahisәnin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları xidmәti vәzifәsinә görә araşdırmağa borcludur. Maddә 35.1. Bu Mәcәllәdә başqa qayda nәzәrdә tutulmamışdırsa, iddiaçının iddia әrizәsindә inzibati aktın qәbul edilmәsi vә ya qәbul edilmәsindәn imtina olunması, yaxud inzibati orqanın hәrәkәti vә ya hәrәkәtsizliyi nәticәsindә onun hüquqlarının vә qanunla qorunan maraqlarının pozulduğunu әsaslandırdığı hallarda mübahisәlәndirmә haqqında, mәcburetmә haqqında, öhdәliklәrin icrası haqqında vә müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә dair iddia mümkün sayılır. Maddә 80.1. Bu Mәcәllәyә әsasәn barәsindә mәhkәmә qaydasında şikayәt verilә bilәn, habelә hüquqi müdafiә vasitәlәrindәn istifadә qaydalarını vә müddәtini müәyyәn edәn mәhkәmә qәrardadları mütlәq әsaslandırılmalıdır. Maddә 87.6. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәrarını dәyişdirmәdәn qüvvәdә saxlaya bilәr, dәyişdirә bilәr vә ya lәğv edәrәk (tam vә ya qismәn) yeni qәrar qәbul edә bilәr. Birinci instansiya mәhkәmәsinin qәrarı apellyasiya tәlәbi hәddindә dәyişdirilә bilәr.

“Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.3 Mәhkәmәlәr ilk növbәdә iddiaçının hәmin tәlәbi üzrә subyektiv hüququnun olubolmamasını, cavabdehin hәmin iddiaya cavab vermәli olub-olmamasını, qanunvericilikdә nәzәrdә tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-dә nәzәrdә tutulmuş iddia müddәtlәrinә riayәt edilib-edilmәdiyini, prosessual hәmiştirakçılığın yol verilәnliyini, tәlәblәrin bir iddiada birlәşdirilmәsinin mümkünlüyünü IPM-in 37-ci maddәsinә uyğun yoxlamalıdırlar. 3.1. Inzibati mәhkәmә icraatının әsas prinsiplәrindәn biri mәhkәmәnin yardım etmәk vәzifәsidir. 3.2. IPM-in 13 vә 48-ci maddәsindә tәsbit edilmiş buna dair müddәalar işә baxan mәhkәmәnin mübahisәnin faktiki vә hüquqi hallarını tәrәflәrlә müzakirә etmәsini vә bununla әlaqәdar onlara zәruri hüquqi yardım göstәrmәsini tәlәb edir. 3.3. Yardım etmәk vәzifәsi tәlәb edir ki, iddianın mümkün sayılmamasına sәbәb olan halları aşkar edәn mәhkәmә bunu iddiaçının diqqәtinә çatdırmaqla onunla müzakirә etmәli, zәruri olduğu halda müvafiq hüquqi tәkliflәr vermәli, hәmin halların aradan qaldırılması üçün lazımi şәrait yaratmalı vә bunun üçün ağlabatan vaxt tәyin etmәlidir. 3.4. Birinci instansiyası mәhkәmәsi yardım etmәk vәzifәsinә riayәt etmәdәn iddianı mümkünsüz saymamalıdır. Mәhkәmә yardım etmәk vәzifәsini hәr bir konkret işin hallarından asılı olaraq zәrurәt olduqda mәhkәmә iclasında yerinә yetirә bilәcәyi kimi, buna dair mәhkәmә iclası keçirmәdәn tәrәflәrlә apardığı yazışmalar vasitәsilә dә yerinә yetirә bilәr. Mübahisәlәndirmә haqqında iddia qaldırmazdan әvvәl iddiaçı yuxarı inzibati orqana inzibati şikayәt verdiyi halda şikayәt instansiyasının inzibati aktın dәyişdirilmәdәn saxlanılması barәdә qәrarı mübahisәlәndirmә iddiasının predmeti ola bilmәz vә bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası mәhkәmәlәri iddianın mümkün sayılmamasına dair qәrardadlardan verilәn şikayәtlәrә baxarkәn qәbul edilmiş mәhkәmә aktının qanuniliyini vә әsaslılığını, hәm dә mәhkәmәnin yardım etmәk vәzifәsinә uyğun davranması nöqteyinәzәrindәn qiymәtlәndirmәlidirlәr. 8.3. Buna görә dә, iddianın mümkün sayılmamasına dair qәrardad yenidәn mümkünlük şәrtlәrinә әmәl etmәklә eyni predmet üzrә iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun әksinә olaraq mahiyyәti üzrә çıxarılmış qәrarın hüquqi qüvvәsi iddiaçıya eyni predmet üzrә yenidәn tәlәblә çıxış etmәk imkanı vermir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mәhkәmә kollegiyası işdә iştirak edәn şәxslәrin izahatlarını dinlәyәrәk, iş materiallarını vә apellyasiya şikayәtinin dәlillәrini araşdıraraq, hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilmәli vә inzibati iş yenidәn baxılması üçün hәmin mәhkәmәyә göndәrilmәlidir. Hazırki iş üzrә iddiaçının iddia tәlәbi qanunvericilikdә nәzәrdә tutulmuş maksimum hәddәn artıq sәrәncamda saxlanılması ilә әlaqәdar ödәnilmәmiş maliyyә tәminatının verilmәsi vә mәruz qaldığı mәnәvi zәrәrә görә kompensasiyanın ödәnilmәsi öhdәliyinin cavabdehin üzәrinә qoyulmasından ibarәtdir. Birinci instansiya mәhkәmәsinin qәrardadı ilә icraata eyni mübahisә üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәrarının olması ilә bağlı xitam verilmişdir. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin hüquqi mövqeyi ilә razılaşmayaraq aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Əvvәla, mәhkәmә kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericilikdә bu әsasla iş üzrә icrataa xitam verilmәsi nәzәrdә tutulmamışdır. Hәqiqәtәn dә eyni tәrәflәr eyni predmetlә bağlı vә eyni әsaslarla qanuni qüvvәyә minmiş mәhkәmә qәrarının mövcudluğu yenidәn qaldırılmış iddianın mümkün sayılmaması üçün әsas ola bilәr. Hazırki iş materiallarına әlavә edilmiş Sunqayıt Inzibati Mәhkәmәsinin ## ######## 2025-ci il tarixli *-*(***)-****/**** nömrәli qәrarı ilә iddiaçının cavabdeh cavabdeh3 qarşı qanunvericiliklә müәyyәn edilmiş müddәtdәn artıq sәrәncamsa saxlanılması ilә әlaqәdar 27585.35 manat mәblәğindә maddi ziyanın cavabdehdәn tutulmasına dair iddiası tәmin edilmәmişdir. Hazırkı işdә isә iddiaçı sәrәncamda saxlanıldığı müddәt әrzindә maliyyә tәminatı, o cümlәdәn rütbә maaşı, vәzifә maaşı, xidmәt illәrinә görә faiz, әrzaq әvәzi kompensasiyanın vә s., bundan başqa mәnәvi zәrәrә görә kompensasiyanın ödәnilmәsini tәlәb edir. Belәliklә, әvvәlki işdә irәli sürülmüş tәlәb kompensasiya xarakterli maddi ziyanın ödәnilmәsi, hazırkı işdә isә qanunla nәzәrdә tutulmuş maliyyә tәminatının vә mәnәvi zәrәrin ödәnilmәsi olduğundan, onların hüquqi mahiyyәti, müdafiә üsulu vә hüquqi әsasları fәrqlidir. Bu sәbәbdәn hәmin iddiaların eyni predmet vә eyni әsaslar üzrә qaldırıldığı qәnaәtinә gәlmәk mümkün deyildir. Birinci instansiya mәhkәmәsi iddiaların hüquqi mәzmununu, tәlәbin xarakterini vә hüquqi әsaslarını müqayisәli şәkildә araşdırmadan, yalnız tәrәflәrin eyniliyinә istinad etmәklә MPM-in 261.0.2-ci maddәsini rәhbәr tutub iş üzrә icraata xitam verilmәsi barәdә qәrardad çıxarmışdır. Bundan başqa mәhkәmә kollegiyası qeyd edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn iddiaçıya hüquqi yardım göstәrilmәklә cavabdehlәrin sırası, yәni iddia tәlәbi üzrә cavab vermәli orqanın dәqiq müәyyәn eidlmәsi tәklif edilmәlidir. “Inzibati mәhkәmә icraatında iddianın mümkünlüyünә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrәli Qәrarının 3-cü bәndinә әsasәn, inzibati mәhkәmә icraatının әsas prinsiplәrindәn biri mәhkәmәnin yardım etmәk vәzifәsidir. IPM-in 13 vә 48-ci maddәsindә tәsbit edilmiş buna dair müddәalar işә baxan mәhkәmәnin mübahisәnin faktiki vә hüquqi hallarını tәrәflәrlә müzakirә etmәsini vә bununla әlaqәdar onlara zәruri hüquqi yardım göstәrmәsini tәlәb edir. Yardım etmәk vәzifәsi tәlәb edir ki, iddianın mümkün sayılmamasına sәbәb olan halları aşkar edәn mәhkәmә bunu iddiaçının diqqәtinә çatdırmaqla onunla müzakirә etmәli, zәruri olduğu halda müvafiq hüquqi tәkliflәr vermәli, hәmin halların aradan qaldırılması üçün lazımi şәrait yaratmalı vә bunun üçün ağlabatan vaxt tәyin etmәlidir. Birinci instansiyası mәhkәmәsi yardım etmәk vәzifәsinә riayәt etmәdәn iddianı mümkünsüz saymamalıdır. Mәhkәmә yardım etmәk vәzifәsini hәr bir konkret işin hallarından asılı olaraq zәrurәt olduqda mәhkәmә iclasında yerinә yetirә bilәcәyi kimi, buna dair mәhkәmә iclası keçirmәdәn tәrәflәrlә apardığı yazışmalar vasitәsilә dә yerinә yetirә bilәr. Belәliklә, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn iş üzrә әhәmiyyәt kәsb edәn hallar tam vә obyektiv araşdırılmamış vә hüquqi yardım vәzifәsi yerinә yetirilmәmişdir. Göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası belә nәticәyә gәlir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilmәli vә iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә göndәrilmәlidir. Nəticəvi hissə Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 87-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә kollegiyası

Qərara aldı:

Apellyasiya şikayәti qismәn tәmin edilsin. Sumqayıt Inzibati Mәhkәmәsinin ##.##.2026-cı il tarixli 2-1(118)-9925/2025 nömrәli qәrardadı lәğv edilsin vә iş yenidәn baxılması üçün Sumqayıt Inzibati Mәhkәmәsinә göndәrilsin. Qәrardad qәbul edildiyi andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar