Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-995/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı, Sumqayıt şəhər X3 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən ## ###### 1996- cı il tarixli, */**a nömrəli order əsasında iddiaçının istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini istəyir. Bununla bağlı Sumqayıt İnzibati Məhkəməsində cavabdeh1n * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı yuxarıda qeyd edilən iddianı qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən cavabdeh cavabdeh1n * saylı Sumqayıt Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1993-cü il tarixdən ##.##.2023cü il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə, Azərbaycan Respublikasının Hərbi Əks-Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmətdə müxtəlif vəzifələrdə olmuşdur. Mülkiyyət sənədi almaq istədiyi Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Tağıyev-3 hərbi şəhərciyi, Gənclik küçəsi, ev 12, mənzil 8 ünvanında yerləşən yaşayış sahəsi ## ###### 1996-cı il tarixdə verilmiş 2/70 a nömrəli Orderdəki qeydə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin ##.##.1995-ci il tarixli *** saylı protokolu əsasında Sumqayıt şəhər X3 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən ## ###### 1996-cı il tarixli 2/70 a nömrəli Order əsasında istifadəsinə verilmişdir və hal-hazırda da istifadəsindədir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən qeyd olunan mənzil sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması,reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə ərizə ilə ##.##.2025-ci il tarixdə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir, lakin cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı “Bildiriş”lə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh imtinanın səbəblərini sənədlərə Orderin əsli deyil, surətinin əlavə edilməsi, Dövlət arxivinin Sumqayıt filialı tərəfindən veriliş ## ##### 2022-ci il tarixli *** nömrəli arayışa əsasən sözügedən mənzilə dair məlumatın aşkar edilməməsi, eyni zamanda sözügedən mənzilin istifadəyə xidməti rejimdə verildiyinin müəyyən edilməsi ilə əsaslandırmış və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddələrinə istinad etmişdir. Hansı ki, həmin maddədə cavabdehin əsaslandığı hallara görə hüquqların dövlət qeydiyyatından imtina üçün əsas nəzərdə tutulmamışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdeh1 * saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi imtina əsassız və qanunsuzdur. Belə ki,Sumqayıt Şəhər X3 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən adıma verilmiş ## ###### 1996-cı il tarixli 2/70 a nömrəli Order hazırda qüvvədədir, ləğv olunmamışdır, əsli mövcuddur və verildiyi tarixdən, yəni 1996-cı ildən həmin yaşayış sahəsi istifadələrindədir. Bu səbəbdən orderin əslinin cavabdehə göndərilən sənədlərə qoşma edilməməsi hüquqların dövlət qeydiyyatından imtina üçün əsas sayıla bilməz. Həmçinin Dövlət arxivinin Sumqayıt filialıda həmin mənzilə dair məlumatın aşkar edilməməsi müvafiq dövlət orqanlarının səlahitinə aid olan məsələdir. Eyni zamanda sözügedən mənzilin istifadəsinə xidməti rejimdə verilməsi ilə bağlı bildirir ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" ## ###### 1993-cü il tarixli Qanununun 6-cı maddəsinə görə təhsil müəsisəsinin yataqxanalarında,qəza vəziyyətdə olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin,eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.Göründüyü kimi Qanununun tələbinə görə sadalanan 3 koteqoriyadan olan evlərdə - təhsil müəsisəsinin yataqxanalarında, qəza vəziyyətdə olan evlərdə və qapalı hərbi şəhərciklərdə yerləşən evlərdə mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə qanunla qadağa qoyulmuşdur.Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi tərəfindən adına verilmiş ##.##.2025-ci il tarixli ** saylı arayışda göstərilir ki, hazırda yaşadığı Zeynalabdin qəsəbəsi Mənzil İstismar Hissəsinin təminatında olan “Tağıyev-3” hərbi şəhərciyindəki Gənclik küçəsi ev 12,mənzil 8 ünvanı Müdafiə Nazirliyinin balansındadır və açıq hərbi şəhərcikdə yerləşir.Göründüyü kimi özəlləşdirilməsini xahiş etdiyi mənzil qapalı hərbi şəhərcikdə deyil, açıq hərbi şəhərcikdə yerləşir və istinad olunan Qanunun 6-cı maddəsinin təsiri altına düşmür. Həmçinin, həmin qurum tərəfindən Sumqayıt Asan Xidmət Mərkəzinə ##.##.2025-ci il tarixli *** saylı məktub verilərək Azərbaycan Respublikası Dövlət Mənzil Fondunun yaşayış sahələrinin özəlləşdirilməsi haqqında qanuna uyğun olaraq H.Zeynalabdin qəsəbəsi,Tağıyev-3 hərbi şəhərciyi, Gənclik küçəsi ev 12,mənzil 8 ünvanda yerləşən mənzilin qanuna müvafiq şəkildə özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdir. Ona görə də hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tam qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilən order surət olduğundan, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən ## ##### 2022-ci il tarixli, *** nömrəli arayışa əsasən sözügedən mənzilə dair məlumat aşkar edilmədiyindən həmçinin, Sumqayıt Şəhər X3 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ## ###### 1996-cı il tarixli */**a nömrəli order əsasında sözügedən mənzilin vətəndaşın istifadəsinə xidməti rejimdə verildiyindən ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi adi cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi X1 iştirak etmiş, mənzilin xidməti rejimdə olmaqla Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin balansında olduğunu və iddiaya etiraz etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, H.Zeynalabdin Tağıyev qəsəbəsi, “Tağıyev-3” hərbi şəhərciyi, Gənclik küçəsi, ev 12, mənzil 8 ünvanı ## ###### 1996-cı il tarixdə */**a nömrəli xidməti orderlə İddiaçı istifadəsinə verilmişdir. Həmin mənzil Müdafiə Nazirliyi H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin balansındadır, açıq hərbi şəhərcik statusuna malikdir və xidməti rejimlidir. Xüsusi idarənin ##.##.1995-ci il tarixli *** saylı protokolunun surəti Mənzil-İstsiamr hissəsinin mənzil fondunda aşkar olunmadı. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh1n * saylı Sumqayıt Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə mənzilin müayinə aktı məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş və inzibati məhkəmə icraatının təməl prinsipləri olan “işin faktiki hallarının araşdırması prinsipi” və “qanun və məhkəmə qarşısında bərabərlik prinsipi”nin tələbinə əməl etməmişdir. Mübahisə predmetini təşkil edən mənzilin yerləşdiyi Sumqayıt şəhəri,Hacı Zeynalabdin qəsəbəsində bir çox binalarda yerləşən mənzillər, o cümlədən Gənclik küçəsində yerləşən ** saylı, Fətəlixan küçəsində yerləşən ** saylı, Fərrux Qayıbov küçəsində yerləşən 16 və ** saylı binalarda çox sayda mənzillər əvvələr xidməti rejimli olmuş, sonradan özəlləşdirilərək şəxsi mülkiyyətə verilmişdir və hazırda həmin mənzillər xüsusi mülkiyyət hüquqi ilə ayrı-ayrı fiziki şəxslərə məxsusdur. İşə baxan məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan faktiki halları xidməti vəzifəsinə görə müəyyən etməli olduğu halda etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən həmin halları araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. .... Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan SSR-in 1982-ci il # #### tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (##.##.2009-cu il tarixdən qüvvədən düşmüş hesab edilmişdir): Maddə 100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon X3 icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon X3 icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Mənzil Məcəlləsi (hazırda qüvvədə olan): Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; .... 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-). 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin Sumqayıt şəhər X3 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən ## ###### 1996-cı il tarixli, */**a nömrəli order əsasında iddiaçının istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Sumqayıt şəhər X3 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ## ###### 1996-cı il tarixli, */**a nömrəli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Gənclik küçəsi, ev 12 ünvanında yerləşən * saylı mənzil İddiaçı və onun ailə üzvlərinə xidməti rejimdə verilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, həmin mənzil Müdafiə Nazirliyinin balansındadır və açıq hərbi şəhərcikdə yerləşir. İddiaçı tərəfindən iş materiallarına Müdafiə Nazirliyi H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin mənzilin qanuna müvafiq şəkildə özəlləşdirilməsinə etiraz etmədikləri barədə ##.##.2022-ci il tarixli, *** saylı arayışın surəti əlavə edilsə də, birinci instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi X1 izahatında qeyd edilən arayışdan məlumatlı olmadığını bildirmiş, maraqlarının balansda olan mənzillərin saxlanılmasından ibarət olduğunu və iddia tələbinə etiraz etdiyini bildirmişdir. Məhkəmə kollegiyası onuda qeyd edir ki, Müdafiə Nazirliyi H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin mənzilin özəlləşdirilməsinə etiraz edib-etməməsi iddianın uğurluluq ehtimalına təsir edən meyar kimi müəyyən edilməsinin əsasları mövcud deyil. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, H.Zeynalabdin Tağıyev qəsəbəsi, “Tağıyev-3” hərbi şəhərciyi, Gənclik küçəsi, ev 12, mənzil 8 ünvanı ## ###### 1996-cı il tarixdə */**a nömrəli xidməti orderlə İddiaçı istifadəsinə verilmişdir. Həmin mənzil Müdafiə Nazirliyi H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin balansındadır, açıq hərbi şəhərcik statusuna malikdir və xidməti rejimlidir. Xüsusi idarənin ##.##.1995-ci il tarixli *** saylı protokolunun surəti Mənzil-İstismar hissəsinin mənzil fondunda aşkar olunmadı. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən və yuxarıda istinad olunan sənədlərlə təsdiqini tapan hallarından görünür ki, mübahisə predmeti olan mənzil xidməti mənzil statusuna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə əmək fəaliyyəti ilə əlaqədar müvafiq şəxslərə istifadəsi üçün verilmiş yaşayış sahəsidir və yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən müvafiq mənzil xidməti yaşayış sahəsi kimi verildiyindən həmin mənzilin özəlləşdirilməsinə yol verilmir. İşin qeyd olunan hallarından göründüyü kimi iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilə münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulan məhdudiyyətlər mövcud olduğundan, kollegiya hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən mənzil iddiaçıya xidməti vəzifəsinə görə verilmişdir. Mənzil qanunvericiliyinin tələbinə əsasən isə xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Qeyd olunan hal “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsasdır. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar və inzibati orqanın inzibati praktikasına uyğun olaraq aparılmalı olan əsaslar və ya qanunvericilikdən irəli gələn digər əsaslar mövcud deyil. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən düzgün hüquqi nəticəyə gəlmişdir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Eyni zamanda məhkəmə kolegiyası iddiaçının apellyasiya şikayətinin dəllilərinidə əsaslı hesab etmir və qeyd edir ki, xidməti rejimdə olan mənzillərin özəlləşdirilməsinə yol verilməməsi ilə bağlı hazırda formalaşmış məhkəmə təcrübəsi vardır. Kollegiya onuda qeyd edir ki, iddiaçının ailəsi ilə mənzildən maneəsiz istifadə etməsi mübahisə olunmasada, hazırda bu kateqoriya mənzillərə güzəşt formasında hər hansı bir tənzimləmə mövcud deyil, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-995/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-995/2026
30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver