Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-102/2026 08.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI QƏRARDAD Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Şahvələdov Ilqar Muxtar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və vəkili vəkil1 Soltanağa oğlunun, üçüncü şəxs X5 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Aqrar Islahat Komissiyasının qərarının hissəvi etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2005-ci il tarixli, ** saylı qərarının üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 və X5 verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəmənin müvafiq qərardadı ilə üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 və X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2024-cü il tarixli, *-*(***)- **/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi, 100 manat ekspertiza tədqiqatının dəyərinin iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X16, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013601**********3944 SWIFT BIK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE**********0002088501) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində iddiaçı tərəfin tələbi üzrə “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsızlığının əsasları müəyyən edilmir. Eləcə də, Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2005-ci il tarixli, ** saylı qərarının üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 və X5 ayrılan həyətyanı torpaq sahəsinin verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir ki, həmin sənədlərin qanunsuz tərtib edilməsi sübut olunmur. Iş üzrə iddiaçılara ayrılan torpaq sahələrinin naturada yerləşmə koordinatları müəyyən edilmədən, yalnız iddia olunan yer üzrə tələb irəli sürməsi digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə (F.C.Hüseynov (məruzəçi), Q.V.Əliyev və C.Ə.Quliyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilmiş və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Aqrar Islahat Komissiyasının qərarının hissəvi etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (X.Məmmədov (məruzəçi), K.Bədəlov və X.Cəmilova) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, 2- *(***)-***/**** nömrəli qərardadı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına göndərilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lerik rayon, X13 Icariyə Komitəsinin ## #### 1954-cü il tarixli, ** №-li iclas protokolundan çıxarışına əsasən babası X4 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpaqlarından 0.07 hektar torpaq sahəsi ayrılmışdır. Həmin sahədə babası fərdi yaşayış evi tikdirmiş və ailəsi həmin fərdi yaşayış evində uzun müddət yaşamışdır. Sənədli torpaq sahəsi 0.07 ha olsa da, ailəsinin faktiki istifadəsində 0.12 ha torpaq sahəsi olmuşdur. Lakin ##.##.2016-cı il tarixdə 0.6 ha torpaq sahəsi və onun üzərində inşa edilən 69.1 kvm fərdi yaşayış evi X4 adına qeydiyyatdan keçmişdir. X1 ##.##.1966-cı il tarixdə, atası X2 ##.##.1982-ci il tarixdə, anası X11 ##.##.2011-ci il tarixdə vəfat etmişlər. Sənədləşmə işini miras əmlakı faktiki qəbul edən, qanun üzrə vərəsə kimi həyata keçirmiş, lakin reyestr xidmətinin əməkdaşları səvhən 1954-cü ildə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.07 ha torpaq sahəsini 0.06 ha torpaq sahəsi kimi göstərmişlər. Halbuki göstərilən ərazidə magistral borular, avtomobil yolları, yüksək gərginlikli elektrik xətti keçmir. Bu baxımdan reyestr xidmətinin əməkdaşları rəsmi qaydada ayrılmış torpaq sahəsini düzgün qiymətləndirməmişlər. Sonradan reyestr xidmətinə ərizə və sorğu ilə müraciət etdikdə məlum oldu ki, üçüncü şəxs3 və onun 3 nəfər ailə üzvünə Lerik rayon, Aqrar Islahat Komissiyasının ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Aqrar Islahat Komissiyası öz fəaliyyətlərini sonradan müxtəlif formalara keçirtməklə 2000-ci il tarixə qədər fəaliyyət göstərmişdir. Həmin orqan adından da, göründüyü kimi aqrar islahat, yəni əkin torpaqlarının həmin ərazidə yaşayan şəxslərə bölünməsi ilə məşğul olmuşdur. Lerik rayon Aqrar Islahat Komisisyasının ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında verilmiş JN-***A nömrəli 80301004 kodlu “Torpağın mülkiyyətə verilməsi haqqında” şəhadətnamənin özü qanunvericiliyin tələblərinə uyğun tərtib edilmməmiş və vəzifəli şəxslərin möhrü və imzası ilə təstiq olunmamışdır. Lerik rayon Aqrar Islahat Komisisyasının ##.##.2005-ci il tarixli ** saylı qərarında həyətyanı torpaq sahəsinin ayrılması sözü yazılsa da, faktiki bu, fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Bundan başqa onların atasının torpağın həmin hissəsində keçən əsrin 1980-ci illərində yeni fərdi yaşayış evi tikmişdir. Bu halda artıq fərdi yaşayış evi ilə yüklü olan torpaq sahəsi Aqrar Islahat Komissiyasının qərarı ilə iş üzrə maraqlı şəxslərə verilə bilməzdi. 2000-ci il tarixdən Azərbaycan Respublikasının yaşayış məntəqələrinin torpaqları Bələdiyyələrin mülkiyyətinə keçmişdir. Bu baxımdan Bələdiyyələr həmin torpaq sahəsinə sərəncam vermək hüququna malik idilər. Torpaq sahəsinin üçüncü şəxs3 və onun ailə üzvlərinə aid olması ilə bağlı DƏDRX-nin ** saylı Lənkəran Ərazi Idarəsinə sorğu ilə müraciət etsə də, sorğuda həmin şəxsə və digər şəxslərə torpaq sahəsinin qeydə alınması ilə bağlı hər hansı bir məlumat verilmir. Reyestr Xidmətinin ## #### 2021-ci il tarixli sorğuya cavab məktubunda onun mülkiyyətində olan torpaq sahəsi barədə informasiya verilir. Halbuki sorğunun mahiyyəti üçüncü şəxs3 və onun ailə üzvlərinə hansı əsasla torpaq sahəsinin qeydə alınmasını müəyyən etməkdir. Lakin buna cavab almadıqlarından məhkəməyə mövcud olan sənədlər əsasında müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etmişlər. Üçüncü şəxs şikayətin dəlillərini qəbul etmədiyini bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -JN-079A, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Lerik qəsəbə sakini üçüncü şəxs3 və ailə üzvləri üçüncü şəxs2, üçüncü şəxs1 və X5 Lerik rayon Aqrar Islahat Komisiyasının ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. -Azərbaycan Respublikası Dövlət X8 tərəfindən verilmiş ##.##.2016-cı il tarixli, A/*** nömrəli arxiv çıxarışının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Lerik rayon X13 Icraiyyə Komitəsinin ## #### 1954-cü il tarixli, ** nömrəli iclas protokolundan çıxarışa əsasən X4 yaşayış evinin olmadığını nəzərə alaraq rayon mərkəzində dövlət fondu torpağından 0,07 hektar ev yeri verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ##.##.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli, **/**** nömrəli ekspert rəyində bildirilir: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2022-ci il tarixli, ************ saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon ZD Sovetin Icraiyyə Komitəsinin ## #### 1954-cü il tarixli, ** nömrəli iclas protokolunun qərarına əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpağından ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0.07 ha torpaq sahəsinin naturada və sənəd üzrə konktet yerləşmə yerini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadı. -##.##.2016-cı il tarixdə verilmiş (RX seriyalı ******* nömrəli) 803013015080-***** reyestr nömrəli Çıxarışa əsasən X4 mülkiyyətində olan Lerik şəhəri, Həmid Həmidov küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. -Lerik rayon Aqrar islahat Komissiyasının ##.##.2005-ci il tarixli, ** saylı qərarı əsasında JN-079A, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 və X5 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edildi. Aparılan araşdırma zamanı müəyyən olundu ki, üçüncü şəxs3 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,06 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış sənədlərdəki texniki xətalara görədir). -Lerik rayon ZD Sovetin Icraiyyə Komitəsinin ## #### 1954-cü il tarixli, ** nömrəli iclas protokolunun qərarına əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpağından ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin yuxarıda qeyd edildiyi kimi sənəd üzrə konkret yerləşmə yerini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadığından, həmin 0.07 ha torpaq sahəsinin JN- ***A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 və X5 ümumi birgə mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. -##.##.2016- cı il tarixdə verilmiş (RX seriyalı ******* nömrəli) 803013015080-***** reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan Lerik şəhəri, Həmid Həmidov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə JN-***A saylı "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 və X5 ümumi birgə mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsi üst-üstə düşmür, sənədlərə əsasən bir-biri ilə qonşu torpaq sahələridir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyində bildirilir: -Faktiki vəziyyətdə tərəflərin (iddiaçı və üçüncü şəxslərin) istifadələrində olan mübahisəli həyətyanı torpaq sahəsinin ümumi ölçüsünün 0,127 ha olması müəyyən edilmişdir. Həmin 0,127 ha torpaq sahəsi üzərində iki fərdi yaşayış evinin və köməkçi tikililərin mövcud olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin fərdi yaşayış evinin birinin və köməkçi tikililərin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli və 803013015080-***** reyestr nömrəli Çıxarışa əsasən X4 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində, digər fərdi yaşayış evinin isə JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 və X5 ümumi birgə mülkiyyətlərində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşməsi müəyyən olunmuşdur. -Lerik rayon ZD Soveti Icraiyyə Komitəsinin ## #### 1954-cü il tarixli, ** nömrəli iclas protokolunun qərarına əsasən X4 ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə isə iddiaçı və üçüncü şəxslərin istifadələrində olan 0,127 ha ölçüdən ibarət həyətyanı torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 0,06 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2016- cı il tarixli, ********** qeydiyyat nömrəli və 803013015080-***** reyestr nömrəli Çıxarışa əsasən X4 mülkiyyətində olan, qalan 0,06 ha hissəsinin isə JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 və X5 ümumi bidgə mülkiyyətlərində olan torpaq sahəsi olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən hasara alınmış 0,127 ha ölçüdən ibarət torpaq sahəsinin başqa üçüncü şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Işi təkrar apellyasiya baxışına qaytaran yüksək instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı ## ####### 2023-cü il tarixli iddia tələbinin dəyişilməsi ilə bağlı ərizə ilə müraciət etsə də (2-ci cild, iş vərəqləri 121-122), aşağı instansiya məhkəmələri iddiaçının dəqiqləşdirilmiş tələbinin icraata qəbulu ilə bağlı məsələni həll etmədən iş üzrə qərar qəbul etmişlər. Təkrar baxış zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən bu hal aradan qaldırılmalı, xüsusən, düzgün iddia tələbinin seçilməsində iddiaçıya yardım edilməli, bu zaman IPM-də təsbit edilmiş dəqiqləşdirilmiş tələblərin mümkünlüyünə münasibətdə apellyasiya icraatına dair məhdudiyyətlər də nəzərə alınmalıdır. Yüksəsk instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisələndirilən Lerik Aqrar Islahat Komissiyasının ## ###### 2005-ci il tarixli qərarının nömrəsi ilə bağlı məsələ dəqiq müəyyənləşdirilməlidir. Belə ki, iş materiallarında mövcud olan bəzi sənədlərdə onun nömrəsi 83, bəzilərində isə 84 kimi qeyd edilmişdir. Cavabdeh Cavabdeh, eləcə də Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş sənədlərdə hər iki nömrə ilə Lerik Aqrar Islahat Komissiyasının qərarının olduğu bildirilir. Odur ki, iş üçün əhəmiyyət kəsb edən sözügedən məsələ məhkəmə tərəfindən araşdırılmaqla dəqiq müəyyənləşdirilməlidir. Bundan başqa, məhkəmə sorğusuna əsasən təqdim olunmuş 2-ci cild iş vərəqi 223-228-də olan sənədlər mübahisənin həlli üçün əhəmiyyətli ola biləcək sənədlər kimi görünsə də, onlar oxunaqlı deyildir, məhkəmə isə bu hala əhəmiyyət verməyərək onların məzmunun müəyyənləşdirmədən və tədqiq etmədən işə baxmışdır. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində əlavə araşdırma apararaq aşağıdakıları müəyyən etmişdir. Iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2005-ci il tarixli, ** saylı qərarının üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 və X5 verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ##.##.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2005-ci il tarixli, ** saylı qərarının, JN-079A KOD ******** saylı torpağın verilməsinə dair şəhadətnamənin və seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının dəqiqləşdirilmiş tələbinin icraata qəbulu ilə bağlı məsələni həll etmədən iş üzrə qərar qəbul etmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq iddiaçıya düzgün iddia tələbinin seçilməsində hüquqi yardım edilmişdir. Iddiaçının nümayəndəsi və vəkili vəkil1 ## ##### 2026-cı il tarixdə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN-079A KOD ******** saylı torpağın verilməsinə dair şəhadətnamənin və seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq Lerik rayon Aqrar Islahat Komissiyasının ## ###### 2005-ci il tarixli ** nömrəli qərarının tam mətnindən çıxarışın, həmçinin ## ###### 2005-ci il tarixli ** nömrəli qərarı ilə Lerik qəsəbəsi üzrə həyətyanı torpaq sahəsi verilmiş subyektlərin adlı siyahısından üçüncü şəxs3, üçüncü şəxs2, üçüncü şəxs1 və X5 adları olan hissədən çıxarışlar götürülərək iş materiallarına əlavə edilmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin öz qərarında göstərmişdir ki, kassasiya şikayətinin əsas dəlillərindən biri Lerik rayon Prokurorluğunun ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Lerik Aqrar Islahat Komissiyasının ## ###### 2005-ci il tarixli, ** saylı qərarının saxta olması halının müəyyən edilməsi ilə bağlıdır. Bu dəlil apelyasiya şikayətində irəli sürülsə də, məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Ona görə də, təkrar baxışda həmin qərarın hazırkı işin həllinə təsiri və mümkün preyudisial əhəmiyyəti ilə bağlı məsələyə qiymət verilməlidir. Kollegiya bununla bağlı diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən normadan hansı qərarın və hansı hissədə mülki işə baxılarkən məhkəmə üçün məcburi olması dəqiq müəyyən edilib: məhkəmənin qanuni qüvvəyə minmiş hökmü; habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı; hadisənin olub-olmaması; şəxsin həmin hadisəyə aidiyyəti. Nəzərə alınmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlib. Eyni hüquqi mövqe “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” AR Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2015-ci il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun məhkəmə prosesində eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Eyni zamanda, qeyd olunmalıdır ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı inzibati mübahisə üzrə preyudisial əhəmiyyət daşımır və AR MPM-in 82-ci maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edilib. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Lerik rayon Prokurorluğunun ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını hazırki inzibati mübahisə üzrə preyudisial hesab etmək yolverilməz olmaqla, MPM-in 82-ci maddəsinin tələblərinə ziddir. Belə ki, sözügedən normada sübut etməkdən azad olmaq üçün konkret əsaslar müəyyən edilib göstərilib və həmin normada istənilən başqa aktlar, məsələn inzibati aktlar, istintaq, prokurorluq orqanlarının aktları, habelə müxtəlif dövlət orqanlarının aktları, eləcə də inzibati xətalara dair işlər üzrə məhkəmə aktları deyil, məhz mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarları ilə müəyyən edilən faktlar preyudisial faktlar sayılır. Yəni, məhz sözügedən məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar, işdə iştirak edən şəxslər tərəfindən başqa işə baxılarkən yenidən mübahisələndirilə bilməz və həmin faktların sübuta ehtiyacı yoxdur. Hazırki işdə də sözügedən qərar, adından göründüyü kimi məhkəmə hökmü deyil, üstəlik, həmin qərar məhkəmə tərəfindən də qəbul edilməmişdir. Buna görə də həmin qərarın hazırki işə münasibətdə preyudisiya kimi qəbul edilməsi üçün prosessual əsas olmamışdır. Inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (maddə 10). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar Islahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar Islahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar Islahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar Islahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “Inzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və # ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, # ###### 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti # ###### 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Kollegiya diqqətə çatdırır ki, Lerik rayon Aqrar Islahat Komissiyasının qərarının qismən ləğv edilməsi tələbi mübahisələndirmə növündə iddia olmaqla həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan Inzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Şəhadətnamə və çıxarışa münasibətdə isə kollegiya qeyd edir ki, bu hissədə iddianın uğurluluğu Lerik rayon Aqrar Islahat Komissiyasının sözügedən qərarının mübahisləndirilməsindən keçdiyindən və həmin qərarın mübahisələndirilmə imkanı artıq aradan qalxdığından, eyni zamanda sonuncu tələblərə münasibətdə Cavabdeh iddiaya cavab verməli orqan olmadığından iddia mümkün hesab edilə bilməz. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-102/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-102/2026
08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver