Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-114/2026 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona 35-60 faiz olmaqla, səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmətlə bağlı əlilliyin müəyyən edilməsi üçün və ##.##.2023-cü il tarixli göndərilmiş imtina qərarının əsassız hesab edilərək ləğv edilməsi və ona əlilliyin müvafiq dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra - IPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona 61-80 faiz olmaqla, səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyən müddətə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona 61-80 faiz olmaqla, səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyən müddətə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Daha sonra yenidən iddiaçı IPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona 35-60 faiz olmaqla, səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona 35-60 faiz olmaqla, səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Şahəli Musayev) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında ##.##.2020-ci il tarixdən hazır ki, vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. Iddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və müddətli əlillik təyinatına əsas vermədiyi qeyd edilsədə bu halların hər hansı mötəbər sübutlarla əsalandırmamışdır. Beləliklə, iş materiallarına əlavə olunmuş tibbi sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarı ləğv edilməli və iddiaçı İddiaçı 35-60 faiz olmaqla, səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1996-cı ildə anadan olmuşdur. ##.##.2020-##.##.2020-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. ##.##.2020-ci tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Sirik Daşbaşlı istiqamətində hərəkət edən MAZ markalı avtomobildə qəzaya uğraması nəticəsində Thq fəqərə cisminin qapalı, cüzi yerindəyişən fəsadlaşmamış stabil sınığı. Bel nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ qalça sümüyünün qanadının qapalı, qəlpəli yerinidəyişən sınığı xəsarətini almışdır. Cərrahi əməliyyata məruz qalmışdır. ##.##.2020-##.##.2020-ci il tarixədək SQ BKH-da, ##.##.2023-##.##.2023-cü il tarixlərdə MN MHP-da müayinə və müalicə olunmuşdur, müşaiyətçiyə zərurət vardır. Həmin faktlar Xəstəlik haqqında şəhadətnamə № ****-lə və digər tibbi sənədlərlə təsdiq olunur. Mərkəzi hərbi həkim komissiyasının ##.##.2023-cü il tarixli qərarında aldığı travma ilə əlaqədar göstərilir: Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin ##.##.2023-cü il tarixli *** nömrəli tibbi müayinə diaqnozu Fəlakətdən 11 Qarabağ müharibəsi şəxsiyyət dəyişikliyi kimi, Respublika Psixiatriya Xəstəxanası PHŞnin həkim psixiatr komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli tibbi rəyində Fəlakət müharibə keçirdikdən sonra X8, intihar cəhdləri ilə kimi, xəstəlik tarixindən çıxarışda X5 şəxsiyyətin davamlı dəyişikliyi kimi müəyyənləşmişdir. Nazirlər Kabinetinin 2022-ci il # ###### tarixli *** nömrəli Qərarı imzalanıb. Qərarla təsdiq olunmuş "Qayda" Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara ödəmənin verilməsini tənzimləyir. Iddiaçı yuxarıda göstərilən sənədləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmişdir. Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi ##.##.2024-cü il tarixli məktubunda isə bu rəylərə hüquqi qiymət vermədən əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina etmişdir. Tibbi Sosial Ekspert Komissiyası da bundan imrtina etmişdir. Faktiki olaraq onu təkrar müayinədən keçirib əlilliyi və onun hərbi xidmətlə əlaqədar olduğunu qeydetməlidirlər. Aşağıdakılara əsasən hesab edir ki, bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından Şirvan Inzibati Məhkəməsində baxılmalı və cavabdehin imtinaedici qərarı mahiyyət üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Iddiaçı hərbi xidmətlə bağlı sağlamlığını itirsə də, əlil dərəcəsi almaqdan məhrum edilmiş və uzun müddətdir bunu ala bilməmişdir. "Qubadlının azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Hazırda ağır xəstədir. Bununla da cavabdeh təşkilatın qərarı ilə hüquqlarına müdaxilə olunub ve hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranıb. Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyət üzrə baxılmalıdır. Cavabdehin ona ünvanlanmış cavabından görünür ki, onun hərbi xidmət zamanı aldığı travmanı, xəstəliyi nəzərə almır. Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarının 7.7.1-ci maddəsində qeyd olunur ki, X5 şəxsiyyətin davamlı dəyişikliyi - F62.0-a uyğun gəlir. Göründüyü kimi, onda olan xəstəlik qərarda göstərilmiş cavabdehlər onda olan xəstəliyin həmin qərara uyğun gəlməsini nəzərə almamışdır. Hesab edir ki, bu qanunsuzdur və onun üzərinə yenidən müayinə edilib əlilliyinin müəyyən edilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, cavabdeh onun qanuni tələbini icra etməkdən imtina edib və onun mənafeyinə uyğun olaraq əlverişli inzibati akt qəbul etməkdən imtina edib. Bununla da cavabdeh iddiaçının sosial təminat və mülkiyyət hüququnu pozub. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Ağdam RƏD mərkəzi xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Fəlakət (müharibə) keçirdikdən sonra X8, intihar cəhdləri ilə. Məzkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Göründüyü kimi, iddiaçı İddiaçı Forma 88-də qeyd edilən diaqnozu əlilliyin təyin edilməsi meyarlarına uyğun gəlmədiyi üçün ona “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Göndərişdə qeyd edilmiş diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Qərarla razılaşmayan iddiaçı ##.##.2023-cü ildə Əyani müainəyə dəvət edilmiş, ##.##.2024-ci ildə əyani müainəsi həyata keçirilmişdir. Imişli rayon sakini ##.##.1996-cı il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir.Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli **** nömrəliŞəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş X8, intihar cəhdləri ilə. Avtoaəza nəticəsində (##.##.2020), Th9 fəqərə cisminin qapalı, cüzi, yerinidəvisən fəsadlasmamış stabil II dərəcəli deformasivalı sınığı, onurğa sütunun döş nahiyəsinin funksivasmın mülayim dərəcədə pozulması ilə. Gərginlik bas ağrısı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ ##.##.2023-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz “Fəlakətdən (II Qarabaq müharibəsi) şəxsiyyət dəyişikliyi’’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra X8, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “X5 şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belində olan ağrılardan, əsəbilikdən, yuxunun pozulmasından, özünə qapanmadan şikayətlənmişdir. Ciddi özünə xəsarət cəhdlərinin olduğunu bildirsə də, sol saiddə 1 ədəd cızıq izlənmişdir. Emosional sabit, affekti patologiyasız, nümayişkarlığa meyilli olmuş, bələdliyi və mühakimə qabiliyyəti qorunub saxlanmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra şəxsiyyətin isterik tip dəyişikliyi, qeyrisabit kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlaməter, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - F62.0 fəlakət keçircikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müainə zamanı öz əksini tapmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan scnra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsir cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilnəsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektror imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin xəstədə ağırlaşmaların olub-olmaması hər hansı qaydada müəyyən edilməmişdir. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: - ##.##.2023-cü il tarixli, **** nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, SHXÇDX-nin Imişli rayon şöbəsinin rəisinin ##.##.2023-cü il tarixli, *-**-**/*-***/**** nömrəli MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı ##.##.1996-cı il təvəllüdlü, ##.##.2020-##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib. Hərbi rütbəsi ehtiyyatda olan əsgər, hərbi-uçot ixtisası atıcı, SHXÇDXnin Imişli rayon şöbəsində qeydiyyatdadır. SHXÇDX-nin Imişli rayon şöbəsi tərəfindən ##.##.2020-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. (könüllü daxil olmuşdur). ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə SirikDaşbaşlı istiqamətində hərəkət edən MAZ markalı avtomobildə qəzaya uğraması nəticəsində “Th9 fəqərə cisminin qapalı, cüzi yerinidəyişən fəsadlaşmamış stabil sınığı. Bel nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ qalça sümüyünün qanadının qapalı, qəlpəli cüzi yerinidəyişən sınığı” xəsarətini (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş ##.##.2020-ci il tarixli **** nömrəli travma haqqında arayış). Ilk tibbi yardım Füzuli rayon DM-də göstərildikdən sonra Ucar RMX-ya, ##.##.2020-ci il tarixdə SQ BKH-na köçürülmüş, ##.##.2020- ##.##.2020-ci il tarixədək “Avtoqəza (##.##.2020), Th9 fəqərəsinin qapalı, cüzi, yerinidəyişən fəsadlaşmamış, stabil sınığı. Bel nahiyyəsinin birincili cərrahi işlənmiş əzilmiş-cırılmış yarası. Sağ qalça sümüyünün qanadının qapalı, qəlpəli cüzi yerini dəyişən sınığı” diaqnozu ilə stasionar müalicədə olmuş, ##.##.2020-ci ildə “Yaranın ikincili-cərrahi işlənməsi” cərrahi əməliyyatı icra edilmişdir (əsas **** nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). ##.##.2020-##.##.2020-ci il tarixədək SQ BKH-da ##.##.2023- ##.##.2023-Respublika Psixiatriya Xəstəxanasında; ##.##.2023-cü il tarixdə MN MHP-da müayinə və müalicə olmuşdur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Orta (mülayim) dərəcədə ifadə olunmuş X8, intihar cəhdləri ilə. Avtoqəza nəticəsində (##.##.2020), Th9 fəqərə cisminin qapalı, cüzi, yerinidəyişmiş fəsadlaşmamış stabil II dərəcəli deformasiyalı sınığı, onurğa sütununun döş nahiyəsinin funksiyasının mülayim dərəcədə pozulması ilə. Gərginlik başağrısı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 18b, 82b maddəsinin II qrafasına və ƏTC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş :”Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” səbəbi ilə “Təsdiq Olunmuşdur.” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş ##.##.2021-ci il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 ##.##.2023-cü il tarixli **** nömrəli rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq İddiaçı Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin *-**-*/*-N-****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq iddiaçının orqanizmin funksiyalarının pozulması faizinin müəyyənləşdirilməsi üçün X4 ##.##.2023-cü il tarixli Q*********JX nömrəli göndərişi rəsmiləşdirilmişdir. Vətəndaş müraciəti əsasında ##.##.2023-cü il tarixində Agentlikdə qəbulda olmuş və müayinə aparılmışdır. Müayinə zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **** nömrəli şəhadətnaməsində "Orta (mülayim) dərəcədə ifadə olunmuş X8, intihar cəhdləri ilə Avtoqəza nəticəsində (##.##.2020) Th9 fəqərə cisminin qapalı, cüzi, yerinidəyişən fəsadlaşmamış stabil II dərəcəli deformasiyalı sınığı, onurğa sütununun döş nahiyəsinin funksiyasının mülayim dərəcədə pozulması ilə. Gərginlik baş ağrısı" diaqnozu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Təqdim edilən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin ##.##.2023-cü il tarixli *** nömrəli tibbi rəyində diaqnoz "Fəlakətdən (II Qarabağ müharibəsi) şəxsiyyət dəyişikliyi" kimi, Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin Həkim Psixiatr Komissiyasınin ##.##.2023-cü il tarixli *** nömrəli tibbi rəyində "Fəlakət (müharibə) keçirdikdən sonra X8, intihar cəhdləri ilə" kimi, ##.##.2023-##.##.2023-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən çıxarışında "Fəlaket keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Fəlakətdən sonra şəxsiyyətin isterik tip dəyişikliyi, qeyri-sabit kompensasiya" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq ##.##.2023-cü il tarixindən "Diaqnozun əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilmişdir. - SX seriyalı, ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2016-cı il tarixədək Azərbaycan Ordu Sıralarında xidmət keçmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin *-**-*/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirilir ki, İddiaçı ilkin olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X1 Xəstəlikləri Dispanserinin Q*********JX nömrəli göndərişi və müraciəti əsasında ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar ve patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-sosial ekspert komissiyasının *-**-*/*-*-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli Qərarının surətindən görünür ki, Imişli rayon sakini ##.##.1996-cı il təvəllüdlü İddiaçı oglunun (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Orta (mülayim) dərəcədə ifadə olunmuş X8, intihar cəhdləri ilə Avtoqəza nəticəsində (##.##.2020), Th9 fəqərə cisminin qapalı, cüzi, yerinidəyişən fəsadlaşmamış stabil II dərəcəli deformasiyalı sınığı, onurğa sütunun döş nahiyəsinin funksiyasının mülayim dərəcədə pozulması ilə. Gərginlik baş ağrısı” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin ##.##.2023-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz "Fəlakətdən (II Qarabağ müharibəsi) şəxsiyyət dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz "Fəlakət (müharibə) keçirdikdən sonra X8, intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “X5 şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belində olan ağrılardan, əsəbilikdən, yuxunun pozulmasından, özünə qapanmadan şikayətlənmişdir. Ciddi özünə xəsarət cəhdlərinin olduğunu bildirsə də, sol saiddə 1 ədəd cızıq izlənmişdir. Emosional sabit, affekti patologiyasız, nümayişkarlığa meyilli olmuş, bələdliyi və mühakimə qabiliyyəti qorunub saxlanmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Fəlakətdən sonra şəxsiyyətin isterik tip dəyişikliyi, qeyri-sabit kompensasiya" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 ##.##.2025-ci il tarixli, **** nömrəli ekspertiza rəyindən görünür ki, İddiaçı “X5 X8” (F62.0) müəyyən edilir. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv epizod, intihar cəhdləri ilə” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvalı ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. Qərardadın 1-ci sualı üzrə: Yoxlanılan şəxs İddiaçı X5 X8” (F62.0) müəyyən edilir. Bu sualı cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 2-ci sualı üzrə: Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundurmu və ya aparılmış müayinələrin nəticələri iddiaçı İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. 3-cü sual: Yoxlanılan şəxs İddiaçı X5 davamli şəxsiyyət dəyişikliyI" (F62.0) müəyyən edilir. Sualın digər hissəsini cavablandımaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-114/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-114/2026
08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver