Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-15/2026 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Savalanlı Aysel Əbdül qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial ödənişlərin ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3394/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial ödənişlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) xx.xx.2025-ci il tarixli, 2- 1(120)-3394/2025 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Lənkəran Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(049)-49/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra İddiaçı apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(106)-726/2024 saylı qərarına əsasən məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(049)- 49/2024 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən ləğv edilmiş, İddiaçı əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmiş, İddiaçıbarəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o,14 avqust 2023-cü ildən, 30 oktyabr 2024-cü ilə kimi azadlıqdan məhrum olunmuşdur. Barəsində AR CM-nin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 49/2024 14 may 2024-cü il hökmüylə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş tutulmanın əvvəli 14 avqust 2023-cü ildən hesablanmışdır. Həmin qərardan verdiyi apellyasiya şikayəti qismən təmin olunmuşdur. AR CM-nin 221.3-cü maddəsi AR CM-nin 128-ci maddəsinə tövsif edilmiş və barışıq olduğundan AR CM-nin 128-ci maddəsinin məsuliyyətindən azad edilməklə bağlı 30 oktyabr 2024-cü il tarixli qərarla məhkəmə zalında həbsdən azadedilmişdir. Həbsdən azad olunan şəxslərə ödənilən sosial ödənişlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Ona imtina verilərək bəraət aldığını istinad edərək sosial ödəniş qrupuna aid edilmədiyi qeyd edilmişdir. Qeyd edilməlidir ki, o, bəraət almamışdır. 15 ay həbsdə saxlanılmışdır. Hər kəs öz pozulmuş hüquqlarının müdafiə etməkdən ötrü məhkəmə sistemindən istifadə edə bilər. Artıq pozulmuş hüquqlarının bərpasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həbsdən azad olunan şəxslərə verilən sosial ödənişin ona da ödənilməsindən ötrü cavabdeh qarşısında tələb qoyulmasını bununla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-1/2M-68818/2025 nömrəli imtina məktubu ilə müavinətin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (049)-49/2024 nömrəli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmışdır. Daha sonra İddiaçı həmin hökmdən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-726/2024 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin müvafiq hökmü ləğv edilmiş, onun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bilinmiş, zərərçəkımiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində cinayət təqibinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulmasını məhkəmədən xahiş etmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlükazadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər isə qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmçinin Qanunun 14.1 ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.” İstinad olunan normanın müddəaları baxımından iddiaçıya birdəfəlik pul müavinətinin təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: 1. İddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmalıdır; 2. İddiaçı tibbi və sosial yardıma ehtiyacı oları şəxs olmalıdır. Həmin Qanunun 6.1-ci maddəsində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərin siyahısı verilmişdir. Bura daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək, təhsil almalarına şərait yaratmaq və digər tədbirlər aiddir. Qeyd edilən məsələyə münasibətdə bildiririk ki, “cinayət məsuliyyətindən azad edilmiş şəxs” ilə “cəza çəkməkdən azad edilmiş şəxs” anlayışları hüquqi baxımdan fərqli anlayışlardır. Hər iki anlayış Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və həmçinin digər müvafiq qanunvericilik aktlarında ayrıca hallarla tənzimlənir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7 ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında "cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cəzadan azad etmə isə məhkum olunmuş şəxsə cəzanın tətbiq edilməməsini və yaxud cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini nəzərdə tutur. Cinayət məsuliyyətindən azad etmə və cəzadan azad etmə aşağıdakılara görə fərqlənirlər: cinayət mühakimə icraatının mərhələlərinə görə; bu cür qərar qəbul etmək səlahiyyətinə malik olan şəxslərin və orqanların dairəsinə görə. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Cəzadan azad etmə isə yalnız məhkəmə baxışı mərhələsində mümkündür. Cinayət məsuliyyətindən prokurorun razılığı ilə təhqiqatçı və ya müstəntiq, habelə məhkəmə azad edə bilər. Cəzadan azad etmə isə məhkəmənin müstəsna səlahiyyətidir. Beləliklə, cinayət məsuliyyətindən azad etmə dedikdə şəxsin törətdiyi cinayətə görə dövlət adından mühakimə edilməsindən və barəsində ittihamedici hökm çıxarılmaqdan, habelə cəzanın tətbiq edilməsindən imtina etməklə azad edilməsi nəzərdə tutulur. Cinayət məsuliyyətindən azad etmənin cinayət-hüquqi əsasları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində təsbit olunmuşdur. Bu əsaslara görə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda və ya zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda, həmçinin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə cinayət məsuliyyətindən azad edilə bilərlər. Bundan başqa, cəzadan azad etmə dedikdə dövləti təmsil edən səlahiyyətli orqan tərəfindən cinayət törətməkdə təqsirli olan və məhkum edilən şəxsə cəzanın tətbiq edilməməsinə, habelə məhkumun cəzanın qalan hissəsini çəkməkdən azad edilməsinə dair qərarın verilməsi nəzərdə tutulur. Qüvvədə olan cinayət qanunvericiliyində cəzadan azad etmənin aşağıdakı növləri nəzərdə tutulur: cəzadan şərti olaraq yaxından əvvəl azadetmə; cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə; xəstəliyə görə cəzanı çəkməkdən azad etmə; hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar tərəfindən cəzanın çəkilməsinin təxirə salınması; ittiham hökümünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə; amnistiya; əfvetmə. İşin faktiki halları və qanunvericiliyin təhlilindən aydın olur ki, İddiaçı barəsində cəzadan azad etmənin hər hansı növü tətbiq edilməmiş, cinayət məsuliyyətindən azad etmənin əsasları çərçivəsində cinayət təqibinə xitam verilmişdir. Qeyd edilən səbəbdən həmin şəxs “cəza çəkməkdən azad edilmiş” statusuna malik deyil və bu kateqoriyaya aid sosial müavinət və ya adaptasiya tədbirlərindən yararlana bilməz. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik müavinətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı qeyd edilən müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, icraatınızda olan 2-1(120)-3394/2025 nömrəli iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X3 apellyasina şikayətinə etiraz etdiklərini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı ərizə ünvanlayaraq maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - Lənkəran Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(049)-49/2024 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(106)- 726/2024 saylı qərarına əsasən məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(049)-49/2024 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən ləğv edilmiş, İddiaçı əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsinvə o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmiş, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan zərərçəkmiş şəxsə məxsus yaxa hissəsi cırılmış vəziyyətdə olan tünd yaşıl rəngli, qolsuz, kişi yay köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmış, iş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmışdır. - Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-1266/2025 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş, kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum barəsində 30 oktyabr 2024-cü il tarixli 1(106)-726/2024 nömrəli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-M-68818/2025 saylı məktubuna əsasən “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmünə əsasən Lənkəran Rayon Məhkəməsinin 15 05.2024-cü il tarixli hökmü ləğv edilərək bəraət verilmiş, barəsində qəbul edilən həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Qeyd olunanlara əsasən "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqındaAzərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aid edilmir. Bu səbəbdən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-ci maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış məktubundan görünür ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 368 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 4.1.18-ci bəndinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti, şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti təqdim olunmalıdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmağınız barədə məhkəmə hökmünün surətini və cəza çəkməkdən azad edilməniz barədə cəzaçəkmə müəssisəsinin arayışını təqdim etmədiyi üçün cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin edilməsi mümkün olmamışdır. Sözügedən zəruri sənədləri Fondun 1 saylı Lənkəran-Astara regional filialına təqdim etməklə təkrar müraciətiniz əsasında sizin cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinət hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır. - İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Penitensıar xidmətə daxil olmuş elektron müraciətinizə cavab olaraq bildirilir ki, xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazasfnda mövcud olan məlumata əsasən, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü, AR CM-nin 221.3-cü maddəsi, 02 il azadlıqdan məhrum etmə cəzası, cəzanın əvvəli xx.xx.2023-cü il, cəzanın sonu xx.xx.2025-ci il, hərəkətləri; xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olub, xx.xx.2024-cü il tarixdə Umbakı penitensiar müəssisəsinə keçirilib) Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində çıxarılmış hökm ləğv edilmiş, əməli CM-nin 128-ci maddəsinə tövsif olunmuş və həmin Məcəllənin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunaraq, cinayət işi üzrə icraata xitam verildiyindən məhkəmə iclas zalından həbsdən həmin tarixdə azad edilmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. 6.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: - cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq (maddə 6.1.1); - sosial adaptasiya mərkəzləri yaratmaq (maddə 6.1.2); - daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək (maddə 6.1.3); - cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək (maddə 6.1.4); - təhsil almalarına şərait yaratmaq (maddə 6.1.5); - şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək (maddə 6.1.6); - cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək (maddə 6.1.7); - cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək (maddə 6.1.8). 7.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. 7.2-ci maddəsinə görə penitensiar müəssisələrdə sosial adaptasiya məqsədi ilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən qeydiyyata alınırlar. 8.1-ci maddəsinə görə sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin) qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. 9.1-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudliyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. 9.2-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. 14.1-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş tibbi sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında” Əsasnamənin 3.1.58-ci bəndinə görə öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsini təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti əlaqələndirmək Nazirliyin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında” Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.23-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək Fondun vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanm təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı E.Məmmədzadəyə birinci instansiya məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, bu qanuni qüvvəsini almayan məhkəmə aktı olmuşdur. İddiaçı barəsində tam hüquqi nəticə apellyasiya instansiya məhkəməsinin qərarından sonra yaranmışdır ki, həmin məhkəmə aktı ilə İddiaçı əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən İddiaçı zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan cinayət təqibinə xitam verilmişdir. İddiaçıya münasibətdə qəti cəza apelyasiya məhkəməsinin qərarı ilə İddiaçı zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verildiyindən, iddiaçı məhkəmə iclas zalında dərhal həbsdən azad edildiyindən, apellyasiya məhkəməsininqərarında iddiaçının azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilməsi qeyd edilmədiyindən, birinci instansiya məhkəməsinin hökmündən sonra iddiaçının faktiki olaraq cəzaçəkmə müəssisəsində yerləşdirilməsi və apelyasiya instansiyası məhkəməsinin qərarına qədər cəzaçəkmə müəssisəsində saxlanılması “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun anlamında o, qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər kateqoriyasından hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3394/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-15/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-15/2026
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver