Məhkəmə qərarları › İş №2-1(3-9)-11/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-11/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-11/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı “xxxx üzrə həyətyanı torpaq sahəsinin planının, cizgisinin və ölçülərinin müəyyən edilməsi və aidiyyəti sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı “xxxx üzrə həyətyanı torpaq sahəsinin planının, cizgisinin və ölçülərinin müəyyən edilməsi və aidiyyəti sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə Lənkəran rayon Şiləvar bələdiyyəsi, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1, ##.##.2025-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli və iddia edilən torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları qeydə alındığından və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Həmçinin araşdırma nəticəsində iddia olunan torpaq sahəsinin qərb sərhəddində iddiaçı İddiaçı hüquqmüəyyənedici sənədlərinə uyğun torpaq sahəsi müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin faktiki vəziyyətdə digər şəxsin X6 istifadəsində olması, həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi və üzərində tikilinin olmaması müəyyən olunmuşdur. Ekspert tərəfindən həmin torpaq sahəsinin X6 qanuni istifadəsində olub-olmamasını müəyyən etmək mümkün olmamış, lakin məhkəmə tərəfindən əldə edilən sənədlərə əsasən həmin torpaq sahəsi ilə bağlı X6 müvafiq hüquqmüəyyənedici sənədlərinin olmaması və faktiki zəbt olunmuş ərazi olması halı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs bələdiyyənin nümayəndəsi X1 da qeyd edilənlər üzrə izahat verərək X6 tərəfindən istifadə olunan ərazinin zəbt olunmuş ərazi olduğu, bu mübahisə üzrə uzun müddətdir tərəflərindən araşdırma aparıldığını və həmin ərazinin iddiaçıya ayrılan ərazi olması halını müəyyən etdiklərini qeyd etmişdir. Həmin torpaq sahəsinin İddiaçı hüquqmüəyyənedici sənədlərinə əsasən ona ayrıla bilən torpaq sahəsi olduğu nəzərə alınaraq həmin hissədə məhkəmə tərəfə hüquqi yardım etmişdir ki, iddiaçı qeyd edilən torpaq sahəsini deyil, iddia etdiyi torpaq sahəsi üzərində hüquqlarının tanınmasını xahiş etmişdir. Lakin iddiaçı tələbini irəli sürdüyü zaman iddia edilən torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları qeydə alındığını və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğunu nəzərə almamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı Həbibov Fəxrəddin Rza oğlu Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi zamanı gedən ağır döyüşlərdə ##.##.1992-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur. Bu səbəbdən “şəhid ailəsi” statusuna malikdir. Lənkəran Rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarı ilə Lənkəran rayonu, Şilavar kəndi ərazisində, JN-096 F və kod nömrəsi 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.04 ha torpaq sahəsi, şəhid bacısı qismində, onun mülkiyyətinə verilmişdir. Həmin Şəhadətnamədə göstərilən torpaq sahəsi ona yerində göstərilmişdir. Göstərilən torpaq sahəsində fərdi yaşayış evi tikilməsindən ötrü qərar almaq üçün Lənkəran Şəhər Icra Hakimiyyətinə müraciət etmiş, Lənkəran Şəhər Icra Hakimiyyəti başçısının ## ###### 1992-ci il tarixli, **** nömrəli Sərəncamı ilə ona şəhərin 18-ci məhəlləsində (Şilavar kəndinə aid olan hissədə) 400 kvm. həyətyanı torpaq sahəsinin ayrılması və bu torpaqda ümumi sahəsi 134 kvm. yaşayış sahəsi isə 80 kvm. olan iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Uzun illər ərzində, yuxarıda göstərilən torpaq sahəsində, yay mövsümlərində tərəvəz bitkilərinin əkib becərilməsi işləri ilə məşğul olmuş, lakin ev tikmək imkanı olmamışdır. Son illərdə həmin torpaq sahəsi başqası tərəfindən zəbt edimiş və ona məlum olmayan səbəblərdən 2-ci adama satılmışdır. JN-096F və kod nömrəsi 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə baxanda görmüşdür ki, onun soy adı Həbibova deyil, Nəbiyeva yazılmışdır. Ona verilən “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamədə soy adının düzgün yazılmasından ötrü, yəni hüquqi faktın müəyyən edilməsi üzrə Lənkəran Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. X2 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 096F və kod nömrəsi ******** nömrəli şəhadətnamənin Səmədova (Həbibova) Nəzakət Rza qızına məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Lənkəran Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnamə qanun qüvvəsini almışdır. Ona görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Publik Hüquqi Şəxsin ** saylı Lənkəran Ərazi Idarəsi tərəfindən Lənkəran Rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarı ilə Lənkəran rayonu, Şilavar kəndi ərazisində, JN-096 F və kod nömrəsi 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə verilmiş 0.04 ha torpaq sahəsinə onun adına reyestr nömrəsi 802013128956, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi, ##.##.2022-ci il olan “xxxx” verilmişdir. Lakin həmin “xxxx”da həyətyanı torpaq sahəsinin planı, cizgi və ölçüləri göstərilməmişdir. Ona verilən “xxxx” üzrə həyətyanı torpaq sahəmin planı, cizgi və ölçülərinin göstərilməsi və buna müvafiq olaraq rəsmi sənədin verilməsi istiqamətində ** saylı Lənkəran Ərazi Idarəsinə tərəfindən ərizə ilə müraciət olunmuşdur. Oradan ## ###### 2022-ci il tarixdə aldığı ## ###### 2022-ci il tarixli, ************ saylı cavabdan məlum olur ki, ona məxsus JN-**F nömrəli “Şəhadətnamə” barədə mövcüd DBF (siyahı) və DWG (xəritə) elektron baza məlumatlarında aidiyyəti hissədə qeydlər aparılmışdır. Amma sənədlərin qanunamüvafıqliyi araşdırılarkən məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinə (Dövlət notariat ofisində bağlanılmış ##.##.2020-ci il tarixli, alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satılmış 0.03 ha torpaq sahəsinə münasibətdə) dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüququnun qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüququmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcüddür. Həm də JN-**F nömrəli “Şəhadətnamə” üzrə göstərilən konfiqurasiyada yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları tanınmış digər şəxsə məxsus torpaq sahəsi ilə üstüstə düşür. ** saylı Lənkəran Ərazi Idarəsi həmin cavabında bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Ona görə həmin məsələnin həlli ilə bağlı əvvəllər imtina verilmişdir. Buna baxmayaraq aidiyyəti hissəyə ərazidə aparılmış yerququluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra plan və ölçü sənədinin tərtib olunması məsələsinə baxıla bilər. Bütün bunlarla yanaşı “xxxx”la bağlı mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinə plan və ölçü sənədlərinin tərtib olunmasında qanunamüvafıq olaraq imtina verilmişdir. ** saylı Lənkəran Ərazi Idarəsi şəhid bacısına verilmiş torpaq sahəsinin Dövlət notariat ofisində bağlanılmış ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satılmış 0.03 ha torpaq sahəsinə münasibətdə uyğunsuzluğun yaranmasının səbəbini notariat ofisində deyil öz ofisində, yəni ** saylı Lənkəran Ərazi Idarəsində axtarmalıdır. X3 keçirildikdə bütün növ torpaq sahələri CPS aparatı ilə ölçülmüş və mövcüd DBF (siyahı) və DWG (xəritə) elektron baza məlumatlarında aidiyyəti hissədə qeydlər aparılmışdır. Yəni sahibsiz torpaq sahəsi qalmamışdır. Şəhid bacısına məxsus torpaq sahəsi isə şəhid bacısının Şəhadətnaməsində soy adının düzgün yazılmamasından istifadə edilərək onun torpaq sahəsinin 0.03 ha hissəsi başqa hissə ilə birlikdə qanunsuz olaraq birinci şəxsin, sonra da notarial qaydada satılması yolu ilə ikinci şəxsin mülkiyyətinə verilmişdir. Əslində, belə bir qanunsuz əməliyyatda qəsdli şəkildə cinayət əməlinin tərkibi vardır. Belə bir fakt müəyyən edilərsə və sübut olunarsa, cinayət işinin başlanılması istiqamətində aidiyyəti üzrə xüsusi qərardad çıxarılmalıdır. Notariat ofisində şəhid bacısının torpağı özbaşına satıla bilməz. Həmin torpağın satılması üçün mütləq olaraq ** saylı Lənkəran Ərazi Idarəsinin müvafiq sənədi alınmaqla həmin torpaq sahəsi satılmışdır. Bu işdə bir uyğunsuzluq varsa da həmin uyğunsuzluq ** saylı Lənkəran Ərazi Idarəsinin özündədir. Çünki həmin Idarənin işçilərinin yaxın köməkliyi nəticəsində mübahisə predmeti olan toıpaq sahəsinin 0.03 ha hissəsi Lənkəran şəhəri, X8 küçəsi, ev 165 ünvanında yaşayan inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 satılmışdır. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 aldığı 0.05 ha toıpaq sahəsinin 0.03 ha hissəsinin “Şəhid bacısı”na məxsus olduğunu bildikdə aldığı toıpaq sahəsinin hamısını, ## #### 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1, notarial qaydada satmışdır. Göründüyü kimi, şəhid bacısına məxsus 0.03 ha torpaq sahəsi, təqsirli şəkildə başqa şəxslərə satıldığından ** saylı Lənkəran Ərazi Idarəsi həmin torpaq sahəsinin plan, cizgi və ölçülərini verməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, mübahisələndirilən əmlaka dair texniki sənəd olaraq müvafiq “Plan və ölçü”nün verilməsi proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçı İddiaçı tərəfindən bir halda olmaqla ** saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış ## ###### 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətin və həmin müraciətdən (imtinaya tam əsas olduğundan inzibati icraat aparılmamışdır) imtina edilməsi barədə cavab məktubunun təsdiqlənmiş surəti digər sorğuya cavab olaraq baxılmasından ötrü təqdim olunmuşdur. Hazırki sərəncamın icrası olaraq bildiririk ki, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı müvafiq qərarı ilə JN-***F nömrəli “Şəhadətnamə” əsasında iddiaçının tam mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinə dair əvvəllər yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar həmin şəxsin təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Həmin ərəfədə sənədlərin qanunamüvafiqliyi tərəfindən araşdırılarkən məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinə (Dövlət Notariat ofisində bağlanmış ##.##.2020-ci il tarixli, alqı-satqı müqaviləsnə əsasən digər şəxsə satılmış 0.03 ha torpaq sahəsinə münasibətdə) dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar onun təqdim etdiyi hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Icraatda sənədlərin ekspertizasının və faktiki yerində aparılan müayinənin, habelə aidiyyəti üzrə arxiv və baza məlumatlarının araşdırılması nəticəsində məlum olmuşdur ki, hüquqmüəyyənedici sənəd olaraq həmin JN-***F nömrəli “Şəhadətnamə” üzrə göstərilən konfiqurasiyada yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları tanınmış (************ reyestr nömrəli xxxxla hüquqları tanınmış digər şəxsin torpaq sahəsi ilə üst-üstə düşür) digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, həmin ərəfədə təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla mövcud elektron baza məlumatları arasında hüquqi anlaşılmazlıqların olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən həmin torpaq sahəsinə dair texniki sənəd olaraq plan və ölçü sənədinin tərtib olunmasından qanunamüvafiq olaraq tərəflərindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-096F (kod ********) nömrəli şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayonu Şilavar kənd sakini X2 Lənkəran rayonu Aqrar Islahat Komissiyasının ## #### 1998- ci il tarixli, ** saylı qərarı ilə 0,04 hektar fərdi yaşayış evi, həyətyanı sahə mülkiyyətinə verilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Lənkəran rayonu, Şilavar kənd sakini inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 Şilavar tərəvəzçilik-çayçılıq sovxozunun ##.##.1996-cı il tarixli, ** saylı əmri ilə 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X4 kitabında ##.##.2012-ci il tarixli, 306 nömrə ilə uçota alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli xxxxın surətindən görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində olan 0.06 hektar torpaq sahəsi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş materialında olan AN-İ ******* saylı, ##.##.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin ** saylı Ərazi Idarəsi tərəfindən ##.##.2014-cü il tarixdə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən xxxxa əsasə tam mülkiyyət üzrə 0.06 ha torpaq sahəsi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 satılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli xxxxın surətindən görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində olan 0.06 hektar torpaq sahəsi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, X2 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dai JN- 096F və kod nömrəsi ******** nömrəli şəhadətnamənin Səmədova (Həbibova) Nəzakət Rza qızına məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli xxxxın surətindən görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində olan 0.04 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin İddiaçı ünvanladığı ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubundan görünür ki, sözü gedən “xxxx” ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-**F nömrəli “Şəhadətnamə” əsasında verilmişdir və həmin şəhadətnamə barədə mövcud DBF (siyahı) və DWG (xəritə) elektron baza məlumatlarında aidiyyəti hissədə qeydlər aparılmışdır. Xidmət orqanı olaraq bildiririk ki, sözü gedən ünvanda yerləşən həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədin əsli və tam mülkiyyətçi olaraq şəxsiyyətini təsdiq edən vəsiqə əsasında 2021-ci il ## #### tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə əvvəllər ** saylı Lənkəran Ərazi idarəsinə müraciət olunmuş və təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər icraata götürülmüşdür. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinə (Dövlət Notariat ofisində bağlanmış ##.##.2020-ci il tarixli, alqı-satqı müqaviləsnə əsasən digər şəxsə satılmış 0.03 ha torpaq sahəsinə münasibətdə) dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcud olmuşdur. Həmin ərəfədə təqdim olunmuş sənədlərin ekspertizasının və faktiki yerində aparılan müayinənin, habelə aidiyyəti üzrə arxiv və baza məlumatlarının araşdırılması nəticəsində məlum olmuşdur ki, hüquqmüəyyənedici sənəd olaraq JN***F nömrəli “Şəhadətnamə” üzrə göstərilən konfiqurasiyada yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları tanınmış digər şəxsə məxsus torpaq sahəsi ilə üstüstə düşür. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla mövcud elektron baza məlumatları arasında yaranmış uyğunsuzluq baxımından həmin dövrdə icraatda olan ərizənizin icrasından imtina edilmişdir. Iş materiallarında olan Lənkəran rayonu Şiləvar bələdiyyəsinin məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli, Ç** nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,06. ha torpaq sahəsi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Lənkəran * saylı Natoriat kontorunda alqı-satqı qaydasında satılmışdır. Vətəndaşlar arasında alqı-satqı müqaviləsi ərəfəsində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 adına ##.##.2014-cu il ************ reystr nömrəli “xxxx”-ı bir daha DƏDK və Reyestri Publik Hüquqi şəxsin ** saylı Lənkəran Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən araşdırılmış, torpaq sahəsinin kordinatları müəyyənləşdirilmiş və həmin torpaq sahəsinə forma 1 arayışı, yəni həmin torpaq sahəsi üzərində heç bir ipoteka yükluluk edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Yüklülük arayış elektron qaydada deyil, aidiyyəti orqanlardan kağız formasında alınmışdır. Bu səbəbdən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Vətəndaş inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 ##.##.2020-ci ildə reysetr № ************ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “xxxx” almışdır. Vətəndaş “xxxx” aldıqdaan sonra həmin ərazidə lahiyə əsasında tikinti işlərinə başlamışdır. Hal-hazırda həmin ərazidə lahiyyə uyğun olaraq tikinti mövcuddur. Bu səbəbdən Səmədova (Nəbiyeva) Nəzakət Rza qızının nümayəndəsi ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 arasında torpaq mübahisəsi başlanmışdır. Səmədova (Nəbiyeva) Nəzakət Rza qızı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 arasında yaranmış torpaq mübahisəsi ilə əlaqədar məsələ Əmlak Məslələri Dövlət Xidməti xxxx Publik hüquqi şəxs ** saylı Lənkəran Ərazi Idarəsinin əməkdaşları ilə birgə araşdırılmış və məlum olmuşdur ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ayrılmış 0,06 ha. torpaq sahəsi iiə (************ reyestr nömrəli xxxx), Səmədova (Nəbiyeva) Nəzakət Rza qızına məxsus (JN ** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair torpaq şahədətnaməsi) 0,04 ha. torpaq sahəsi üst-üstə düşmür və vətəndaşın 0,04 ha. torpaq sahəsi ona bitişik ərazidə göstərilmişdir. Bu barədə DƏDK və RPH şəxsin ** saylı Lənkəran Ərazi Idarəsində müvafiq sənədlər mövcuddur. Sizə göndərilən torpaq sahəsinin planı və ölçüsü sxemində həmin ərazi göstərilmişdir. İddiaçı qıznın ilkin sənədlərinə baxdıqda görünür ki, vətəndaşa ilk əvvəl torpaqq sahəsini 1998-ci ildə Lənkəran şəhərinin 18-ci məhəlləsində almış və sonradan yaranmış zərurətdən Lənkəran rayonu, Şiləvar kəndinə köçürülmuşlər. Həmin dövrdən torpağın harada və hansı istiqamətdə yerləşməsi barədə maraqlanmamışlar. Işlədiyi dövrdədə bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki yerləşmə yerinin faktiki vəziyyətdə iddia olunan yerə uyğun gəlməməsi müəyyən olunmuşdur. Iddiaçı İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia olunan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı hüquqi statusunun-xüsusi mülkiyyətdə, kateqoriyasının yaşayış məntəqələrinin toraqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Səmədova (Nəbiyeva) Nəzakət Rza qızının mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində öz əksini tapması müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin və həmin ərazidə qonşu torpaq sahələrinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəricilərinin uyğun olmaması müəyyən olunmuşdur. Qərardadın dördüncü və beşinci sualları üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2- ***/**** №-li mütəxəssis rəyinə əsasən, sözügedən torpaq sahəsinin iddia olunan vəziyyəti ilə sənəd üzrə vəziyyətinin uyğun olmaması müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə faktiki iddia olunan vəziyyətdəki məkan göstəriciləri arasında uyğunsuzluqların (sərəd, yerləşmə və konfiqurasiya fərqlərinin) mövcud olması müəyyən olunmuşdur. Iddiaçının faktiki vəziyyətdə istifadəsində torpaq sahəsinin olmaması müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyəti ilə sənəd üzrə vəziyyətinin uyğun olmaması, o cümlədən həmin ərazidə qonşu torpaq sahələrinin də sənəd üzrə məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəricilərinin uyğun olmaması müəyyən olunmuşdur. Buna görə də sözügedən torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Iddiaçı İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia olunan torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 istifadəsində olması müəyyən olunmuş və sonuncu tərəfindən təyinatı üzrə istifadə edilməsi müşahidə edilmişdir. Qərardadın altıncı və yeddinci sualları üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2- ***/**** №-li mütəxəssis rəyinə əsasən, Şilavar tərəvəzçilik-çayçılıq sovxozunun ##.##.1996-cı il tarixli, ** saylı əmri ilə fərdi yaşayış evi tikmək üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ayrılmış 600 kv.m torpaq sahəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli xxxxına əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 xüsusi mülkiyyətinə verilən 0,06 ha torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-cü il tarixli, ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli xxxxına əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 xüsusi mülkiyyətinə verilən 0,06 ha torpaq sahəsinin eyni torpaq sahəsi olması müəyyən olunmmuşdur.. Sözügedən torpaq sahəsinin faktiki olaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 mülkiyyətində olması müəyyən olunmuşdur. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri, koordinatları müəyyən olunmuş və torpaq sahəsi barədə elektron kadastr xəritəsində məlumatarın mövcud olması müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran ƏraziIdarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən sözügedən torpaq sahəsinin iddia olunan vəziyyəti ilə sənəd üzrə vəziyyətinin uyğun olmaması, o cümlədən həmin ərazidə qonşu torpaq sahələrinin də sənəd üzrə məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəricilərinin uyğun gəlməməsi səbəblərindən həmin torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Buna görə də JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Səmədova (Nəbiyeva) Nəzakət Rza qızının mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarının Şilavar tərəvəzçilik-çayçılıq sovxozunun ##.##.1996-cı il tarixli, ** saylı əmri ilə fərdi yaşayış evi tikmək üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ayrılmış 600 kv.m torpaq sahəsi ilə və ya başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qərardadın doqquzuncu sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən iddia olunan mübahisəli torpaq sahəsinin faktiki olaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 istifadəsində olması müəyyən edilmiş və təyinatı üzrə istifadə edilməsi müşahidə edilmişdir. Qərardadın onuncu sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsi üzərində yarımçıq tikilinin mövcud olması müəyyən edilmişdir. Sözügedən yarımçıq tikilinin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli xxxxa əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin koordinatları daxilində yerləşməsi və faktiki olaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 istifadəsində olması müəyyən olunmuşdur. Araşdırma zamanı yarımçıq tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması müəyyən olunmuşdur. Qərardadın on birinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Şilavar tərəvəzçilik-çayçılıq sovxozunun ##.##.1996-cı il tarixli, ** saylı əmri ilə fərdi yaşayış evi tikmək üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ayrılmış 600 kv.m torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 satılması və torpaq sahəsinin faktiki olaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 mülkiyyətində olması müəyyən edilmişdir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşşdirilmiş və Lənkəran rayonu, Şiləvar kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində sözügedən torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Araşdırma zamanı iddiaçı İddiaçı tərəfindən iddia edilən 0,04 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 faktiki istifadəsində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiəiəri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən araşdırma zamanı Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixii, ** saylı qərarı əsasında JN-***F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Səmədova (Nəbiyeva) Nəzakət Rza qızının mülkiyyətinə verilmiş 0.04 ha həyətyanı torpaq sahəsinə dair iəğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin koordinatlarının faktiki vəziyyətdə naturaya, eləcə də iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur. Iş materiallarına əiavə edilən plana (sxemə) əsasən araşdırma zamanı JN-***F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Səmədova (Nəbiyeva) Nəzakət Rza qızının mülkiyyətinə verilmiş 0.04 ha həyətyanı torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 (hazırda torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 mülkiyyətində oiması müəyyən olunmuş) ayrılmış 0,06 ha torpaq sahəsinin qərb sərhəddində yerləşməsi müəyyən olunmuş və həmin pianda (sxemdə) göstərilən torpaq sahəsinin naturada yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiəiəri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı iş materiallarına əlavə edilən plana (sxemə) əsasən müəyyən edilən torpaq sahəsinin və qonşu torpaq sahələrin sənəd üzrə vəziyyətinin faktiki vəziyyətə uyğun gəiməməsi və bu səbəbdən müəyyən edilən torpaq sahəsinin koordinatlarının konkret olaraq üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əiavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsai kadastr xəritəsinin tərtib oiunması Qaydalarına uyğun oiaraq. Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində oian torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən sözügedən (iş materiallarına əlavə edilən plana (sxemə) əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 mülkiyyətində olan torpaq sahəsinin qərb sərhədində göstərilən) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiəiəri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, iş materiallarına əlavə edilən piana (sxemə) əsasən X9 mülkiyyətində olan torpaq sahəsinin qərb sərhəddində göstərilən torpaq sahəsinin faktiki vəziyyətdə digər şəxsin X6 istifadəsində olması və həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən olunmuşdur. X6 istifadəsində olan (X6 tədqiqatda iştirak etməmişdir) torpaq sahəsinə dair hüquqmüəvyənedici və texniki sənədlər təqdim olunmaması səbəbindən həmin torpaq sahəsinin X6 qanuni istifadəsində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiəiəri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, iş materiallarına əlavə edilən plana (sxemə) əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1mülkiyyətində olan torpaq sahəsinin qərb sərhədində göstərilən torpaq sahəsinin üzərində faktiki vəziyyətdə tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiəiəri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, iş materiallarına əlavə edilən plana (sxemə) əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 mülkiyyətində olan torpaq sahəsinin qərb sərhədində göstərilən torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Müəyyən edilən torpaq sahəsinin faktiki vəziyyətdə digər şəxsin X6 istifadəsində olması və X6 istifadəsində olan (X6 tədqiqatda iştirak etməmişdir) torpaq sahəsinə dair hüquqmüəyyənədici və texniki sənədlər təqdim olunmaması səbəbindən həmin torpaq sahəsinin X6 qanuni istifadəsində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Torpaq islahatına dair kompleks yerquruiuşu layihəsinə əsasən araşdırma zamanı iş materiallarına əlavə edilən plana (sxemə) əsasən müəyyən edilən torpaq sahəsinin və qonşu torpaq sahələrin sənəd üzrə vəziyyətinin faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iş materiallarına əlavə edilən plana (sxemə) əsasən müəyyən edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Iş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli xxxxa əsasən Lənkəran rayonu, Şiləvar kəndində olan 0.04 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iddiaçı həmin torpaq sahəsinə dair torpaq sahəsinin planının, cizgisinin və ölçülərinin müəyyən edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəylərinə və mütəxəssislər tərəfindən təqdim edilən sxem xəritələrə əsasən sözügedən torpaq sahəsinin və həmin ərazidə qonşu torpaq sahələrinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəricilərinin, eləcə də iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatlarına uyğun olmaması, İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia olunan torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 istifadəsində olması, təyinatı üzrə istifadə edilməsi və üzərində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 məxsus tikilinin olması müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə mübahisəli və iddia edilən torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları qeydə alındığından və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Həmçinin araşdırma nəticəsində iddia olunan torpaq sahəsinin qərb sərhəddində iddiaçı İddiaçı hüquqmüəyyənedici sənədlərinə uyğun torpaq sahəsi müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin faktiki vəziyyətdə digər şəxsin X6 istifadəsində olması, həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi və üzərində tikilinin olmaması müəyyən olunmuşdur. Ekspert tərəfindən həmin torpaq sahəsinin X6 qanuni istifadəsində olub-olmamasını müəyyən etmək mümkün olmamış, lakin məhkəmə tərəfindən əldə edilən sənədlərə əsasən həmin torpaq sahəsi ilə bağlı X6 müvafiq hüquqmüəyyənedici sənədlərinin olmaması və faktiki zəbt olunmuş ərazi olması halı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs bələdiyyənin nümayəndəsi X1 da qeyd edilənlər üzrə izahat verərək X6 tərəfindən istifadə olunan ərazinin zəbt olunmuş ərazi olduğu, bu mübahisə üzrə uzun müddətdir tərəflərindən araşdırma aparıldığını və həmin ərazinin iddiaçıya ayrılan ərazi olması halını müəyyən etdiklərini qeyd etmişdir. Həmin torpaq sahəsinin İddiaçı hüquqmüəyyənedici sənədlərinə əsasən ona ayrıla bilən torpaq sahəsi olduğu nəzərə alınaraq həmin hissədə məhkəmə tərəfə hüquqi yardım etmişdir ki, iddiaçı qeyd edilən torpaq sahəsini deyil, iddia etdiyi torpaq sahəsi üzərində hüquqlarının tanınmasını xahiş etmişdir. Lakin iddiaçı tələbini irəli sürdüyü zaman iddia edilən torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları qeydə alındığını və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğunu nəzərə almamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin hüquqi statusunun - xüsusi mülkiyyətdə, kateqoriyasının yaşayış məntəqələrinin toraqları, uqodiyasının tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli ekspert rəyində isə JN-***F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə Səmədova (Nəbiyeva) Nəzakət Rza qızının mülkiyyətinə verilmiş 0.04 ha həyətyanı torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 (hazırda torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 mülkiyyətində olması müəyyən olunmuş) ayrılmış 0,06 ha torpaq sahəsinin qərb sərhəddində yerləşməsi və bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Göründüyü kimi, ekspert rəyləri arasındakı ziddiyyət aradan qaldırılmamışdır. Bundan başqa, JN-***F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"dən görünür ki, İddiaçı məxsus torpaq sahəsinin qonşuluğunda 94F və ****BB nömrəli sahələrdir. Mübahisə üzrə obyektiv nəticəyə gəlinməsi üçün həmin torpaq sahələrinə dair sənədlər əldə edilməli, həmin torpaq sahələrinin mülkiyyətçiləri müəyyənləşdirilməli və bundan irəli gələn prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar