Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-110/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı iddiaçı2 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: İmişli Rayon İcra Hakimiyyətinin ## #### 2015-ci il tarixli *** nömrəli sərəncamından görünür ki, İmişli şəhər sakini iddiaçı2 müraciəti nəzərə alınmış və ona məxsus İmişli rayonunun Otuziki kəndin (indiki İmişli şəhəri) ərazisində yerləşən 15.0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilmişdir. ##.##.2015-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, ## #### 2015-ci il tarixli *** nömrəli sərəncama əsasən 15.0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 40 il müddətinə iddiaçıya icarəyə verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2022-ci il tarixli *** nömrəli sərəncamından görünür ki, iddiaçı2 (“X3 Təsərrüfatı” MMC-yə) rayonun Otuziki kəndi (indiki İmişli şəhəri) ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının ## ####### 1996-cı il tarixli ** nömrəli çıxarışına əsasən ayrılmış 15.0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## #### 2015-ci il tarixli *** saylı sərəncamına xitam verilərək, hüquqi qüvvəsi itirmiş hesab edilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin ##.##.2023-cü il tarixli *-**-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...2 eyni tarix və nömrədə olan sərəncamlardan İmişli şəhər sakini iddiaçı2 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi haqqında ##.##.2015-ci il tarixli *** saylı sərəncam İmişli Rayon İcra Hakimiyyətinin sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmış və əsli İmişli Rayon İcra Hakimiyyətinin arxivində saxlanılır. Məktuba əlavə edilmiş digər ##.##.2015-ci il tarixli *** saylı 15.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncam isə İmişli Rayon İcra Hakimiyyətinin sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmamış və hazırda İmişli Rayon İcra Hakimiyyətinin arxivində belə bir sərəncam yoxdur.” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X2 Ehtiyatlarından İstifadə Agentliyinin ##.##.2024 cü il tarixli *-**-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2015-ci il tarixli *** saylı sərəncamı ilə İmişli şəhər sakini iddiaçı2 qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün İmişli şəhəri yaxınlığında Araz çayı yatağından müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəsinə verilmiş 15.0 ha ərazidə qumçınqıl materiallarının çıxarılması və istehsalı barədə bildirilir ki, iddiaçı2 İmişli şəhəri yaxınlığında Araz çayı yatağında qum-çınqıl materiallarının çıxarılması və istehsalı ilə bağlı icazə sənədi verilməmişdir.” İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2022-ci il tarixli *** nömrəli sərəncamının ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2022-ci il tarixli *** saylı sərəncamı ilə ona İmişli rayonu Otuziki kəndi (indiki İmişli şəhəri ərazisindən) Araz çayının yatağından qum-çınqıl materiallarının çıxarılması üçün 15.0 ha torpaq sahəsi icarəyə verilməsi barədə İmişli Rayon Hakimiyyəti başçısının ## #### 2015-ci il tarixli *** saylı sərəncamı ləğv edilmişdir. ## ##### 2022-ci il tarixli *** saylı sərəncamda göstərilir ki, İmişli şəhər sakini iddiaçı2 rayonun Otuziki kəndi ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının ## ####### 1996-cı il tarixli ** nömrəli çıxarışına əsasən ayrılmış 15.0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## #### 2015-ci il tarixli *** saylı sərəncamı verilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin onun fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə ona heç bir rəsmi məktub və ya qeyri-rəsmi xəbərdarlıq olmamışdır. Həmin 0.15 ha torpaq sahəsində hüquqi icazəsi olmadan fəaliyyət göstərməsi barədə sərəncamda qeyd edilənlər əsassızdır. Ona görə də torpaq sahəsinin ondan alınması barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2022-ci il tarixli *** saylı sərəncamının heç bir qanuni əsası yoxdur. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Ehtiyatlarından istifadə Agentliyinin mütəxəssisləri tərəfindən İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq aparılaraq “X3 Təsərrüfatı” MMC-nin qum-çınqıl materiallarının istehsalı zamanı yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunlarının tələblərini pozduğu və onun dağ-mədən ayırması aktı olmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilmiş, bu barədə müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Rayon İcra Hakimiyyətinə ## ###### 2021-ci il tarixli **/** saylı məktubla müraciət olunmuşdur. Bununla bağlı İmişli Rayon icra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə iddiaçı2 məktub göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş ## ###### 2021-ci il tarixli *****/***** saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmişdir. Bütün bunları nəzərə alaraq dağ mədən ayırması olmadan qanunsuz fəaliyyət göstərdiyinə və Araz çayının məcrasının dəyişməsinə səbəb olan hallara yol verdiyinə görə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## #### 2015-ci il tarixli *** saylı sərəncamına xitam verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2022-ci il tarixli *** saylı sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilərək, iddiaçı iddiaçı2 (iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti) barəsində İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2022-ci il tarixli *** saylı sərəncamı ləğv edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli 2 *(***)-***/**** saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi, Samir Həsənov və Mahir Əsədli) ## ##### 2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ##### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı1 MMC-nin fəaliyyəti nəticəsində ətraf ərazilərin hidrogeoekoloji şəraiti negativ yöndə dəyişilsə də, yerin təkinin səmərəli istifadəsi və mühafizəsinə dair qanunvericiliyin tələbləri pozulsa da, Cəmiyyət fəaliyyətini bugünə qədər dayandırmamışdır. Birinci instansiya məhkəməsinin işin halları ilə bağlı gəldiyi qənaət AR-nın “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, İmişli RİH tərəfindən qəbul edilmiş inzibati akt həmin Qanunun 68.1 və 68.2.3-cü maddələrinin normalarına uyğun qəbul edilmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ## #### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, mübahisəli torpaq sahəsində hər hansı bir qurğu tikməmiş, istehsal olmamış, hazırda da tikmək niyyəti yoxdur. Torpaq sahəsində qum-çınqıl satışı ilə məşğul olmuşdur. Başqa ərazilərdən aldığı qum-çınqılı torpaq sahəsinə tökərək satışını həyata keçirmişdir. Hazırda istəyi qum-çınqıl satışının həyata keçirilməsini bərpa etməkdir. Sonda iddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı: 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. ... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən inzibati akt - ## ##### 2022-ci il tarixli *** saylı sərəncam cavabdeh tərəfindən qeyd olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, həmin sərəncam qəbul olunan zaman cavabdeh inzibati icraat barədə, eləcə də inzibati akt qəbul edilməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş, bu barədə onların mülahizələrini dinləməmişdir. İşin halları ilə müəyyən edildi k, İmişli Rayon İcra Hakimiyyətinin ## #### 2015-ci il tarixli *** nömrəli sərəncamı ilə İmişli şəhər sakini iddiaçı2 müraciəti nəzərə alınmış və ona məxsus İmişli rayonunun Otuziki kəndin (indiki İmişli şəhəri) ərazisində yerləşən 15.0 ha torpaq sahəsində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilmişdir. ##.##.2015-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə ilə 15.0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 40 il müddətinə iddiaçıya icarəyə verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2022ci il tarixli *** nömrəli sərəncamı ilə iddiaçı2 (“X3 Təsərrüfatı” MMC-yə) rayonun Otuziki kəndi (indiki İmişli şəhəri) ərazisindən M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının ## ####### 1996-cı il tarixli ** nömrəli çıxarışına əsasən ayrılmış 15.0 ha torpaq sahəsində qumçınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## #### 2015-ci il tarixli *** saylı sərəncamına xitam verilərək, hüquqi qüvvəsi itirmiş hesab edilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin ##.##.2023-cü il tarixli *-**-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...2 eyni tarix və nömrədə olan sərəncamlardan İmişli şəhər sakini iddiaçı2 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi haqqında ##.##.2015-ci il tarixli *** saylı sərəncam İmişli Rayon İcra Hakimiyyətinin sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmış və əsli İmişli Rayon İcra Hakimiyyətinin arxivində saxlanılır. Məktuba əlavə edilmiş digər ##.##.2015-ci il tarixli *** saylı 15.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncam isə İmişli Rayon İcra Hakimiyyətinin sərəncamların qeydiyyatı kitabında qeydiyyata alınmamış və hazırda İmişli Rayon İcra Hakimiyyətinin arxivində belə bir sərəncam yoxdur.” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X2 Ehtiyatlarından İstifadə Agentliyinin ##.##.2024 cü il tarixli *-**-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2015-ci il tarixli *** saylı sərəncamı ilə İmişli şəhər sakini iddiaçı2 qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün İmişli şəhəri yaxınlığında Araz çayı yatağından müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəsinə verilmiş 15.0 ha ərazidə qumçınqıl materiallarının çıxarılması və istehsalı barədə bildirilir ki, iddiaçı2 İmişli şəhəri yaxınlığında Araz çayı yatağında qum-çınqıl materiallarının çıxarılması və istehsalı ilə bağlı icazə sənədi verilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin onun barəsində qəbul etdiyi ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamın ləğv edilməsinə nail olmaqdan ibarətdir. İşin müəyyən edilmiş hallarına görə mübahisələndirilən həmin sərəncamla cavabdehin iddiaçıya İmişli rayonunun Otuziki kəndi ərazisində yerləşən 0.15 ha torpaq sahəsində qumçınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsinə dair ##.##.2015-ci il tarixli *** nömrəli sərəncamı ləğv edilmişdir. Cavabdeh mübahisələndirilən sərəncamın qəbul edilməsinin əsası kimi iddiaçının qum-çınqıl materiallarının istehsalı zamanı yerin təkindən səmərəli istifadə və yerin təkinin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərini pozduğunun, Araz çayının məcrasının dəyişməsinə səbəb olan hallara yol verdiyinin və onun dağ-mədən ayırması aktı olmadan qanunsuz fəaliyyət göstərdiyinin müəyyən olunduğuna istinad etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən sərəncamın “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulması ilə qəbul edildiyinə istinadən iddianı təmin etmişdir. Məhkəmə mübahisələndirilən sərəncamın maddi hüquq baxımından əsaslı olub-olmamasına dair hər hansı araşdırma aparmadan mübahisələndirilən qərarı qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, formal tələblərin pozulması səbəbindən inzibati orqanın qərarının ləğv olunmasına yalnız o halda yol verilir ki, həmin pozuntunu icraatın sonrakı mərhələlərində, o cümlədən məhkəmə icraatının gedişində aradan qaldırmaq mümkün olmasın. Eyni zamanda, həmin tələblərə əməl olunacağı təqdirdə mahiyyət baxımından fərqli və şəxsin xeyrinə qərarın qəbul ediləcəyi imkanı mövcud olsun. Hazırkı mübahisəyə münasibətdə məhkəmələrin istinad etdiyi formal tələblərin aradan qaldırılması imkanın mövcud olmadığı (məsələn, şəxsin dinlənilmə hüququ məhkəmə icraatının gedişində də təmin edilə bilərdi) və həmin tələblərə əməl olunmasının belə nəticəni yaradacağı iş üzrə materiallardan görünmür. Digər tərəfdən, cavabdehin iş üzrə materiallara əlavə olunmuş ##.##.2015-ci il tarixli *** nömrəli sərəncamından görünür ki, həmin sərəncamla iddiaçıya İmişli rayonunun Otuziki kəndi ərazisində qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilmişdir. Yəni, sərəncam əslində iddiaçıya qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi üzrə icazənin deyil, həmin məqsəd üçün qurğuların tikintisinə icazə verilməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazə verilməsi qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi üzrə icazə anlamında qiymətləndirilə bilməz . Həmin icazələr fərqli məsələləri tənzimləyir və fərqli hüquqi nəticələr yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilib, işi təkrar baxılması həmin məhkəməyə göndərilərkən qərarda qeyd edilmişdir ki, “...28. Bu baxımdan, məhkəmə kollegiyasının qənaətinə görə, mübahisələndirilən sərəncamın ləğvi əvvəlki sərəncama əsasən iddiaçının qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi üzrə icazənin bərpa olunması və həmin fəaliyyətin qanunauyğunluğu nəticəsini yaratmır. Yəni əslində iddiaçının əsil niyyəti müəyyənləşdirilməli, çatmaq istədiyi məqsəd baxımından, onun qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi qurğularının tikintisinə icazənin, yoxsa qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi üzrə fəaliyyətin bərpa olunmasına nail olmaq istədiyi aydınlaşdırılmalıdır.
29. Nəzərə almaq lazımdır ki, iddiaçı ləğv olunmuş sərəncama əsasən həmin qurğuları zatən inşa etmişdirsə, mübahisələndirilən sərəncamdan ləğv olunmuş sərəncamın hüquqi nəticələrinin aradan qaldırılması və nə vaxtdan qaldırılması barədə məsələlərin tənzimləndiyi müəyyən olunmur (yəni ən azından həmin qurğulara münasibətdə). Qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi üzrə fəaliyyətin bərpa olunmasına nail olmaq baxımından da mübahisələndirilən sərəncamın ləğvi iddiaçının maraqlarına uyğun deyil. Belə ki, əvvəlki sərəncam artıq qeyd olunduğu kimi, müvafiq qurğuların tikintisinə icazə ilə bağlıdır. Bu mənada mübahisənin həllinə həm də bu prizmadan qiymət verilməlidir.” Kollegiya təkrar işə baxarkən Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, iddiaçının hazırki iddia üzrə məqsədi torpaq sahəsində qum-çınqıl satışının həyata keçirilməsini bərpa etməkdən ibarətdir. Belə ki, ## #### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsində hər hansı bir qurğu tikməmiş, istehsal olmamış, hazırda da tikmək niyyəti yoxdur. Torpaq sahəsində qum-çınqıl satışı ilə məşğul olmuşdur. Başqa ərazilərdən aldığı qumçınqılı torpaq sahəsinə tökərək satışını həyata keçirmişdir. Hazırda istəyi qum-çınqıl satışının həyata keçirilməsini bərpa etməkdir. Kollegiya qeyd edir ki, qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi üzrə fəaliyyətin bərpa olunmasına nail olmaq baxımından mübahisələndirilən sərəncamın ləğvi iddiaçının maraqlarına uyğun deyil. Belə ki, əvvəlki sərəncam artıq qeyd olunduğu kimi, müvafiq qurğuların tikintisinə icazə ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında mövqe eyni olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Kollegiya qeyd edir ki, iddiaçı hazırki iddia ilə çatmaq istədiyi məqsədə nail ola bilməyəcədir. Bu səbəbdən onun çatmaq istədiyi məqsədə görə hazırki iddia üzrə hüquqi marağı mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. İddiaçı iddiaçı2 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “## ##### 2022-ci il tarixli *** nömrəli sərəncamın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.