Məhkəmə qərarları › İş №2-1(3-9)-121/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-121/2026

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-121/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Rəhimov İqbal İmran oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı Rəhimov İqbal İmran oğlu və vəkili Vəkil iştirakları ilə, İddiaçı Rəhimov İqbal İmran oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsə qarşı “Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən 38 kvadrat metr qeyri-yaşayış binası üzərində üçüncü şəxs2 İmran oğlunun mülkiyyət hüququnun qeydə alınması ilə bağlı aparılmış qeydin ləğv edilməsi” barədə (zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər: üçüncü şəxs2 İmran oğlu və üçüncü şəxs1) iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Masallı Rayon Xalq X7 Heyətinin ## #### 1992-ci il tarixli iclasının ** nömrəli protokolundan görünür ki, “Savalan” Gənclik Mərkəzinin kommersiya mağazasının tikintisi altına şəhərin mərkəzi kolxoz bazarının cənub hasarı yaxınlığında olan boş sahədən 6 kv.m torpaq sahəsinin ayrılması və bununla əlaqədar yaradılmış komissiyanın ## #### 1993-cü il tarixli aktının təsdiq edilməsi qərara alınmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının ## ######## 2002-ci il tarixli *** nömrəli sərəncamında qeyd edilmişdir ki, “...Masallı şəhərində yerləşan “Savalan” X4 Rayon Xalq Derutatları X2 ## #### 1992-ci il tarixli * saylı qərarı ilə şəhərin 20 Yanvar küçəsində torpaq sahəsi ayrılmışdır. “Savalan” Gənclik Mərkəzinin təsisçisi üçüncü şəxs2 İmran oğlu ayrılmış sahədə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün mağaza binası tikmək istəyir. üçüncü şəxs2 həmin sahədə öz hesabına ümumi sahəsi 36 kv.m olan mağaza binası tikməsi məqsədə müvafiqdir...Masallı şəhər sakini üçüncü şəxs2 İmran ogluna sahəsi 36 kv.m olan mağaza tikintisinə icazə verilsin. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı üçüncü şəxs2 İmran oğlunun adına sentyabr 2002-ci il tarixli, inventar nömrəsi 324 olan texniki pasport tərtib edilmişdir. Texniki pasportda tikili 1 mərtəbəli, tikinti altı sahə 44.2 kv.m, tikintinin həcmi 154.7 kub.m göstərilmişdir. ##.##.2012-ci il tarixli ***** nömrəli Texniki şərtdə qeyd edilmişdir ki, “...ünvan 1 ünvanda yaşayan Rəhimov İqbal İmran oğluna məxsus şəhərin 20 Yanvar küçəsində yerləşən və gücü 5.0 kvt III kateqoriyalı istehlakçı olan mağazanın 110/35/10 kv Masallı y/st-dan çıxan 10 kv * saylı h/x-dən el.enerjisi ilə təchiz olunması üçün aşağıdakı texniki şərtlərin yerinə yetirilməsi ilə etiraz etmirlər.” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsinin ## ####### 2012-ci il tarixli **-**-**/** nömrəli aktda qeyd edilmişdir ki, “...Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən Rəhimov İqbal İmran oğluna məxsus mağazanın elektrik işlədicilərinin istismara buraxılması üçün tərtib edilmişdir...Obyektdə tikinti və quraşdırma işləri qurtarmış hesab edilib istismara yararlı sayılmışdır.” Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli **** nömrəli arayışda qeyd edilmişdir ki, “...Verilir Rəhimli İqbal İmran oğluna ondan ötrü ki, 2007-ci ildə Masallı şəhəri 20 Yanvar küçəsində aparılan abadlıq-quruculuq işləri zamanı sahibkarlara məxsus primitiv ticarət obyektləri dövlət tərəfindən sökülmüş və sahibkarlar tərəfindən həmin küçədə yeni üslubda ticarət obyektləri tikilmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2022-ci il tarixli 2-2(102)-591/2022-ci il tarixli qərarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə “iddiaçı üçüncü şəxs2 İmran oğlunun cavabdeh Rəhimov İqbal İmran oğluna qarşı qeyri-yaşayış sahəsindən əşyaların çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ### 2022-ci il tarixli *-*(***)-**/**** saylı qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2022-ci il tarixli 2-2(102)- 591/2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ### 2022-ci il tarixli *-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2022-ci il tarixli 2-2(102)-591/2022-ci il tarixli qərarının 49-cu bəndində qeyd edilmişdir ki, “...İş materiallarından görünür ki, 2002-ci 13 sentyabr tarixdə iddiaçının adına verilmiş *** nömrəli qeydiyyat vəsiqəsində göstərilən Masallı şəhəri, 20 Yanvar küçəsində olmuş 36 kv.m sahəsi olan qeyri-yaşayış binası 2007-ci ildə dövlət tərəfindən tamamilə sökülmüşdür. Həmin qeyriyaşayış sahəsi sökülərək, tamamilə məhv olduğundan, iddiaçı göstərilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu itirmişdir. Belə olan halda, iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir.” Həmin qərarın 51-ci bəndində qeyd edilmişdir ki, “...Mübahisəli 78 kv.m sahəsi olan yeni tikili (qeyri-yaşayış) inşa edilmiş və həmin əmlak iddiaçının mülkiyyətində deyildir. Belə ki, bu qeyri-yaşayış sahəsi özbaşına tikilidir. Azərbaycan Respublikasının qanunvericiliyi isə iddiaçının mülkiyyətində olmayan əmlaka dair cavabdeh(lər)ə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur.” Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən ümumi sahəsi 38 kv.m olan qeyriyaşayış binası üzərində üçüncü şəxs2 İmran oğlunun xüsusi mülkiyyət hüququ, 0.0044 ha torpaq sahəsi üzərində isə onun istifadə hüququ ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestrdə 4Ə-161 nömrə ilə qeyd edilmiş ## ###### 2025-ci il tarixli, seriya AN-İ, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı üçüncü şəxs2 İmran oğlu istifadədə olan 0.0044 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 38 kv/m olan qeyri-yaşayış binasını alıcı üçüncü şəxs1 satmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən 38 kvadrat metr qeyri-yaşayış binası üzərində üçüncü şəxs2 İmran oğlunun mülkiyyət hüququnun qeydə alınması ilə bağlı aparılmış qeydin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan qeyri-yaşayış binasını qanuni əsaslarla istifadə etmişdir. üçüncü şəxs2 verilmiş *** nömrəli qeydiyyat vəsiqəsinə əsasən 20 Yanvar küçəsində mövcud olmuş 36 kv.m sahəsi olan qeyri-yaşayış binası 2007-ci ildə tamamilə sökülmüşdür. üçüncü şəxs2 sonradan əsassız olaraq ona qarşı istifadəsində olan qeyri-yaşayış binasından çıxarılıması barədə məhkəmədə iddia qaldırmış, lakin iddiası rədd edilmişdir. Buna baxmayaraq, sonradan əsassız olaraq xəbəri olmadan üçüncü şəxs2 yenidən həmin ərazini tam əhatə etməsədə, qeyri-qanuni çıxarış almışdır. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.0044 ha torpaq sahəsinə və üzərində olan 38 kv.metr qeyri-yaşayış binasına üçüncü şəxs2 İmran oğlunun adına verilmiş çıxarış Masallı Rayon İcra Hakimiyyəti başçısının ## ######## 2002-ci tarixli *** saylı sərəncamına, texniki pasporta və tikintinin texniki vəziyyətinə dair akta əsasən verilmişdir. üçüncü şəxs2 İmran oğlunun adına verilmiş ##.##.2024-cü il tarixli 805011000876-***** reyestr nömrəli çıxarış qanunvericiliyin tələbləri pozulmadan verildiyindən onun ləğv olunması üçün hər hansı əsas yoxdur. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı (hakim Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddiaya mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1n * saylı Cəlilabad Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 Publik Hüquqi Şəxs ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə mülkiyyətlə bağlı normaların tələbini kobud şəkildə pozmuşdur. Belə ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının ##.##.2002-ci il tarixli *** nömrəli sərəncamına əsasən ayrılmış torpaq sahəsində qardaşı üçüncü şəxs2 tərəfindən tikilmiş 38 kv.m torpaq sahəsi 2007ci ildə sökülmüş, 2008-ci ildə həmin torpaq sahəsində iddiaçı tərəfindən 78 kv.m yeni obyekt inşa olunmuşdur. Lakin cavabdeh orqan qanunsuz olaraq mövcud olmayan obyektə dair üçüncü şəxs2 ##.##.2024-cü il tarixdə çıxarış vermişdir. Həmin çıxarış onun mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa, qardaşı üçüncü şəxs2 2022-ci ildə ona qarşı 38 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, lakin iddiası təmin olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisə onun xeyrinə həll olunmuşdur. Həmin mübahisə üzrə qəbul edilmiş Ali Məhkəmənin qərarında göstərilmişdir ki, 2002-ci il ## ######## tarixdə iddiaçının adına verilmiş *** nömrəli qeydiyyat vəsiqəsində göstərilən Masallı şəhəri, 20 Yanvar küçəsində olmuş 36 kv.m sahəsi olan qeyri-yaşayış binası sökülərək tamamilə məhv olduğundan iddiaçı həmin qeyi-yaşayış sahəsinə dair mülkiyyət hüququnu itirmişdir, buna görə də məhkəmə müdafiəsi də mümkün deyildir. Göründüyü kimi 2022-ci ildə işə baxılarkən üçüncü şəxs2 ona qarşı obyektdən çıxarılma barədə iddia qaldırmış və iddia 38 kv.m obyektdən çıxarılma olmuşdur ki, həmin zaman ümumiyyətlə qeyd olunan obyekt mövcud olmamış və buna görə də iddia təmin olunmamışdır. Həmçinin, həmin iş təsdiq edir ki, obyekt iddiaçıya məxsusdur, onun tərəfindən tikilmişdir və onun istifadəsində olmuşdur. Buna görə də hazırda onun mülkiyyətinin müdafiəsini tələb hüququ vardır. Mübahisəli qeyri-yaşayış sahəsinin onun tərəfindən tikilməsini şahidlər də təsdiq edə bilərlər. Masallı Rayon İcra Hakimiyyətinin ##.##.2002-ci il tarixli *** nömrəli sərəncamı torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi ilə bağlıdır. İddiaçının hazırkı tələbi isə torpaqla bağlı yox, 38 kv.m obyektlə bağlıdır və 38 kv.m obyekt söküldüyü üçün mülkiyyət hüququ itirilmişdir. Yəni, üçüncü şəxs2 icazə verilməsi ilə bağlı sərəncam obyektlə bağlı olmadığı üçün onun ləğv edilməsinə zərurətdə yoxdur. Onsuzda torpaq sahəsi dövlət mülkiyyətindədir və onun üzərindəki obyekt iddiaçıya məxsusdur. Hazırda obyektə qanunsuz olaraq verilmiş çıxarışı mübahisələndirir, torpağa dair verilmiş sənədin ona aidiyyəti yoxdur və həmin torpaqda onun tərəfindən sonradan 78 kv.m obyekt tikilməsi Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Ali Məhkəmənin qərarı ilə təsdiq olunmuş hallar aşağı instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdeh orqan araşdırmamışdır ki, çıxarışın verilməsi üçün əsas olan ##.##.2002-ci il tarixli sərəncam torpaqla, yoxsa obyektlə bağlıdır. Həmin sərəncama əsasən tikilmiş 38 kv.m obyetk söküldüyü üçün və hazırda yerində 78 kv.m obyekt olduğu üçün üçüncü şəxs2 həmin obyektə dair heç bir hüququ yoxdur. Mülkiyyət hüququnun itirilməsi əsaslarından biridə obyektin məhv olmasıdır ki, üçüncü şəxs2 38 kv.m obyekti sökülərək məhv olduğu üçün mülkiyyət hüququda itirilmişdir. Hazırda 78 kv.m obyekt onun mülkiyyəti olduğu halda cavabdeh 38 kv.m obyektə dair qanunsuz çıxarış vermişdir. Bundan başqa, həmin obyektə dair verilmiş texniki şərt də qeyri-yaşayış binasının ona məxsus olmasını təsdiq edir. İddiaçı 2008-ci ildən 2025-ci ilin yanvar ayına kimi mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməklə ona sahiblik etmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Üçüncü şəxs üçüncü şəxs1 teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qərarı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iddia üzrə iddiaçının subyektiv hüququ mövcud deyildir. Bundan başqa, iddiaçının mübahisələndirdiyi çıxarışın verilməsinə əsas olan sənəd Masallı Rayon İcra Hakimiyyəti başçısının ## ######## 2002-ci il tarixli *** nömrəli sərəncamıdır. Belə olduğu halda iddiaçının hüquqi marağına uyğun sözügedən çıxarışın verilməsinə əsas olan sənəd, yəni Masallı Rayon İcra İcra Hakimiyyəti başçısının ## ######## 2002-ci il tarixli *** nömrəli sərəncamı mübahisələndirilməlidir. Bu zaman həmin iddia üzrə tələbə cavab verməli olan inzibati orqan Masallı Rayon İcra Hakimiyyəti olmalıdır. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbi baxımından həmin sərəncamı mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq, qəbul edilmiş məhkəmə aktı ilə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə fərqli olmadığı üçün onun ləğv edilməsini zəruri hesab etmir və gəldiyi nəticə üzrə aşağıdakıları qeyd edir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakitiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Mübahisə üzrə subyektiv hüquq baxımından iddiaçının başqa şəxsin daşınmaz əmlak üzərində qeydə alınmış hüququnu mübahisələndirə bilməsi üçün ilk növbədə onun özünün mübahisəli əmlaka münasibətdə hər hansı hüququnun olub-olmaması müəyyən edilməlidir. Mübahisəli Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən ümumi sahəsi 38 kv.m olan qeyri-yaşayış binası üzərində üçüncü şəxs2 İmran oğlunun xüsusi mülkiyyət hüququ, əmlakın yerləşdiyi 0.0044 ha torpaq sahəsi üzərində isə onun istifadə hüququ ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış, həmin əmlak sonradan üçüncü şəxs1 satılmışdır. İddiaçının həmin əmlaka münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsinin tələbi baxımından daşınmaz əmlaka hüququn əmələ gəlməsi; eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsinin tələbi baxımından hüquqların dövlət qeydiyyatı üçün əsas yoxdur. Ümumiyyətlə iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinin ona aid olması ilə bağlı məhkəməyə hər hansı bir hüquq müəyyənedici sənəd təqdim etməmiş, yalnız texniki şərt və texniki şərtin icrası ilə bağlı qeyri-yaşayış sahəsinə sayğacın quraşdırılması ilə bağlı ## ####### 2012-ci il tarixli **-**-**/** nömrəli akt və “xxxx” MMC tərəfindən tərtib edilmiş memarlıq-planlaşdırma bölməsi təqdim etmişdir. Həmin sənədlər isə hüquq müəyyənedici sənədlər deyil. Kollegiya apellyasiya şikayətinin dəlili olan - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2022-ci il tarixli 2-2(102)-591/2022-ci il tarixli qərarının hazırkı işə preyudisiallığı ilə bağlı qeyd edir ki, həmin mübahisə üzrə işə baxılarkən inşa edilmiş yeni tikiliyə münasibətdə iddiaçının (üçüncü şəxs2 İmran oğlunun) mülkiyyət hüququ qeydiyyata alınmadığı üçün iddia rədd edilmişdir. ##.##.2024-cü il tarixdə isə mübahisəli Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən ümumi sahəsi 38 kv.m olan qeyri-yaşayış binası üzərində üçüncü şəxs2 İmran oğlunun xüsusi mülkiyyət hüququ, əmlakın yerləşdiyi 0.0044 ha torpaq sahəsi üzərində isə onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış, sonradan isə üçüncü şəxs1 satılmışdır. Kollegiya mübahisəli qeyri-yaşayış binasının iddiaçı tərəfindən tikilməsi barədə dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılması ilə mübahisəli daşınmaz əmlaka iddiaçının hüququnun əmələ gəlməsi müəyyən edilmir. Əgər iddiaçının iddia etdiyi kimi həqiqətən də həmin əmlaka (qeyri-yaşayış binasına) və ya onun yerləşdiyi torpaq sahəsinə hər hansı hüquqla bağlılığı varsa, bununla bağlı istər əvvəllər, istərsdə sonra səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq akt qəbul edilərdi. Məhkəmə kollegiyası izah edir ki, əgər iddiaçı mübahisəli qeyri-yaşayış binasının tikintisi ilə bağlı xərc çəkməsini iddia edirsə, bununla bağlı müstəqil qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar