Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-132/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı çıxarışın ləğv olunması və istifadəsində olan torpaq sahəsinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Beyləqan Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, çıxarışın ləğv olunması və 17 ildir istifadəsində olan torpaq sahəsinə texniki pasportun tərtib edilməsi dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi inzibati akt hesab olunan ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına qarşı yönəliyindən mübahisələndirmə haqqında iddia növünə aiddir. Buna isə yalnız ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş Beyləqan rayon Aqrar Islahat Komissiyasının ##.##.2002-ci il tarixli *** saylı qərarının ləğvi ilə nail olmaq mümkündür. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Ümumiyyətlə, cavabdehin, daha doğrusu Beyləqan rayon Aqrar Islahat Komissiyasının mübahisələndirilən inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsi olmamışdır. Belə ki, həmin qərar iddiaçıya yönələn yəni iddiaçı üçün hər hansı hüquq və vəzifə yaradan inzibati akt olmamışdır. Odur ki, iddiaçının həmin qərardan sonradan xəbər tutmasını rəhbər tutaraq, qərardan şikayət vermə müddətini ötürmədiyini iddia etməsi və yaxud 24 (iyirmi dörd) ildən artıq müddətdən sonra mübahisələndirməsi əsassızdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə rəsmi qaydada müraciət edərkən xahiş etmişdir ki, 2001-ci ildən müqavilə əsasında, 2002-ci ildən isə Icra Hakimiyyətinin sərəncamı əsasında müvəqqəti istifadəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında "xxxx” qoyunçuluq Sovxozunun Beyləqan rayonu ərazisində yerləşən 19 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və torpaq sahəsinin onun adına dövlət reyestrndə qeydiyyata alınmasına dair çıxarışın verilməsini xahiş etmişdir. 3 illik possesdən sonra məlum olmuşdur ki, onun iddia etdiyi əraziyə ##.##.2024-cü ildə ƏMDX tərəfindən çıxarış verilmişdir. ## ###### 2001-ci il dən X5 təsərrüfatına ərizə ilə müraciət etmiş, ərizəsinə baxılmış və ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün müvəqqəti istifadə üçün müqavilə əsasında 19 ha torpaq sahəsi ayrılmışdır. ## ###### 2002-ci ildə Islahat Komissiyası yaradılanda həmin müqavilələr nəzərə alınmışdır və 514.6 ha müəssisəyə qalan torpaqlardan çıxılmışdır. ## ###### 2002-ci ildə H-*** saylı ərizə ilə Rayon Icra Hakimiyyətinə müraciət etmiş və həmin torpaq sahəsində uzun müddətli müvəqqəti istifadəsi üçün müəssisənin əkinə yararsız torpağından kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 19 ha torpaq ayrılasını xahiş etmişdir. ## ######## 2002-ci il tarixdə ** saylı sərəncamdan onun adına çıxarış verilmişdir. Həmin torpaq sahəsindən 2017-ci ilə kimi istifadə etmişdir. 2017-ci ilin oktyabr ayında təsərrüfatın o vaxtkı rəhbəri Çərkəz adlı şəxs onu polislə hədələyərək zorla həmin ərazidən çıxarmışdır. Həmin ərazi Islahat Komissiyasının qərarı ilə rayon sakinlərinə müvəqqəti, uzun müddətli istifadəyə verilmişdir. Həmin ərazi Islahat Komissiyası çıxarışında öz əksini tapmışdır. Iddiaçı ##.##.2020-ci ildə Azərbaycancan Respublikası ƏMDX DƏDKR Xidmətinin * saylı Beyləqan Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. Cavabında bildirilmişdir ki, onun icarə müqaviləsinin vaxtı bitmişdir. Həmin zaman ## ###### 2021-ci ildə rəsmi qaydada kənd təsərrüfatı nazirliyinə müraciət etmiş və ona cavabında bildirilmişdir ki, nə Kənd Təsərrüfatı Nazirliyi nə də onun tabeliyindəki qurumlar icarəyə torpaq verilməsi nəzərdə tutulmamışdır. Icarəyə torpaq götürmək üçün yerli icra hakimiyyətinə müraciət edə biləcəyini qeyd etmişlər. Beyləqan rayon Aqrar Islahat Komissiyasının *** saylı iclas protokolunda ## ###### 2002-ci il tarixli çıxarışa əsasən müəssisənin ərazisində 6784 hektar torpaq sahəsi vardır. Bundan təsərrüfat təyinatlı 6179,2 hektar torpaq təsərrüfata qalmışdır. 604,8 torpaq isə kənar torpaq istifadəçilərinin istifadəsinə verilmişdir. Həmin 604,8 ha torpaq şəhər ərazisində və Dəvəçilər adlanan hissəsidir. Onun iddia etdiyi 19 ha torpaq sahəsi şəhərə bitişik ərazidə yerləşir. Həmin ərazidə həmin quruma aid heç bir torpaq sahəsi olmamışdır. Həmin ərazidə 28 şəhid ailəsinin və müxtəlif sayda rayon sakinlərinin istifadə üçün torpaq sahələri verilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## #### 2023-cü il tarixli *-**-*/*-****/**** saylı məktubunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında X4 və Emal Birliyinin balansında olan torpaq sahələri 6179,2 ha isə Sarısu kəndi ərazisindədir. Bütün bunlara baxmayaraq istifadə etdiyi 19 ha torpaq sahəsinə əsassız olaraq ##.##.2024-cü ildə çıxarış verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən ona iddianın dəqiqləşdirilməsi və s. məsələlərlə bağlı hüquqi yardım edilməmiş, natamam araşdırma aparılmışdır. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın sütətindən görünür ki, Beyləqan şəhəri ərazisində yerləşən 19.64 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "X2 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmışdır. -X3 Hüququna dair JN-0682 seriyalı, KOD ******** nömrəli Dövlət Aktının surətindən görünür ki, Beyləqan rayon Aqrar Islahatı Komissiyasının ## ###### 2002-ci il tarixli, *** saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 6179,20 hektar torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək üçün "xxxx” Qoyunçuluq üzrə DDKTI Müəssisəsinə verilmişdir. -Beyləqan Rayon Icra Hakimiyyəti başçısının ##.##.2002-ci il tarixli ** nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə "xxxx” Qoyunçuluq üzrə DDKTI Müəssisəsinin əkinə yararsız torpağından həmin müəssisənin əmək kollektivinin ##.##.2002-ci il tarixli yığıncağının qərarı (protokol №*) nəzərə alınmaqla 19 ha torpaq sahəsi verilmişdir. Şərh olunan sənədlərdən göründüyü kimi 6179,20 hektar torpaq sahəsi Beyləqan rayon Aqrar Islahatı Komissiyasının ##.##.2002-ci il tarixli qərarı ilə "xxxx” Qoyunçuluq üzrə DDKTI Müəssisəsinə verilmiş, həmin müəssisənin əmək kollektivinin razılığı əsasında sahənin 19 ha hissəsi ##.##.2002-ci il tarixli sərəncamla iddiaçının istifadəsinə verilmişdir. Başqa sözlə, torpaq sahəsi AIK-nin qərarı ilə Müəssisənin istifadəsinə verilsə də, müəssisənin öz razılığı ilə sahənin bir hissəsi RIHB-nın sərəncamı ilə iddiaçının istifadəsinə verilmişdir. Birinci instansiya məhkəməsinin iddianı ümumilikdə mümkünsüz hesab etməklə bağlı gəldiyi qənaət ondan ibarətdir ki, ləğv edilməsi tələb olunan çıxarış (əslində dövlət reyestrində aparılmış qeyd ləğv edilə bilər) AIK-nın qərarı əsasında verildiyindən və həmin qərarın mübahisələndirilməsi imkanı aradan qalxdığından iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və qeyd edir ki, iddiaçının hüquqi marağı AIK-nın qərarının ləğvi ilə bağlı deyil, həmin qərar əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin ləğvi ilə bağlıdır. Bu sənədin ləğvi ilə bağlı tələbinin qanuni əsası kimi isə torpaq sahəsinin onun istifadəsinə verildiyi halda, digər subyektin hüquqularının əsassız qeydə alınması çıxış edir. Həmçinin qeyd edilməlidir ki, Beyləqan rayon Aqrar Islahatı Komissiyasının ## ###### 2002-ci il tarixli, *** saylı qərarının mübahisələndirilməsi iddiaçının hüquqi marağına xidmət etmir. Belə ki, həmin sahə AIK-nın qərarı ilə "xxxx” Qoyunçuluq üzrə DDKTI Müəssisəsinə verildikdən sonra həmin müəssisənin razılığı ilə iddiaçıya verilmişdir. Dolayısı ilə AIK-nın qərarının ləğv edilməsinin iddiaçı ilə həmin müəssisə arasında sözügedən razılaşmanın da taleyinə təsiri qaçılmazdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Beyləqan rayon Aqrar Islahatı Komissiyasının ##.##.2002-ci il tarixli qərarı ilə "xxxx” Qoyunçuluq üzrə DDKTI Müəssisəsinə verilmiş torpaq sahəsinə dair hüquqların Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "X2 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydə alınmasının hüquqi əsasları (biri digərinin hüquqi varisi olması və yaxud təşkilati-hüquqi formasının dəyişməsi və s.) araşdırılmalı, 19 ha torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı "xxxx” Qoyunçuluq üzrə DDKTI Müəssisəsinin əmək kollektivinin ##.##.2002-ci il tarixli yığıncağının qərarı (protokol №*) əldə edilərək həmin sübuta, eləcə də torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi müddətinə qiymət verilməli, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "X2 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi məsələsinə baxılmalıdır. Başqa sözlə, hazırki iddianın mümkünlük şərtlərinə qiymət verilməsi imkanı onun mahiyyəti üzrə dəyərləndirilməsindən asılıdır ki, bunun üçün məhkəmə yuxarıda qeyd edilmiş prosessual tələblərə riayət edilməli, işin hallarından asılı olaraq gəldiyi qənaətin hüquqi əsaslarını müəyyən etməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: -1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-132/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-132/2026
20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver