Məhkəmə qərarları › İş №2-1(3-9)-145/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-145/2026

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-145/2026 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərini və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarının 3-cü bəndinə əsasən ##.##.2002-ci il tarixdən bərpa olunduğu ##.##.2016-cı il tarixədək və ##.##.2016-cı il tarixdən vəzifədən azad edildiyi ##.##.2018-ci il tarixədək dövrün fasiləsiz xidmət illərinə hesablanaraq təminat xərclərinə uyğun yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “## ######## 2002-ci ildən orqana bərpa olunduğu ## #### 2018-ci ilə qədərki dövrün fasiləsiz xidmət illərinə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərini və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli * nömrəli qərarının 3-cü bəndinə əsasən ##.##.2002-ci il tarixdən bərpa olunduğu ##.##.2016-cı il tarixədək və ##.##.2016-cı il tarixdən vəzifədən azad edildiyi ##.##.2018-ci il tarixədək dövrün fasiləsiz xidmət illərinə hesablanaraq təminat xərclərinə uyğun yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə nəzər yetirilən zaman ##.##.1991-ci il tarixindən ##.##.2002-ci il tarixə kimi Dövlət Gömrük Komitəsində xidmət etdiyi və xidmətinə xitam verildiyi müəyyən edilir. Eləcə də ##.##.2005-ci il tarixindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı bir sıra digər qurumlarda işlədikdən sonra ##.##.2016-cı il tarixli əmrlə “Azərterminalkompleks” X6 X5 Xidmətində bağban vəzifəsinə təyin edilmiş və ##.##.2018-ci il tarixli, ***/***Ş nömrəli əmrə əsasən tutduğu bağban vəzifəsindən azad edilərək “Azərterminalkompleks” X6 X5 Xidmətinin Komendatı vəzifəsinə keçirilmişdir. ##.##.2018-ci il tarixli əmrlə isə tutduğu vəzifədən azad edilərək Cənub Ərazi Baş Gömrük Idarəsi Inzibati Idarəetmənin təşkili şöbəsinin komendantı vəzifəsinə keçirilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2023-cü il tarixli, ****/***Ş nömrəli əmrinə əsasən İddiaçı (Cənub Ərazi Baş Gömrük Idarəsi Inzibati Idarəetmənin təşkili şöbəsi, Komendant, R) xidmətdə olmanın son yaş həddinə görə ##.##.2023-cü il tarixdən xidmətinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının xidmətdən ##.##.2002-ci il tarixdə xidmətdən azad olunduqdan sonra onun xidmətə bərpa olunması halı, həmçinin xidmətdən azad olunmasını mübahisləndirməsi və ya yekun bərpası barədə məhkəmə aktı müəyyən edilməmiş, 2016-cı ildə isə xüsusi rütbəli və ya vəzifəli şəxs kimi deyil, mülki şəxs kimi bağban vəzifəsinə təyin edilmişdir. Həmçinin xidmətdən azad olması və yenidən xidmətə qəbul edilməsi arasındakı fərq iki ildən artıq olduğu müəyyən edilir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.1991-ci il tarixdən ##.##.2002-ci il tarixədək Dövlət Gömrük Komitəsində xidmət etmiş, ##.##.2002-ci il tarixdə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. On bir il üç ay gömrük orqanlarında, 2 il hərbi xidmət, 2 il 10 ay DIN-dəki xidməti üst-üstə gəldikdə 16 il 4 ay stajla pensiya almaq hüququ yarandığını nəzərə alaraq 2002-ci ilin oktyabr ayından pensiya təyin olunması üçün Dövlət Gömrük Komitəsinə müraciətlər etmişdir. Dövlət Gömrük Komitəsi həmin dövrdə pensiya işləri ilə məşğul olan şöbəsinin olmdığını əsas götürərək pensiyanın təyin olunmasını gecikdirmişdir. 2005-ci ilin iyul ayında Dövlət Gömrük Komitəsində Pensiya şöbəsi yaranmış, 2005-ci ilin oktyabr ayının 4-dən ona xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq, ## ###### 2007-ci il tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyinə görə Dövlət Gömrük Komitəsi, Komitə üzrə * saylı pensiya işini və ona dair məlumat vərəqəsini Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilmişdir. Ilk dəfə onda pensiya almaq hüququ 29 sentiyabr 2002-ci ildə yaranmışdır. “Hərbi Qulluqçuların Pensiya Təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 49-cu maddəsində deyilir: Maddə

49. Keçmiş müddət üçün pensiyaların ödənilməsi. Hərbi qulluqçulara, onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət etdiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanın təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. 2002-ci il sentyabr ayının 29dan, 2005-ci il sentyabr ayının 29-dək olan 3 il keçmiş müddət üçün almadığı pensiya məbləğlərinin ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sərəncama münasibət barədə etirazla bildirmişdir ki, iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra - Komitə) qarşı iddia ərizəsi ilə Şirvan inzibati Məhkəməsinə müraciət edərək ##.##.2002-ci il tarixdən gömrük orqanında xidmətə bərpa olunduğu ##.##.2018-ci il tarixədək olan dövrün fasiləsiz xidmət itlərinə hesablanması öhdəliyin Komitənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsində 1991-ci ilin iyun ayından 2002-ci ilin sentyabr ayınadək gömrük orqanlarında xidmət etdiyi qeyd olunmuşdur. ##.##.2001-ci il tarixdən 1 il 3 ay müddətinə Komitənin sərəncamında olmuş və sonradan gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Qanunsuz işdən çıxarılmağı ilə əlaqədar bir sıra orqanlara müraciətindən sonra 2018-ci ilin mart ayının 15-də (61 yaşında) gömrük orqanlarında xidmətə bərpa olunaraq R xüsusi rütbəsi ilə Komitənin Cənub Ərazi Baş Gömrük idarəsinin komendantı vəzifəsinə təyin edilmişdir. ##.##.2023-cü il tarixdə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən xidmətinə xitam verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbinin təmin edilməməsi, barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci bəndinə əsasən gömrük orqanlarından xidmətinə xitam verilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, gömrük orqanlarında əvvəl xidmət etdiyi müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6.1-ci maddəsinə əsasən hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilir. Işin mübahisəsiz hallarından görünür ki, iddiaçı ##.##.1991-ci il tarixdən ##.##.2002-ci il tarixədək görünür ki, orqanında xidmət etmiş və gömrük orqanlarında xidmətinə xitam verildikdən sonra iddiaçıya (yaşa görə) pensiyası təyin edilmişdir. Işdə olan Komitənin ##.##.2018-ci il tarixli ***/***Ş nömrəli və ##.##.2023-cü il tarixdən ****/***Ş nömrəli əmrlərdən müəyyən edilir ki, iddiaçının gömrük orqanlarında xidmətə yenidən qəbul edildikdən sonrakı xidmət illəri 5 il 1 ay 17 gün təşkil edir. Belə olan təqdirdə ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan müddətin iddiaçının fasiləsiz xidmət illərinə daxil edilməsi və iddiaçının barəsində yeni məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi qanunvericiliklə mümkün deyildir. Azərbaycan Respublikası IPM-nin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası IPM-nin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası IPM-nin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası IPM-nin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Azərbaycan Respublikası IPM-nin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının mülahizəsində qeyd edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən ##.##.2005-ci il tarixindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq 01.01,2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş iddiaçıya dair məlumat vərəqinə əsasən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1156,10 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxıla bilər. Məhkəmə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd olunanları nəzərə almağı xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

Prosessual məsələlər:

Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Əsaslandırma:

Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarında olan “Azərterminalkompleks” Birliyinin ##.##.2018-ci il tarixli, ***/***Ş nömrəli əmrinin surətindən görünür ki, İddiaçı (“Azərterminalkompleks” X6 X5 Xidməti, bağban) tutduğu vəzifədən azad edilərək “Azərterminalkompleks” X6 X5 Xidmətinin Komendatı vəzifəsinə keçirilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2023-cü il tarixli, ****/***Ş nömrəli əmrinin surətindən görünür ki, İddiaçı (Cənub Ərazi Baş Gömrük Idarəsi Inzibati Idarəetmənin təşkili şöbəsi, Komendant, R) xidmətdə olmanın son yaş həddinə görə ##.##.2023-cü il tarixən xidmətinə xitam verilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-*/*-S-******/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən # ####### 2005ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq # ###### 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş sizə dair məlumat vərəqinə əsasən əmək pensiyanız həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 1156,10 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildirikik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərciiyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərciiyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən, əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxıla bilər. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı ünvanladığı ##.##.2024-cü il tarixli, *-**/*-S-******/*-**/**** nömrəli məktubundan görünür ki, ##.##.1991-ci il tarixindən ##.##.2002-ci il tarixinədək Dövlət Gömrük Komitəsində xidmət etmiş və gömrük orqanlarında xidmətinə xitam verildikdən sonra ##.##.2007-ci il tarixində barəsində məlumat vərəqəsi tərtib edilərək aidiyyəti üzrə göndərilmiş və ##.##.2005-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. ##.##.2018-ci il tarixində gömrük orqanlarında xidmətə qəbul edilmiş və ##.##.2023-cü il tarixdə xidmətdə olmanın son yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinizə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6.1-ci maddəsinə əsasən hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilir. Yuxarıda qeyd olunanlara əsasən gömrük orqanlarında xidmətə yenidən qəbul edildikdən sonrakı xidmət illərinin 5 il 1 ay 17 gün təşkil etdiyindən barəsində yeni məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi qanunvericiliklə mümkün deyildir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 7.1. dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.

9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. 17.1. Ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidnə hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.6.1-ci maddəsinə əsasən hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında # ###### 2006-cı il tarixli, ** nömrəli Qərarına əsasən Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə, gömrük orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müəyyən edir. Həmin Qanunun 2-ci bəndinə əsasən Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir: - gömrük orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti; - gömrük orqanlarından xidmətinə xitam verilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, gömrük orqanlarında əvvəl xidmət etdiyi müddət; Həmin Qanunun 3-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gömrük orqanlarında xidmətdən xaric olunmuş, sonradan isə məhkəmənin və Dövlət Gömrük Komitəsinin qərarı əsasında xidmətə bərpa edilmiş vəzifəli şəxslərin xaric olunduqları gündən xidmətə bərpa olunma haqqında əmrin verildiyi günədək olan gömrük orqanlarında xidmət etmədikləri müddət xidmət illərinə daxil edilir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə # ###### 1999-cu il tarixli, ***-IQ saylı Azərbaycan Respublikasinin Qanununun 127-ci maddəsinə əsasən Gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. Həmin Qanunun 128-ci maddəsinə əsasən Gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Həmin Qanunun 130-cu maddəsinə əsasən xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 127-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. 128-ci bəndinə əsasən gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. 130-cu bəndinə əsasən xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrükorqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. Iş materiallarından görünür ki, iddiaçı ##.##.1991-ci il tarixindən ##.##.2002-ci il tarixə kimi Dövlət Gömrük Komitəsində xidmət etmiş və ##.##.2005-ci il tarixindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı bir sıra digər qurumlarda işlədikdən sonra ##.##.2016-cı il tarixli əmrlə “Azərterminalkompleks” X6 X5 Xidmətində bağban vəzifəsinə təyin edilmiş və ##.##.2018-ci il tarixli, ***/***Ş nömrəli əmrə əsasən tutduğu bağban vəzifəsindən azad edilərək “Azərterminalkompleks” X6 X5 Xidmətinin Komendatı vəzifəsinə keçirilmişdir. ##.##.2018-ci il tarixli əmrlə isə tutduğu vəzifədən azad edilərək Cənub Ərazi Baş Gömrük Idarəsi Inzibati Idarəetmənin təşkili şöbəsinin komendantı vəzifəsinə keçirilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2023-cü il tarixli, ****/***Ş nömrəli əmrinə əsasən İddiaçı (Cənub Ərazi Baş Gömrük Idarəsi Inzibati Idarəetmənin təşkili şöbəsi, Komendant, R) xidmətdə olmanın son yaş həddinə görə ##.##.2023-cü il tarixdən xidmətinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının ##.##.2002-ci il tarixdə xidmətdən azad olunduqdan sonra onun xidmətə bərpa olunması halı, həmiçinin xidmətdən azad olunmasını mübahisləndirməsi və ya yekun bərpası barədə məhkəmə aktı müəyyən edilməmiş, 2016-cı ildə isə xüsusi rütbəli və ya vəzifəli şəxs kimi deyil, mülki şəxs kimi bağban vəzifəsinə təyin edilmişdir. Həmçinin xidmətdən azad olması və yenidən xidmətə qəbul edilməsi arasındakı fərq iki ildən artıq olduğu müəyyən edilir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının ##.##.2002-ci il tarixdə xidmətdən azad olunduqdan sonra onun xidmətə bərpa olunması halı, həmiçinin xidmətdən azad olunmasını mübahisləndirməsi və ya yekun bərpası barədə məhkəmə aktı müəyyən edilməmiş, 2016-cı ildə isə xüsusi rütbəli və ya vəzifəli şəxs kimi deyil, mülki şəxs kimi bağban vəzifəsinə təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar