Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-139/2026 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya orqanizmin funksiyalarının pozulması 31-60 % olmaqla əlilliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə iş üzrə Lənkəran şəhər Psixiatriya Xəstəxanası üçüncü şəxs qismində cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi dəqiqləşdirilərək, “##.##.2022-ci il tarixli qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə iddiaçı İddiaçı (şəxsiyyət vəsiqəsi-AA4320857) əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz X********ECC saylı, ##.##.2024-cü il tarixli göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz digər səhiyyə müəsissələri tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz “7. Psixi və davranış pozuntuları bölməsi-Sıra №-si 7.6.2, üzvi mənşəli şəxsiyyət pozuntusu- F07.0”- 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” bəndi müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, , o, İddiaçı birinci Qarabağ döyüşlərinin qazisi # ###### 1994-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin əmrinə əsasən ordu sıralarına həqiqi hərbi xidmətə yollanmışdır. Həmin vaxtdan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N-saylı hərbi hissəsində birinci Qarabağ müharibəsində ağır döyüşlərə qoşulmuşdur.1994-cü il aprel ayından Ağdam şəhəri Güllücə kəndində gedən ağır döyüşlərdə "Kəllə Beyin travması","Şəxsiyyət pozuntusu"və "Epelepsiya"kimi xəsarətlər almışdır. Mingəçevir şəhərində yerləşən mülki xəstəxanada stasionar müalicə və müayinələrə cəlb olunmuşdur. Müalicədən sonra yenidən Qarabağın müdafiəsi uğrunda döyüşlərə qayıtmışdır.Azərbaycan Respublikası Müdafiə Nazirliyi 888,190,N-saylı hərbi hissələrdə ağır döyüş yolları keçmişdir. ##.##.1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin əmrinə əsasənTərtər rayonu,Qafan kəndində yerləşən N-saylı hərbi hissədən tərxis olunmuşdur. 3 il döyüş yolları keçmişdir. Ağır döyüşlərdə aldığı xəsarətlər nəticəsində sağlamlığında baş verən ağırlaşmalar nəticəsində əmək qabiliyyətinin 80%,100%-ə qədərini itirdiyinə görə xəstəxanaların müalicə və müayinə haqqında verdikləri çıxarışlarına əsasən ərazi üzrə Lerik rayonu poliklinikası "Kəllə Beyin travması","Şəxsiyyət pozuntusu"və "Epelepsiya" diaqnozu ilə 2008-ci il tarixdə TSEK-ə göndəriş vermişdir. Azərbaycan Respublikası Lənkəran rayon regional TSEK-2008-ci il tarixdən,# ###### 2021-ci il tarixədək ona (ikinci qrup) əlilliyin təyin olunması barədə qərar qəbul olunmuşdur.Təyin olunmuş əlillik müddətinin bitməsi ilə əlaqədar o, yenidən ilk dəfə 2021-ci il avqust ayında xəstəxanalarda müayinə və müalicələr haqqında çıxarışları poliklinikaya təqdim etdi və poliklinika Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi -Sosial Ekspert Komisiyasına 2-ci qrup əlilliyin verilməsi barədə müraciət etmiş, sonuncu "diaqnoz əlillik əlaməti təyin etmir" barədə əlilliyin verilməsi əsassız və qanunsuz imtina qərar qəbul etmişdir. O, yenidən xəstəliyiylə əlaqədar müayinə və müalicələr üçün xəstəxanalara müraciət etdi. Müayinə və müalicələr barəsində çıxarışları TSEK-ə müraciət olunması üçün Lerik rayon Mərkəzi xəstəxanasına təqdim etdi. Lerik rayon Mərkəzi Xəstəxana ## ###### 2023-cü il tarixdə əlillik dərəcəsinin təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə elektron müraciət etdi sonuncu "diaqnoz əlillik əlaməti təyin etmir" barədə əlilliyin verilməsi əsassız və qanunsuz imtina qərar qəbul etmişdir. Bu barədə rəsmi bildiriş,## #### 2023-cü il tarixdə elektron qaydada mənim mobil telefonuma göndərilmiş,imtina qərarını rəsmi olaraq portaldan ##.##.2023-cü il tarixdə əldə etmişdir. O, 1994-cü il aprel ayından birinci Qarabağ döyüşlərində iştirakı zamanı aldığı xəsarətlər nəticəsində bu günə qədər əlildir. Əmək qabiliyyətini 80,100%-ə qədər itirmişdir. Heç bir yerdə işləyə bilmir. Azərbaycan Respublikasının Lerik rayon hərbi komissarlığının ##.##.2005-ci il tarixli 579-saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının qornizon hərbi həkim tərəfindən verilmiş şəhadətnamədən, Lənkəran şəhər Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli TQS №***-saylı göndərişindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,"Psixi Sağlamlıq Mərkəzi"-nin verdiyi səhhətindəki xəstəliklər nəticəsində olan ağırlaşmalar və diaqnozlar barəsində ## ###### 2022-ci il tarixli,№***** saylı arayışından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * saylı Psixiatriya Xəstəxananın səhhətindəki xəstəliklərin nəticəsində ağırlaşmalar və diaqnoz barəsində ##.##.2022-ci il tarixli arayışda,* saylı X8 ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək müayinə və müalicələr haqqında verdiyi 6239/22-saylı ,##.##.2022-ci il tarixli çıxarışında, Azərbaycan Respublikası Lerik rayon Mərkəzi Xəstəxanasının müayinələr və müalicələr haqqında verdiyi ##.##.2022-ci il tarixli,0383369-saylı X5 çıxarışda,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının *** saylı,##.##.2022-ci il tarixli stosionar müalicə və müayinələr haqqında çıxarışında,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Psixiatriya Xəstəxanasının ##.##.2021-ci il tarixdən, ##.##.2021-ci il tarixədək stosionar müayinə və müalicələr, xəstəliklə bağlı diaqnoz naqqında verdiyi ****** saylı,##.##.2021-tarixli çıxarışında, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,* saylı Psixiatriya Xəstəxanasınınmüalicə və müayinələr,diaqnoz barəsində verdiyi **** saylı,##.##.2022-ci il tarixli çıxarışlarında görünür ki, döyüşlər zamanı aldığı xəsarətlər nəticəsində onun əmək qabiliyyətinin 80- 100% itirilmişdir və xəstəlikdən irəli gələn fəsadlar nəticəsində dahada ağırlaşmalar baş verir ki, buda on 2-ci qrup əlillik təyin edilməsi üçün əsas verir. Bütün bunlara baxmayaraq, cavabdeh qanunsuz olaraq 2-ci qrup əlillik verilməsi barədə rəy verməkdən imtina edilmişdir. Ona görə iddia ərizəsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Lerik Rayon Mərkəzi Xəstəxanasının ##.##.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X12: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 -Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə - beyin travmasından sonrakı astenik vəziyyət .Postravmatik serebral araxnoidit , hipertenzion sindromla , tez - tez baş verən epileptik tutmalarla Meyar: 2.2. Ikinci dərəcə əlillik => DIGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının ##.##.2014- cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X12: XIX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 – Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı astenik vəziyyət,Postravmatik serebral araxnoidit, hipertenzion sindromla , tez -tez baş verən epileptik tutmalarla Meyar: 2.2. Ikinci dərəcə əlillik => DIGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanasının ##.##.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X12: XIX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasında sonrakı ensefalopatiya. Meyar: 2.2. Ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif(travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli),kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla ##.##.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X12: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin va xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri.Keçirilmiş kəllə-beyin travmasından sonrakı ensefalopatiya. Meyar: 2.2. Ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X12: XIX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 Başın ... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması nəticəsindəyaranmış davamlı qalıq əlamətləri. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: 1995-2020-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri,instrumental müayinələr ətraflı qeydolunsun.” səbəbi ilə imtina verilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X12: XIX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 Başın ... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travması nəticəsində yaranmış davamlı qalıq əlamətləri. Mərkəzi göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edildi” səbəbi ilə imtina verilmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Qapalı kəllə-beyin travması nəticəsində baş beynin silkələnməsi, davranış və yaddaşın enməsi ilə. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlamət təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və ## #### 2023-cü il tarixli qərarla barəsində Diaqnoz əlillik əlamət təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərinialtsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin xəstədə ağırlaşmaların olub-olmaması hər hansı qaydada müəyyən edilməmişdir. Bundan əlavə diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər: Iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında şikayətin dəlillərini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. - Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının ##.##.2007-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik (2.2 Ikinci dərəcə əlillik => DIGƏR: 2.2 -beyin travmasından sonrakı astenik vəziyyət. Postravmatik serebral araxnoidit, hipertenzion sindromla, tez-tez baş verən epileptik tutmalarla) qeyd edilmişdir. - Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının ##.##.2014-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 Ikinci dərəcə əlillik => DIGƏR: 2.2) qeyd edilmişdir. - Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının ##.##.2015-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 Ikinci dərəcə əlillik => DIGƏR: 2.2) qeyd edilmişdir. - Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının ##.##.2016-cı il tarixli qərarı ilə iddiaçı İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 5 il müddətinə təkrar ikinci dərəcəli əlillik (2.2 Ikinci dərəcə əlillik => DIGƏR: 2.2) qeyd edilmişdir. - Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. - Işdə olan ****** nömrəli veteranlıq vəsiqəsinin surətindən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Işdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, və ##.##.N-cü ildə hərbi hissəyə göndərilmişdir. - Işdə olan ****** nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qarabağ müharibəsində iştirak etmiş və II qrup əlildir. - Işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * saylı Klinik Psixiatriya Xəstəxanasının ##.##.**** saylı elektroensefaloqrafiyasına əsasən, İddiaçı yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur. - Işdə olan ## ###### 2005-ci il tarixli, **** nömrəli X10 əsasən, keçirilmiş qapalı kəllə-beyin travmasının (##.##.1994)mikroocaqlı üzvi nevroloji nişanələr, asteno-nevrotik təzahürlər və kəllədaxili təzyiqin zəif dərəcədə artması ilə keçən, serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri. - HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı:”Xəstəliklər cədvəlinin” 23C maddəsinin II qrafasına və ƏTC-nə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma)əsasən Dinc dövrdə hərbi xidmətə yararsız,müharibə dövründə məhdud yararlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1in ##.##.2025-ci tarixli **** saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVI (TRAVMA MƏNŞƏLI) ŞƏXSIYYƏT POZUNTUSU, DAVRANIŞ POZUNTULARI VƏ KOQNITIV FUNKSIYALARIN ENMƏSI ILƏ” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi mənşəli (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi, dekompensasiya dövri F07.0” diaqnozunun təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. II.Yekun hissəsi: Inzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual:##.##.1975-ci ildə Lerik rayonu, Birkandul kəndində anadan olmuş və Lerik rayonu, Birkandul kəndində qeydiyyatda olan İddiaçı (AA4320857) oğlunun əyani müayinə zamanı müvafiq XBT-10 kodu göstərilməklə xəstəliyinin adı, əsas diaqnozu, ağırlaşmaları, yanaşı xəstəlikləri, xəstəliklərinin yaranma əsasları müəyyən edilsin (əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər ətraflı göstərilməklə). Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVI (TRAVMA MƏNŞƏLI) ŞƏXSIYYƏT POZUNTUSU, DAVRANIŞ POZUNTULARI VƏ KOQNITIV FUNKSIYALARIN ENMƏSI ILƏ” (F07.0) aşkar edilir. 2-ci sual: Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırımı? Cavab: Aparılan müayinələrinnəticələri diaqnozda öz əksini tapır.3-cü sual: Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasə əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 4-cü sual: Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundurmu və ya aparılmış müayinələrin nəticələri iddiaçı İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edirmi? Cavab: Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur və aparılmış müayinələrin nəticələri iddiaçı İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. 5-ci sual: ##.##.1975-ci ildə Lerik rayonu, Birkandul kəndində anadan olmuş və Lerik rayonu, Birkandul kəndində qeydiyyatda olan İddiaçı (AA4320857) oğlu barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 6-cı sual: İddiaçı əyani müayinə zamanı forma 88 arayışında qeyd edilən müvafiq XBT-10 kodu göstərilməklə xəstəliyinin adı, əsas diaqnozu üzrə ağırlaşmalar mövcuddurmu? Diaqnozun “X12”nın hansı xəstəliyin koduna aid olması və bu xəstəliyinin ağırlaşmaları barədə məlumat və məlumatı təsdiqləyən sənədlər. Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVI (TRAVMA MƏNŞƏLI) ŞƏXSIYYƏT POZUNTUSU, DAVRANIŞ POZUNTULARI VƏ KOQNITIV FUNKSIYALARIN ENMƏSI ILƏ” (F07.0) aşkar edilir. 7-ci sual: ##.##.1975-ci ildə Lerik rayonu, Birkandul kəndində anadan olmuş və Lerik rayonu, Birkandul kəndində qeydiyyatda olan İddiaçı (AA4320857) oğlu üzərində aparılan canlı müayinələrin nəticələri əsasında (əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər nəzərə alınmaqla) təyin olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə qeyd olunan diaqnoza əsasən iddiaçı İddiaçı əlilliyin təyin edilməsi mümkündürmü? Mümkündürsə, həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin hansı bəndinə uyğundur və Əsasnamənin 2- ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə hansı xəstəlikdir? "Əlilliyin müəyyən olunması meyarları"nın hansı bəndinə uyğundur? Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 8-ci sual: Mütəxəssis rəyi tərtib edilərkən aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı sağlamlıq vəziyyətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətləri əsaslandırılsın. Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3.Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9.Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bundan əlavə, həmin “Qaydalar”ın: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki)ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlıvərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Göründüyü kimi, məhkəmə-psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə iddiaçıda tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd olunmuş diaqnoz və onun ağırlaşmaları öz təsdiqini tapır. Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, ekspert rəyi və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da nəzərdən qaçırmır ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 T**/** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən Z.B.Əsədovun iş materiallarında olan tibbi sənədlərinə əsasən adına Lənkəran şəhər Psixiatriya Xəstəxanası tərəıfmdən tərtib edilmiş ##.##.2022-ci il tarixli R********AER saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Qapalı kəllə-beyin travması nəticəsində baş beyin silkələnməsi, davranış və yaddaşın enməsi ilə. Ağırlaşmalar: F06.3- Əhvalm üzvi mənşəli (affektiv) pozuntusu. Qapalı kəllə-beyin travması nəticəsində baş beyin silkələnməsi, davranış və yaddaşın enməsi ilə. affektiv pozuntuintihar cəhdləri; F43.1-Posttravmatik stress pozuntusu; S06.O-Baş beyin silkələnməsi” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, psixi status, diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmiş və şəxsin DTSERA-da müayinələri zamanı əlillik təyinatına əsas verə biləcək yaddaş, qavrama pozuntusu, psixo-produktiv psixosimptomatika, şəxsiyyət dəyişikliyi əlamətləri izlənməmiş, əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı. Iş materiallarında olan tibb müəssisəsinin verdiyi Forma 88 göndərişlərinin tam doldurulması müəyyən edilmişdir. Kollegiya diqqətə çatdırır ki, həmin rəy cavabdehin nümayəndəsinin iştirakı ilə verildiyindən, eləcə də iddiaçıda olan xəstəliklərlə bağlı ixtisaslaşmış ekspertiza təşkilatı Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi olduğundan məhkəmə-tibbi ekspertizasının yuxarıda qeyd olunan rəyi mötəbər sübut hesab edilə bilməz. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-139/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-139/2026
08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver