Məhkəmə qərarları › İş №2-1(3-8)-996/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-996/2026

20.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-996/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları JN 0694, kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şamaxı rayonu, Dövlət Notariat Kontorunun ##.##.2005-ci il tarixli *Ə-*-**** saylı alqı-satqı müqaviləsi ilə verilmiş 4.00 ha torpaq sahəsi k/t və sahibkarlıq məqsədi ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmışdır. ##.##.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, JN 0694 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonunun ərazisində yerləşən 4.00 hektar torpaq sahsəindən 0.20 ha torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən İddiaçı satılmışdır. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ##.##.2020-ci il tarixli məktubundan qeyd olunmuşdur ki, 4Ə-197 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. JN 0712, kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şamaxı rayonu, Dövlət Notariat Kontorunun ##.##.2006-cı il tarixli *Ə-*** saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.20 ha torpaq sahəsi k/t və sahibkarlıq məqsədi ilə İddiaçı ayrılmışdır. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanladığı ##.##.2024-cü il tarixli imtina məktubundan görünür ki, Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin kadastr məlumatları yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsinə əsasən həmin torpaq sahəsinin bir hissəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür, bir hissəsi isə kollu örüş torpaqlarına aiddir. “xxxx“ Publik Hüquqi Şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsinin ##.##.2025- ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı X1 naturada göstərdiyi torpaq sahəsi 0,20 ha təşkil edir. ** saylı Şamaxı Ərazi Idarəsinin ## ### 2024-cü il tarixli imtina məktubunda qeyd edilən 0,20 ha torpaq sahəsinə dair JN-**** nömrəli Dövlət aktının ikinci nüsxəsi Ərazi Idarəsinin arxivində mövcuddur və təsdiq olunmuş surəti cavab məktubuna əlavə olunur. Iddiaçının naturada göstərdiyi 0,20 ha torpaq sahəsi elektron baza məlumatlarına (DWJ məlumatlarına) əsasən bütünlüklə JN-*** nömrəli Dövlət aktı ilə üst-üstə düşür. Ərazi Idarəsinin arxivində JN-*** nömrəli Dövlət aktının ikinci nüsxəsi aşkar olunmadı, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş DBF siyahısında JN-*** nömrəli Dövlət aktı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeyd olunmuşdur, həmin Dövlət aktında qeyd olunmuş 5,0 ha torpaq sahəsi Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin ##.##.2005-ci il tarixli Qərarı ilə ayrılmışdır. Mübahisə predmeti olan 0,20 ha torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən ortofoto görüntüsü cavab məktubuna əlavə olunur. Torpaq sahəsində aparılmış yerində müayinə (baxışın) aktının surəti cavab məktubuna əlavə olunur. Sorğu məktubunuzda qeyd edilmiş iddiaçıya aid 0,12 ha torpaq sahəsinə dair Ərazi Idarəsində hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Qoşma olaraq göndərilmiş ##.##.2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin bir hissəsi (0.0806 ha) başqa mülkiyyətçiyə aid olan sənədə aiddir. Torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0.20 ha, faktiki 0.20 ha-dır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı X1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Dövlət Notariat Kontorunun ##.##.2006-cı il tarixli *ə-*** nömrəli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş ##.##.2006-cı il tarixli, JN-0712 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna dair”Dövlət Aktı ilə Şamaxı rayonu, Nağaraxana kənd ərazisində yerləşən 0,20 ha torpaq sahəsində yerləşən iddiçıya məxsus torpaq sahəsinə olan maneənin, yəni Həsən Vəliyevə məxsus torpaq sahəsinin koordinatlarının iddiaçıya məxsus torpaq sahəsindən götürülməsi, iddiaçıya məxsus torpaq sahəsinə yeni nəsil çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əsl iddiaçı İddiaçı ilə əvəz edilməsini, İddiaçı isə notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. Iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN0712 kod 41011018 Torpağın mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin xxxx” Publik Hüquqi Şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Dövlət Notariat Kontorunun ##.##.2005ci il tarixli *Ə-*-**** saylı alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonu Nağaraxana kənd ərazisində yerləşən 4.00 ha torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satılmışdır. Bu barədə ona JN-0712 KOD 410111018 nömrə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Alqı-satqı zamanı torpaq sahəsinin cizgisi olmuş və cizgidə göstərilən sərhəd daxilində 4.00 ha torpaq sahəsi müəyyən edilmişdir. Daha sonra Şamaxı rayon Dövlət Notariat Kontorunun ##.##.2006-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən X2 tərəfindən Şamaxı rayonu Nağaraxana kənd ərazisində yerləşən özünə məxsus 4.00 ha torpaq sahəsinin 0,20 ha torpaq sahəsini atası - İddiaçı satmışdır. Həmin torpaq sahəsinə atası - İddiaçı adına JN-0712 KOD 410111018 nömrə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi k/t və sahibkarlıqla məşğul olması məqsədilə verilmişdir. Həmin vaxtdan da torpaq atası - İddiaçı istifadəsində və mülkiyyətindədir. Həmin torpaq sahəsinin JN-0712 KOD ********* nömrəli şəhadətnaməsini yeni nəsil çıxarışla əvəz etmək üçün Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şamaxı Ərazi Idarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şamaxı Ərazi idarəsinin ## #### 2024-cü il tarixli *-**-*-**/*-***/**** saylı məktubunda qeyd edilmişdir ki, ərizənin icrasını təmin etmək məqsədilə Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı müəyyən olmuşdur ki, Şamaxı rayonu Nağaraxana əraizisində yerləşən 0,20 ha torpaq sahəsinin kadastr məlumatlarının yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, yeni tərtib olumuş rəqəmsal kadastr xəritəsinə əsasən həmin torpaq sahəsinin bir hissəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, bir hissəsi isə kollu örüş torpaqlarına aiddir. Bildirir ki, Şamaxı rayonu Nağaraxana kənd ərazisində yerləşən 4.00 ha torpaq sahəsi qanuni əsaslarda cizgidə göstərilən sərhəd daxilində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilmiş və həmin torpaq sahsinin 0,20 ha satılmışdır. Həmin torpaq sahəsinin başqa şəxsə məxsus olması mümkün deyildir. Dövlət Notariat Arxivinin ##.##.2020-ci il tarixli məktubu ilə həmin alqı-satqı müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmaması müəyyən edilmişdir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş JN **** saylı kod ******** saylı “torpağa dair mülkiyyət hüququna dair" dövlət aktında və sonradan atası - İddiaçı alqı-satqı müqaviləsi əsasında verilmiş JN **** saylı kod ******** saylı “torpağa dair mülkiyyət hüququna dair” dövlət aktında həmin torpaq sahəsinin dəqiq kordinatları müəyyən edilmişdir. Hazırki prosesdə araşdırma zamanı müəyyən edilir ki, atası - İddiaçı məxsus torpaq sahəsinin bir hissəsi (təxminən 8-9 sotu) Həsən Vəliyev adlı şəxsin torpaq sahəsi ilə üst-üstdə düşür. Atası - İddiaçı məxsus torpaq sahəsi Həsən Vəliyevə ayrılmış torpaqdan əvvəl ayrılmış, dövlət tərəfindən mülkiyyət hüququ ondan əvvəl tanınaraq reyestr məlumatlarına daxil edilmişdir. Atası - İddiaçı məxsus torpaq sahəsinin sxemi və kordinatları əvvəldən olduğu halda onun sonradan digər şəxsə ayrılması qanunsuzdur və ya mümkün deyildir. Həmçinin iddiaçıya ünvanlanmış imtina məktubu da formal mülahizələr əsasında verilmişdir. Həmin imtina məktubunda Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin kadastr məlumatlarının yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsi ilə uyğunsuzluq təşkil etdiyi, həmin torpaq sahəsinin bir hissəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, bir hissəsinin isə kollu örüş torpaqlarına aid olduğu qeyd edilmişdir. Əvvəla, yeni rəqəmsal kadastr xəritəsinə məlumatlar daxil edilərkən əvvəlki reyestr məlumatları xronoloji ardıcıllıqla köçürülməli olmuşdur. Atası - İddiaçı məxsus torpaq sahəsinin məlumatları yeni rəqəmsal kadastr xəritəsinə düzgün daxil edilmiş olsaydı, müəyyən ediləcəkdi ki, atası - İddiaçı verilmiş torpaq sahəsi deyildir, Həsən Vəliyevə verilmiş torpaq sahəsi iddiaçının torpaq sahəsiylə üst-üstə düşür. Yəni iddiaçının Həsən Vəliyevə münasibətdə üstünlük hüququ vardır. Indi sual olunur ki, inzibati orqan hansı əsasla H.Vəliyevin mülkiyyət hüquqlarını atası - İddiaçı mülkiyyət hüquqlarından üstün tutur. Halbuki, Azərbaycan Respulikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa imtina məktubunda iddiaçıya məxsus torpaq sahəsinin hansı hissəsinin (kordinatları göstərilməklə) digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, hansı hissəsinin kollu örüş sahəsi olduğu göstərilməli, digər şəxsə məxsus torpaq sahəsinin nə vaxtdan ayrıldığı göstərilməli idi. Yəni ərizəsi əsasında inzibati icraat başlanılmalı, yaranmış anlaşılmazlıqlar tərəflərin iştirakı ilə müfəssəl araşdırılmalı, inzibati orqanın özünün keçmişə yönəlik səhvi var idisə (yeni rəqəmsal kadastr xəritəsi hazırlanması zamanı texniki səhvlərə yol verilmişdisə) bu inzibati orqanın təşəbbüsü ilə aradan qaldırılmalı idi. Lakin, formal imtina məktubunun özü sübut edir ki, inzibati orqan göstərdiyi hallarla bağlı heç bir araşdırma aparmadan, ərizəçinin hüquqlarının pozuntusu ilə hazırlanmışdır. Iddiaçı Şamaxı rayon Dövlət Notariat Kontorunun ##.##.2006-cı il tarixli *ə-*** nömrəli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş ##.##.2006-cı il tarixli, JN-0712 KOD ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Şamaxı rayonu, Nağaraxana kənd ərazisində yerləşən 0,20 ha torpaq sahəsinə yeni nəsil çıxarışın, plan və ölçünün verilməsi öhdəliklərinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şamaxı Ərazi idarəsinin üzərinə qoyulması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş. Həsən Vəliyevə məxsus torpaq sahəsinin koordinatları atası - İddiaçı məxsus torpaq sahəsinə düşdüyündən məhkəmədə qaldırdığı iddianın baxılması mümkün olmadığı ona izah olunmuş, həmin maneə, yəni Həsən Vəliyevə məxsus torpaq sahəsinin koordinatları iddiaçıya məxsus torpaq sahəsindən götürüldükdən sonra qaldırdığı iddianın baxılması mümkün olacaqdır. X5 anket məlumatları əldə edilməlidir ki, gələcəkdə məhkəmədə iddia qaldıracağı təqdirdə onu da cavabdeh qismində cəlb edə bilsin. Ona görə də iddiaçıya məxsus torpaq sahəsinə olan maneənin, yəni Həsən Vəliyevə məxsus torpaq sahəsinin koordinatlarının iddiaçıya məxsus torpaq sahəsindən götürülməsini və Həsən Vəliyevin anket məlumatları barədə məlumat verilməsi barədə ##.##.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi şəxsi ** saylı Şamaxı Ərazi Idarəsinə müraciət etmiş, lakin bu günə qədər heç bir cavab verilməmişdir. Rəsmi qaydada müraciət etdiyindən və ona heç bir cavab verilmədiyindən o, məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin kadastr məlumatları yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsinə əsasən həmin torpaq sahəsinin bir hissəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür, bir hissəsi isə kollu örüş torpaqlarına aiddir. Torpaq sahəsinin kadastr məlumatları dövlət reyestrində saxlanılan məlumata uyğun olmadığına görə, ərizənin icrası mümkün olmamışdır. JN:712, kod:******** saylı dövlət aktının məumatları dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığı üçün, mübahisəli ərazidə yerlləşdiyinə və təyinatı üzrə ayrılmadığına görə, ərizənin icrasından imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, JN-0712 kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 0,20 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN 0694, kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Dövlət Notariat Kontorunun ##.##.2005-ci il tarixli *Ə-*-**** saylı alqı-satqı müqaviləsi ilə verilmiş 4.00 ha torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmışdır. ##.##.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, JN 0694 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonunun ərazisində yerləşən 4.00 hektar torpaq sahsəindən 0,20 ha torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən İddiaçı satılmışdır. Bundan sonra iddiaçının adına 0,20 ha torpaq sahəsinə dair JN 0712, kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənib hazırlanmışdır. Iddiaçı 0,20 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin kadastr məlumatları yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsinə əsasən həmin torpaq sahəsinin bir hissəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür, bir hissəsi isə kollu örüş torpaqlarına aiddir. məhkəmənin sorğusuna əsasən mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin çıxarışlar və verilməsinə əsas olmuş sənədlərdən görünür ki, cavabdeh tərəfindən mülkiyyət hüquqları qeydə alınmış və çıxarışlar verilmişdir. Eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş “xxxx“ Publik Hüquqi Şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.20 ha torpaq sahəsinin ətrafına və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məxsus JN*** nömrəli Dövlət aktının daxilinə reyestr nömrələri 410013013552 və 410013011036 olan çıxarışlar verilmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia tələbinə qarşı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prossesi zamanı birinci instqansiya məhkəməsində iddia olunan torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi halı araşdırılmış və bu hal aradan qaldırılmışdır. Lakin,məhkəmə iddia tələbini təmin edərkən nəzərə almamışdır ki, mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Azərbaycan Respublikasının Torpaq qanunvericiliyin tələblərinə əsasən örüş torpaqları alqı-satqı predmeti deyil, yalnız icarə predmeti ola bilər. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”-nin 16.3-cü maddəsinə, əsasən, Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Məhkəmə praktikasında Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, ##.##.2024 cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarına əsasən: 1 (..) Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. (..) Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. 2. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. 3. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. 4.Örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; .... 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “ HYPERLINK "http://e-qanun.az/framework/107" \o "Azərbaycan Respublikasının 1999-cu il 26 noyabr tarixli 762-IQ nömrəli Qanunu" \t "_blank" Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;.... 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \t "_blank" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçın hüquqi marağı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi, bir hissəsinin isə təyinatının kollu örüş olması əsasında istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsini notarial qaydada təsdiq edilmiş ##.##.2006-cı il tarixli alqı-satqı müqvailəsi əsasında əldə etmiş, həmin müqavilə əsasında onun adına JN-**** nömrəli Dövlət Aktı tərtib edilmişdir, alqı-satqı müqvailəsinə dair notariat işinin arxiv nüsxəsi, habelə Dövlət Aktının arxiv nüsxəsi mövcud olmuşdur. Işin müəyyən eidlmiş hallarından görünür ki, iddiaçının adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlər (müqavilə və Dövlət Aktı) hazırda da qüvvədə olmaqla, onların ləğv edilməsi və ya qüvvədən düşməsi (etibarsız hesab eidlməsi) halı mövcud olmamışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, həmin müqavilə üzrə satıcı qismində çıxış edən şəxsin adına JN-**** nömrəli Dövlət Aktı mövcud olmuş, həmin Dövlət Aktına əsasən ona 4 ha torpaq sahəsi məxsus olmuş, 4 ha torpaq sahəsinin 0,20 ha hissəsini alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmışdır, ilkin mülkiyyətçi olan satıcıya aid hüquqmüəyyənedici sənədlər də mövcud olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Kollegiya sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçının adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlər onun həmin əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas hesab edildiyindən, habelə torpaq sahəsi naturada mövcud olduğundan, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. Kollegiya mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunması əsası ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan imtina və etirazın əsası kimi torpaq shaəsinin bir hissəsinin başqa şəxsə məxsus olan torpaq shaəsi ilə üst-üstə düşməsi halına istinad etsə də, şikayətin məzmununda həmin halın aradan qalxdığını bildirmişdir. Bu səbəbdən kollegiya hesba edir ki, həmin halın araşdırılması zərurəti mövcud olmamışdır. Indiki halda cavabdehin mübahisələndirdiyi yeganə hal məhz torpaq sahəsinin təyinatı ilə bağlı olan hal olmaqla, torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı kollu örüş olduğundan, alqısatqı predmeti ola bilməməsi halına istinad etmişdir. Kollegiya cavabdehin istinad etdiyi arqumenti ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən ilkin mülkiyyətçiyə münasibətdə mülkiyyət hüququ tanınaraq, onun adına Dövlət Aktı verilmiş, həmin səndldərin arxiv nüsxəsi mövcud olmuş həmin sənədlər qüvvədə olmuşdur, habelə onların məzmununda torpaq sahəsinin keyfiyyət qrupunun V qrup olması, bonitet balının 19 olması qeyd edilmişdir. Bundan əlavə, sözügedən torpaq sahəsi iddiaçıya satılan zaman DT və XK tərəfindən həmin əmlakla bağlı üzəridnə həbs və ya digər qadağa olmaması ilə bağlı arayış verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ qeydə alınmış, qeydə alınmanın əsası eyniməzmunlu hüquqmüəyyənedici sənədlər çıxış etmiş (bir şəxsə münasibətdə isə əsas kimi bələdiyyə qərarı çıxış etmişdir), habelə çıxarış məlumatlarında həmin torpaq sahələrinin təyinatları kimi “ehtiyyat fondu torpaqlar, sahibkarlıq, yaşayış məntəqələri torpaqları” məlumatı qeyd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə araşdırması zamnaı tədqiq edilən qonşu torpaq sahələri ilə bağlı mükiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlərin məzmunun tərkibində bir torpaq sahəsi ilə bağlı DT və XK tərəfindən verilmiş rəy mövcud olmuşdur, hansı ki həmin rəydə torpaq sahəsinin alq-satqı predmeti olması qeyd edilmiş, habelə bir torpaq sahəsinin isə məhz fərdi yaşayış evinin inşa edilməsi məqsədilə satıldığı müəyyən edilmişdir. Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya torpaq sahəsini satan şəxsə mülkiyyət hüququ əsasında 4 ha torpaq sahəsi məxsus olmuş, onun 0,20 ha hissəsini iddiaçıya satmış, digər hissələrini isə başqa şəxslərə satmışdır, hansı ki digər şəxslərə münasibətdə isə mülkiyyət hüquqları qeydə alınmışdır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya torpaq sahəsini satan şəxsə məxsus olan torpaq sahəsinin digər bir hissəsinin satılması ilə halında həmin hissələr üzərində başqa şəxslərin hüququnun qeydə alınması, habelə eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının ehtiyat fondu, sahibkarlıq, yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun eyni hüquqmüəyyənedici sənəd əsasında dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə ## #### 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun eyni bələdiyyə qərarı əsasında dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin örüş torpaqlara aid olması məlumatının mötəbərliyi təkzib edildiyindən, əksinə ehtiyat fondu sahibkarlıq, yaşayış məntəqələri torpaqlar olması halı aşkar müəyyən edildiyindən, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, indiki halda sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması əsası müəyyən edildiyindən və bu hüququnun qeydiyyata alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuş, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar