Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-14/2026 08.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə Iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə əldə etdiyi sübutlar əsasında və araşdırma üzrə inzibati orqanın qəbul etmədiyi dövrləri mübahisəli hesab etmir, eləcə də mübahisəli olması barədə hər hansısa bir əsas olmamış və cavabdeh tərəfindən təqdim edilə bilməmişdir. Imitna isə formal xarakter daşımış və tərəfin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyini müəyyən edir. Beləliklə, iddiaçıya hüququnun yarandığı 60 yaşdan, yəni ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1965-ci il tarixdə anadan olmuş, ##.##.1983-cü il tarixdən ##.##.2025-ci il tarixədək əmək fəaliyyəti ilə məşğulam olmuş, işlədiyi müddətin 12 il 6 aydan çox hissəsini zərərli işlərdə işləmişdir. xxxx ASC “X4 Stansiyası” MMC-də ##.##.1985-##.##.1987-ci il tarixləri arasındakı dövr ərzində qazan turbin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı, ##.##.1987-##.##.1989-cu il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisədə qaz elektrik qaynaqçısı peşəsində, ##.##.2011-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” xxxxkörpü tunel və yol inşası departamentinin Z.Bünyadov- R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsində elektrik qaynaqçısı peşəsində, ##.##.2015 -##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” MMC-nin xxxxnun tikinti layihəsində elektrik qaynaqçısı peşəsində, ##.##.2019-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” MMC-nin * saylı sexində elektrik qaynaqçısı peşəsində, ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixədək “X1” MMC-də qaynaqçı peşəsində işləmişdir. Onun işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Onun 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ünvanlanmış ## #### 2025-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi ##.##.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və xxxx ASC “X4 Stansiyası” MMC-nin ona dair ##.##.2025-ci il tarixli **/***-**/**-** nömrəli arayışında ##.##.1985-##.##.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin qazan turbin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı, ##.##.1987-##.##.1989-cu il tarixləri arasındakı dövr ərzində isə qaz elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin, həmin arayışda elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamış, həmçinin sözügedən arayışda qaz elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də əmək kitabçasında elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Eyni zamanda, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **-a nömrəli arayışında ##.##.2019-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin * saylı sexində elektrik qaynaqçısı peşəsində işlədiyiniz göstərilsə də sözügedən arayışda da əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bundan başqa, “xxxx” xxxx##.##.2025-ci il tarixli ** nömrəli arayışında ##.##.2011-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində körpü tunel və yol inşası departamentinin Z.Bünyadov-R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsində, “xxxx” MMCnin ##.##.2025-ci il tarixli **/K nömrəli arayışında isə ##.##.2015-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində xxxxnun tikinti layihəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlərdəzənginləşdirmə fabriklərinin texnoloji sexlərində çalışmağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Həmçinin, “X1” MMC-nin ##.##.2025-ci il tarixli NWC/***-**IR-** nömrəli arayışında ##.##.2024-cü il tarixindən bugünədək həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Işlədiyi peşə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbər və mütəxəssislər bəndində (b) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də güzəştli iş stajı yoxdur. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq ona hüququnun yarandığı tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi ##.##.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və xxxx ASC “X4 Stansiyası” MMC-nin ona dair ##.##.2025-ci il tarixli **/*****/**-** nömrəli arayışında ##.##.1985- ##.##.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin qazan turbin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı, ##.##.1987-##.##.1989-cu il tarixləri arasındakı dövr ərzində isə qaz elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin, həmin arayışda iddiaçının elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır, həmçinin onun sözügedən arayışda qaz elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də əmək kitabçasında elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Eyni zamanda, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **-a nömrəli arayışında iddiaçının ##.##.2019- ##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin * saylı sexində elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də sözügedən arayışda da əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bundan başqa, “xxxx” xxxx##.##.2025ci il tarixli ** nömrəli arayışında iddiaçının ##.##.2011-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində körpü tunel və yol inşası departamentinin Z.Bünyadov-R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsində, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **/K nömrəli arayışında isə ##.##.2015-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində xxxxnun tikinti layihəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda İddiaçı elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlərdə zənginləşdirmə fabriklərinin texnoloji sexlərində çalışmağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Həmçinin, “X1” MMCnin ##.##.2025-ci il tarixli NWC/***-**IR-** nömrəli arayışında iddiaçının ##.##.2024-cü il tarixindən hazırki tarixədək həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin onun işlədiyi peşə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbər və mütəxəssislər bəndində (b) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də iddiaçı İddiaçı güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdimedilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası IPM-in 58.6-cı maddəsinə uyqun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib- işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Analoji is üzrə Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***M**/**** nömrəli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən Məhkəmə kollegiyası nəzərə almışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Iş yerindən əldə edilən hə m i n sən əd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1 (102)-1410/2021, 2-1 (102)- 131/2022, 2- 1(102)- ****/**** №-li işlər üzrə qərarlar). Nəticədə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı ləğv edilmişdir. Bundan başqa “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Iddiaçı İddiaçı “## ###### 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair *-*(***)-****/**** nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlərYuxarıda qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçı İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan ##.##.1983-cü il tarixli, ****** nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ##.##.1982-ci ildə Əli Bayramlı şəhər ** nömrəli texniki məktəbə daxil olmuş və ##.##.1983-cu ildə əl ilə elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbi tam kursunu bitirmişdir. Iş materiallarında olan ##.##.1985-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ##.##.1983- cü il tarixdən ##.##.2025-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. Iş materiallarında olan ##.##.1993-cü il tarixli, ** nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən ##.##.1992-ci ildən ##.##.1993-cü ilə kimi Salyan Xalq təhsili işçiləri evi nəzdindəki bir il altı aylıq mühasib kursunda tam proqram üzrə təhsil almışdır. Iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli, **-a nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ##.##.2019-cu il tarixindən ##.##.2024-cü il tarixinədək “xxxx” MMC-nin * saylı sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da 3-cü -Metallurgiya Istehsalatı bölməsinin, 3.2. Polad və ferroərintilər istehsalatı, təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları qrafasında öz əksini tapmış elektrik qaz qaynaqçıları vəzifəsi İddiaçı tutduğu * saylı sexdə elekıtik qaynaqçısı vəzifəsi ilə eynilik təşkil edir. Iş materiallarında olan “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli, NWC/***- **IR-** nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də ## ##### 2024-cü il tarixindən “X1” MMCdə qaynaqçı vəzifəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2007-ci il tarixində təstiq edilmiş qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “b” bəndinə əsasən güzəştli əmək stajı 8 ay təşkil edir. Iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli, ** nömrəli arayışından görünür ki, İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2015-ci il tarixədək “xxxx” xxxx“Körpü, tunel və yol inşası departamentinin Z.Bünyadov-R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsi”- də əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. İddiaçı “xxxx” ASC-də çalışdığı əl ilə elektrik qaynaqçısı vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələr siyahısına daxildir. Işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 4 il 1 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 14-cu bəndinin “2a” yarımbəndinə əsasən əl ilə elektrik qaynaqçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. Iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli, **/K nömrəli arayışından görünür ki, İddiaçı ##.##.2015-ci il tarixdən ##.##.2016-cı il tarixədək “xxxx” MMC-nin “xxxxnun tikintisi layihəsi”-də əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. İddiaçı “xxxx” MMC -də çalışdığı əl ilə elektrik qaynaqçısı vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələr siyahısına daxildir. Işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 1 il 3 ay 1 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 14cu bəndinin “2a” yarımbəndinə əsasən əl ilə elektrik qaynaqçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti “X4 Stansiyası” MMC-nin ##.##.2025-ci il tarixli, 20/206- **/**-** nömrəli arayışından görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı##.##.1985-ci il tarixdən (əmr № **-n ##.##.1985-ci il) ##.##.1987-ci il tarixədək “xxxx”ASC, “X4 Stansiyası”MMC-də qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı peşəsində işləmişdir.##.##.1987-ci il tarixdən (əmr № ***/otz, ##.##.1987ci il) ##.##.1989-cu il tarixədək “xxxx”ASC, “X4 Stansiyası”MMC-də qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində qaz elektrikqaynaqçısı peşəsində işləmişdir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması ilə, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci fəsil. Ümumi peşələrdə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin xüsusiyyətlərinə uyğun olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. Bu vəzifələrdə çalışarkən ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə verilmişdir. Işlədiyi vəzifə üzrə zərərli iş stajı 4 (dörd) il, 1 (bir) ay, 28(iyirmi səkkiz) gün təşkil edir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-H-*****/**** nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi ##.##.1985-ci il tarixli******* nömrəli əmək kitabçasında və xxxx ASC “X4 Stansiyası” MMCnin ##.##.2025-ci il tarixli **/***-**/**-** nömrəli arayışında ##.##.1985- ##.##.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin qazan turbin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı, ##.##.1987-##.##.1989- cu il tarixləri arasındakı dövr ərzində isə qaz elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin, həmin arayışda elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamış, həmçinin sözügedən arayışda qaz elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də əmək kitabçasında elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Eyni zamanda, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **-a nömrəli arayışında ##.##.2019-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin * saylı sexində elektrik qaynaqçısı peşəsində işlədiyi göstərilsə də sözügedən arayışda da əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bundan başqa, “xxxx” xxxx##.##.2025-ci il tarixli ** nömrəli arayışında ##.##.2011- ##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində körpü tunel və yol inşası departamentinin Z.Bünyadov- R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsində, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli **/K nömrəli arayışında isə ##.##.2015-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində xxxxnun tikinti layihəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlərdə zənginləşdirmə fabriklərinin texnoloji sexlərində çalışmağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Həmçinin, “X1” MMC-nin ##.##.2025-ci il tarixli NWC/***-**IR-** nömrəli arayışında ##.##.2024-cü il tarixindən bugünədək həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Işlədiyi peşə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbər və mütəxəssislər bəndində (b) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, *** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2015-ci il tarixədək “xxxx” xxxx“Körpü, tunel və yol inşası departamentinin Z.Bünyadov - R.Cəfərov küçələrinin kəsişməsində yol qovşağı layihəsi”-də əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. İddiaçı “xxxx” ASC-də çalışdığı əl ilə elektrik qaynaqçısı vəzifəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələr siyahısına daxildir. Işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 4 il 1 ay 12 gün təşkil edir. Iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, **-M nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (FIN: *******), həqiqətən ##.##.2019-cu il tarixindən ##.##.2024-cü il tarixinədək və ##.##.2025- ci il tarixindən hal hazırkı vaxta kimi “xxxx” MMC-nin * saylı sexində elektrik qaynaqçısı vəzifəsində işləyir, hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da 3-cü - Metallurgiya Istehsalatı bölməsinin, 3.2. Polad və ferroərintilər istehsalatı, təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrəelektrik montyorları qrafasında öz əksini tapmış əl ilə elektrik qaynaqçıları vəzifəsi İddiaçı tutduğu elekrtik qaynaqçısı vəzifəsi ilə eynilik təşkil edir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubundan görünür ki, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun umumi iş stajı 32 il 7 ay 7 gün (##.##.2006-cı il tarıxınədək 18 il 5 ay 7 gün (## ##.1982-##.##.1983-cü il, ##.##.1983- ##.##.1984-cü il, ##.##.1985-##.##.1985-ci il. ##.##.1985-##.##.1989-cu il, ##.##.1989- ##.##.1992-ci il, ##.##.1992- ##.##.2000-ci il, ##.##.2004-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 2 ay) təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 60 yaşının tamamlandığı ##.##.2025-ci il tarixinə ona münasibətdə 40320,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 53831,09 manat təşkil edir. Iş materiallarında olan Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyəti “X4 Stansiyası” MMC-nin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, **/***-**/**-**** nömrəli məktubunda qeyd edilmişdir ki, “xxxx”ASC, “X4 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. Arxiv sənədlərindən göründüyü kimi İddiaçı ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixinə kimi “xxxx” xxxx“X4 Stansiyası” MMCdə qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində elektrik qaynaqçısı peşəsində işləmişdir. ##.##.1987-ci il tarixdən ##.##.1989-cu il tarixədək “xxxx”xxxx“X4 Stansiyasf’MMC-də qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində qaz elektrik qaynaqçısı peşəsində işləmişdir. Işlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, blokavadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, hündürlükdə, qapalı yerlərdə elektrik qaz qaynaq işlərinin aparılması, qaynaq zamanı ayrılan zərərli şüaların (infraqırmızı, ultrbənövşəyi) insan orqanizminə mənfi təsiri olmaqla, İddiaçı işlədiyi elektrik qaynaqçısı, qaz elektrik qaynaqçısı peşələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci Ümumi peşələr bölməsində 68-ci xana əl ilə qaynaq aparan elektrik qaynaqçıları və 26-cı xana qaz qaynaqçıları peşələrinin xüsusiyyətlərinə uyğun olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. Bu vəzifələrdə çalışarkən ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə verilmişdir. Işlədiyi vəzifə üzrə zərərli iş stajı 4 (dörd il, 1 (bir) ay, 28 (iyirmi səkkiz) gün təşkil edir. Iş materiallarında olan “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, NWC/**IR-** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “X1” MMC-də qaynaqçı vəzifəsində çalışmışdır və sahədə “əl ilə qaynaqda elektrik qaynağı” işini görmüşdür. Qeyd edilən kateqoriya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmişdir “Güzəştli şərtlərlə yaşa görə əməkpensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1.1.2-ci maddəsində öz əksini tapmışdır. Iş materiallarında olan İddiaçı həqiqətən ##.##.2024-cü ildən ##.##.2025 ilə qədər X1 şirkətində qaynaqçı vəzifəsində çalışmışdır sahədə əl ilə qaynaqda elektirik işini görmüşdür. Qeyd ediən kateqoriya “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı”nda 1.1.2-də öz əksini tapmışdır. Güzəştli əmək stajı 9 ay təşkil etmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğuya cavab olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2019-cu il tarixindən ##.##.2024-cü il tarixinədək və ##.##.2025- ci il tarixindən hal hazırkı vaxta kimi “xxxx” MMC-nin * saylı sexində elektrik qaynaqçısı vəzifəsində işləyir, hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da 3-cü - Metallurgiya Istehsalatı bölməsinin, 3.2. Polad və ferroərintilər istehsalatı, təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları qrafasında öz əksini tapmış əl ilə elektrik qaynaqçıları vəzifəsi İddiaçı tutduğu elekrtik qaynaqçısı vəzifəsi ilə eynilik təşkil edir. Işçi öz əmək funksiyaların əl ilə elektrik qaynağı aparmaqla yerinə yetirmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğuya cavab olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2026-cı il tarixli məktubda qeyd edilir ki, Korporasiya və Müəssisənin fəaliyyətinin əsasını infrastruktur və mülki tikinti layihələrinin həyata keçirilməsi təşkil etməkdədir. Korporasiya və Müəssisənin balansında və strukturunda hər hansı bir zənginləşdirmə fabriki texnoloji sexləri mövcud olmamışdır. İddiaçı “xxxx”nun tikintisi layihəsində çalışmış, istehsalat müəssisəsinin inşasında əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan əvvəllcə iddiaçının ümumiyyətlə güzəştli iş stajını qəbul etməsə də, sonradan iddiaçının “xxxx” Açıq Səhmdar Cəmiyyəti “X4 Stansiyası” MMC-nin ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixinə və ##.##.1987-ci il tarixdən ##.##.1989-cu il tarixədək işlədiyi vəzifə üzrə zərərli iş stajını 4 (dörd il, 1 (bir) ay, 28 (iyirmi səkkiz) gün qəbul etmişdir. Ona görə də kollegiya qeyd olunan hissədə əlavə dəyərləndirmə aparılmasına zərurət görmür. Iddiaçının digər müəssisələrdəki güzəştli iş stajına gəlincə qeyd edilməlidir ki, nəzərə alınmalıdır ki,iddiaçının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində ##.##.2019-cu il tarixindən ##.##.2024-cü il tarixinədək məhz əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi müəssisənin apellyasiya icraatı zamanı verilmiş sorğuya cavab məktubu ilə öz təsdiqini tapır. Iddiaçının ##.##.2011-ci il tarixdən ##.##.2015-ci il tarixədək “xxxx” Açıq Səhmdar Cəmiyyətində və ##.##.2015-ci il tarixdən ##.##.2016-cı il tarixədək “xxxx” MMC-nin “xxxxnun tikintisi layihəsi”ndə əl ilə elektrik qaynaqçısı vəzifəsində işləməsinə gəlincə kollegiya qeyd edir ki, Korporasiya və Müəssisənin balansında və strukturunda hər hansı bir zənginləşdirmə fabriki texnoloji sexləri mövcud olmasa da, nəzərə alınmalıdır ki, iddiaçı həmin müəssisələrdə əl ilə elektrik qaynaqçısı işlədiyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35ci Ümumi peşələr bölməsində 68-ci xana əl ilə qaynaq aparan elektrik qaynaqçıları olduğu üçün həmin dövrlər güzəştli iş stajı kimi qəbul edilməldir. Bu zaman iddiaçının işlədiyi müəssisənin strukturunda hər hansı bir zənginləşdirmə fabriki texnoloji sexlərinin olub-olmaması əhəmiyyət kəsb etmir. Beləliklə, işdə olan sübutlarla cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmaqla iddia tələbinin əsaslılığı sübut olunur. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə Iş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-14/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-14/2026
08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver