Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-1/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamların və icarə müqaviləsinin qismən ləğv edilməsi, qanunsuz əlverişsiz inzibati akt) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçıların vəkili və nümayəndəsi vəkil2, üçüncü şəxsin vəkili və nümayəndəsi vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamlarının və müqavilənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.20216-cı il tarixli *** nömrəli sərəncamından görünür ki, X34 heyvandarlığın inkişafı üçün İmişli rayonunun ** saylı dövlət qış otlaq fondundan 68.0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti ilə X34 arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2016-cı il tarixli ** nömrəli müqavilədən görünür ki, heyvandarlığın inkişafı üçün 68.0 ha torpaq sahəsi X34 25 il müddətinə icarəyə verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti baçısının “İbrahim” K/M-nin, X12, X34, X18 torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamında qeyd edilmişdir ki, “...1. İmişli rayonunda pambıqçılığın inkişafı üçün yeni əkin sahələrinin cəlb edilməsinin zəruriliyi nəzərə alınsın. 2. “İbrahim” K/M-nin, X12, X34, X18 torpaq sahəsindən istifadə hüququna xitam verilsin. 3. “İbrahim” K/M-nə 387.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2000-ci il tarixli ** saylı sərəncamı, X12 205.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## #### 2006-cı il tarixli *** saylı sərəncamı və ## #### 2006-cı il tarixli ** saylı icarə müqaviləsi, X34 68.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2016-cı il tarixli *** saylı sərəncamı və ## ###### 2016-cı il tarixli ** saylı icarə müqaviləsi, X18 50.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyati başçısının ## #### 2009-cu il tarixli ** saylı sərəncamı və ## #### 2009-cu il * saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilsin.” İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamından görünür ki, Üçüncü şəxs kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsi məqsədi ilə rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h, ** saylı dövlət qış otlaq sahələrindən 2600.0 ha torpaq sahəsi ayrılıb icarəyə verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2017-ci il tarixli ** nömrəli müqavilədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət arasında ##.##.2017-ci il tarixli *** nömrəli sərəncam əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2600.0 ha torpaq sahəsinin 45 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Beyləqan ərazi idarəsi tərəfindən ##.##.2023-cü il tarixli məktub ilə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...1. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsinin və İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli ** saylı sərəncamı ilə Üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin 2153.90 ha olan hissəsində mübahisə olduğu üçün həmin ərazinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.
2. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi sərəncam qəbul olunduğu vaxt dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsi olmuşdur. Hazırda da dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsdir. ...3. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsinin 60.16 ha hissəsi İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə Üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin 2153.90 ha olan hissəsinin koordinatları daxilində yerləşir. Yəni, iddiaçıya məxsus 68.0 ha torpaq sahəsinin 60.16 ha hissəsi ilə Üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.90 ha olan hissəsi ilə üst-üstə düşür.
4. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə olunur.” İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində birinci icraat
İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı, ##.##.2017-ci il tarixli *** saylı sərəncamlarının və İmişli Rayon İcra Hakimiyyəti ilə Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2017-ci il tarixli ** nömrəli müqavilənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Üçüncü şəxs MMC ona və digər şəxslərə qarşı “Torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin öz hesablarına əvvəlki vəziyyətinə bərpa edilməsi, torpaq sahəsi üzərində qanunsuz hərəkətlərə son qoyulması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Yalnız bu iddia ərizəsindən sonra cavabdeh İmişli Rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsinə dair sərəncamların ləğv edilməsi və həmin torpaq sahəsinin Üçüncü şəxs MMC-nin istifadəsinə verilməsi məlum olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsini qanuni sənədlər əsasında əldə etmiş və uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edir. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.20216-cı il tarixli sərəncamı ilə ona heyvandarlığın inkişaf etdirilməsi üçün İmişli rayonunun ** saylı dövlət qış otlaq fondundan 68.0 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı torpaq sahəsinin ayrılmasına dair cizgi (xəritə) sənədləri hazırlanmış, ərazi naturada ona göstərilmiş və ərazinin naturada göstərilməsi barədə akt tərtib edilmişdir. Bundan sonra İmişli Rayon İcra Hakimiyyəti ilə arasında ## ###### 2016cı il tarixdə ** saylı “Torpaq icarə müqavləsi” bağlanaraq, torpaq sahəsi 25 il müddətinə ona icarəyə verilmişdir. İmişli RİHB-nın ##.##.2017-ci il tarixli*** saylı sərəncamının, ##.##.2017-ci il tarixli *** saylı sərəncamının və ##.##.2017-ci il tarixli ** saylı icarə müqaviləsinin ləğv edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Lakin müraciətindən bir aydan çox vaxt keçməsinə baxmayaraq, müraciətinə cavab verilməmişdir. Göstərilən sərəncamlar qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bundan başqa, mübahisəli torpaq sahəsi qanunla onun icarəsinə verilməsinə və istifadəsində olmasına baxmayaraq, sonradan başqa şəxsə verilmişdir. Mübahisəli torpaq sahəsi örüş torpaq sahəsi olmasına baxmayaraq, Üçüncü şəxs MMC-yə əkinçilk üçün verilmişdir.
Cavabdehin etirazları:
Etiraz onunla əsaslandırılmışdır ki, ölkə Prezidentinin əkinə yararlı torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılması və həmin torpaqların tam həcmdə əkin dövriyyəsinə qatılması ilə bağlı tapşırıqların icrasını təmin etmək məqsədi ilə rayonun Aranlı kəndi yaxınlğında Arazın yeni qolu olan “Orta Muğan” kanalı (köhnə “Moskva” kanalı) ətrafında yerləşən dövlət qış otlaq fondu torpaqlarına mütəxəssislər tərəfindən yerində baxış keçirilmiş, aydın olmuşdur ki, ərazinin torpaq sahəsi əkinçilik, o cümlədən pambıqçılıq və taxılçılıq üçün yararlıdır. Həmçinin, ərazinin Arazın yeni qolu olan “Orta Muğan” kanalından (köhnə “Moskva” kanalı) suvarma suyu ilə təminatı vardır. Odur ki, həmin ərazinin torpaq istifadəçilərinə, o cümlədən İddiaçı icarəyə verilmiş 68.0 ha torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd edilənləri və həmin torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinin zəruriliyini, həmçinin bu torpaqların əkinçilik üçün yararlı olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinin 1-ci və 8-ci bəndlərinə və 73-cü maddəsinin 9-cu bəndinə uyğun olaraq İddiaçı icarəyə verilmiş 68.0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilmiş və həmin torpaq sahəsi gələcəkdə təyinatı dəyişdirilməklə əkin dövriyyəsinə cəlb edilməklə Üçüncü şəxs icarəyə verilmişdir. Hazırda “Strateji yol xəritəsi”nə uyğun olaraq həmin ərazilərin əkin dövriyyəsinə qatılması ilə bağlı işlər davam etdirilir.
Üçüncü şəxsin etirazları:
Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən ərazi gələcəkdə təyinatının əkinə dəyişdirilməsi məqsədilə Üçüncü şəxs MMC-yə İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarbdi *** saylı sərəncamı ilə icarəyə verilmişdir. Həmin ərazilərin əkinə çevrilməsi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına “Orta Muğan” suvarma kanalı (Araz çayının yeni qolu) inşa edilib istifadəyə verilmişdir. Həmin əraziyə bitişik 5826 ha torpaq sahəsinin əkinə dəyişdirilərək “xxxx” MMC-yə əkin məqsədilə icarəyə verilməsi üçün orada suvarma kanalları və kollektorlar inşa edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Üçüncü şəxs MMCyə icarəyə verilmiş 2600 ha torpaq sahəsinin təyinatının otlaqdan əkinə dəyişdirilməsi məqsədilə müsbət rəy vermişdir. Eyni zamanda, “Orta Muğan” kanalının sağ və sol tərəfində yerli əhali və ayrı-ayrı hüquqi və fiziki şəxslərin istifadəsində olan 7250 ha torpaq sahəsinin də çəmənlikdən əkinə çevrilməsi üçün Üçüncü şəxs MMC tərəfindən 2600 ha torpaq sahəsinin təyinatının dəyişdilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə və İmişli Rayon İcra Hakimiyyəti adından iqtisadi əsaslandırma göndərilmişdir. İcarədə olan torpaq sahəsinin 800 hektarına yaxın ərazidə əkinə hazırlıq işlərihamarlama, şumlama və sair tədbirlər görülərək bir neçə ildir ki, çuğundur, pambıq və taxıl bitkiləri əkilmişdir. Hazırda da əkin işləri və təyinatın dəyişdirilməsi ilə bağiı müvafiq işlər aparılır. Artıq həmin ərazilərdən bugün örüş kimi istifadə edilməsi məqsədə müvafiq deyildir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** saylı qərardadı (hakim Amilya Hüseynova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: Habil Bəhmənov /sədrlik edən hakim/, Samir Həsənov və Fikrət Hüseynov) ## ##### 2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 06 noybr 2024-cü il tarixli *-*(***)-**/**** saylı qərardadı ləğv edilmiş, inzibati icraat materialları məhkəmə icraatının davam etdirilməsi Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.
c) birinci instansiya məhkəməsində ikinci icraat
Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia qismən təmin edilmiş, cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı iddiaçı İddiaçı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, İddiaçı 68.0 ha torpaq sahəsinin ayrılması barədə ## ###### 2016-cı il tarixli *** saylı sərəncamın və ## ###### 2016-cı il tarixli ** nömrəli Torpaq icarəsi müqaviləsinin hüquqi qüvvəsinin itirilmiş hesab edilməsi hissəsində, həmçinin İmişli Rayon İcra Hakimiyyəti başçısının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2600.0 ha torpaq sahəsinin ayrılması barədə ##.##.2017-ci il tarixli *** saylı sərəncamı İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2016-cı il tarixli *** saylı sərəncamı və ## ###### 2016 cı il tarixli ** nömrəli Torpaq icarəsi müqaviləsi ilə icarə hüququ əsasında İddiaçı verilmiş 68.0 ha torpaq sahəsi ilə üst-üstə düşən 60.16 ha hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs Üçüncü şəxs MMC apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat:
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli 2-1(106)- 1/2026-cı il tarixli qərardadı ilə iddiaçının “İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017ci il tarixli *** saylı, ##.##.2017-ci il tarixli *** saylı sərəncamlarının və İmişli Rayon İcra Hakimiyyəti ilə Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2017-ci il tarixli ** nömrəli müqavilənin ləğv edilməsi”nə dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən qərar qəbul edilərkən sübutlar, tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Mübahisələndiorilən inzibati aktlar üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı 2020-2021-ci illərdə Üçüncü şəxs kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsi məqsədi ilə 2600.0 ha torpaq sahəsinin ayrılıb icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamından məlumatlı olmuşdur.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirak olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Rzayev Murad İlham oğlu üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (## ##### 2023-cü ilədək qüvvədə olan mətn)
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. İcarənin müddətləri Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilməli və iddia qismən təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı qismən təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan mütəxəssis və ekspert rəylərinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi həm sərəncam qəbul olunduğu vaxt, həm də hazırda Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsidir. Həmin torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə olunur. Lakin İmişli Rayon İcra Hakimiyyəti başçısının mübahisələndirilən ##.##.2017-ci il tarixli *** saylı sərəncamından müəyyən olunur ki, torpaqların dövlət ehtiyacları üçün alnmasına əsas verən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində təsbit olunmuş əsaslardan heç biri mövcud olmamış, həmin əsaslar olmadan torpaqların dövlət ehtiyacları üçün alnmasına qanunla yol verilmədiyi halda cavabdeh inzibati orqan qanunazidd qərar qəbul etmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını ciddi şəkildə pozmuşdur. Digər tərəfdən, hətta “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində təsbit olunmuş əsaslardan hər hansı birinin mövcud olduğu halda belə həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmasına baxmayaraq, iddiaçıya mübahisələndirilən sərəncamda qeyd olunduğu kimi başqa ərazidən torpaq sahəsi ayrılmadan, kompensasiya ödənilmədən, qarşılıqlı razılaşma əldə edilmədiyi halda qanunun tələbinə müvafiq olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiyanın ödənilməsi təmin edilmədən İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi üzərində onun istifadə hüququna xitam verilmişdir. Halbuki, Qanunun tələbinə görə “Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Göründüyü kimi, bu halda belə cavabdeh inzibati orqan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini yerinə yetirməmişdir. Cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Beləliklə, iş materiallarında olan sənədlərin araşdırılması nəticəsində müəyyən olunur ki, cavabdeh İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən ##.##.2017-ci il tarixli *** saylı sərəncam qəbul edilərkən torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İmişli Rayon İcra Hakimiyyəti başçısının mübahisələndirilən ## ###### 2017-ci il tarixli, *** nömrəli digər sərəncamına və həmin tarixli ** nömrəli “Torpaq icarəsi müqaviləsi”nə əsasən Üçüncü şəxs kənd təsərrüfatı bitkilərinin əkilib- becərilməsi məqsədilə rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h və ** saylı dövlət qış otlaq sahələrindən 2600.0 ha torpaq sahəsinin ayrılıb icarəyə verilməsi qərara alınmışdır və işdə olan mütəxəssis və ekspert rəylərinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı heyvandarlığın inkişafı üçün ayrılmış 68.0 ha torpaq sahəsinin 60.16 hektarı həmin torpaq sahəsində yerləşir. İşin hallarından müəyyən edildi ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.20216cı il tarixli *** nömrəli sərəncamı ilə X34 heyvandarlığın inkişafı üçün İmişli rayonunun ** saylı dövlət qış otlaq fondundan 68.0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti ilə X34 arasında heyvandarlığın inkişafı üçün 68.0 ha torpaq sahəsinin 25 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İmişli Rayon İcra Hakimiyyəti baçısının “İbrahim” K/M-nin, X12, X34, X18 torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamı ilə “İbrahim” K/M-nin, X12, X34, X18 torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, “İbrahim” K/M-nə 387.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2000-ci il tarixli ** saylı sərəncamı, X12 205.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## #### 2006-cı il tarixli *** saylı sərəncamı və ## #### 2006-cı il tarixli ** saylı icarə müqaviləsi, X34 68.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2016-cı il tarixli *** saylı sərəncamı və ## ###### 2016-cı il tarixli ** saylı icarə müqaviləsi, X18 50.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyati başçısının ## #### 2009-cu il tarixli ** saylı sərəncamı və ## #### 2009-cu il * saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamı ilə Üçüncü şəxs kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsi məqsədi ilə rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h, ** saylı dövlət qış otlaq sahələrindən 2600.0 ha torpaq sahəsi ayrılıb icarəyə verilmiş və İmişli Rayon İcra Hakimiyyəti ilə Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət arasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2600.0 ha torpaq sahəsinin 45 il müddətinə icarəyə verilməsi ilə bağlı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2017-ci il tarixli ** nömrəli müqavilə bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Beyləqan ərazi idarəsi tərəfindən ##.##.2023-cü il tarixli məktub ilə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...1. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsinin və İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli ** saylı sərəncamı ilə Üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin 2153.90 ha olan hissəsində mübahisə olduğu üçün həmin ərazinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.
2. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi sərəncam qəbul olunduğu vaxt dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsi olmuşdur. Hazırda da dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsdir. ...3. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsinin 60.16 ha hissəsi İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə Üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin 2153.90 ha olan hissəsinin koordinatları daxilində yerləşir. Yəni, iddiaçıya məxsus 68.0 ha torpaq sahəsinin 60.16 ha hissəsi ilə Üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.90 ha olan hissəsi ilə üst-üstə düşür.
4. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə olunur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə kollegiya apellyasiya şikayətinin dəlili olan iddianın xüsusi mümkünlük şərti olan iddia müddətinə münasibətdə bildirir ki, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə iddia müddəti məsələsinə görə mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərardadı ləğv edilmiş və inzibati icraat materialları məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmiş, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardad ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə qiymət verilmişdir ki, “...2021-ci ilin may ayına qədər olan müddətin ötürülməsi həm cavabdehin razılaşmaya əməl etməməsi, həmçinin də mübahisələndirilən sərəncamlardan iddiaçının məlumatlı olmaması səbəbi ilə üzürlü hal kimi nəzərə alınmalıdır.” Üçüncü şəxs MMC ##.##.2021-ci il tarixdə ayrı-ayrı şəxslərə, o cümlədən İddiaçı qarşı İmişli Rayon Məhkəməsində iddia qaldırmış, həmin iş üzrə ##.##.2021-ci il tarixdə qətnamə qəbul edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə İmişli Rayon Məhkəməsinin ilk iddia üzrə cavabdehlər “İbrahim” kiçik müəssisəsinin, X12 və X22 apellyasiya şikayətinin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin qismən, yəni ilk iddia üzrə cavabdehlər “İbrahim” kiçik müəssisəsinin, X12 və X22 ilkin iddia üzrə iddiaçı Üçüncü şəxs MMC-yə qarşı - İmişli Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2017-ci il tarixli *** saylı sərəncamının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdehlər X7, X2 və X3, cavabdehlər “İbrahim” kiçik müəssisəsinin, X12 və X22, X34, X18, X13 və cavabdeh X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsinin qismən təmin edilməsi, “İbrahim” Kiçik Müəssisəsi, X12, X34, X18, X10, X4, X22, X5, X8, X26, X14, X11, X15, X7, X2 və X3 İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** nömrəli sərəncamı və İmişli Rayon İcra Hakimiyyəti başçısı ilə Üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli ** saylı torpaq icarə müqaviləsi əsasında Üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsindən çıxarılmaları, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh X34 Üçüncü şəxs MMC-yə qarşı “cavadehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi və torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsi və ilkin iddia üzrə cavabdehlər “İbrahim” kiçik müəssisəsi, X12 və X22 ilkin iddia üzrə iddiaçı Üçüncü şəxs MMC-yə qarşı İmişli Rayon İcra Hakimiyyəti başçısı ilə Üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli ** saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ##.##.2021-ci il tarixdə (poçt zərfi) hazırki iddia Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Kollegiya iddia müddəti məsələsində Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının 2021-ci ilin may ayına qədər olan dövr üzrə iddia müddətinin ötürlməməsi barədə mövqeyini nəzərə almışdır. Həmin dövrdən sonrakı müddətdə tərəflər arasında məhkəmədə iddia olmuş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə iş aidiyyət məsələsinə görə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı qəbul edilməmişdən əvvəl, ##.##.2021-ci il tarixdə iddiaçı hazırki iddia ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə üzrə vaxtında İmişli Rayon Məhkəməsi tərəfindən aidiyyət məsələsinin düzgün müəyyən edilməməsi hazırki iddia üzrə iddiaçının iddia müddətinin ötürülməsi nəticəsinə gəlinməsi barədə mövqe qanuni olmazdı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il ## #### və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il ## ######## tarixli Qərarlar). Qeyd edilən səbəblərdən kollegiya iddianı mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq, qiymət vermişdir. Mübahisənin mahiyyətinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh qanunvericiliyin tələbinə zidd olaraq iddiaçıya icarəyə verilmiş 68.0 ha torpaq sahəsinin 60.16 ha hissəsini Üçüncü şəxs MMC-yə icarəyə vermiş, ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamı ilə ayrı-ayrı şəxslərin, o cümlədən X34 torpaq sahəsindən istifadə hüququna xitam vermiş, ona 68.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2016-cı il tarixli *** saylı sərəncamının və ## ###### 2016-cı il tarixli ** saylı icarə müqaviləsinin hüquqi qüvvəsini itirmiş hesab etmişdir. İmişli Rayon İcra Hakimiyyəti bacısı ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamında həmin sərəncamın qəbul edilməsinin zəruriliyi kimi torpaq sahəsinin əkin dövrəyyəsinə cəlb edilməsini göstərmişdir. Halbuki, torpaq sahəsinin şəxsdən geri alınması qanunla tənzimlənir və konkret şərtlərə tabedir. Həmçinin, İmişli Rayon İcra Hakimiyyəti bacısının ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamından görünür ki, həmin sərəncam şəxsə “başqa ərazidən torpaq ayrılmaq” şərti ilə qəbul edilmişdir. İşin araşdırılması zamanı iddiaçıya başqa ərazidən torpaq sahəsinin ayrılması, bununla bağlı müqavilə bağlanması müəyyən edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilməsinə münasibətdə bildirilir ki, mübahisə üzrə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamı iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən 60.16 ha hissədə ləğv edilsə də, həmin sərəncamın icrası ilə bağlı Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə 2600.0 ha torpaq sahəsinin 45 il müddətinə icarəyə verilməsi ilə bağlı bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2017ci il tarixli ** nömrəli müqaviləyə qiymət verilməmişdir. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Müqaviləyə qiymət verilməməsi məhkəmə aktının tam olmamasına səbəb olmuş və nəticə etibarı ilə gözlənən məqsədə uyğun olmamışdır. Həmin məsələ ilə bağlı iddiaçının vəkilinə hüququ yardım edilmiş və onun tərəfindən iddianının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. İddia ərizəsindən də görünür ki, iddiaçı ilkin olaraq müqavilənin də ləğvini tələb etmişdir. Kollegiya qeyd edir ki, Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə 2600.0 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2017-ci il tarixli ** nömrəli müqavilənin də ləğvini tələb etsədə, nəzərə almaq lazımdır ki, həmin müqavilə ilə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsi ona icarəyə verilmiş 68.0 ha torpaq sahəsinin 60.16 ha hissəsi ilə üst-üstə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilməli və iddia qismən təmin edilməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı İddiaçı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, İddiaçı 68.0 ha torpaq sahəsinin ayrılması barədə ## ###### 2016-cı il tarixli *** saylı sərəncamın və ## ###### 2016-cı il tarixli ** nömrəli “Torpaq icarəsi müqaviləsi”nin hüquqi qüvvəsinin itirilmiş hesab edilməsi hissəsində, İmişli Rayon İcra Hakimiyyəti başçısının Üçüncü şəxs 2600.0 ha torpaq sahəsinin ayrılması barədə ##.##.2017-ci il tarixli *** saylı sərəncamı, İmişli Rayon İcra Hakimiyyəti ilə Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2017-ci il tarixli ** nömrəli müqavilə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2016-cı il tarixli *** saylı sərəncamı və ## ###### 2016 cı il tarixli ** nömrəli “Torpaq icarəsi müqaviləsi” ilə İddiaçı icarəyə verilmiş 68.0 ha torpaq sahəsi ilə üst üstə düşən 60.16 ha hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.