Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-12/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *******0008 saylı qərarının ləğv edilməsi və ##.##.2021-ci il tarixli, *******0005 saylı qərarla ona təyin olunan 3-cü dərəcə əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi sözləri ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “2-ci qrup hərbi əlil hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdehlə əvəz edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyası kimi qeyd edilməsini iddia tələbin isə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *******0008 saylı qərarının ləğv edilməsi və ##.##.2021-ci il tarixli *******0005 saylı qərarla ona təyin olunan 3-cü dərəcə əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi sözləri ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial Ekspert Komissiyası kimi qeyd edilməsi, iddia tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *******0008 saylı qərarının ləğv edilməsi və ##.##.2021-ci il tarixli *******0005 saylı qərarla ona təyin olunan 3-cü dərəcə əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi sözləri ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara almışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı əlilliyin təyin edilmə diaqnozu Kəllədaxili travmaların nəticələri. Postravmatik ensofalopatiya. Nevrasteniya. Asteno nevrotik vəziyyət. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Vegetativ çatışmamazlığından ibarət olsa da, ona ##.##.2014-cü il tarixindən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. Əliliyin təyin edilməsi zamanı diaqnoz onurğa sütununun boyun nahiyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət (##.##.1997). Çanaq üzvlərinin ləngimə tipli pozulması. Aşağı ətrafların spastik paraparezi (əzələ gücü 2 bal). Yeriş və hərəkət funksiyasının pozulması diaqnozu dəfələrlə qiymətləndirilmə zamanı cavabdehin təyin etmiş olduğu təyinatlarla təsdiq olunur. Qərarın qəbul edilməsi üçün əsas olan Cəlilabad rayon Mərkəzi Xəstəxanasının M*******JJ*JGq nömrəli diaqnozda da, iş materiallarına əlavə edilən digər xəstəlik sənədləri ilə də öz təsdiqini tapmışdır. Həmçinin inzibati orqan tərəfindən ##.##.2014-cü il tarixindən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə əlillik təyin edilmiş və iddiaçı tərəfindən həmin qərara etimad göstərilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə əlilliyin təyini üçün qeyd edilən xəstəliyin hal-hazırda da iddiaçı İddiaçı olduğu müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, İddiaçı tələbində haqlıdır və inzibati orqanın iddiaçının hüquqi marağı üzrə iddiasından imtina etməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1995-ci ildə Cəlilabad rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmış, hərbi xidmət dövründə düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsindən ##.##.1997-ci il tarixdə çoxsaylı qəlpə yaraları almış, uzun müddətdir ki, II qrup hərbi əlil kimi qeydiyyatdadır və buna görə də pensiya alırdı. Lakin bu ilin yanvar ayında növbəti dəfə ekspert komissiyasından yoxlanışdan keçmək üçün komissiyaya getmiş, onun səhətində irəliləmə vardır, artıq sağalmış, artıq II qrup yox, III qrup əlil hesab edilməli, özüdə umumi qrup səbəbindən. Cavabdeh təşkilat onun bütün etiraz və narazılıqlarına baxmayaraq, əlillik qrupunu umumi xəstəlik səbəbdən III qrup etmişdir. Onun xəstəliyi sağalan xəstəlik deyildir, səhətinin sağalmaq əvəzinə getdikcə geriyə getdiyini, artıq sərbəst hərəkət belə edə bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının onun əlillik dərəcəmin ümumi xəstəlik səbəbindən III qrup edilməsi əsasızdır və onun konstitutsion hüquqlarının pozulmasına gətirib çıxarır. Odur ki, cavabdehin bu əsassız qərarından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *******0008 saylı qərarının ləğv edilməsi və ##.##.2021-ci il tarixli *******0005 saylı qərarla ona təyin olunan 3-cü dərəcə əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi sözləri ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni. Onurğa sütununun boyun nahiyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət (##.##.1997). Çanaq üzvlərinin ləngimə tipli pozulması. Aşağı ətrafların spastik paraparezi (əzələ gücü 2 bal). Yeriş və hərəkət funksiyasının pozulması. Məzkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir. Səbəbi ilə imtina edilmişdir. Xatırladırıq ki, şəxsin 2026-cı ilə qədər ümumi xəstəlik səbəbindən qüvvədə olan üçüncü dərəcəli əlilliyi vardır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 2.1. şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinin a) yarımbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının ##.##.2009-cu il tarixli, **** nömrəli Qərarından müəyyən olunur ki, Cəlilabad RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində ##.##.1997-ci ildə aldığı və N saylı hərbi hissənin tibb məntəqəsində müalicə olunduğu yaralanma – diaqnoz: “Sağ bazunun yuxarı 1/3-nin arxa səthinin kor qəlpə yarası” (Cəlilabad RHK-nın ##.##.2009cu il tarixli, *** nömrəli göndərişi, ##.##.2009-cu il tarixli, *** nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş ##.##.2009-cu il tarixli, **** nömrəli arayış, N saylı hərbi hissədən verilmiş travmaların qeydiyyatı kitabından çıxarışla təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Qeyd olunan hərbi travma ilə əlaqədar ona II dərəcə əlillik təyin edilmiş, ** saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2014-cü il tarixdə aparılmış təkrar müayinə nəticəsində ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlilliyi 1 il müddətinə uzadılmış, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2015-ci il tarixli, *******AAJM* nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2015-ci il tarixdə aparılmış təkrar müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlilliyi daha 1 il müddətinə uzadılmış, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2016-cı il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2016-cı il tarixdə aparılmış təkrar müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlilliyi 5 il müddətinə uzadılmış, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2021-ci il tarixli, *******AAXZ* nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2021-ci il tarixdə aparılmış müayinə nəticəsində əlilliyin səbəbi ümumi xəstəliklə və ikinci dərəcəli əlilliyi III dərəcə ilə əvəz olunmaqla əlillik müddəti daha 5 il müddətinə ##.##.2026-cı il tarixədək uzadılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ### 2022-ci il tarixli, T ***/**** nömrəli rəyinin surətindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfındən rəsmiləşdirilmiş *******AADJL saylı göndərişdə qeyd edilmiş “kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, nevrasteniya, asteno-nevrotik vəziyyət, vegetativ sinir sisteminin somatoform disfunksiyası, vegetativ damar çatmamazlığı” diaqnozu əsasında ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli № *** qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması mevarlarına dair” Əsasnamənin 2.3.9 bəndinə uyğun olaraq III əlillik dərəcəsi ümumi səbəblə düzgün təyin edilmişdir. Qeyd edilən xəstəliklə əlaqədar yaranmış xəstənin hazırkı saglamlıq durumunun aldığı qəlpə yarası ilə səbəbli əlaqəsi yoxdur. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ###### 2023-cü il tarixli, **** nömrəli rəyinin surətindən görünür ki, 1.2. İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən onda “Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya, nevrasteniya, asteno-nevrotik vəziyyət, vegetativ sinir sisteminin somatoform disfunksiyası, vegetativ damar çatmamazlığı, uzun müddət dekompensasiva (altı aydan çox) vəziyyətdə olan şəxsiyyət pozuntusu və psixopatiyalar” müəyyən edilmişdir. - Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə tibbi ekspertizası tərəfındən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfındən həyata keçirilir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli Qərarının məzmunundan çıxış edərək, hesab etmişdir ki, həmin qərarda iddiaçının aldığı travmanın səbəb əlaqəsi “AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeyd edilmişdirsə, sonrakı dönəmdə aparılan əlillik təyinatı da məhz həmin qərara söykənməlidir. Lakin nəzərə almamışdır ki, növbəti əlillik təyinatı üçün təqdim edilmiş tibbi göndərişdəki diaqnoz sözügedən qərarda qeyd edilmiş patofunksional pozuntularla eynilik təşkil etmir, əksinə, tamamilə fərqli orqanların pozuntularıdır və bu halda həmin pozuntuların məhz AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmış travmalarla səbəli əlaqəsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi-Hərbi Həkim Komissiyasının vermiş olduğu rəydən görünür ki:
1. Vətəndaş İddiaçı ##.##.1997-ci il tarixdə aldığı və N nömrəli hərbi hissənin tibb məntəqəsində müalicə olunduğu "Sağ bazunun yuxarı 1/3-nin arxa səthinin qəlpə yarası" diaqnozlu yaralananın səbəb əlaqəsi MN MHHK tərəfindən ##.##.2009-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2 bəndinin "a" yarımbəndi ilə "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin etmişdir.
2. Cəlilabad rayon Mərkəzi Xəstəxanasının ##.##.2021-ci il tarixli *******AAXZ* nömrəli göndərişində qeyd edilmiş "Kəllədaxili travmanın nəticələri, postravmatik ensefalopatiya, nevrasteniya, asteno-nevrotik vəziyyət. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Vegetativ damar çatışmazlığı" diaqnozlu xəstəliklərinin MN MHHK-nın ##.##.2009-cu il tarixli **** nömrəli qərarında qeyd edilmiş "Sağ bazunun yuxarı 1/3-nin arxa səthinin kor qəlpə yarası" xəstəliyi və onun nəticələri ilə səbəb əlaqəsi yoxdur. Vətəndaş İddiaçı ##.##.1997-ci il tarixdə yaralanan zamanı baş beyin travması xəsarətin almasını təsdiq edən çıxarış epikrizi yoxdur. Qeyd olunan sənəd müvafiq olaraq rəy şəklində təqdim edilməsə də, məktubun məzmunundan görünür ki, yekun nəticə sahə üzrə mütəxəssis tərəfindən verilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan məktubun məzmununda şərh olunmuş nəticəni mötəbər hesab edir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *******0008 saylı qərarının ləğv edilməsi və ##.##.2021-ci il tarixli, *******0005 saylı qərarla ona təyin olunan 3-cü dərəcə əlilliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi sözləri ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.