Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-992/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı ##.##.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ######## 2025-ci il tarixli *** saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “xxxx” Səhmdar Cəmiyyətinin Şüşə zavodunun əsas istehsalı olan isti iş sahəsini əhatə edən * saylı Istehsalatın Maşınsoba sexində ## ###### 1983-cü il tarixdən (Əmr №***/K, ##.##.1983), ## #### 1984-cü il tarixədək (Əmr №***/K, ##.##.1984), ## #### 1987-ci il tarixdən (Əmr №***/K, ##.##.1987), ## ####### 1995-ci il tarixə (Əmr №***/K, ##.##.1995) kimi zərərli iş şəraitində şüşə zolağının kəsicisi (bort nəzarətçisi) peşəsində işləmişdir. Işlədiyi peşə üzrə iş stajı, 8 il, 10 ay, 17 gün təşkil edir. Işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyəti: “xxxx” SC-nin Şüşə zavodunun 1 №li istehsalatının (yəni əsas istehsalat) Maşın-soba sexində vərəqə şüşə istehsalı metodlarından biri də şaquli şüşə dartma (ŞŞD) üsuludur. Bunun üçün ŞŞD mexaniki maşınlardan istifadə olunur. Bunun da iki üsulu mövcuddur: lodkalı (qayıq) və lodkasız. Hər iki üsulda ŞŞD maşının işinə insan nəzarəti vacibdir, çünki dartılan şüşə lentinin hər an qırılma ehtimalı vardır bu işi əsasən şüşə zolağının kəsicisi (bort nəzarətçisi) həyata keçirir. Şüşə zolağının kəsicisinin (bort nəzarətçisi) əsas vəzifəsi: maye halında gələn şüşə kütləsinə yad cisimlərin (odadavamlı daşlar və qırıntıları) yapışmamasına və şüşənin roliklərlə təmiz şəkildə yuxarı qalxmasına nəzarət etməkdir, yad cisimlərin yapışması nəticəsində şüşədə çat və zolaqların əmələ gəlməsi nəticəsində istehsal olunan şüşə yararsız sayılır. Şüşə zolağının kəsiciləri (bort nəzarətçiləri) həmin yararsız hissəni yüksək dərəcədə olan isti odla kəsib çıxartmalıdırlar ki, şüşə təmiz halda yuxarı çıxarılsın. Iş şəraiti - sexdə istilik dərəcəsi fəsildən asılı olaraq maşın mərtəbələri arası meydançalarda 30-60 dərəcə olur. Ümumi olaraq 1 №li istehsalatda şüşə əritmə sobasında temperatur 1480 - 1500 dərəcə olur və şüşə tozu olduğundan iş şəraiti zərərli iş şaraiti sayılır. Bu işdə işləyənlər zavod tərəfindən hər gün əsasən süd məhsulu ilə təmin edilirdilər. ** nömrəli siyahının XVIII bölməsinin 2190100a-16397 vəzifə kodu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı il təsdiq edilmiş siyahısının bəndlərində və vəzifə kodlarında müəyyən edilmiş sahələrin və peşələrin xüsusiyyətləri ilə eyni olduğuna görə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. Qeyd: - Şüşə zavodunda pəncərə şüşəsinin istehsalında əsas aparıcı işçilər: şüşə bişirən, maşinist, maşinist köməkçisi və bort nəzarətçiləridir, yəni şüşə zolağının kəsici peşələri sayılır, lakin zavodda əmrlərdə, ərizələrdə və əmək kitabçalarında şüşə zolağının kəsicisi peşəsi həmişə rus dilində bort nəzarətçisi kimi yazılıb. Bu səbəbdən də İddiaçı işlədiyi bort nəzarətiçisi vəzifəsi şüşə zolağının kəsicisi peşəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Sumqayıt şəhəri Azmənzilsənayetikintitəmir birliyi * saylı Təmir-Tikinti Quraşdırma Idarəsinin ##.##.2025-ci il tarixli *** saylı arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən ##.##.1995-ci ildən ##.##.2005-ci ilə kimi tam iş günü ərzində “Azmənzilsənayetikintitəmir” Birliyinin bir saylı Təmir Tikinti Quraşdırma Idarəsində aparat və avadanlıqların təmir üzrə qaynaqçı peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər kabinetinin ## #### 1993-cü il tarixli qərarının *** saylı XXXIII bölməsinin 23200000-19906 şifrinə əsasən (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli *-*(**)-***/**** saylı qərarı əsasında İddiaçı ##.##.1995-ci ildən ##.##.2005- ci ilədək Sumqayıt Təmir-Tikinti Təchizat Idarəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmışdır. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının ##.##.1983- ##.##.1984-cü il, ##.##.1987-##.##.1994-cü il və ##.##.1994-##.##.1995-ci il tarixləri arasındakı dövrlər ərzində Sumqayıt Şüşə zavodunda maşın soba sexində bort nəzarətçisi vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi bort nəzarətçisi vəzifəsi "xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli *** nömrəli arayışında istinad edilən, yuxarıda qeyd olunan şüşə zolağının kəsiciləri vəzifəsinə aid deyil. Eyni zamanda, “Azmənzilsənayetikinititəmir" Birliyinin * saylı Təmir-Tikinti Quraşdırma idarəsinin # ####### 2025-ci il tarixli *** nömrəli arayışında İddiaçı ##.##.1995- ##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. Araşdırma zamanı sözügedən əmək kitabçasında həmin dövrlərə dair qeydlərin eyni rəngli qələmlə yazılması və işdən çıxma ilə bağlı ## ###### 2005-ci il tarixli qeydin # ###### 1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsi ilə təsdiq edilməsi həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaradıb. Bununla bağlı Mərkəzi Filialın mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən arayışda aparılmış qeydlərin müəssisənin əməkhaqqı cədvəlləri, əmr kitablarına və şəxsi işi əsasında yazılmadığı, iş stajını təsdiq edən heç bir sənədin müəssisədə mövcud olmadığı müəyyən edilib Bu fakt * saylı Təmir-Tikinti Quraşdırma Idarəsinin ## ###### 2025-ci II tarixli birgə Aktı ilə təsdiqlənib Buna görə də ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Həmçinin qaynaqçı vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan izolyasıyaçılar vəzifəsinə aid deyil. Göstərilən səbəblərdən də İddiaçı ümumi iş stajı 25 ildən az (24 il 11 ay 12 gün (##.##.1982-##.## 1983-cü il ##.##.1983-##.##.1984-cü il, ##.##.1984-##.##.1987-ci il, ##.##.1987-##.##.1995-ci il tarixləri arasındakı dövrlər və # ###### 2006-cı il tarixindən sonra 12 il 1 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006- cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1-ci bəndinə əsasən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş * nömrəli Əlavəyə əsasən aparılır. Azərbaycan Respublikası xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli ** saylı arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “xxxx” Səhmdar Cəmiyyətinin (hazırda “xxxx” MMC) Şüşə zavodunun əsas istehsalı olan isti iş sahəsini əhatə edən * saylı Istehsalatın Maşın-soba sexində ## ###### 1983-cü il tarixdən (Əmr №***/K, ##.##.1983), ## #### 1984-cü il tarixədək (Əmr №***/K, ##.##.1984), ## #### 1987-ci il tarixdən (Əmr №***/K, ##.##.1987), ## ####### 1995-ci il tarixə (Əmr №***/K, ##.##.1995) kimi zərərli iş şəraitində şüşə zolağının kəsicisi (bort nəzarətçisi) peşəsində işləmişdir. Işlədiyi peşə üzrə iş stajı 8 il 10 ay 17 gün təşkil edir. Işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xususiyyətləri: “xxxx” SC-nin (hazırda “xxxx” MMC) Şüşə zavodunun 1 №li istehsalatının (yəni əsas istehsalat) Maşın-soba sexində vərəqə şüşə istehsalı metodlarından biri də şaquli şüşə dartma (ŞŞD) üsuludur. Bunun üçün ŞŞD mexaniki maşınlardan istifadə olunur. Bunun da iki üsulu mövcuddur: lodkalı (qayıq) və lodkasız. Hər iki üsulda ŞŞD maşının işinə insan nəzarəti vacibdir, çünki dartılan şüşə lentinin hər an qırılma ehtimalı vardır bu işi əsasən şüşə zolağının kəsicisi (bort nəzarətçisi) həyata keçirir. Şüşə zolağının kəsicisinin (bort nəzarətçisi) əsas vəzifəsi: maye halında gələn şüşə kütləsinə yad cisimlərin (odadavamlı daşlar və qırıntıları) yapışmamasına və şüşənin roliklərlə təmiz şəkildə yuxarı qalxmasına nəzarət etməkdir, yad cisimlərin yapışması nəticəsində şüşədə çat və zolaqların əmələ gəlməsi nəticəsində istehsal olunan şüşə yararsız sayılır. Şüşə zolağının kəsiciləri (bort nəzarətçiləri) həmin yararsız hissəni yüksək dərəcədə olan isti odla kəsib çıxartmalıdırlar ki, şüşə təmiz halda yuxarı çıxarılsın. Iş şəraiti - sexdə istilik dərəcəsi fəsildən asılı olaraq maşın mərtəbələri arası meydançalarda 30-60 dərəcə olur. Ümumi olaraq 1 №li istehsalatda şüşə əritmə sobasında temperatur 1480 - 1500 dərəcə olduğundan sexin çox isti və havasında şüşə tozunun olmasına görə iş şəraiti zərərli iş şəraiti sayılır. Bu işdə işləyənlər zavod tərəfindən xüsusi geyimlərlə, qoruyucu eynəklə və hər gün əsasən süd məhsulu ilə təmin edilirdilər. ** nömrəli siyahının XVIII bölməsinin 2190100a-16397 vəzifə kodu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı il təsdiq edilmiş siyahısının bəndlərində və vəzifə kodlarında müəyyən edilmiş sahələrin və peşələrin xüsusiyyətləri ilə eyni olduğuna görə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. Qeyd: - Şüşə zavodunda pəncərə şüşəsinin istehsalında əsas aparıcı işçilər: şüşə bişirən, maşinist, maşinist köməkçisi və bort nəzarətçiləridir, yəni şüşə zolağının kəsicisi peşələri sayılır, lakin zavodda - əmrlərdə, ərizələrdə və əmək kitabçalarında şüşə zolağının kəsicisi peşəsi həmişə rus dilində bort nəzarətçisi kimi yazılıb. Bu səbəbdən də İddiaçı işlədiyi bort nəzarətçisi vəzifəsi üzrə şüşə zolağının kəsicisi peşəsi ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, 60 yaşı tamam olan tarixdən, yəni ##.##.2025-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşı tamam olan tarixdə yaşa görə güzətli şərtlərlə əmək pensiyasının təyini üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli, 3-171/2-M******/2025 saylı məktubla xahişini təmin etməmişdir. Məktubda imtinaya səbəb kimi iş stajının 25 ildən az yəni, 24 il 11 ay 12 gün olması bildirilmişdir. Həmçinin imtina məktubunda bildirilir ki, “Sizə məxsus əmək kitabçasında bort nəzarətçisi vəzifəsində işləməyiniz qeyd olunub. Bort nəzarətçisi vəzifəsi “xxxx SC-nin” təqdim etdiyi arayışda şüşə zavodunun kəsici vəzifəsinə aid deyil. Həmçinin əmək kitabçasında “qaynaqçı” vəzifəsində işlədiyi dövrlərə aid qeydlərin eyni rəngli qələmlə yazılması göstərilib. Həmin dövrlərin yoxlanılması zamanı iş stajını təsdiq edən sənədlərin müəssisədə olmadığı bildirilmişdir. Buna görə də ##.##.1995- ##.##.2005- ci il tarixləri arasındakı “Azmənzilsənayetikintitəmir” Birliyinin * saylı Təmir-Tikinti Quraşdırma Idarəsində işlədiyiniz iş dövrü iş stajına daxil edilməmişdir. Cavabdehin imtinası əsasən əsassız hesab edir. Belə ki, ##.##.1965-ci ildə anadan olmuşdur. ##.##.1982-##.##.1983-cü illərdə ** saylı Sumqayıt Texniki Peşə Məktəbində təhsil almışdır. ##.##.1983-cü ildə Sumqayıt Şüşə zavodunda əmək fəaliyyətinə başlamışdır və orada 3-cü dərəcəli Bort fəhləsi işinə qəbul edilmişdir. Işlədiyi peşə zərərli istehsal sahəsinə aiddir. ##.##.1984-cü ildə hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad edilmişdir. ##.##.1984-##.##.1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenidən Sumqayıt Şüşə zavoduna qayıtmış və ##.##.1995-ci ilə qədər Bort fəhləsi peşəsində işləmişdir. ##.##.1995-##.##.2005-ci illərdə Sumqayıt Təmir-Tikinti Təchizat Idarəsində əl ilə qaynaqçı peşəsində işləmişdir. Həmin iş dövrü * saylı siyahıya əsasən zərərli istehsala aiddir. Yuxarıda qeyd etdikləri faktı ИТ-İ seriyalı ******* saylı əmək kitabçası təsdiq edir. 2011-ci ildən 2025-ci ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və məcburi dövlət sosial sığorta haqqlarını ödəmişdir. Hal-hazırda Sumqayıt şəhər ** saylı tam orta məktəbdə fəhlə peşəsində işləyir (##.##.2025-ci ildən *** saylı əmrə əsasən). Ümumi iş stajı 36 ildir. AR Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** №-li qərarı ilə təsdiq edilmiş * №-li siyahının XVIII bölməsinin 2190100а-16397 kodu ilə təsdiq edilmişdir ki, bort fəhləsi zərərli istehsal sahəsinə aiddir. Bunu “xxxx" SC-nin ##.##.2025-ci il tarixli, *** saylı arayışı təsdiq edir. Həmçinin * №li Təmir-Tikinti Quraşdırma Idarəsinin ##.##.2025-ci il tarixli, *** saylı arayışına görə AR Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı qərarının XXXIII bölməsinin 23200000-19906 şifrinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli şərtlərlə pensiya hüququ qazanmışlar. Sumqayıt Inzibati-Iqtisad Məhkəməsinin 2-1 (**)-***/**** saylı qərarı ilə iddiaçının (İddiaçı) ##.##.1995-ci ildən ##.##.2005-ci ilə qədər Sumqayıt Təmir-Tikinti Təchizat Idarəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi DSMF-nin Sumqyaıt şəhər Şöbəsinin üzərinə vəzifə kimi qoyulması qərara alınmışdır. Həmçinin adı çəkilən idarədə qaynaqçı kimi işləməyi ** saylı jurnal təsdiq edə bilər. Cavabdehin istinad etdiyi kod, yəni bort nəzarətçisi (bort fəhləsi) kodu şüşə kəsicisi kodu ilə eynidir. Yəni iki peşə eyni kod altında verilmişdir. Hal-hazırda Sumqayıt şəhər ** saylı tam orta məktəbdə fəhlə peşəsində işləyir (##.##.2025-ci ildən *** saylı əmrə əsasən). Ümumi iş stajı 36 ildir. Sumqayıt Inzibati- Iqtisad Məhkəməsinin 2-1 (**)-***/**** saylı qərarı ilə iddiaçının (İddiaçı) ##.##.1995-ci ildən ##.##.2005-ci ilə qədər Sumqayıt Təmir-Tikinti Təchizat Idarəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi DSMF-nin Sumqyaıt şəhər Şöbəsinin üzərinə vəzifə kimi qoyulması qərara alınmışdır. Həmçinin adı çəkilən idarədə qaynaqçı kimi işləməyi ** saylı jurnal təsdiq edə bilər. Cavabdehin istinad etdiyi kod, yəni bort nəzarətçisi (bort fəhləsi) kodu şüşə kəsicisi kodu ilə eynidir. Yəni iki peşə eyni kod altında verilmişdir. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim edilən ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının ##.##.1983- ##.##.1984-cü il, ##.##.1987-##.##.1994-cü il və ##.##.1994-##.##.1995-ci il tarixləri arasındakı dövrlər ərzində Sumqayıt Şüşə zavodunda maşın soba sexində bort nəzarətçisi vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi bort nəzarətçisi vəzifəsi "xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli *** nömrəli arayışında istinad edilən, yuxarıda qeyd olunan şüşə zolağının kəsiciləri vəzifəsinə aid deyil. Eyni zamanda, “Azmənzilsənayetikinititəmir" Birliyinin * saylı Təmir-Tikinti Quraşdırma idarəsinin # ####### 2025-ci il tarixli *** nömrəli arayışında İddiaçı ##.##.1995- ##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. Araşdırma zamanı sözügedən əmək kitabçasında həmin dövrlərə dair qeydlərin eyni rəngli qələmlə yazılması və işdən çıxma ilə bağlı ## ###### 2005-ci il tarixli qeydin # ###### 1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsi ilə təsdiq edilməsi həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaradıb. Bununla bağlı Mərkəzi Filialın mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində eq'qləşdinlməsi zamanı, sözügedən arayışda aparılmış qeydlərin müəssisənin əməkhaqqı cədvəlləri, əmr kitablarına və şəxsi işi əsasında yazılmadığı, iş stajını təsdiq edən heç bir sənədin müəssisədə mövcud olmadığı müəyyən edilib Bu fakt * saylı Təmir-Tikinti Quraşdırma Idarəsinin ## ###### 2025ci II tarixli birgə Aktı ilə təsdiqlənib Buna görə də ##.##.1995-## ## 2005-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Həmçinin qaynaqçı vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan izolyasıyaçılar vəzifəsinə aid deyil. Göstərilən səbəblərdən də İddiaçı ümumi iş stajı 25 ildən az (24 il 11 ay 12 gün (##.##.1982-##.## 1983-cü il ##.##.1983-##.##.1984-cü il, ##.##.1984-##.##.1987-ci il, ##.##.1987-##.##.1995-ci il tarixləri arasındakı dövrlər və # ###### 2006-cı il tarixindən sonra 12 il 1 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alənmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli ** saylı arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “xxxx” Səhmdar Cəmiyyətinin (hazırda “xxxx” MMC) Şüşə zavodunun əsas istehsalı olan isti iş sahəsini əhatə edən * saylı Istehsalatın Maşın-soba sexində ## ###### 1983-cü il tarixdən (Əmr №***/K, ##.##.1983), ## #### 1984-cü il tarixədək (Əmr №***/K, ##.##.1984), ## #### 1987-ci il tarixdən (Əmr №***/K, ##.##.1987), ## ####### 1995-ci il tarixə (Əmr №***/K, ##.##.1995) kimi zərərli iş şəraitində şüşə zolağının kəsicisi (bort nəzarətçisi) peşəsində işləmişdir. Işlədiyi peşə üzrə iş stajı 8 il 10 ay 17 gün təşkil edir. Işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xususiyyətləri: “xxxx” SC-nin (hazırda “xxxx” MMC) Şüşə zavodunun 1 №li istehsalatının (yəni əsas istehsalat) Maşın-soba sexində vərəqə şüşə istehsalı metodlarından biri də şaquli şüşə dartma (ŞŞD) üsuludur. Bunun üçün ŞŞD mexaniki maşınlardan istifadə olunur. Bunun da iki üsulu mövcuddur: lodkalı (qayıq) və lodkasız. Hər iki üsulda ŞŞD maşının işinə insan nəzarəti vacibdir, çünki dartılan şüşə lentinin hər an qırılma ehtimalı vardır bu işi əsasən şüşə zolağının kəsicisi (bort nəzarətçisi) həyata keçirir. Şüşə zolağının kəsicisinin (bort nəzarətçisi) əsas vəzifəsi: maye halında gələn şüşə kütləsinə yad cisimlərin (odadavamlı daşlar və qırıntıları) yapışmamasına və şüşənin roliklərlə təmiz şəkildə yuxarı qalxmasına nəzarət etməkdir, yad cisimlərin yapışması nəticəsində şüşədə çat və zolaqların əmələ gəlməsi nəticəsində istehsal olunan şüşə yararsız sayılır. Şüşə zolağının kəsiciləri (bort nəzarətçiləri) həmin yararsız hissəni yüksək dərəcədə olan isti odla kəsib çıxartmalıdırlar ki, şüşə təmiz halda yuxarı çıxarılsın. Iş şəraiti - sexdə istilik dərəcəsi fəsildən asılı olaraq maşın mərtəbələri arası meydançalarda 30-60 dərəcə olur. Ümumi olaraq 1 №li istehsalatda şüşə əritmə sobasında temperatur 1480 - 1500 dərəcə olduğundan sexin çox isti və havasında şüşə tozunun olmasına görə iş şəraiti zərərli iş şəraiti sayılır. Bu işdə işləyənlər zavod tərəfindən xüsusi geyimlərlə, qoruyucu eynəklə və hər gün əsasən süd məhsulu ilə təmin edilirdilər. ** nömrəli siyahının XVIII bölməsinin 2190100a-16397 vəzifə kodu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı il təsdiq edilmiş siyahısının bəndlərində və vəzifə kodlarında müəyyən edilmiş sahələrin və peşələrin xüsusiyyətləri ilə eyni olduğuna görə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. Qeyd: - Şüşə zavodunda pəncərə şüşəsinin istehsalında əsas aparıcı işçilər: şüşə bişirən, maşinist, maşinist köməkçisi və bort nəzarətçiləridir, yəni şüşə zolağının kəsicisi peşələri sayılır, lakin zavodda - əmrlərdə, ərizələrdə və əmək kitabçalarında şüşə zolağının kəsicisi peşəsi həmişə rus dilində bort nəzarətçisi kimi yazılıb. Bu səbəbdən də İddiaçı işlədiyi bort nəzarətçisi vəzifəsi üzrə şüşə zolağının kəsicisi peşəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli ** saylı arayışından iddiaçının işlədiyi vəzifənin şüşə zolağının kəsicisi peşəsi ilə eynilik təşkil etdiyi müəyyən olunur. Bundan əlavə, * saylı Təmir-Tikinti Quraşdırma Idarəsinin ## ###### 2025-ci II tarixli birgə Aktına münasibətdə məhkəmə qeyd edir ki, həmin akt iddiaçının ##.##.1995-ci ildən ##.##.2005-ci ilədək olan iş stajının nəzərə alınmamasına əsas ola bilməz. Belə ki, Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli 2-1(85)- ***/**** saylı qərarı əsasında İddiaçı ##.##.1995-ci ildən ##.##.2005-ci ilədək Sumqayıt Təmir-Tikinti Təchizat Idarəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmışdır. Həmin qərarda qeyd edilmişdir: “Iddiaçının ИТ ******* saylı əmək kitabçasında da onun ##.##.1995-ci ildən ##.##.2005-ci ilədək Sumqayıt Təmir-Tikinti Təchizat Idarəsində işlədiyi qeyd edilmişdir. Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli *-*(**)-***/**** saylı qərarı hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin ##.##.2019-cu il tarixli, *********** saylı məktubunda Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı qərarının icra edildiyi qeyd edilmişdir. Həmçinin, həmin dövrlərə aid ##.##.2025-ci il tarixli, *** saylı güzəştli iş arayışı iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Belə ki, iddiaçının 25 il ümumi iş stajının və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları ilə sübut edilir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarının əsaslandırma hissəsində Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli*-*(**)-***/**** saylı qərarına istinad edərək, həmin qərarın hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyini əsas gətirmişdir. Məhkəmə Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli*-*(**)-***/**** saylı qərarına əsasən ##.##.1995- ##.##.2005-ci illəri 'güzəştli staj' kimi rəsmiləşdirmiş, bununla da qanunvericiliyin imperativ tələbini pozmuşdur. Həmçinin Məhkəmə iddiaçının Təmir Tikinti Quraşdırma Idarəsində işlədiyi ##.##.1995 – ##.##.2005ci illəri güzəştli əmək stajı kimi qəbul edərkən, ##.##.2025-ci il tarixli, *** saylı güzəştli arayışı əsas götürmüşdür. Lakin, sözügedən arayışda istinad edilən istehsalat kodunda vəzifənin adı "elektrik qaynaqçıları" qeyd edildiyi halda, iddiaçının maddi sübut olan əmək kitabçasında onun sadəcə "3-cü dərəcəli qaynaqçı" işlədiyi təsbit olunmuşdur. Güzəştli şərtlərlə pensiya hüququ verən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiq edilmiş * saylı Siyahıda "Qaynaqçı" peşəsi ilə "Elektrik qaynaqçısı" peşəsi tam fərqli meyarlarla, fərqli istehsalat şərtləri və zərərli faktorlar nəzərə alınmaqla fərqli bəndlərdə tənzimlənir. Əmək kitabçasındakı rəsmi qeydlə xüsusi arayışdakı kod bir-biri ilə ziddiyyət təşkil edir. Həmçinin qeyd edək ki, məhkəmə tərəfindən "xxxx" MMC-nin ## ######## 2025ci il tarixli *** nömrəli güzəştli arayışa hüquqi qiymət verilərkən maddi hüquq normaları, habelə sahəvi normativ aktların tələbləri aşağıdakı qeyd edilən səbəblərə görə kobud şəkildə pozulmuşdur: “Bort nəzarətçisi” vəzifəsi prosesin bilavasitə "isti" və formalaşma mərhələsinə aiddir. Onun əmək funksiyası əritmə sobasından yenicə çıxan, hələ maye/plastik fazada olan şüşə kütləsinin lent formasına salınması zamanı bortların (kənarların) formalaşmasına nəzarət etmək, soyutma sistemlərini tənzimləməkdir. Bu vəzifə birbaşa maye şüşənin qırılmasının və istehsalat qəzasının qarşısının alınmasına yönəlmişdir. “Şüşə zolağının kəsicisi” vəzifəsi isə prosesin tamam fərqli- "soyuq" və mexaniki emal mərhələsinə aiddir. Kəsici artıq formalaşmış, soyutma tunelindən keçərək tambərkimiş hazır şüşə vərəqlərini verilən ölçülərə uyğun kəsir və qüsurları ayırır. Əmək qanunvericiliyinin tələbinə görə, vəzifələrin eyniləşdirilməsi və ya bir-birinə şamil edilməsi üçün onların icra olunduğu əmək şəraiti eyni olmalıdır: "Bort nəzarətçisi" əritmə sobasının bilavasitə çıxışında işlədiyindən, daha yüksək termik istiliyə, radiasiyaya və toksiki qazların təsirinə məruz qalır. "Şüşə zolağının kəsicisi" isə nisbətən soyuq zonada işləyir və onun qarşılaşdığı risklər tamfərqli xarakterlidir (mexaniki kəsiklər, şüşə qırıntıları və s.). Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “ Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara * nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi peşənin müvafiq Siyahıda nəzərdə tutulan peşə ilə eynilik təşkil etmədiyindən güzəştli iş stajına malik olmadığını, habelə əmək kitabçasınınaparılmış qeydlərin həqiqiliyinə şübhə olduğudan (qeydlərin eyni qələmlə yazılması, Əmək Qanunla Məcəlləsinə istinad eidlməsi, sənədlərin arxiv əsaslarının mövcud olmaması) cavabdeh inzibati orqan iddiaçıya münasibətdə ümumi iş stajının 25 ildən az, güzəştli iş stajının isə olmamasını əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş stajına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.1962-ci il təvəllüdlü olmaqla, ##.##.2022-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Kollegiya iddianın əsaslılığı baxımından ümumi iş stajına aid şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi dövrlərdən əmək kitabçasında ##.##.2001-ci ilədək olan dövrləri nəzərə alaraq, 23 il 10 ay 27 gün iş stajına malik olduğunu qeyd edərək, iddiaçının ##.##.2006-cı il tarixdən sonrakı dövrləri nəzərə almamışdır. Həmçinin, cavabdeh həmin dövrləri nəzərə almamasının əsası kimi iddiaçının müraciətinin Qanunun 9.8-ci maddəsinə əsasən olması halı ilə izah etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Indiki halda iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmağa yönəldiyindən, cavabdeh inzibati orqan onun xeyrinə pensiya hüququnun yaranmasının qanuni əsaslarını yoxlamalı, ona uyğun inzibati icraat aparmalı, hüquqi yardım etməli olduğu halda, formal yanaşma tətbiq etmişdir. Bu baxımından kollegiya hesab edi ki, cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi həmin arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğundan, pensiya hüququnun yaranması əsasları məhz Qanunun 9.1-ci maddəsinin tələbləri əsasında da yoxlanılmalıdır. Nəticə etibarilə iddiaçının yalnız ##.##.2006-cı ilədək işlədiyi dövrlər deyil, pensiya yaş həddinin tamam olduğu dövrədək işlədiyi dövrlər də qanunla müəyyən edilmiş şərtlər daxilində iş stajı kimi nəzərə alınmalıdır. Indiki halda iş materiallarında olan əmək kitabçasında əks olunmuş qeydlər, işəgötürən tərəfindən verilmiş arayış, habelə elektron informasiya portalında əks olunmuş məlumatlarda iddiaçının ##.##.2020-ci il tarixdən hazırki vaxtadək işlədiyi, sığortaolunanın hesabat məlumatlarında həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqlarının ödənildiyi müəyyən edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, qanunvericiliyin tələbinə əsasən həmin dövrlər iş stajı kimi nəzərə alınmalı olduğundan, iddiaçıya münasibətdə cavabdehin mübahisələndirmədiyi dövrlər (23 il 10 ay 27 gün) və ##.##.2020-ci ildən işlədiyi və məcburi sosial sığorta haqqının ödənildiyi dövrlər nəzərə alındıqda, qanunla tələb olunan 25 il ümumi iş stajına aid şərt ödənilmiş olur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin bu hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Kollegiya güzəştli iş stajına aid şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki,cavabdeh tərəfindən həmin hal ümumiyyətlə mübahisələndirilməmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, iddiaçı ##.##.1984-cü ildən ##.##.2001-ci ilədək əl ilə elektrik qaynaqçısı peşəsində işləmiş, işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasına dair işəgötürən müəssisə tərəfindən ətraflı arayış təqdim edilmişdir. Həmin arayışın məzmununda iddiaçının işlədiyi sahənin “Kimya istehsalat birliyi” və “Superfosfat” zavodunun zərərli sexləri olduğu, 17 il 27 gün güzəştli iş stajının olduğu, müvafiq Siyanın 29-cu bəndində əks olunmuş koda uyğun olduğu qeyd edilmişdir. Indiki halda cavabdhe tərəfindən həmin halları təkzib edən heç bir sübut təqdim edilməmiş, habelə həmin hal mübahisə predmeti olmamışdır.Bu baxımından kollegiya hesab edir ki, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması şərtinin ödənilməsi halı da iş materialları əsasında öz təsdiqini tapır. Həmçinin, kollegiya onu qeyd edir ki, idniki halda iddiaçının 60 yaşı ##.##.2022-ci il tarixdə tamamlanmış olsa da, həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələbinə əasən pensiya hüququnun yaranması üçün pensiya yaş həddi, ümumi iş stajı və güzəştli iş stajına aid şərtlərlə yanaşı, minimum pensiya kapitalına aid şərtin ödənilməsi də tələb olunurdu. Indiki halda işin üməyyən edilmiş hallarından görünür ki, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının məbləğiqanunla tələb olunan minimum məbləğdən az olmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddi, ümumi və güzəştli iş stajına aid şərt ödənildiyindən, minimum pensiya kapitalına aid şərt ödənilmədiyindən, iddiaçının pensiya hüququ məhz minimum pensiya kapitalına aid şərti özündə ehtiva edən qanunun normasının qüvvədən düşüdüyü ##.##.2022-ci il tarixdən yaranmış olur. Bu baxımından kollegiya hesab edir ki, IPM-in 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifad tərzi ilə bağlı olmadığından, iddiaçının hüquqi marağı güzəştli şərtlərlə pensiya təyin edilməsinə nail olmağa yönəldiyindən, birinci instansiya məhkəməsinin məhz onun hüquqi marağına uyğun olaraq pensiya hüququnun yarandığı vaxtdan ona pensiya təyin edilməsi ilə bağlı gəldiyi nəticə tələbdən kənara çıxma kimi dəyərləndirilməməli, məhkəmə qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas kimi çıxış etməməlidir.Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda iddiaçıya münasibətdə ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər (pensiya yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-992/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-992/2026
20.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver