Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-117/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: doğum akt qeydində dəyişiklik edilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: ##.##.1983-cü il tarixdə tərtib edilmiş *** nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X2 ##.##.1983-cü il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, atası ##.##.1949-cu il təvəllüdlü X4, anası ##.##.1956-cı il təcəllüdlü X3r. ##.##.1983-cü il tarixli, seriya IX-ЖГ, ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 ##.##.1983-cü il tarixdə Əli Bayramlı şəhərində doğulmuşdur, atası X4, anası X3r. Sonradan “Calalov” soyadında “ov”un üzərində xətt çəkilmiş və “bəyli” əlavə edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarından görünür ki, həmin qərarla iddiaçı İddiaçı iddia tələbi təmin edilərək, ##.##.1983-cü il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş ##.##.1983-cü il tarixli *** saylı doğum haqqında akt qeydinə düzəliş edilərək “Calal” adının “Fuad” adına dəyişdirilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ##.##.1983-cü il tarixli *** nömrəli doğum haqqında akt qeydində düzəliş olunaraq, uşaq haqqında məlumatlar qrafasmda “Calal” adının “Fuad”, “Calalov” soyadının “Cəlalbəyli” yazılması barədə müraciətinizə baxılmışdır. Müəyyən olunmuşdur ki, Cavabdeh ##.##.1983cü il tarixli *** nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məumatlar qrafasmda şəxsin adı “Calal”, soyadı “Calalov” olaraq qeyd edilmiş və həmin akt qeydinin üzərində dəyişiklik edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normada, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Beləliklə, şəxsiyyətinizi təsdiq edən sənəd və müvafiq akt qeydindəki ad və soyadla bağlı məlumatlar tamamilə fərqli olduğundan, inzibati orqan tərəfindən başlanmış icraat qaydasında bu şəxslərin eyniləşdirilməsi mümkünsüzdür. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən tərtib edilmiş ##.##.1983-cü il tarixli *** nömrəli doğum haqqında akt qeydində yuxarıda göstərilən dəyişikliyin aparılması tələbinizin icrasından imtina olunur. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1983-cü il tarixli *** nömrəli akt qeydində soyadı ilə bağlı məlumatlar qrafasına dəyişiklik edilərək “Calalov” soyadının “Cəlalbəyli” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1983-cü ildə Şirvan şəhərində anadan olmuş və doğumu Cavabdeh tərəfindən ##.##.1983-cü il tarixli *** nömrəli aktla dövlət qeydiyyatına alınaraq şəhadətnamə verilmişdir. Qısa müddət öncə doğumu haqqında şəhadətnaməni yeniləmək istəyərkən məlum olmuşdur ki, arxiv sənədində adı “Calal”, soyadı “Calalov” yazılmışdır. İddia tələbi üzrə Şirvan İnibati Məhkəməsinin müvafiq qərarı ilə doğumum haqqında akt qeydində adın “Calal”dan “Fuad”a dəyişdirilməsi öhdəliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmiş, lakin soyada düzəlişlə bağlı hissə, iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi əsasında baxılmamış saxlanılmışdır. Halbuki, doğumu haqqında akt qeydində soyadı ilə bağlı hissəyə dəyişiklik olunmadığı üçün həmin sənədin ona münasibətdə tərtib olunması öz təsdiqini tapmır və ya soyadının Calalov kimi qalmalı olduğunu ehtiva edir. Ona görə də bu məsələyə məhkəmə qaydasında hüquqi qiymət verilməsi zəruridir. Beləliklə, əslində onda doğumu barədə ##.##.1983-cü ildə verilmiş IX-JQ ****** nömrəli şəhadətnamə vardır. Həmin sənəddə isə adı aydın şəkildə heç bir qaralamaya yol verilmədən Fuad yazılmış, eyni zamanda soyadının “ov” sonluğunun üzərindən xətt çəkilərək “bəyli” sonluğu qeyd edilmiş və bu düzəlişə inanılsın qeydi yazılaraq imza və möhürlə təsdiq edilmişdir. Surətini iddia ərizəsinə əlavə etdiyi həmin şəhadətnamədən də görünür ki, həmin şəhadətnamə Cavabdeh ##.##.1983-cü il tarixli *** nömrəli doğum haqqında akt qeydi əsasında yazılmış və tam adı İddiaçı olaraq qeyd edilmişdir. Eyni zamanda ##.##.2018-ci ildə Şirvan ŞPŞ-nin PvŞV qrupu tərəfindən verilmiş AZE 17746269 seriya nömrəli şəxsiyyət vəsiqəsində və digər əlaqəli sənədlərdə soyadı Cəlalbəyli yazılmış və bütün bu sənədlərdə göstərilən fərdi məlumatlarının ilkin mənbəyi doğumu haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə olmuşdur. Lakin doğumu haqqında müvafiq sənədə düzəliş edilməsi tələbindən rəsmi qaydada imtina olunmuşdur ki, göstərdiyi bu hal da onun məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. Eyni zamanda akt qeydində ona verilmiş şəhadətnamədəki soyaddan fərqli soyadın yazılması qeydiyyat orqanının səhvidir. Ona görə də hüquq və vəzifələrinin həyata keçirilməsinə maneçilik yaradan bu halın aradan qaldırılması vəzifə olaraq qeydiyyat orqanının üzərinə qoyulmalıdır. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasda iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ … 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 168. Doğum haqqında qeydiyyat 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” Bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. İ. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydası
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” Bənd 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin doğulması faktını təsdiq edən əsas sənəd doğum haqqında akt qeydidir ki, həmin sənəd mövcud olmaqla yanaşı akt qeydində şəxsin soyadı Calalov kimi qeyd edilmişdir. İddiaçı qeyd edir ki, ona məxsus digər sənədlərdə soyadı Cəlalbəyli kimi qeyd edildiyinə görə bu yöndə doğum akt qeydində də dəyişiklik edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya məxsus ##.##.1983-cü il tarixli, *** nömrəli Doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X1 ##.##.1983-cü il tarixdə doğulmuş, atası X4, anası X3r. İddiaçıya məxsus sözügedən doğum akt qeydində onun özünün, həmçinin valideynlərinin soyadı da Calalov kimi qeyd edilmişdir. Və Ailə Məcəlləsinin 53.3-cü maddəsində də qanunvericinin müəyyən etdiyi kimi uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Bundan başqa iddiaçının bacı-qardaşlarına dair tərtib edilmiş doğum akt qeydlərində də onların soyadları “Calalov” kimi qeyd edilmişdir. İddiaçının doğum akt qeydində heç bir səhvə yol verilməmişdir və məhkəmənin qənaətinə görə iddiaçıya münasibətdə doğum akt qeydində düzəliş edilərək soyadının dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, digər sənədlərdə iddiaçının soyadının doğum akt qeydində qeyd olunan soyadına uyğunlaşdırılması üçün müvafiq orqanlara müraciət etmək hüququ vardır. Bundan əlavə iddiaçı ərizəsi əsasında qanunamüvafiq qaydada soyadının dəyişdirilməsini tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edildi ki, ##.##.1983-cü il tarixdə tərtib edilmiş *** nömrəli doğum haqqında akt qeydində X2 ##.##.1983-cü il tarixdə Əli Bayramlı şəhərində doğulması, atasının ##.##.1949-cu il təvəllüdlü X4, anası ##.##.1956-cı il təcəllüdlü X3 olması qeyd edilmişdir. ##.##.1983-cü il tarixli, seriya IX-ЖГ, ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 ##.##.1983-cü il tarixdə Əli Bayramlı şəhərində doğulmuşdur, atası X4, anası X3r. Sonradan “Calalov” soyadında “ov”un üzərində xətt çəkilmiş və “bəyli” əlavə edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarından görünür ki, həmin qərarla iddiaçı İddiaçı iddia tələbi təmin edilərək, ##.##.1983-cü il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş ##.##.1983-cü il tarixli *** saylı doğum haqqında akt qeydinə düzəliş edilərək “Calal” adının “Fuad” adına dəyişdirilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilən hallar qanunvericilkdə konkret göstərilmişdir. Hazırki iş üzrə doğum haqqında akt qeydində dəyişiklik edilməsinə əsas müəyyən edilmir. Bu səbəbdən cavabdeh orqanın imtinası qanuni olmuşdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.