Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-134/2026 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar X4 və iddiaçı1 cavabdeh Astara Rayon İcra Hakmiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi ## ###### 2011-ci ilə qədər olan dövr üzrə inzibati orqanın qərarının mübahisələndirilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı X4 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar X4 və iddiaçı1 cavabdeh Astara Rayon İcra Hakmiyyətinə qarşı “Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarının və onun əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-935A KOD ******** saylı şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarından və xüsusi mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən görünür ki, X3, X12, X6 və X7 mülkiyyətinə 0.2355 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-935A KOD ******** saylı şəhadətnamədən görünür ki, Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarı ilə verilmiş 0.24 ha həyətyanı torpaq sahəsi üzərində X3, X12, X6 və X7 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ** saylı Lənkəran ərazi idarəsinin ##.##.2025-ci il tarixli *-**-*- **/*-****/**** saylı mütəxəssis rəyinə əsasən torpaq islahatı zamanı Astara şəhəri ərazisində Astara Rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən X3, Babayeva (Abdullayevə) Hökmürəvan Əhməd qızının, Abıyeva (Babayeva) Esmira Cavanşir qızı və X7 mülkiyyətinə 0.24 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-935A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Araşdırma zamanı sözügedən 0.24 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə sənədi üzrə döngə nöqtələrinin koordinatları ilə iddiaçının naturada göstərdiyi (iddia etdiyi) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 2016-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sənədlərinin koordinatları müəyyənləşdirilmiş və torpaqların elektron kadastr miqrasiya edilmişdir. Həmçinin, Babayeva (Abdullayeva) Hökmürəvan Əhməd qızının və qeyrilərinin mülkiyyətlərində olan sözügedən həyətyanı torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. 2-ci sual üzrə: Araşdırma zamanı cavabdehlər iddiaçı2 və iddiaçı1 tərəfindən inşa ediimiş ayrı-ayrılıqda fərdi yaşayış evlərinin və qaraj (avtomobil təmiri üçün emalatxana) tikilisinin JN- 935A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X3, Babayeva (X13, Abıyeva (Babayeva) Esmira Cavanşir qızı və X7 mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. 3-cü sual üzrə: Araşdırma zamanı cavabdehlər iddiaçı2 faktiki istifadəsində olan dəmir torla çəpərə alınmış 0.05 ha, iddiaçı1 faktiki istifadəsində olan dəmir torla çəpərə alınmış 0.13 ha torpaq sahəsinin JN-935A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X3, Babayeva (X13, Abıyeva (Babayeva) Esmira Cavanşir qızı və X7 mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsnin ərazisində aid olması müəyyən olunmuşdur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçılar cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Lənkəran ərazi idarəsinə qarşı “Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarının və onun əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-935A KOD ******** saylı şəhadətnamənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçıların olduğu kimi saxlanılması, cavabdeh qismində Astara Rayon İcra Hakimiyyətinin tanınması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Lənkəran ərazi idarəsinin cavabdeh sırasından çıxarılması, iddia tələbinə “Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarının və onun əsasında verilmiş “Torpağa mülkiyyətə verilməsinə dair” JN-935A KOD ******** saylı şəhadətnamənin ləğv edilməsi” kimi baxılması, X8, X6 və X7 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, iddiaçı2 Astara şəhəri, Nəriman Nərimanov küçəsi ev 47-də qeydiyyatda olmaqla 1958-ci ildən ünvan 1, digər iddiaçı iddiaçı1 isə ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İddiaçının qızı iddiaçı1 və oğlu X9 da doğulandan həmin ünvanda yaşayırlar. Mübahisəli torpaq sahəsində yerləşən ev 1951-ci ildə mərhum X3 tərəfindən tikilmişdir. Sonra Astara şəhəri, Nəriman Nərimanov küçəsi, ev 41 ünvanında iki yeni fərdi yaşayış evi inşa olunmuşdur. iddiaçı2 2009-cu ildə, digər iddiaçı iddiaçı1 isə 2013-cü ildə həmin ünvanda fərdi yaşayış evləri tikmişdirlər. Son dövrlərə qədər iddiaçılar qeyd edilən ünvanda mübahisəsiz qaydada yaşasalar da, 2023-cü ildə X8, Abıyeva (Babayeva) Esmira Cavanşir qızı və X7 onlara qarşı Astara Rayon Məhkəməsində iddia qaldırmaqla cavabdehlər iddiaçı2 və iddiaçı1 tərəfindən tutulmuş 0.12 hektar həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində ayrı-ayrılıqda cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin, həmçinin maşın təmiri üçün quraşdırılmış emalatxananın və dəmir torla quraşdırılmış çəpərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Mübahisəli torpaq sahəsi Astara şəhəri, Nəriman Nərimanov küçəsi, ev 41 ünvanında yerləşir. Mərhum X3 iddiaçı iddiaçı2 atası, digər iddiaçı iddiaçı1 isə babasıdır. X3 ##.##.2005ci il tarixdə vəfat etmişdir. Üçüncü şəxslər Abdullayeva (Babayeva) Hökmürəvan Əhməd qızı, Abıyeva (Babayeva) Esmira Cavanşir qızı və X7 iddiaçı iddiaçı2 bacısı və bacısı qızları, digər iddiaçı iddiaçı1 isə xalası və xalası qızlarıdır. Uzun illər mərhum X3, həyat yoldaşı, həmçinin uşaqları Astara şəhərində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsində yaşasalar da, Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarı və onun əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair" JN935A KOD ******** saylı şəhadətnamədə iddiaçıların adları qanunsuz qeyd edilməmişdir. Astara Rayon Məhkəməsində baxılan iş üzrə ekspert rəyindən sonra məlum olmuşdur ki, ona məxsus fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri başqa şəxsin adınadır. Bundan başqa, X3 vəfat etsə də, onun vəfatından sonra vərəsəlik işi açılmamışdır. Vərəsəliklə bağlı və uzun illər Astara şəhəri, Nəriman Nərimanov küçəsi, ev 41 ünvanında yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin qanuni istifadəçiləri kimi iddiaçıların həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ var. Cavabdehin etirazları: İddiaya qarşı cavabdehin etirazı daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı (hakim Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarı (inzibati akt) təqdim edilməmişdir. Təqdim edilməyən inzibati akt üzrə müddətin ötürülməsindən söhbət gedə bilməz. Bundan başqa, nəzərə almaq lazımdır ki, mübahisəli torpaq sahəsində fərdi yaşayış evlərini üçüncü şəxslərin razılıqları əsasında tikmişdirlər. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, şikayət əsassızdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmiş, üçüncü şəxs X8 isə teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş, işə baxılmasını xahiş etmişdir. İddiaçı və digər üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsində 4 fərdi yaşayış evi var. Evlərdən biri ata mülki 1951-ci ildə tikilmiş evdir. Digər 2 ev iddiaçılar, 4-cü ev isə X12 tərəfindən tikilmiş və sonuncu da ona aid evdə yaşayır. Sonda Nümayəndə şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Torpaq islahatı haqqında” Qanun: Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Mülki Prosessual Məcəllənin həmin dövrdə qüvvədə olan redaksiyası (## #### 2011ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti ## #### 2011-ci il №***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № **, maddə 476) ilə 296-298-ci maddələr çıxarılmışdır) Maddə 296. Ərizənin verilməsi 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. 296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Maddə 297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi) 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: 297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; 297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar; 297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə 298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası vəkili dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən inzibati akt üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarına görə Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarından və xüsusi mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən görünür ki, X3, X12, X6 və X7 mülkiyyətinə 0.2355 ha həyətyanı torpaq sahəsi verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-935A KOD ******** saylı şəhadətnamə ilə Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarı ilə verilmiş 0.24 ha həyətyanı torpaq sahəsi üzərində X3, X12, X6 və X7 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsində iddiaçılar aid fərdi yaşayış evləri yerləşir. Kollegiya ilk növbədə iddia ərizəsində və apellyasiya şikayətində göstərilmiş - X3 ölümü ilə bağlı vərəslik işinin açılmaması məsələsinə münasibətdə bildirir ki, iddia vərəsəlik ilə bağlı olan məsələ deyil. İddiaçılar zənn edirsə atasının (babasının) ölümü ilə bağlı miras əmlakdan pay hüququna malikdir və bu məsələ ilə bağlı hüququ pozulmuşdur, bununla bağlı pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət edə bilərlər. İddiaçıların hüquqi marağı Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarının ləğv edilməsidir. Yəni, onlar hesab edirlər ki, həmin qərar ilə onlara mülkiyyətçi olaraq torpaq sahəsi verilməli olduğu halda verilməmişdir. İddiaçıların mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aid olan məsələdir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (Bənd 1.3, 1.4, 2.1, 2.3, 8.6). Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İddiaçılar AİK-in qərarının mübahisələndirilməsi imkanından ## #### 2011-ci il tarixədək istifadə etməmişdir. ## #### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ## #### 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bu baxımdan inzibati orqanlar tərəfindən ## #### 2011-ci ilədək qəbul edilmiş qərarların (sərəncamların) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən, həmin qərarların mübahisələndirilməsi müddəti buraxıldığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Kollegiya iddiaçıların - Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli ** saylı qərarı, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-935A KOD ******** saylı şəhadətnamə barəsində məlumatlarının olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini qəbul etmir. Belə ki, iddiaçılara torpaq islahatının aparılması məlum idi və ya məlum olmalı idi və onların borcu idi ki, hazırda iddia etdikləri torpaq sahəsinin islahat vaxtı kimə verilməsindən məlumatlı olsun. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsində iddiaçılara aid evin olması, onların orda yaşamaları, həmin evlər inşa edilərkən üçüncü şəxslərin razılığının olması, iddiaçılardan iddiaçı1 həmin ünvanda qeydiyyatda olması vəziyyəti dəyişmir. Qeyd edilən hallar ötürülmüş müddət üzrə inzibati aktın mübahisələndirilməsinə əsas vermir. İddiaçılar zənn edirsə üçüncü şəxsin əməli nəticəsində hüququ pozulub (Məsələn, üçüncü şəxsin razılığı ilə fərdi yaşayış evi inşa edib, sonradan evin sökülməsini tələb edir) başqa tələb üzrə məhkəməyə müraciət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” Həmçinin, o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin ## ##### 2005-ci il tarixli, *** nömrəli Fərmanına əsasən “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il # #### tarixli *** nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan torpaq islahatı başa çatmış və Dövlət Aqrar İslahat Komissiyasının həmin Fərmanla hüquqi varisi müəyyən edilməmişdir. (Dövlət Aqrar İslahat Komissiyasının hüquqi varisinin müəyyən edilməməsi barədə mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2023cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında da sərgilənmişdir.) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.