Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-147/2026 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı “Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs Mirzəyeva Zübeydə İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs Mirzəyeva Zübeydə İsmayıl qızı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərardadı ilə Mirzəyeva Zübeydə İsmayıl qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı (hakim Pərvanə Qurbanova) ilə iddianın təmin edilməsi, Astara Rayon Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı və ## ###### 2007-ci il tarixli “Torpaqların alğı-satqısına dair akt” əsasında ünvan 1) ünvanında fərdi yaşayış evi tikmək məqsədilə X2 mülkiyyətinə verilmiş ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçı X1 mərhum həyat yoldaşı X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı X1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X6, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ01360100000000003944 SWIFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN 1700326621, Hesab № AZ**CTRE********************) köçürülməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs Mirzəyeva Zübeydə İsmayıl qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Həmçinin, məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı Mirzəyeva Zübeydə İsmayıl qızının zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissədə ləğv edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 90.2. apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların məcmusunun təhlili onu göstərir ki, icraatın bütün iştirakçıları kimi üçüncü şəxsə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün qəbul edilmiş məhkəmə qərarı ilə onun tələblərinin təmin olunmaması, həmçinin qanunla qorunan hüquq və maraqlarına təsir halı baş verməlidir. Hazırki iş üzrə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mərhum ərinə Astara Rayon Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolundan çıxarış və ## ###### 2007-ci il tarixli “Torpaqların alğı-satqısına dair” aktı ilə ayrılmış torpaq sahəsi hər hansı hüquq müəyyənedici sənəd olmadan üçüncü şəxs Mirzəyeva Zübeydə İsmayıl qızı tərəfindən istifadə edilir. Mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X2 məxsus olması haqqında arayışın verilməsi nəticəsində qanunla qorunan maraqlarına toxunması halını sübut etmək üçün üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinə dair hər hansı bir hüququn olması ilə bağlı sübut təqdim edilməli və yaxud bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməli idi. Torpaq sahəsinin zəbt edilməsi və istifadə edilməsi isə hüquqi əsas sayılmır və bu, mülkiyyət və ya istifadəyə dair hüququn yaranması üçün yetərli deyil. Bu baxımdan birinci instansiya məhkəməsi Mirzəyeva Zübeydə İsmayıl qızını üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən Mirzəyeva Zübeydə İsmayıl qızının birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, hazırki iş üzrə Mirzəyeva Zübeydə İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina üçün əsaslar mövcud olduğundan apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından Mirzəyeva Zübeydə İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Mirzəyeva Zübeydə İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-9)-147/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-147/2026
02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver