Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-120/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən X3 F62.0, “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” diaqnozu üzrə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən ##.##.2023-cü il tarixli, **** nömrəli tibbi şəhadətləndirmə barədə Arayış verilmiş və hazırda da qüvvədədir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin tibbi rəyindən müəyyən olunur ki, X2 “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” (F62.0) müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndində öz əksini tapan diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Kifayət qədər əsaslar olduğu halda cavabdeh inzibati orqan iddiaçının arzuladığı aktı qəbul etməmiş, baxmayaraq ki, yuxarıda qeyd olunan diaqnozlar üzrə tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş, lakin heç bir əsas olmadan sadalanan tibb müəssələri tərəfindən təqdim edilmiş sənədləri təkzib edən sübutları təqdim etmədən iddiaçının hüquqi marağının ziddinə qərar qəbul edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. ##.##.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən mərminin partlaması nəticəsində yaralanaraq, "Mina partlayış zədələnməsi. Sol bazunun yuxarı 1/3-nin sıyırıb keçən qəlpə yaralanması, zərbə dalğasından sonrakı baş ağrısı" xəsarəti almış və ilkin tibbi yardım olunduqdan sonra ambulator müayinə və müalicidə olmuşdur. ##.##.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin xəsarətlərlə bağlı ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək, ##.##.2023-cü il tarixdən-##.##.2023-cü il tarixədək X1 Dispanserində "Posttravmatik stress pozuntusu" diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək Ağcabədi RMX-da eyni diaqnozla stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında "Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, özünü kəsmələrlə" diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli qərarı ilə şəhadətləndirilərək "Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, özünü kəsmələrlə, Gərginlik tip baş ağrısı. Partlayış travması (##.##.2020). Ikitərəfli xroniki koxlear nevrit. Ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 5 metr, sağ qulaqda 4.5 metr məsafədən eşitməsi ilə. Sağ gözün buynuz qişasının yad cismin çıxarılmasından sonrakı (##.##.2023) vəziyyət. Sol bazunun sıyrılmış qəlpə yaralanmasından (##.##.2020) sonrakı bərkimiş dəri çapığı. Hər iki saidin ön səthinin kəsilmiş yarasından sonrakı dəri çapığı (##.##.2023)." diaqnozu verilmiş və həmin travmanın hərbi travma olması. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edilmişdir. Həmçinin qərarda bu xəsarətlər üzrə şəxsin sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması, həmçinin bir nəfər müşayiətçiyə ehtiyacı olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunan diaqnozlar üzrə tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş lakin, heç bir əsas olmadan TSEK qeyd olunan diaqnoz üzrə əlillik təyin edilməsindən imtina etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD-in ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: "Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, özünü kəsmələrlə Posttravmatik stress pozuntusu.” Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Səbəb Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, X2 əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. R.Quliyevə orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, R.Quliyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, özünü kəsmələrlə, Gərginlik tip baş ağrısı Partlayış travması (##.##.2020). Ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Sağ gözün buynuz qişasının yad cismin çıxarılmasından sonrakı (##.##.2023) vəziyyət. Sol bazunun sıyrılmış qəlpə yaralanmasından sonrakı dəri çapığı (##.##.2023) diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "Hər iki gözün sadə miopik astiqmatizmi, sağda Em və M 2,5D, solda Em və M 1,50 nəticəsində görmə itiliyinin sağda 0,2-yə qədər azalması, korreksiya ilə 0.4 könüllü), solda 0.2-və qədər azalması, korreksiya ilə 1.0 olmaqla diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Naziliyinin Respublika Psixiatriya Xəstəxanasının PHS ##.##.2023-##.##.2023-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, özünü kəsmələrlə kimi müəyyənləşdirilmişdir. Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, sol yuxarı ətrafda ağılardan, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, özünü kəsmələrlə. Kompensasiya vəziyyətinə kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlanı'na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən tibbi sənədləri və ekspert rəyini vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək, iddiaçıda diaqnozun mövcud olmasını qeyd etmişdir. Bundan əlavə diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmadan, əsəbilikdən şikayətlənmişdir. Anamnezində yaralandığını, huşsuz olduğunu, gözünü xəstəxanada açdığını bildirsə də, ilkin tibbi sənədlər mövcud halı təsdiqləməmişdir. Psixiatrik yönümlü heç bir spesifik şikayət bildirməmişdir. Yaralanması bazunun sıyrılmış yarası olduğundan, heç bir üzvi əsası olmamışdır. Son bir ilə dair tibbi müraciətləri olmamış, sənədlərdə dekompensasiyalar izlənilməmişdir. Hər iki saiddə çoxsaylı səthi kəsik izləri, qarının aşağısında 1 ədəd səthi çapıq qeyd edilmişdir. Agentliyin ##.##.2024-cü il tarixli Elektroensefaloqramma müayinə nəticəsi: “Baş-beynin bioelektrik aktivliyi yasa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd edilmiş və klinikianamnestik məlumatlarla birlikdə dəyərləndirilərək epitutmalar öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra şəxsiyyət dəyişikliyi, anamnezdə özünü kəsmələr, davamlı kompensasiya vəziyyəti” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Prosessual məsələlər Iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -##.##.2023-cü il tarixli, **** nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində "Mina partlayış zədələnməsi. Sol bazunun yuxarı 1/3-nin sıyırıb keçən qəlpə yaralanması, zərbə dalğasından sonrakı baş ağrısı" xəsarəti alması (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi ##.##.2021-ci il tarixli *** nömrəli travma haqqında arayış), “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, özünü kəsmələrlə gərginlik tip baş ağrısı. Partlayış travması (##.##.2020). Ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. "Hər iki gözün sadə miopik astiqmatizmi, sağda Em və M 2,5D, solda Em və M 1,50 nəticəsində görmə itiliyinin sağda 0,2-yə qədər azalması, korreksiya ilə 0.4 könüllü), solda 0.2-yə qeder azalması, korreksiya ile 1.0 olmaqla. Sağ gözün buynuz qişasının yad cismin çıxarılmasından sonrakı (##.##.2023) vəziyyət. Sol bazunun sıyrılmış qəlpə yaralanmasından (##.##.2020) sonrakı bərkimiş dəri çapığı. Hər iki saidin ön səthinin kəsilmiş yarasından sonrakı dəri çapığı (##.##.2023)”. “Xəstəliklər cədvəli”nin 18b maddəsinin II qrafasında və ƏTC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş ”Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması, “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi” özünü kəsmələrlə gərginlik tip baş ağrısı. Partlayış travması (##.##.2020). Ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. "Hər iki gözün sadə miopik astiqmatizmi, sağda Em və M 2,5D, solda Em və M 1,50 nəticəsində görmə itiliyinin sağda 0,2-yə qədər azalması, korreksiya ilə 0.4 könüllü), solda 0.2-və qədər azalması, korreksiya ilə 1.0 olmaqla. Sağ gözün buynuz qişasının yad cismin çıxarılmasından sonrakı (##.##.2023) vəziyyət. Sol bazunun sıyrılmış qəlpə yaralanmasından (##.##.2020) sonrakı bərkimiş dəri çapığı. Hər iki saidin ön səthinin kəsilmiş yarasından sonrakı dəri çapığı (##.##.2023). “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi qeyd edilmişdir. -əlillik altsistemindən çıxarışdan müəyyən olunur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya əlillik təyinatından imtina edilmişdir. -R.M.Quliyevin adına X1 Dispanseri tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli Q********TKT saylı tibbi göndərişdə (Forma 088) göndərişində iddiaçıya qoyulmuş diaqnoz XBT “F62.0-Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Fəlakət (müharibə) keçirdikdən sonra davamlı, şəxsiyyət dəyişikliyi özünü kəsmələrlə. Posttravmatik stress pozuntusu" kimi qeyd edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən müəyyən olunur ki, X2 fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” (F62.0) müəyyən edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndində öz əksini tapan “fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan psixopatoloji pozuntular iş materiallarında mövcud olan ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-120/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-120/2026
22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver