Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-149/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “##.##.2011-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin oluğu kimi saxlanılmasını, iddia tələbinə “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının 52 yaşından əmək haqqına əsasən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə, iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının 52 yaşından əmək haqqına əsasən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin oluğu kimi saxlanılmasını, iddia tələbinə “2011-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “##.##.2011-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Şahəli Musayev) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından və ##.##.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı İddiaçı iddiası təmin edilməli, ##.##.2011-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona 2016-cı ilin fevral ayından “Əmək Pensiyaları haqqında”Azərbaycan Respublikası qanununun 9.8 maddəsinin tələblərinə uyğun olaraq pensiya təyin eilmişdir. Pensiya təyin edilərkən onun 1997-ci ilə kimi olan əmək stajını 20 ildən çox olması (hərbi xidmətlə birlikdə) nəzərə alınmamış pensiyası əmək haqqının 85 % miqdarında hesablanmışdır. 2022-ci ildə sentyabr ayında müraciət etdikdən sonra iddiaçıya 1 ay artırma pensiya verib sonra yenə dayandırmışdırlar. Iddiaçı pensiya hüququnun bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən etiraz təqdim edilərək göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının inzibati Prosessual Məcəələsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etiraz təqdim etmişlər. Iddiaçı İddiaçı müxtəlif tarixlərdə ərizə ilə cavabdeh orqana müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sözügedən məktubların hər biri Mərkəzi Filial tərəfindən cavablandırılmışdır. Sonuncu, yəni ## ###### 2024-cü il tarixli müraciətə uyğun olaraq iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli, *- **-*/*-H-******/**** nömrəli məktubda güzəştli iş stajının qanunvericilikdə tələb olunan stajdan (10 il) az olduğu üçün güzəştli şərtlərlə yasa görə emək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. ## ###### 2017-ci il tarixdə Fondun Masallı rayon şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.8-ci maddəsinə asasən güzaştli şərtlərlə yaşa görə amək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı ## ###### 2016-cı il tarixdən hesablanmışdır. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindan asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yаşа görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı amək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajindan asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək staji olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qararı ilə təsdiq olunmuş * №-li Siyahı üzrə müəyyən edilmiş xüsusilə zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin və həmin maddənin "a" bəndinə uyğun olaraq güzəstli şərtlərlə yaşa göra əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı # ###### 2006-cı il tarixədək * №-li Siyahı üzrə güzəştli iş stajı 10 ildən az (4 il 5 ay 14 gün (##.##.1990-##.##.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Məhz buna görə də iddiaçıya qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yasa görə amək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: Iddiaçı məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: - Iddiaçıya məxsus AA seriyalı 4224299 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı ##.##.1959-cu ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli, *-**-*/*- H-****/*/**** nömrəli məktubdan görünür ki, # ###### 2016-c il tarixində Fondun Masallı rayon şöbəsi tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respubilikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ərizədə qeyd edilən əmək pensiyasının "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən "bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir". Göründüyü kimi, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq iddiaçı güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli, *********** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ## ######## 2022- ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizə # ###### 2016-cı il tarixindən Fondun Masallı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar həmin maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (##.##.2022-ci il tarixinə kişilər 65 yaş) arasındakı sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraqaq, işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 27106,35 manat sığorta kapitalına görə ##.##.2022-ci il tarixində "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddənin ikinci cümləsinin tələblərinə uyğun qaydada (27106,35:95 ay (65 yaş - 63 il 1 ay =23 ay+(144 ay - 72 ay)=285,33 manat) əmək pensiyası yenidən hesablanaraq 460,66 manatdan 745,99 (460,66+285,33) manata artırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanununun" (qüvvəyə mindiyi tarix ## #### 2022-ci il) 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında" Qanunun 45ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 2.2-ci maddəsinin tələblərinə əsasən həmin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidənhesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək peniyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*- H-******/**** nömrəli məktubdan görünür ki, ## ###### 2017-ci il tarixində Fondun Masallı rayon şöbəsi tərəfindən “Əmək pensiyalarI haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş va pensiyа hüququnun yarandığı # ###### 2016-cı il tarixindən hesablanmışdır. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa qorə amək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmıs kışilərın həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə amək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li Siyahı üzrə müəyyən edilmiş xüsusilə zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin və həmin maddənin "a" bəndinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara asasən, # ###### 2006-cı il tarixinədək * №li Siyahı üzrə güzəştli iş stajı 10 ildən az (4 il 5 ay 14 gün (##.##.1990-##.##.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizədə göstərilən asaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - SOCAR-ın “Azneft” IB “28 May” NQÇI-nin ##.##.2025-ci il tarixli, **-*-*-*/*-***/**** nömrəli məktubundan görünür ki, məlumat üçün bildirilir ki, "28 May” NQÇI-nin sabiq əməkdaşı İddiaçı ##.##.1990-cı il tarixdən ##.##.2005-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı qərarı ilə təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmuş müvafiq peşələrə uyğun olaraq Lay təzyiqinin saxlanması sahəsində lay təzyiqinin saxlanması üzrə operator (04 il 05 ay 15 gün) və təmirçi çilingər (10 il 01 ay 00 gün) peşələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı qərarındakı istehsalatın, peşə və vəzifələrin * saylı siyahısının X bölməsinə, 2a yarımbölməsinə əsasən (1100000а – 15868 lay təzyiqinin saxlanması üzrə operator, 1100000a - 18559 Təmirçi çilingər) "28 May" NQÇI-də güzəştli şərtlərlə iş staji 14 il 06 ay 15 gün təşkil edir. İddiaçı işlədiyi dövürdə "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Işçilərinə Xüsusi Geyim və X2 X6" (BAKI - 2009) normalarına uyğun olaraq xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşdur. Əlavə olaraq bildirilir ki, İddiaçı ##.##.2005-ci il tarixdən ##.##.2024-cü il tarixədək (18 il 11 ay 27 gün) həmin sexdə nasos qurğularının maşinisti peşəsində çalışmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # ###### 2024-cü il tarixli qərarına əsasən "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilərək nasos qurğularının maşinistləri peşəsi siyahıya daxil edilmişdir. - “Azneft” IB “28 May” NQÇI-nin *-**-*/*-******/**** nömrəli, ##.##.2025-ci tarixli məktubununun surətindən görünür ki, İddiaçı Fondun keçmiş Masallı rayon şöbəsi tərəfindən 57 yaşının tamamlandığı ##.##.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı pensiya işinə dair sənədlərinə əlavə olunmuş tərəfindən ona dair verilmiş # ###### 2017-ci il tarixli **/** nömrəli arayışda adıçəkilən şəxsin ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində Lay təzyiqinin saxlanması sahəsində işlədiyi təmirçi çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü tarixli *** saylı Qərarı ilə təsdiq olunmuş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı"nın Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (X), Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsinin (2), fəhlələr bəndində (a) 2130200a-18559 kod üzrə nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər vəzifəsinə uyğun olduğu göstərilib. Həmçinin İddiaçı "52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar, Şirvan Inzibati Məhkəməsi tərəfindən göndərilmiş sorğuya cavab olaraq ## ##### 2025-ci il tarixli **-*-*-*/*-***/**** nömrəli məktubunda adıçəkilən şəxsin ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi təmirçi çilingər vəzifəsinin sözügedən Qərar ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı"nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X), Neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsinin (2), fəhlələr bəndində (a) 1100000a-18559 kod üzrə nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsinə aid olduğu göstərilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair Işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulan hansı sahə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, yaranmış zərurətlə əlaqədar İddiaçı ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində dəniz neftçisi olub-olmaması barədə məlumatların mümkün qısa müddətdə Mərkəzi Filiala göndərilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ###### 2025-ci il tarixli, *-**- */*-******/**** nömrəli məktubdan görünür ki, İddiaçı # ###### 2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib (indeksləşdirilərək # ###### 2025-ci il tarixindən 1237,18 manat). Eyni zamanda bildirilmişdir ki, İddiaçı # ###### 2012-ci il tarixindən əmək pensiyası təyin ediləcəyi təqdirdə onun əmək pensiyasının məbləği # ###### 2025-ci il tarixindən 1456,87 manat təşkil edəcək. Apellyasiya icraatı zamanı alınmış “Azneft” IB “28 May” NQÇI-dən ƏƏSMN tabeliyində DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filiala daxil məktubda qeyd edilir ki, İddiaçı “28 May” NQÇIdə çilingər peşəsində işləmişdir. 9 il 8 ay 04 gün iş təcrübəsinə malikdir. “28 May” NQÇI-nin fəaliyyətinin predmeti və əsas məqsədinümayəndə2li, Çilov, Cənub və H.Aslanov yataqlarının (dənizdə) işlənməsi, negtin, qazın, qaz kondensatının hasilatı, hazırlanması və təhvili ilə bağlı istehsalatın qabaqcıl texnika və texnologiyalar əsasında səmərəli təşkil və idarə olunmasından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149) “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, işdə olan sübutlarla cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmaqla iddia tələbinin əsaslılığı sübut olunur. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-149/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-149/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver