Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-154/2026 09.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz müəyyən edilmiş əlillik; qanunsuz əlverişli inzibati aktın ləğvi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “##.##.2024-cü il tarixli *******0002 saylı qərarın ləğv edilməsi və həmin tarixdən birinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçıya ##.##.2007-ci ildə X7: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T80-T88 - Digər rubrikalarda təsnif olunmayan cərrahi və terapevtik müdaxilələrin ağırlaşmaları => T88-..., Diaqnozun mətni: L1-L2-L3 fəqərələrin t12-t11 fəqərə səviyyədə aparılmış lyaminoektom.dan s/v. Hər iki aşağı ətrafların parezi. S1-S2 fəqərə cisimləri səviyyədə onurğa beyinciyi. Çanaq orqanları funk. kəskin pozulması, Meyar: 2.1. birinci dərəcə əlillik => Digər: L1-L2-L3 fəqərələrin t12-t11 fəqərə səviyyədə aparılmış lyaminoektom.dan s/v. Hər iki aşağı ətrafların parezi. S1-S2 fəqərə cisimləri səviyyədə onurğa beyinciy...diqanozu ilə ümumi xəstəlik müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Lerik rayonu, Küsəkəran kənd sakini X3 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, iddiaçının əlillik dərəcəsi saxtadır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. ...Qeyd edilənləri nəzərə alaraq Siz ##.##.2024-cü il tarixdə saat 14:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz.” Agentliyinin Tibbi-sosial ekspert komissiyasının ## ###### 2024-cü il tarixli *-**-*/*-*- ****/**** saylı qərarında qeyd edilmişdir ki, “....Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən müxtəlif tarixlərdə əyani komissiyaya dəvət edilmiş və komissiyada iştirak etmiş, müayinə sənədi tələb edilmiş, ##.##.2024-cü il tarixdə müayinə sənədi təqdim etmiş 7 və bu tarixədək müayinə sənədinin təqdim edilməsi gözlənilmiş lakin təqdim edilməmiş daha 2 nəfər də daxil olmaqla Agentliyin komissiyasında ümumilikdə 9 nəfərin əyani müayinə nəticələri və mövcud sənədləri nəzərə alınmaqla barəsində qərar qəbul edilərək aşağıdakıları müəyyən etmişdir.
8. Lerik rayon sakini ##.##.1963-cü il təvəllüdlü İddiaçı İsmayıl oğlunun (FİN:*******) əlillik vəziyyəti ##.##.2007-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1997-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 2.1=> Digər bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz “L1-L2-L3 fəqərələrin T12-T11 fəqərə səviyyəsində aparılmış lyaminoektomiyadan sonrakı vəziyyət. Hər iki aşağı ətrafların parezi. S1-S2 fəqərə cisimləri səviyyəsində onurğa beyinciyi. Çanaq orqanları funksiyasının kəskin pozulması.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-R-*****/**** nömrəli məktub əsasında ##.##.2024cü il tarixdə əyani müayinəyə dəvət olunmuş üzürlü səbəbdən müayinədə iştirak edə bilməyəcəyini bildirmiş, ##.##.2024-cü il tarixdə təkrar dəvət edilmiş və müayinədə iştirak etmişdir. Müayinə zamanı ümumi zəiflikdən və halsızlıqdan, çanaqda və belində ağrılardan şikayəti olduğunu bildirmiş, bəzi müayinə və müalicə sənədlərini təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında Milli Onkologiya Mərkəzinin ##.##.2021- ##.##.2021-ci il tarixli L*******-Y********* nömrəli epikrizində diaqnoz “Prostat vəzinin xoşxassəli yeni törəməsi”, diaqnoz qeydi “Prostat vəzinin hiperplaziyası”, cərrahi əməliyyatdan sonrakı vəziyyət, yanaşı xəstəliklər “Dəqiqləşdirilməmiş hidrosele. Digər xronik sistit” kimi göstərilmiş, “Tur prostat. Sağtərəfli hidroselektomiya” cərrahi əməliyyatı icra edildiyi qeyd edilmiş, Neyrocərrahlıq Xəstəxanasının ##.##.2004-##.##.2004-ci tarixli **** nömrəli çıxarışında “L1-L2 və S1-S2 fəqərələri nahiyəsində şişin residivi, cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə “L1-L2 və S1-S2 fəqərələri nahiyəsində şişin residivinin xaric edilməsi” cərrahi əməliyyatının icra edildiyi qeyd edilmiş, “Medican Hospital”da ##.##.2024-cü il tarixdə aparılmış onurğa sütununun beloma hissəsinin MR görüntülənməsi müayinəsinin nəticəsi “Th12, L1, L2 fəqərələrinin posterior elementləri postop defektivdir. Bu səviyyələrdə spinal kanalda cauda lifləri dezorqanize görünüşdədir (postop). L3 fəqərə cismi səviyyəsində spinal kanalda intradural sahədə saqital planda ~ 25 (iyirmi beş) x 10 (on) mm ölçüdə T1 izointens, T2 heterogen hiperintens sahə-lezion qeyd edilir. S1-S3 arası səviyyələrdə spinal kanalda yerləşimli, S2 və S3 fəqərə cisimlərində remodelingə səbəb olan, saggital planda ən geniş yerində ~ 74 (yetmiş dörd) x 20 (iyirmi) mm ölçüdə T1 izointens, T2 heterogen hiperintens siqnalda lezion qeyd edilir. Kontrastsız görüntülərdə spinal kanalda qeyd edilən lezionların rezidual-nüks törəmə lezionlrına aid olması inkar edilmir” şəklində qiymətləndirilmişdir. ##.##.2024-cü il tarixdə DTSERA-da həkim-ekspertlər tərəfindən aparılmış əyani müayinə zamanı, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən sol aşağı ətrafın nəzərə çarpan hipotrofiyası, pəncənin sallanması, sol aşağı ətrafda əzələ gücü proksimalda 2-3/5 bal, distal əzələlərdə 0-1/5 bal, stepaj yerişli, sağ aşağı ətrafda əzələ gücü 4/5 bal izlənildiyi, yerişinin köməkçi vasitələrlə hemiparetik olduğu, xəstə sidik kateteri (sidiklə dolu) istifadə etdiyi müəyyən edilmişdir. ##.##.2024-cü il tarixdə komissiyaya Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Urologiya şöbəsinin ##.##.2024-cü il tarixli ******* nömrəli diaqnoz “Sidik kisəsi boynunun obturasiyası” kimi qeyd edilmiş ambulator kitabçadan çıxarış təqdim edilmiş, lakin kateterin daimi olduğu və hansı müddətdən istifadə edildiyi barədə məlumat aşkarlanmamışdır. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2024-cü il tarixdən “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilsin və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilsin.” “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının əyani müayinəsi və tibbi sənədlərinə əsasən ona “L1- L3 və S1-S3 səviyyədə intradural törəmə, Th11-L13 səviyyədə cərrahi əməliyyatdan və şüa terapiyadan sonrakı vəziyyət, sol aşağı ətrafın plegiyası, sağ aşağı ətrafın mötədil parezi, kiçik çanaq orqanlarının ləngimə tipli funksiya pozulması)” diaqnozu qoyulmuş, xəstəliyin şəxsdə hərəkət məhdudluğuna və kənar şəxslərin qulluğuna səbəb olduğu göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Tibbi-sosial ekspertiza komissiyasının ##.##.2024-cü il tarixli *******0002 saylı qərarının ləğv edilməsi və həmin tarixdən birinci dərəcə əlilliyin bərpa edilməsi (orqanizmin funksiyalarının pozulması faizi 81-100%) öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ilin qışında 35 il əvvəl kənd yaxınlığında baş vermiş ağır qəzada sərnişini olduğu avtomobil 25 metrlik uçurumdan dağ çayına yuvarlanmışdır. Avtomobildən çətinliklə sağ çıxsa da ağır xəsarətlər almış, nəticədə onurğasından təcili ağır neyrocərrahi əməliyyat olunmuş və o zamandan bəri uzun müddətdir ki, müalicə alası olmuşdur. Bundan sonra onun sağlamlıq, əmək və sosial vəziyyəti qaçılmaz olaraq, təbii ki, kəskin pisləşmişdir. Sonradan da bu əsasla onun 1991-ci ildən II dərəcəli əlilliyi tanınmışdır. İllər keçdikcə isə cərrahiyyə əməliyyatı etmiş həkimin də əvvəldən də xəbərdarlıq etdiyi kimi səhhətində pisləşmələr yaş keçdikcə artmışdır. Ağrıları dözülməz həddə çatmış, otura-dura bilməmiş, nəticədə 2004-cü ildə yenidən onurğasından təcili neyro əməliyyat olunmuşdur. Bununla qəzadan sonra xəsarət almış və 13 il əvvəl əməliyyat olunmuş nayihələrində artıq xeyli pisləşmələr olduğu təsdiq olunmuş, təcili əməliyyat olunması tövsiyə edilmişdir. Xəstəxanadan verilən ##.##.2004-cü il tarixli çıxarış və diaqnozdan da görünür ki, L-1, L-2, L-3, S-1, S-2 fəqərələrinə dair laminoektomiya sonrakı vəziyyət hər iki ətrafların parezi, S1-S2 fəqərələrdə şişin residivi qeydə alınmışdır. Yeni əməliyyat nəticəsində isə, həkimin də əvvəldən bildirdiyi kimi səhhətindəki problemlər, bir neçə əlavə ağırlaşmalar olacağı qaçılmaz olmuşdur. Əməliyyat mümkün ən uğurlu şəkildə baş tutsa da, tibbi-elmi risklər də, təəssüf ki, özünü doğrultmuşdur. Nəticədə aşağı ətraflarında, xüsusən sol ayağında əlavə fəsadları (hipesteziya) artmış, yerimə ilə bağlı məhdudiyyət olduqca pisləşmişdir. Digər, daha ağır bir pisləşmə isə o olmuşdur ki, aşağı ətraflara gedən sinirləri nəinki sağlamlaşdırmaq, hətta tam toxunulmaz qoruyub qorumaq mümkün olmadığı üçün qaçınılmaz olaraq çanaq nahiyəsi orqanlarının da funksiyası kəskin pozulmuş, nəticədə çıxarışda da yazıldığı kimi sidik və nəcis ifrazatı ləngimə tipli pozulmuşdur. Çəliksiz ümumiyyətlə yeriməz hala gəlmiş, ağrılara görə uzun müddət yeriyə bilməmiş, sidik və ifrazat orqanlarında (düz bağırsaqda) əlavə çətinliklər yaranmış, xarici köməyə tam möhtac qalmışdır. Əlavə olaraq o vaxtdan kateterə ehtiyac yaranmışdır. Bu əməliyyatdan sonra onun tibbi sənədləri əsasında II dərəcəli əlilliyi 2005-ci ildə İ dərəcəyə keçirilmişdir. Yaş keçdikcə və üstəlik də yeni fəsadlar daha da vəziyyətini pisləşdirdiyi üçün yeni məcburi müalicələr alası olmuşdur. Uroloji müayinələrdən sonra 2021-ci ildə prostat və sidik kisəsi 2021-ci ildə onkoloji müayinə və müalicə edilmişdir. 2023-2024-cü ildəki müayinə və müalicənin nəticəsi Yeni Klinikada endikronoloji müalicə edilmiş, boğazında düyünlü zoba qarşı tibbi müdaxilə edilmişdir.
Cavabdehin etirazları:
Cavabdeh iddiaya münasibət bildirməmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməsi, Agentliyin Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *******0002 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçıya təyin olunmuş “ümumi xəstəlik” ilə əlaqədar birinci dərəcəli (orqanizmin funksiyalarının pozulması 81-100 %) müddətsiz əlilliyin ##.##.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətində cavabdehin mübahisələndirilən qərarında göstərilənlər təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə edilmişdir.
Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı məhkəməyə müraciət edərək, xəstəliyi səbəbi ilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).
Tətbiq edilən hüquq:
“İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sənədlərlə sübut edilir ki, iddiaçı hazırda da ona əlillik təyin edilməsinə əsas olmuş xəstəlikdən əziyyət çəkir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ##.##.2007-ci ildə X7: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T80-T88 - Digər rubrikalarda təsnif olunmayan cərrahi və terapevtik müdaxilələrin ağırlaşmaları => T88-..., Diaqnozun mətni: L1-L2-L3 fəqərələrin t12-t11 fəqərə səviyyədə aparılmış lyaminoektom.dan s/v. Hər iki aşağı ətrafların parezi. S1-S2 fəqərə cisimləri səviyyədə onurğa beyinciyi. Çanaq orqanları funk. kəskin pozulması, Meyar: 2.1. birinci dərəcə əlillik => Digər: L1-L2-L3 fəqərələrin t12-t11 fəqərə səviyyədə aparılmış lyaminoektom.dan s/v. Hər iki aşağı ətrafların parezi. S1-S2 fəqərə cisimləri səviyyədə onurğa beyinciy...diqanozu ilə ümumi xəstəlik müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Vətəndaş iddiaçının əlillik dərəcəsinin saxta olması ilə bağlı şikayət etmiş, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən şəxsi əyani müayinəyə cəlb etmiş, əyani müayinə nəticəsində ## ###### 2024-cü il tarixli *-**-*/*-*- ****/**** saylı qərar ilə şəxsin ##.##.2024-cü il tarixdən “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul etmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin etmiş, yəni əvvəl qəbul etdiyi qərarı dəyişmişdir. Qərar elektron sistemə ##.##.2024-cü il tarixə yerləşdirilmiş, qərar barədə şəxsə ##.##.2024-cü il tarixdə (səh. 12) məlumat verilmişdir. “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının əyani müayinəsi və tibbi sənədlərinə əsasən ona “L1- L3 və S1-S3 səviyyədə intradural törəmə, Th11-L13 səviyyədə cərrahi əməliyyatdan və şüa terapiyadan sonrakı vəziyyət, sol aşağı ətrafın plegiyası, sağ aşağı ətrafın mötədil parezi, kiçik çanaq orqanlarının ləngimə tipli funksiya pozulması)” diaqnozu qoyulmuş, xəstəliyin şəxsdə hərəkət məhdudluğuna və kənar şəxslərin qulluğuna səbəb olduğu göstərilmişdir. Kollegiya iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirir ki, mübahisələndirilən qərar barədə şəxsə ##.##.2024-cü il tarixdə (səh. 12) məlumat verilmişdir. Şəxs ##.##.2024-cü ildə poçt vasitəsi ilə məhkəməyə hazırkı iddia ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesam etmişdir. İddia müddəti ilə bağlı xüsusi mümkünlük şərti apellyasiya şikayətinin dəlili deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Kollegiya qeyd edir ki, mübahisə üzrə ilk növbədə qiymət verilməli olan məsələ ondan ibarətdir ki, inzibati orqan istənilən vaxt heç bir sübut olmadan yalnız digər bir şəxsin “əlilik dərəcəsinin saxta olması ilə bağlı müraciəti əsasında” əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilərmi? Bu məsələyə münasibətdə bildirilir ki, əlillik təyinatı ilə bağlı qərarın inzibati orqan tərəfindən qanunsuz əlverişli inzibati akt və ya qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməsindən asılı olmayaraq, əlillik təyinatı ilə bağlı icraatın təzələnməsi üçün yalnız əvvəlki qərarın yoxlanılmasını zəruri edən əsaslı sübutların mövcudluğu halında icraat başlana bilər. Bu hüququn təməl prinsiplərindən irəli gəlir. Yoxsa, heç bir sübut olmadan istənilən vaxt icraat təzələnə bilməz. Mübahisə üzrə cavabdeh tərəfindən inzibati icraatın təzələnməsinə səbəb ola biləcək hər hansı bir əsaslı sübut təqdim edilməmişdir. Mübahisə üzrə ikinci məsələ ondan ibarətdir ki, inzibati orqan özünün əlilliklə bağlı əvvəlki qərarının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə şəxsin “hissəvi reabilitasiya olunması”nı bildirir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilməsi əsasları göstərilmişdir. Hazırki mübahisə üzrə həmin əsaslardan hər hansı biri müəyyən edilmir. İş materiallarında olan iddiaçının xəstəliyi ilə bağlı Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X1 tərəfindən verilmiş ##.##.2025ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının əyani müayinəsi və tibbi sənədlərinə əsasən ona “L1-L3 və S1-S3 səviyyədə intradural törəmə, Th11-L13 səviyyədə cərrahi əməliyyatdan və şüa terapiyadan sonrakı vəziyyət, sol aşağı ətrafın plegiyası, sağ aşağı ətrafın mötədil parezi, kiçik çanaq orqanlarının ləngimə tipli funksiya pozulması)” diaqnozu qoyulmuş, xəstəliyin şəxsdə hərəkət məhdudluğuna və kənar şəxslərin qulluğuna səbəb olduğu göstərilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı ona ##.##.2007-ci ildə müddətsiz əlillik təyin edilməsinə əsas olmuş xəstəlikdən hal-hazırda da əziyyət çəkir, cavabdehin iddia etdiyi kimi hissəvi reabilitasiya olunmamışdır. Kollegiya qərarın dəyişdirilməsinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi ##.##.2024-cü il tarixli *******0002 saylı qərarı iddiaçıya aid hissədə ləğv etsədə, həmin qərar ## ###### 2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarın icrası nəticəsində sistemə işlənmiş qərardır. Bundan başqa, həmin qərar (*******0002 saylı qərar) yalnız iddiaçıya münasibətdə sistemə işlənmişdir. Bu səbəbdən ## ###### 2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərar iddiaçıya aid hissədə ləğv edilməlidir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin olunmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspertiza komissiyasının ## ###### 2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarı iddiaçı İddiaçı İsmayıl oğluna aid hissədə ləğv edilsin. İddiaçı İddiaçı İsmayıl oğluna ##.##.2007-ci il tarixdən təyin edilmiş müddətsiz ümumi xəstəlik səbəbi ilə birinci dərəcə əlilliyin ## ###### 2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1in üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.