Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-141/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus olan ****** nömrəli hərbi biletdə onun ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək davam etmiş “Vətən müharibəsində iştirak edərək, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeylərində Səfərbərlikdən verilmiş ekskavatorla mühəndis işlərinin yerinə yetirilməsində yaxından köməklik göstərməsi” qeyd edilmişdir. Cavabdeh N nömrəli hərbi hissənin ##.##.2021-ci il tarixli ** nömrəli arayışında X2 həqiqətən ##.##.2020-##.##.2020-ci il tarixlərdə Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocəvənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis istehkam işlərinin görülməsində yaxından köməklik göstərməsi” qeyd edilmişdir. Cavabdeh N nömrəli hərbi hissənin ##.##.2021-ci il tarixli *** nömrəli məktubunda iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək davam etmiş “Vətən müharibəsində iştirak edərək, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeylərində Səfərbərlikdən verilmiş ekskavatorla mühəndis işlərinin yerinə yetirilməsində, həmçinin həmin tarixdə N nömrəli hərbi hissənin bölmələrində mühəndis istehkam işlərinin görülməsində yaxından köməklik göstərməsi” qeyd edilmişdir. Cavabdeh N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli *-**-**/*-****/**** nömrəli məktubunda “##.##.2021-ci il tarixli ** nömrəli arayışın vətəndaş İddiaçı yox, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə təqdim etmək üçün verilməsi, İddiaçı barədə hərbi hissədə heç bir əmr və ezamiyyətə gələnlərin siyahısında və 44 gün davam edən Vətən müharibəsi zamanı (27.09-##.##.2020-ci il) “Təltif üçün təqdim olunanlar” siyahısında adının qeyd olunmaması” qeyd edilmişdir. Cavabdeh N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli *-**-**/*-****/**** nömrəli məktubunda “İddiaçı barəsində araşdırma aparılması, N nömrəli hərbi hissənin ##.##.2020- ##.##.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi, ##.##.2021-ci il tarixli ** nömrəli arayış vətəndaş İddiaçı verilməsi barədə qeydin olması, amma nəyə istinad edilib verilməsi barədə qeyd və ya məlumatın olmaması, Səfərbərlikdən gələnlərin siyahısında və hər hansı bir əmrdə adının qeyd olunmaması, hərbi hissənin siyahısına qeydiyyata düşməməsi, ezamiyyətə gəlməsi barədə qeydiyyatın olmaması, 44 günlük Vətən müharibəsi zamanı harada hər hansı işin görübgörməməsi barədə məlumatların və onları təsdiq edən sənədlərin olmaması” qeyd edilmişdir. Cavabdeh N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli *-**-***/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “Hərbi hissənin uçot sənədlərinin yoxlanılması nəticəsində İddiaçı hərbi hissədə hərbi qulluqçu və ya mülki işçi kimi qeydiyyatda olmadığı müəyyən edilmişdir. ##.##.2021-ci il tarixli *** nömrəli aktla bağlı bildirilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2020-ci il tarixli ** nömrəli qərarına əsasən müvafiq sənədlərin hərbi hissənin arxivində saxlama müddəti 3 (üç) il təşkil etdir. Saxlama müddəti başa çatdığı üçün sözügedən akt müvafiq qaydada məhv edilmişdir və bu səbəbdən həmin aktın məzmunu (nə barədə olduğu) haqqında hərbi hissədə hər hansı məlumat mövcud deyil.” Cavabdeh N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli *-**-***/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2020-##.##.2020-ci il tarixlərdə *** nömrəli hərbi hissyə ezam olunması və həmin dövrdə xidməti fəaliyyətlə bağlı məlumatların araşdırılması məqsədi ilə hərbi hissənin aidiyyəti sənədləri, nizami hissə üzrə əmrləri, ezamiyyət sənədləri və digər uçot materialları yoxlanılmışdır. Aparılan araşdırma zamanı qeyd edilən şəxsin göstərilən tarixdə N nömrəli hərbi hissəyə ezam olunması, xidmətə cəlb edilməsi və ya hərbi hissənin şəxsi heyəti tərkibində fəaliyyət göstərməsi barədə nizami hissə üzrə əmrlərdə, ezamiyyət qeydlərində və digər rəsmi uçot sənədlərində hər hansı məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli “N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsinə mülki idarə və təşkilatlardan könüllü cəlb olunmuş vətəndaşların siyahısının dəqiqləşdirilməsi barədə” aktda adları göstərilmiş şəxslər tərəfindən müəyyən məlumatlar bildirilsədə, həmin məlumatları təsdiq edən rəsmi sənədlər və hüquqi əsaslar mövcud olmadığından onların rəsmi təsdiqedici sübut kimi qəbul edilməsi mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, X2 ##.##.2020- ##.##.2020-ci il tarixlərdə *** nömrəli hərbi hissyə ezam olunması və xidməti fəaliyyəti ilə bağlı faktın hərbi hissənin rəsmi sənədləri ilə təsdiq edilməsi mümkün olmamışdır.” X3 Sistemlərinin İstismarı İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “İddiaçı 44 günlük müharibədə iştirakına dair X5 İdarəsinin əmrlərin qeydiyyatı kitabında ## ####### 2020-ci il tarixli **k nömrəli əmrlə N saylı hərbi hissəyə idarə etdiyi mexanizmlə birlikdə kömək məqsədilə göndərilməsi və ## ###### 2021-ci il tarixli **k nömrəli əmrlə öz işlərinə başlamaları haqqında əmr imzalanmışdır. İddiaçı 44 günlük müharibə zamanı cəbhəyə ezam olunması ilə bağlı əmr imzalanmamış və ezamiyyə vərəqi tərtib edilməmişdir.” İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək 006 və N nömrəli hərbi hissələrdə fəaliyyəti, şəxsi heyətin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması, habelə hansı təşkilat və müəssisədən ezamiyyətə göndərilməsi və ya səfərbərlik yolu ilə çağırılması barədə hər hansı rəsmi sənəd mövcud olmadığından, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N nömrəli hərbi hissənin tərkibində Vətən Müharibəsində mühəndis-təminatı tapşırıqlarının yerinə yetirilməsinə mülki idarə və təşkilatlardan könüllü cəlb olunmuş və şəxsən ## ######## 2020-ci il tarixdən ## ###### 2020ci il tarixədək mühəndis-təminatı tapşırıqlarını yerinə yetirmişdir. Qeyd etdiyi hal və vətənə xidməti N nömrəli hərbi hissənin ##.##.2021-ci il tarixli aktında öz əksini tapır. Bundan başqa o, ##.##.2020-##.##.2020-ci il tarixlərdə vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocəvənd rayonları istiqamətlərində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis istehkam işlərinin görülməsində yaxından köməklik göstərməyi ilə bağlı N nömrəli hərbi hissənin ##.##.2021-ci il tarixli ** nömrəli arayış verilmişdir. Hesab edir ki, ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Yuxarıda qeyd olunan normativ hüquqi aktların mətnindən görünür ki, onun hərbi xidmət keçdiyi dövr ərzində müharibə zonasında xidmət keçən şəxslərə hərbi bilet əsasında müharibə veteranı adı verilir. O, hərbi xidmət keçmiş və xidmət keçməsi hərbi biletlə təsdiq olunur. Bundan əlavə, barəsində hərbi xidmətdən yayındığına görə cinayət işi açılmamışdır. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulması xahiş olunmuşdur. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasa gəldikdə qeyd etmək zəruridir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq müharibə veteranı adı 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə isə qeyd etmək zəruridir ki, iddiaçı İddiaçı döyüş əməliyyatları aparılan dövrdə ## ######## 2020-## ###### 2020-cı il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etməmiş, işləməmiş, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmamışdır. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya ## ###### 2023-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilərək, iddiaçı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: Habil Bəhmənov /sədrlik edən və məruzəçi, Samir Həsənov və Fikrət Hüseynov) ## ###### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının # ###### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, inzibati orqanın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə (## ######## 2020-## ###### 2020-cı il tarixlərdə) Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etməmiş, işləməmiş, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmamışdır. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Qanunvericiliyə görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt hərbi biletdəki qeydlərin arxiv arayışı və nizami hissə üzrə əmrlərlə də təsdiq edilməsidir. Nəzərə alınmalıdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı ##.##.2023-cü il tarixli *-**-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə tərəfindən verilmiş ##.##.2021-ci il tarixli *** nömrəli arayışa əsasən ##.##.2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək davam etmiş “Vətən müharibəsində iştirak edərək Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində N nömrəli hərbi hissənin bölmələrinin atəş mövqeyində Səfərbərliklə verilmiş ekskovatorla mühəndis işlərinin yerinə yetirilməsində yaxından köməklik göstərdiyi, N nömrəli hərbi hissə tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ** nömrəli arayışa əsasən ## ######## 2020-##.##.2020-ci il tarixlərdə “Vətən müharibəsi” zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində N nömrəli hərbi hissənin bölmələrinə mühəndis-istehkam işlərinin göürlməsində yaxından köməklik göstərdiyi qeyd edilsə də, lakin iddiaçı ilə Cavabdeh arasında hər hası rəsmi əmək (xidməti) münasibəti və hərbi hissənin tərkibində iştirak etməsi və hərbi xidmət keçməsi həmin hərbi hissənin nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Bundan başqa, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. Lakin, araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçı könüllü olmuş və onunla Cavabdeh arasında hər hası rəsmi əmək (xidməti) münasibəti olmamışdır. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək gedən döyüş əməliyyatlarında könüllü olunmuş şəxslərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericilikdə təsbit edilməmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı iddianın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir):
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə– hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (10 cu abzas) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə– hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.(11-ci abzas)
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı, Zəngilan və Şuşa istiqamətlərində döyüşün mühəndis-təminatı tapşırıqlarının yerinə yetirilməsi və fədakarlıq göstərməsi ilə bağlı mötəbər sübutlar, yəni müvafiq əmrlər, ezamiyyət əmrləri, arayışlar olduğundan və hərbi biletində müvafiq qeydiyyat aparıldığı üçün o, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları halhazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün iddiaçı müharibə tələbin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə və mübahisə üzrə qəbul etdiyi məhkəmə aktı ilə bağlı aşağıdakıları bildirir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, “...Məhkəmələr İdarənin məhkəmənin sorğusuna ##.##.2024-cü il tarixli, ** nömrəli cavab məktubunda göstərilənlərlə X5 İdarəsinin ##.##.2020-ci il tarixli 22 k nömrəli və ##.##.2021-ci il tarixli **k nömrəli əmrlərinin arasındakı ziddiyyəti araşdırmamış, həmin əmrlərin mötəbərliyinin müəyyən edilməsi üçün qeyd olunmalı olduqları əmrlər kitabını tələb edib baxış keçirməmiş, iddiaçının həqiqətən də işlədiyi idarə tərəfindən cəbhəyə ezam olunduğu halda, müvafiq ezamiyyə sənədlərinin mövcud olması, ezam olunduğu hərbi hissə tərəfindən qəbul edildiyi dair mötəbər sübutların mövcudluğunu hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Bununla da məhkəmə iş üzrə əhəmiyyətli olan faktiki halların müəyyən edilməsi, sübutların tam, hərtərəfli və qərəzsiz qiymətləndirilməsi və mübahisənin düzgün hüquqi həllinə yönəlmiş araşdırma aparmaq vəzifəsini yerinə yetirməmiş, nəticədə İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur.” Kollegiya işin obyektiv həlli baxımından iddiaçının iddia ərizəsində xidmət etdiyini iddia etdiyi iddia ərizəsində göstərilmiş, o cümlədən iddia ərizəsinə qoşma olaraq əlavə edilmiş arayışlar və akt ilə bağlı hərbi hissələrə (342, 930, N nömrəli hərbi hissələr), işlədiyi idarəyə onun 44 günlük Vətən müharibəsində xidməti ilə bağlı müvafiq sorğular ünvanlamış, o cümlədən Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarındakı göstərişlər nəzərə alınmaqla araşdırma aparmış, X3 Sistemlərinin İstismarı İdarəsinin ##.##.2020-ci il tarixli 22 k nömrəli və ##.##.2021-ci il tarixli **k nömrəli əmrləri ilə bağlı 2020-2021-ci illər üzrə əmrlərin qeydiyyatı kitabı tələb edilərək, onlara baxış keçirilmişdir. Aparılmış araşdırma nəticəsində qeyd edilən hərbi hissələr tərəfindən məhkəmə sorğularına verilmiş cavablar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 342, 930, N nömrəli hərbi hissələrə ezam olunması barədə ezamiyyə vərəqələri tərtib edilməmiş, onuna adı qeyd edilən hərbi hissələrin nizami hissə üzrə əmrlərində keçmir, hər hansı bir hərbi hissədə qeydiyyata düşməsi, 44 günlük Vətən müharibəsi zamanı hər hansı işin görüb-görməməsi barədə məlumatlar və onları təsdiq edən sənədlər yoxdur. X3 Sistemlərinin İstismarı İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “İddiaçı 44 günlük müharibədə iştirakına dair X5 İdarəsinin əmrlərin qeydiyyatı kitabında ## ####### 2020-ci il tarixli **k nömrəli əmrlə N saylı hərbi hissəyə idarə etdiyi mexanizmlə birlikdə kömək məqsədilə göndərilməsi və ## ###### 2021-ci il tarixli **k nömrəli əmrlə öz işlərinə başlamaları haqqında əmr imzalanmışdır. İddiaçı 44 günlük müharibə zamanı cəbhəyə ezam olunması ilə bağlı əmr imzalanmamış və ezamiyyə vərəqi tərtib edilməmişdir.” X3 Sistemlərinin İstismarı İdarəsinin iddiaçı barəsində ## ####### 2020-ci il tarixli **k nömrəli əmrlə N saylı hərbi hissəyə idarə etdiyi mexanizmlə birlikdə kömək məqsədilə göndərilməsi və ## ###### 2021-ci il tarixli **k nömrəli əmrlə öz işlərinə başlamaları haqqında əmrləri olsada, onun barəsində ezamiyyə vərəqi tərtib edilməmiş, ümumiyyətlə iddiaçının getməsini iddia etdiyi hərbi hissə tərəfindən qəbul edilməsinə dair möhtəbər sübut yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə imperativ şəkildə qoyulmuş tələb ondan ibarətdir ki, şəxsin döyüş zonasında aktiv döyüş əməliyyatlarına iştirakı və ya döyüş tapşırığı ilə bağlı hallar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edildikdə ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müvafiq ezamiyyə sənədləri olmadan Cavabdeh N nömrəli hərbi hissənin ##.##.2021-ci il tarixli *** nömrəli məktubunda, habelə Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin ##.##.2021-ci il tarixli ** nömrəli arayışında iddiaçının ##.##.2020-##.##.2020-ci il tarixlərində “Vətən müharibəsi” zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində müvafiq hərbi hissələrin bölmələrində mühəndis istehkam işlərinin görülməsində, o cümlədən səfərbərlikdən verilmiş ekskavatorla mühəndis işlərinin icrasında yaxından köməklik göstərməsinin qeyd edilməsi özü-özlüyündə iddiaçıya “müharibə veteranı” statusunun verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi əsasların mövcudluğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz və hazırkı mübahisə üzrə iddianın təmin edilməsinin əsası kimi çıxış edə bilməz. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona “Müharibə veteranı” adının verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Bu baxımdan iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.