Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-136/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müvafiq altsistemə daxil edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2002-ci il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh “Əlillik” altsisteminə iddiaçının tələb etdiyi məlumatın daxil edilməsi üçün zəruri informasiyanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Informasiya Sistemindən əldə etməli və ya iddiaçının təqdim etdiyi müvafiq arayışları nəzərə almalı idi. Lakin cavabdeh dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi barədə qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçıya münasibətdə əsassız hərəkətsizliyə yol vermişdir. Belə ki, iddiaçının 2-ci qrup müddətsiz əlilliyi mövcud olduğu halda, cavabdeh tərəfindən bir daha onun əlillik vəziyyətinə dair tibbi göndəriş Agentliyə daxil olmadığını bildirərək, onun əlillyinə dair mövcud məlumatın Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (“MEIS”) “Əlillik” alt sisteminə yerləşdirilməsindən imtina etməsi qanunsuzdur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1985-ci ildən ##.##.1988-ci ilədək N nömrəli hərbi hissədə Çernobıl AES baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında 30 km zonada iştirak etmişdir. Hal-hazırda 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir. ##.##.2002ci il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsinə ehtiyac vardır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının ##.##.2002-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Radiasion toksiki ensefalopatiya, kəskin asteno-nevrotik vəziyyət. Meyar: 2.2. Ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...Müddətsiz əlillik verilmişdir. Vətəndaşın əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində ##.##.2025-ci il tarixində Agentliyə *-**-*/*-M-****/**** nömrəli ilkin müraciəti daxil olmuş və ona səbəb-əlaqəsinin dəyişdirilməsi məqsədilə ##.##.2025-ci il tarixli, *-**- */*-M-****/**** nömrəli bildiriş məktubu göndərilmişdir. Lakin əyani müayinə olunması ilə əlaqədar vətəndaşla qeyd olunan nömrə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik təyinatında şübhəli məqamlar olduğundan, əyani məüayinədən keçməsi zərurəti olmuşdur. Şəxs əyani müayinədən yayınmaqla, dolayısı ilə bu şübhələri təsdiq etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi obyektiv həqiqətin müəyyən edilməsi üçün aralıq qərardad çıxarmalı olduğu halda, şübhələri iddiaçının xeyrinə həll etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının ilkin əlillik təyinatı sənədlərində, yəni TSEK-in arayışında səbəb əlaqəsi kimi “Çernobıl AES-da qəzanın ləğvi ilə əlaqədar” yazıldığından altsistemə də təbii olaraq həmin məlumatlar işlənmişdir. Buna baxmayaraq, iddiaçı əsassız olaraq altsistemə əlilliyin səbəb əlaqəsinin “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” kimi qeyd edilməsini tələb edir. Iddiaçı şikayətin dəlillərini qəbul etməmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, 1981-1983-cü illərdə Ukrayna Respublikasının Luqansk vilayətində hərbi xidmətdə olmuş, xidmətdən qayıtdıqdan sonra Azərbaycanda tikinti sahəsində işləmiş, 3 il sonra hərbi komissarlıq tərəfindən Çernobıl AES-da qəzanın ləğvi ilə əlaqədar sürücü qismində həmin ölkəyə göndərilmiş, lakin hərbi biletində müvafiq qeyd aparılmamışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir: -Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2002-ci ildə “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəb əlaqəsi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. -iddiaçıya məxsus hərbi biletdə olan qeydlərdən görünür ki, ##.##.1081- ##.##.1983-cü il tarixlər aralığında hərbi xidmətdə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına və təqdim edilmiş sübutlara tam və hərtərəfli qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, işin araşdırılmış faktiki hallarından və təqdim edilmiş sübutlardan ki, iddiaçının tələbi və hüquqi marağı mövcud səbəb əlaqəsinin əlillik altsisteminə yerləşdirilməsi deyil, səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. Sənədlərdən görünür ki, iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsi “Çernobıl AES-da qəzanın ləğvi ilə əlaqədar” qeyd edilmiş, iddiaçı həmin səbəb əlaqəsinin dəyişdirilərək, “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” kimi qeyd edilməsini tələb edir. Iddiaçıya məxsus hərbi biletdə olan qeydlərlə, eyni zamanda digər sənədlərlə müəyyən edilir ki, onun hərbi xidmət dövrü 1981-1983-cü illəri əhatə edir. Bundan sonra o, mülki şəxs kimi Çernobıl AES-da qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan və gəldiyi qənaətin hüquqi əsasını təşkil edən normaların şərh olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin: -2.1-ci bəndindən görünür ki, “Əlillik” (TSERAS) altsistemi MEIS-in strukturuna daxil edilmişdir. 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi təmin edilir. -6.2. MEIS-in operatorunun vəzifələri aşağıdakılardır: 6.2.13. MEIS-dən istifadəni (o cümlədən informasiyanın axtarılmasını və əldə edilməsini) normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmdə və vaxtda təmin etmək; 6.2.14. MEIS-in mühafizəsi ilə bağlı normativ hüquqi aktlarda müəyyən edilmiş zəruri təşkilati, texniki tədbirlər görmək, sistemdə formalaşdırılan, daxil edilən və toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsinı təşkil etmək; -7.0. MEIS-in istifadəçilərinin aşağıdakı hüquqları vardır: 7.0.1. MEIS vasitəsilə müvafiq sahədə xidmətlərdən istifadə etmək; 7.0.2. müvafiq sahədə xidmətlər göstərilməsi üçün müraciət etmək və həmin xidmətlərdən “e-sosial” portalı vasitəsilə yararlanmaq; 7.0.3. etdiyi müraciətin nəticəsi barədə cavab almaq; 7.0.4. MEIS-dən özü barədə məlumatlar əldə etmək; 7.0.5. MEIS-də özü barədə məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək; -Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdehnin Nizamnaməsinin 3.1.21-ci bəndinə əsasən müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ######## tarixli *** nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək Agentliyin vəzifələrinə aid edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ümumi səbəblərdən:ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar; xüsusi səbəblərdən:- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2ci bəndinə əsasən “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır” qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə, orqanlarda xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən xəsarət, xəstəlik almışsa; -əgər şəhadətləndirilən şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə, orqanlarda xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən radiasiya təsiri nəticəsində xəstəlik almışsa. Qeyd olunan normaların tələblərinə görə şəxs yalnız hərbi xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirdiyi halda əlilliyin səbəb əlaqəsi xüsusi səbəbdən təyin edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki hallarını sistemli şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-136/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-136/2026
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver