Məhkəmə qərarları › İş №2-1(3-9)-100/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-100/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-100/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X3 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qərarın hissəvi etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Hacıqabul rayon XDM Rəyasət Heyətinin ## ##### 1995-ci il tarixli qərarının X2 aid olan hissəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə üçüncü şəxs1 iş üzrə zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarı qəbul etmiş XDM-nin fəaliyyəti, onun torpaq ayrılması ilə bağlı səlahiyyətinin olub-olmaması ilə bağlı heç bir məlumat mövcud deyil. Belə olan halda XDM-nin səlahiyyəti, həmçinin hazırki qərarın etibarlılığı məhkəmə tərəfindən müəyyən edilmir. Həmçinin ##.##.2012-ci il tarixədək qüvvədə olmuş ##.##.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Iddiaçı uzun müddətdir ki, ## ##### 1995-ci il tarixli Hacıqabul rayon XDM Rəyasət Heyətinin qərarından məlumatlıdır və həmin qərarın qəbul edilməsindən kifayət qədər uzun müddət keçmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvandakı fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə ********** qeydiyyat nömrəli, ##.## 2022-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ona məxsusdur. Hacıqabul rayon XDM Rəyasət heyətinin ## ##### 1995-ci il tarixli “Fərdi mənzil tikintisi məqsədilə vətəndaşlara torpaq sahəsi ayrılması və sənədləşdirilməsi barədə” qərarın X2 aid olan hissəsinə uyğun olaraq guya 1959-cu ildən Qazməmməd şəhəri, H.Z.Tağıyev küçəsi *** nömrəli sahədə tikilmiş bir mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 34,9 kv.m olan fərdi ev həmin vaxtdan (1959-cu ildən) orada yaşayan və ərazidə uzun müddət istifadə etdiyinə görə 6 sot torpaq sahəsi ailə tərkibi 2 nəfərdən ibarət olan X2 adına sənədləşdirilməsi və üzərindəki tikilinin onun mülkiyyətinə verilməsi qeyd olunmuşdur. Halbuki, X2 1951-ci ildə anadan olmuşdur, ev isə 1959-cu ildə inşa olunmuşdur. Belə çıxır ki, 8 yaşı olarkən artıq ev inşa edilmişdi. Halbuki, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialından alınmış ## ###### 2023-cü il tarixli, ** nömrəli arxiv arayışından bəlli olur ki, X2 şəhərində ** nömrəli dəmir yol binasının ** nömrəli mənzilində 1982-ci ilə qədər və ondan da sonra yaşamışdır. Eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının ## ####### 2021-ci il tarixli, *** nömrəli arxiv arayışına əsasən, Qazməmməd rayon Icra Komitəsinin ## ##### 1959-cü il tarixli, ** nömrəli iclas protokolundan çıxarışa uyğun olaraq keçmiş X1 Heyətinin ## ###### 1948-ci il tarixli fərmanına uyğun olaraq X5 şəhərdə fərdi ev tikdirmək üçün 0,6 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində yuxarıda qeyd olunmuş 34,9 kv.m-dən ibarət bir mərtəbəli 2 otaqlı yaşayış evi inşa edilmişdir. Həmin torpaq sahəsinə və onun üzərində inşa edilmiş yaşayış evinə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 243 inventar nömrəsi ilə pasport verilmişdir. Həmin torpaq sahəsində olan evin tikintisinə dair 1959-cu ilə aid iş lahiyəsi keçmiş Azərbaycan SSR kommunal Təsərrüfat Nazirliyinin “AZKOMMUNPROEKT” idarəsi tərəfindən tərtib edilmiş bütün sənədlərlə həmin evin X9 məxsusluğu təsdiq olunur. Aydın olur ki, Hacıqabul XDM Rəyasət heyəti səlahiyyətlərini aşaraq heç bir hüquqi əsas olmadan qanunsuz olaraq qeyd olunan ünvandakı torpaq sahəsinin və yaşayış evinin X2 mülkiyyətinə verilməsi barədə absürd qərar çıxarmışdır. Həmin qərar qanunsuz və əsassız olduğu üçün etibarsızdır və heç bir hüquqi əhəmiyyət kəsb etmir. Ona görə də Hacıqabul rayon XDM-nin Rəyasət Heyətinin ## ##### 1995-ci il tarixli Qərarını etibarsız hesab etməklə X2 aid olan hissəsinin icra olunması nəticəsində meydana gəlmiş nəticələrin ona mülkiyyət hüququ əsasında məxsus olmuş, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə ##.##.2010-cu il tarixdə 1310001459 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində üçüncü şəxs2 məxsus olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin “Hüquqların Dövlət Qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin də etibarsızlığı tələbini irəli sürür. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin ** saylı Şirvan Şəhər Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, **** saylı sorğuya cavab məktubundan görünür ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə və “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər (yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və X14 tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, yaşayış evinin (mənzilin) şəxsi mülkiyyətinə verilməsi barədə rayon X14 icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd, rayon, şəhər, qəsəbə və kənd X14 tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərar, yeli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yeni icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-cı il ######ın #-dək verilmiş qərar və s.) əsasında aparılır. Əlavə olaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmişdir. X10 Məclisinin və onun Icraiyyə Komitəsinin qəbul edilmiş qərarları nəzərdə tutulmamışdır. Cavabdeh Hacıqabul rayon Dövlət Arxivindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Hacıqabul rayon dövlət Arxivindən Fond 58-də mühafizə olunan Hacıqabul rayon XDM-nin (X7) sənədlərinə baxıldıqda arxivdə həmin qurumun yaranması və ləğvi ilə bərabər heç bir məlumata rast gəlinməmişdir. Cavabdeh Hacıqabul rayon Dövlət Arxivindən sorğuya alınmış cavab məktubunda göstərlir ki, X2, ZDS (zəhmətkeş deputatlar soveti), XDS (xalq deputatları soveti), Icraiyyə Komitəsi, Cavabdeh və Hacıqabul şəhər Bələdiyyəsi tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barədə qərar arxivdə aşkar edilməmişdir. DƏDKR publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi Idarəsinin ##.##.2023cü il tarixli, **** saylı sorğuya cavab məktubundan görünür ki, Hacıqabul şəhəri, H.Z.Tağıyev küç, *** saylı ünvanda yerləşən fərdi yaşayış evini X2 adına 2003-cü il tarixli texniki pasport verilmişdi. Lakin hüquqları qeydiyyata alınmamışdır. Üçüncü şəxsin etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı cavabdehlər üçüncü şəxs2, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan Ərazi Idarəsinə qarşı qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, üçüncü şəxs2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən çıxarış etibarsız hesab edilmiş, iddiaçı İddiaçı vərəsə kimi tanınması təmin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)***/**** saylı qətnaməsi Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)***/**** saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. ünvan 3 ünvanda yerləşən və hazırda yaşadığı fərdi yaşayış evi ##.##.2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən verilmiş 1320015795 qeydiyyat və 910013000504-***** reyestr nömrəli Çıxarışla mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Lakin ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən ##.##.2022-ci ildə qanunsuz olaraq İddiaçı eyni qeydiyyat və reyestr nömrəli çıxarış verilmişdir. Bu çıxarış və texniki pasport sənədi verilərkən yaşadığı fərdi yaşayış evinə ölçü işləri aparmaq üçün mühəndis-inventarlaşdırıcı belə gəlməmiş, hətta ##.##.2022-ci il tarixli texniki pasport sənədində icraçının imzası yoxdur. Hətta məhkəmə qətnaməsinə istinad etsələr belə qətnamənin qanuni qüvvəyə minməsi barədə icra vərəqəsi yoxdur. Sonradan qeyd etdikləri İddiaçı tərəfindən sözügedən fərdi yaşayış evinin ona məxsus olmasını əsas gətirərək “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbi ilə” Hacıqabul Rayon Məhkəməsinə müraciət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)***/**** saylı qətnaməsinə uyğun olaraq fərdi yaşayış evi üzərində qeydiyyata alınmış hüquqlar ləğv edilmişdir. ünvan 3 ünvanında yerləşən üçüncü şəxs1 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış hüquqlar ləğv edilmişdir. Bundan sonra İddiaçı müraciəti əsasında ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı hüquqmüəyyənedici sənədlər əsasında qanunamüvafiq qaydada aparılaraq ##.##.2022-ci il tarixli 910013000504-***** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir”. Hansıki bu hal mümkünsüz və açıq qanun pozuntusudur. Iddia tələbinin qeyri-mümkün sayılması və ya iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Iş materiallarında olan: -Hacıqabul rayon XDM Rəyasət Heyətinin ## ##### 1995-ci il tarixli qərarının arxiv çıxarışından görünür ki, 1959-cu ildən Qazməmməd şəhəri, H.Z.Tağıyev küçəsi *** nömrəli sahədə tikilmiş bir mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 34,9 kv.m olan fərdi ev həmin vaxtdan (1959-cu ildən) orada yaşayan və ərazidə uzun müddət istifadə etdiyinə görə 6 sot torpaq sahəsi ailə tərkibi 2 nəfərdən ibarət olan X2 adına sənədləşdirilməsi və üzərindəki tikilinin onun mülkiyyətinə verilməsi qeyd olunmuşdur. -X12 ## ### 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 ZDS, XDS Icraiyyə Komitəsi, Cavabdeh və Hacıqabul şəhər Bələdiyyəsi tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barədə qərar arxivdə aşkar edilmədi. -X12 ## ###### 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Hacıqabul XDMnin yaranması və ləğvi barədə Hacıqabul rayon Dövlət Arxivində heç bir məlumat aşkar edilmədi. Cavabdeh başçısı aparatının ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ## ###### 1995-ci il tarixdə keçirilmiş Referendıum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının keçid müddəaları bölməsinin 6-cı bəndinə əsasən X4 Sovetinin səlahiyyətlərinə xitam verilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən X4 Sovetinin səlahiyyətlərini Yerli Icra Hakimiyyəti orqanları həyata keçirmişdir. Cavabdeh Başçısının ## ###### 1995-ci il tarixli Sərəncamı ilə Hacıqabul rayon X13 səlahiyyətlərinə xitam verilmişdir. XDS ləğv edilənədək torpaq sahələrinin vətəndaşlara ayrılması ilə bağlı səlahiyyətlər Hacıqabul rayon X13 səlahiyyətlərinə aid olmuşdur. Hacıqabul rayon, X7 yaranması ləğv edilməsi və onun Icraiyyə Komitəsi tərəfindən torpaq sahələrinin vətəndaşlara ayrılması barədə səlahiyyətinin olub-olmaması barədə məlumatlar rayon Icra Hakimiyyətində mövcud deyildir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “## ##### 1995-ci il tarixli Hacıqabul rayon XDM Rəyasət Heyətinin qərarının X2 aid olan hissəsinin ləğv edilməsi” barədə iddia tələbi mümkün hesab edilməmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Milli X11 Quruculuğu, Inzibati və Hərbi Qanunvericilik Şöbəsinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Xalq deputatları icraiyyə komitəsi (Xalq deputatları soveti) Sovet dövründə, xüsusən 1930-cu illərdə Sovet Ittifaqında yaranan idarəetmə orqanlarından biri idi. Azərbaycan SSR-nin 1937-ci il Konstitusiyasına əsasən isə rayon, şəhər və kənd X22 icraiyyə orqanları kimi icraiyyə komitələri yaranmışdır. Daha sonra Azərbaycan SSR 1978-ci il tarixli Konstitusiyası ilə X4 Sovetləri və onların icra və sərəncam orqanları olan icraiyyə komitələri yaradılır. Yerli əhəmiyyəti olan bütün məsələlər, həmçinin torpaqdan istifadə məsələləri də onlar tərəfindən həll edilirdi. Beləliklə, sözügedən icraiyyə komitələri ilk dəfə 1937-ci ildə qəbul edilən Azərbaycan SSR-i Konstitusiyası ilə təsis edilmiş və Azərbaycan Respublikasının ## ####### 1991-ci il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilmişdir. Lakin onu da vurğulamalıyıq ki, həmin Fərmana əsasən rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin X14 və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilirdi. X14 səlahiyyətlərinə tam xitam verilməsi isə Azərbaycan Respublikasının hazırki Konstitusiyasının qüvvəyə minməsi gündən hesablanır və X4 sovetlərinə aid edilmiş səlahiyyətlər yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirir. -Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin ##.##.2026-cı il tarixli, *-**- */*-******/**** nömrəli məktubunda bildirilir ki, Azərbaycan Sovet Sosialist Respublikasında, habelə müstəqillik dövründə “X7” adlı qurum barədə məlumat nazirlikdə mövcud olan hüquqi aktlar sırasında aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı mübahisələndirilən qərarda səlahiyyətli qurum kimi “XDM” abreviaturasından istifadə edilsə də, sənədin verildiyi 1995-ci ildə (yeni Konstitusiyanın qəbulunadək) rayon xalq deputatları nümayəndəli hakimiyyət orqanının kollegial orqanı Rəyasət Heyəti olmuş, eyni zamanda XDM yerli keçid dövrü qurumu kimi fəaliyyət göstərmişdir. ##.##.1978-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR konstitusiyasına əsasən rayon, şəhər, qəsəbə və kənd X14 fəaliyyət göstərmiş və həmin qurumların torpaq ayırmaq səlahiyətləri olmuşdur. Arxiv orqanının nümayəndəsi də birinci insatansiya məhkəməsində izahatında arxiv məlumatlarına əsasən bu qurumun (XDM) təqribən 1 il ərzində fəaliyyət göstərdiyini bildirmişdir. # ###### 1991-ci il tarixdən qüvvədə olmuş Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq X14 ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. X14 müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər X14 qərarı ilə aşağıdakı məqsədlər üçün verilir. -1: fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara. Azərbaycan Sovet Sosialist Respublikasının # #### 1982-ci il tarixli 979—X nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin: -4-cü maddəsinə əsasən Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). 15-ci maddəsinə əsasən SSR Ittifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X14: 1) özlərinin tabeliyindəki mənzil təsərrüfatına rəhbərlik edirlər; 2) rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd yaşayış məntəqəsi mənzil təsərrüfatının inkişafına dair plan tapşırıqlarını təsdiq edir və onların yerinə yetirilməsinə nəzarət edirlər; 3) Sovetin ixtiyarında olan mənzil fondunun lazımi texniki vəziyyətini, əsaslı və cari təmirini təmin edirlər; 4) idarə və ictimai mənzil fondunun vəziyyətinə və istismarına, mənzil-tikinti kooperativləri evlərinin və vətəndaşların şəxsi mülkiyyətində olan evlərin saxlanmasına nəzarət edirlər; 5) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparırlar; 6) müvafiq X4 Sovetinə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara X4 Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; 7) mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində başqa məsələləri SSR Ittifaqı qanunvericiliyinə, bu Məcəlləyə və Azərbaycan SSR-in digər qanunvericiliyinə uyğun olaraq həll edirlər. “Inzibati icraat haqqında” Qanunun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. -65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. -65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. -65.3. Inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarın etibarlılığı ilə bağlı qənaətini əsaslı hesab etmir. Bununla yanaşı ##.##.2012-ci il tarixədək qüvvədə olmuş ##.##.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlara əsasən hesab edir ki, iddiaçı uzun müddətdir ki, ## ##### 1995-ci il tarixli Hacıqabul rayon XDM Rəyasət Heyətinin qərarından məlumatlıdır və həmin qərarın qəbul edilməsindən kifayət qədər uzun müddət keçmişdir. Belə ki, işdə olan Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə hazırda mübahisələndirilən qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün hesab edilməmiş, həmin qərardad Şirvan Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Həmçinin tərəflər arasında Hacıqabul Rayon Məhkəməsində də mübahisə olmuş və ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı Qətnaməsinə əsasən, ərizəçi İddiaçı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı qanun üzrə birinci növbə vərəsə kimi ##.##.1979-cu ildə vəfat etmiş atası X5 miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi *** nömrəli evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət etməsi üçün müəyyən edilmiş müddət 3 ay müddətinə uzadılmışdır. Bundan əlavə Hacıqabul Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı Qətnaməsinə əsasən, iddiaçı İddiaçı cavabdehlər üçüncü şəxs2 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və çıaxrışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “Inzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24- 1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və # ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, # ###### 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti # ###### 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Hacıqabul rayon XDM Rəyasət Heyətinin ## ##### 1995-ci il tarixli qərarının etibarsız hesab edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan Inzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar