Məhkəmə qərarları › İş №2-1(3-9)-125/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-125/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-125/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin etibarsız hesab edildiyi ##.##.2019-cu il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə "qanuna uyğun” olmalıdır. Qanunverici əlillik təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını mübahisələndirmiş, bununla bağlı göndəriş verən orqana məlumat vermiş, daha sonra isə həmin orqanın məktubu əsasında iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, ayrıca akt formasına qərar qəbul etməmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın mümkün hesab edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuş, lakin sonradan yəni ##.##.2019-cu ildə təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. Hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə DIN Tibb idarəsinin ##.##.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni.ÜIX,stabil gərginlik stenokardiyası FS II,tez-tez tutmalarla.Aterosklerotik-kardioskleroz. Sol mədəciyin xroniki anevrizması.Hidrotoraks.hidroperikard. Hipertoniya xəstəliyi,ən yüksək risk.ÜÇ lll.mədəcik ekstrasistoliyası. Bel fəgərələrinin deformasiyaedici osteoxondrozu. Kəskin nefritik sindrom. Xroniki qlomerulonefritin tez-tez kəskinləşməsində 7-8 dəfə).Hər iki böyrəyin büzüşməsı.XBÇ ll(iki) dərəcə.Sidik turşusu diatezi.Sol böyrəyin hidronefrozu II dərəcə.Nefrogen hipertenziya II mərhələ.Renal anemiya.. Meyar: 2.2 Ikinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113-113.2,120- 125,... səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir (##.##.2018-##.##.2023). Həmin əlillik isə ##.##.2019-cu il tarixində etibarsız edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik təyinatı ##.##.2019-cu il tarixdən etibarsız hesab edilmiş və həmin vaxtdan pensiya ödənişi dayandırılmışdır. Həmin vaxtdan iddiaçının əlilliyin etibarsız hesab edilməsi barədə məlumatı olmuş, lakin qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmamış, həmin müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavədə qeyd edilmiş məzmunda izahat vermiş və qərarın ləğv edilməsi və tələbin mübahisələndirmə növünə aid olduğundan və iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə iddia qaldırılmadığından iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya ##.##.2018-ci il tarixli qərarla 5 il müddətinə II dərəcə əlillik təyin edilmiş, sonradan cavabdeh orqan əlillik altsistemində əlilliyin ##.##.2019-cu il tarixdən ləğv edilməsi (qərarsız) ilə bağlı məlumat yerləşdirilmişdir. -Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Tibb idarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ##.##.2019-cu il tarixli, ***-****-**** saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Tibb Idarəsi tərəfindən 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması Ilə əlaqədar müraciətə baxılmışdır. Müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili Işlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Şərh olunan sənədlərdən və işin faktiki hallarından göründüyü kimi iddiaçının barəsində ##.##.2018-ci il tarixdə aparılmış əlillik təyinatının ##.##.2019-cu il tarixdə inzibati icraat aparılmadan və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edilmədən əlillik altsistemində ləğv edilməsi barədə qeyd aparılmış (cavabdehin yazışmalarında etibarsız hesab edildiyi qeyd olunub), məhkəmə araşdırması zamanı cavabdeh bu faktiki xarakterli hərəkətini yazılı şəkildə əsaslandıraraq məhkəmələrə təqdim etməmiş, lakin təqdim edilmiş sənədlərin ümumi xülasəsi onu deməyə əsas verir ki, əlilliyin etibarsız hesab edilməsinin əsası kimi Daxili Işlər Nazirliyi Tibb idarəsinin yuxarıda qeyd edilmiş məktubu çıxış etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əlillik təyinatının qanunsuz aparılması halı şərti olaraq, əlillik təyinatının ləğvi və ya etibarsız hesab edilməsi nəticəsinə gəlmək üçün kifayət edə biləcək amillər kimi nəzərə alınacağı təqdirdə belə, inzibati orqanın atmalı olduğu addım “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə bağlıdır və orqan bu tələblərə əməl etməklə müvafiq qərar qəbul etmək vəzifəsini daşıyır. Bundan əlavə, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi şərtləri və əsasları öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. Lakin istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul etsək ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, iddiaçı əyani şəkildə müayinə olunduğu və əvvəlki qərarın qanunsuz olmasını əsaslandıran yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə, dəyişdirə bilərdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin prosessual müddətin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırki mübahisə üzrə əlilliyin etibarsız hesab edilməsi ilə bağlı cavabdeh tərəfindən hər-hansı qərar qəbul edilməmiş, onun Əlillik altsistemində etdiyi dəyişiklik isə faktiki xarakterli hərəkətlərdən ibarətdir. Inzibati orqanın faktiki xarakterli hərəkət və hərəkətsizliyindən müdafiə ilə bağlı, başqa sözlə inzibati orqanın üzərinə həmin hərəkətlərin aparılması və ya aparılmaması nəticəsində yaranmış hüquqi vəziyyətin dəyişdirilməsi ilə bağlı tələblər isə öhdəliyin icrası haqqında iddia növünə aiddir ki, bu qəbildən olan iddialar üzrə müddət tətbiq edilə bilməz və yaxud şəxsin bu cür mübahisələr üzrə iddia qaldırması müddət məhdudiyyətinə bağlı deyil. Inzibati orqanın hazırki mübahisə üzrə faktiki xarakterli hərəkətinin nəticələrini inzibati aktın qəbulu kimi qiymətləndirməyə çalışsa da, şərti olaraq bu hərəkətin şifahi inzibati akt kimi qəbul edilməsi halında belə qanunvericiliyin tələbinə görə orqan 5 gün ərzində yazılı formada tərtib edərək maraqlı şəxsə təqdim etməli idi. Başqa sözlə IIH Qanun şifahi və yazılı inzibati aktların qəbulunu şərtləndirən halları konkret müəyyən etmişdir ki, hazırki iş üzrə cavabdehin hərəkətlərini həmin aktların heç birinin dairəsinə aid etmək mümkün deyil. Digər tərəfdən cavabdeh orqan tərəfindən əlilliyin müvafiq altsistemdə ##.##.2019-cu il tarixdən etibarsız hesab edilməsi ilə bağlı etdiyi hərəkətinin məhz həmin tarixdə baş verməsi özü sual altındadır. Belə ki, altsistemdən çıxarışda həmin dəyişikliyin hansı tarixdə edildiyi görünmür və bu hərəkət istənilən halda məhz ##.##.2019-cu il tarixdə baş vermiş kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. Inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. -57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. -57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: -57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar