Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-144/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı Mürsəl oğlunun iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı Mürsəl oğlunun cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı torpaq sahəsinin koordinat nöqtələrinin dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı Mürsəl oğlu cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin koordinat nöqtələrinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə üçüncü şəxs1 və üçüncü şəxs2 üçüncü şəxs qismində icraata cəlb edilmişlər. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, 100 manat ekspertiza tədqiqatının dəyərinin iddiaçı İddiaçı Mürsəl oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X13, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN 1700326621, Hesab № AZ**CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən faktiki vəziyyətdə iddia edilən 0,72 ha torpaq sahəsinin 0,12 ha hissəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən üçüncü şəxs1 mülkiyyətində olan 0,36 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, qalan 0.60 ha hissəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən X7 və ailə üzvlərinin mükiyyətlərində olan 0.60 ha torpaq sahələrin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Iddiaçının iddia etdiyi torpaq sahəsi üzrə hüquqi marağının olduğu müəyyən edilir. Halbuki sənəd üzrə torpaq sahəsinin başqa ərazidə yerləşməsi müəyyən edilir. Gələcəkdə iddiaçı sənəd üzrə torpaq sahəsinə hüquqlarının qeydə alınması barədə müvafiq inzibati orqana müraciət etmək hüququ vardır. Iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları qeydə alındığından və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1995-ci ildə ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Separadi kəndində 1,21 ha torpaq sahəsini çəltik əkini üçün icarəyə götürmüşlər. Həmin torpaq sahəsindən bugünkü günə kimi öz mülkiyyəti kimi istifadə etmişlər, yəni həmin torpaq sahəsininin əziyyətlə abadlaşdırıb, orada çəltik əkmişdir. Buna baxmayaraq həmin torpaq sahəsi o zaman kənddə islahat aparılarkən kəndin bir neçə sakininə və eyni zamanda cavabdehlərə pay torpaq sahəsi kimi verilmişdir. Həmin vaxtlar istifadə etdiyi həmin torpaq sahəsinin ona verilməsi barədə Separadi kənd islahat komissiyasına və digər aidiyyəti qurumlara müraciət etmiş, Separadi kənd islahat komissiyası da onun sözügedən torpaq sahəsini 1995-ci ildə çəltik əkini üçün icarəyə götürməyini, yüksək zəhmət və külli miqdarda vəsait hesabına icarəyə götürdüyü torpaq sahəsinin bicar üçün hazırlamağını və s. nəzərə alaraq həmin torpaq sahəsinin verilməsini qərara almışdır. Yəni onunla maraqlı şəxslər və bir neçə kənd sakinlərinin torpaq sahələrinin yerlərinin əvəzlənməsi qərara alınmışdır. Bu barədə ## ### 2000-ci il tarixində Separadi kənd islahat komissiyasının sədri, torpaq sahəsinin nümayəndəsi və onun iştirakı ilə akt tərtib edilmişdir. Həmin vaxtdan da sözügedən torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edir. Bundan əlavə Lənkəran rayonu, Separadi kəndi ərazisində 0,72 hektar torpaq sahəsi Lənkəran rayonu Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə JN:273 Kod ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinə dair dövlət aktında torpaq sahəsinin cizgi planı da verilmişdir. Sözügedən torpaq sahəsi indiki vaxta kimi onun və ailə üzvlərinin istifadəsindədir. Lakin yuxarıda qeyd etdiyi kimi 1995-ci ildən çəltik əkini üçün icarəyə götürdüyü və bu günkü günə kimi öz mülkiyyəti kimi istifadə etdiyi həmin torpaq sahəsi onun istifadəsində olmasına baxmayaraq sonradan iş üzrə maraqlı şəxslər üçüncü şəxs2 Eyvazalı oğlu torpaq sahəsinin 0.60 hissəsini özünün və ailə üzvlərinin adına dövlət qeydiyyatına aldırmışdır. Maraqlı şəxslərin adına verilmiş çıxarışa əlavə edilmiş cizgi planında qeyd edilmiş torpaq sahəsinin koordinatları 1995-ci ildən icarəyə götürüb, istifadə etdiyi torpaq sahəsinin kordinatları üst-üstə düşür. Maraqlı şəxslərin adına verilmiş çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və sxemində qeyd edilmiş koordinat nöqtələri dəyişdirilməlidir. Bununla əlaqədar dəfələrlə yazılı və şifahi formada Cavabdehn ** saylı Ərazi Idarəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdehin etiraz dəlilləri ondan ibarətdir ki, barəsində qeyd olunan ilkin hüquqmüəyyənedici sənəd üzrə aparılan ekspertizanın, habelə həmin əmlaka dair arxiv və baza məlumatlarının aidiyyəti hissədə araşdırılmasının nəticəsi olaraq məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd üzrə göstərilən konfiqurasiya ilə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq (Dövlət Aktı üzrə göstərilən yer faktiki vəziyyətə uyğun deyildir) mövcuddur. Belə ki, gələcəkdə Lənkəran rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra hazırki sərəncamda və iddia ərizəsində göstərilənlərlə əlaqədar yaranmış bu və ya buna oxşar uyğunsuzluqlara (sənəd üzrə məlumatlarla yeni elektron uçot xəritə məlumatları arasında yaranmış uyğunsuzluqlara münasibətdə) qanunamüvafiq qaydada baxılacaqdır. Hal-hazırda Lənkəran rayonu ərazisində çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsi olaraq torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair ayrı- ayrılıqda hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək mövcud uyğusuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş, işin halları tam və hərtərəfli araşdırılmamışdır. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında şikayətin dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Iş materiallarına əlavə edilmiş: -JN-272 KOD ******** nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarına əsasən 0.36 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X8 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -JN-273 KOD ******** nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarına əsasən 0.72 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini İddiaçı Mürsəl oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -JN-283 KOD ******** nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarına əsasən 0.60 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini üçüncü şəxs2 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -JN-284 KOD ******** nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarına əsasən 0.36 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X5 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında xxxx tərəfindən verilmiş 25.01 2o18-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0,60 hektar torpaq sahəsi üçüncü şəxs2 adına xxxxndə *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında xxxx tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0,72 hektar torpaq sahəsi X1 adına xxxxndə *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında xxxx tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0,36 hektar torpaq sahəsi üçüncü şəxs1 adına xxxxndə *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında xxxx tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0,3585 hektar torpaq sahəsi X2 adına xxxxndə *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*- **/*-***/**** nömrəli mütəxəssis rəyinə əsasən araşdırma zamanı torpaq islahatı zamanı Lənkəran rayon Agrar Islahat Komissiyasının ##.##.1996-cı il tarixli ** saylı Qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən JN- 273 (KOD 80220018) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında İddiaçı Mürsəl oğlunun və ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu, Separadi kəndi ərazisində 0,72 ha pay torpaq sahasının verilməsi müəyyən olunmuşdur. Qeyd olunan 0.72 ha torpaq sahəsinə dair xxxxndən ##.##.2018-ci tarixli 2218002312, ********** qeydiyyat nömrəli müvafiq çıxarış və ##.##.2018-ci il tarixi ************ reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Araşdırma zamanı İddiaçı Mürsəl oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,72 ha torpaq sahəsinin həmin JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinə əsasən yerləşmə yerinin torpaq islahatına Kompleks yerquruluşu layihəsinə əsasən yerləşmə yerinə uyğun olmaması (orta hesabla 700 m məsafə fərqi ilə) müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı naqlında xxxxndən ##.##.2018-ci il tarixli 2218002312 ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) va ##.##.2018-ci il tarixli ************ reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Mürsəl oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı həmin ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının faktiki vəziyyətdə iddia dilan torpaq sahasının koordinatlarına uyğun olmaması (orta hesabla 700 m məsafə fərqi ilə müəyyən olunmuşdur. Faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin yerləşmə yerinin JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədinə əsasən yerləşmə yerinə uyğun olması müəyyən olunmuşdur. Təkrar araşdırma zamanı sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xxxxndən ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin həmin torpaq sahəsinin JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədindəki yerləşmə yerinə uyğün deyil torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə uyğun işlənilməsi müəyyən olunmuşdur. X6 və ailə üzvlərinin mülkiyyətlərində olan sözügedən 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Torpaqların elektron kadastr uçotu” informasiya sistemində ümumi sahə ölçüsü saxlanılmaqla iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsindən fərqli yerdə öz əksini tapması müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tarafindan faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının həmin torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan koordinatlarına da uyğun olmaması müəyyən olunmuşdur. X3 iddia etdiyi torpaq sahəsinin faktiki vəziyyətdə digər şəxslərin (üçüncü şəxs2 Eyvazəlı oğlu və üçüncü şəxs1) istifadəsində olması, 0,72 ha torpaq sahəsinin 0,12 ha hissəsinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-*** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt əsasında) və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən üçüncü şəxs1 mülkiyyətində olan 0,36 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçıya və ailə üzvlərinə AIK-nın müvafiq qərarı əsasında verilmiş torpaq sahəsinə dair Dövlət aktı ilkin torpaqayırma sənədlərinə uyğun işlənməsə də, sonradan sahə dövlət reyestrində qeydə alınarkən koordinatları Dövlət Aktına deyil, ilkin torpaqayırma sənədlərinə uyğun işlənmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı yalnız ona ilkin torpaqayırma sənədləri ilə müəyyən edilmiş sahəyə hüquqludur və ona verilmiş çıxarışda da koordinatlar məhz həmin sənədlərə uyğun işlənmişdir. Həmçinin qeyd olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətində olan sahə ilə üst-üstə düşdüyündən və mülkiyyət hüququna dair sənədlər qüvvədə olduğundan hazırki tələbə mahiyyəti üzrə baxılması mümkünlük şərtlərinə cavab vermir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-144/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-144/2026
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver