Məhkəmə qərarları › İş №2-1(3-9)-155/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-155/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-155/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.2024-cü il tarixli qərarın artıq vermə 427.60 manat pul məbləği hissəsində ləğv edilməsi və ondan tutulmuş 47.19 manat pul məbləğin geri qaytarılmasının cavabdehin üzərinə öhdəlik qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması, ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinə iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.2024-cü il tarixli qərarın artıq vermə 427.60 manat pul məbləği hissəsində ləğv edilməsi və ondan tutulmuş 47.19 manat pul məbləğin geri qaytarılmasının cavabdehin üzərinə öhdəlik qoyulması” kimi baxılması davam etdirilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il qərarı qismən-artıq vermə 427.60 manat pul məbləği hissəsində ləğv edilsin, iddiaçıdan tutulmuş 47.19 manat pul məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1953-cü ildə anadan olmuşdur. O, ## #### 1969-cu il tarixdən ## ######## 1969-cu il tarixədək, ## #### 1970-ci il tarixdən ## ###### 1970-ci il tarixədək, ## ###### 1971-ci il tarixdən ## #### 1971-ci il tarixədək, ## ######## 1971-ci il tarixdən ## ##### 1972-ci il tarixədək və ## #### 1974-cü il tarixdən ## ###### 2015-ci il tarixədək Salyan Neftdə işləmiş və bu illər əmək kitabçasında qeyd edilmişdir. ## ### 1972-ci il tarixdən ## #### 1974-cü il tarixədək Sovet ordusunda həqiqi xidmətdə olmuşdur. Onun hərbi xidmətlə birlikdə ümimi 44 il 7 ay əmək stajı var. Lakin ## ###### 2016-cı ildə ona əmək pensiyası təyin edərkən sığorta stajının 38 il 6 ay olduğu nəzərə-alınmışdır. Xidməti araşdırma zamanı guya müəyyən edilmişdir ki, ona əmək pensiyası təyin edilərkən ##.##.2006-cı il tarixinədək sığorta stajı 34 il 10 ay 10 gün olduğu halda 38 il 6 ay müəyyən edilmişdir. Bu səbəbdən Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək artıqödəmə müəyyən olunmuş və artıq ödənilmənin əvəzləşdirilməsi barədə qərar qəbul edilmişdir. O, cavabdeh təşkilata müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etsə də bundan imtina edilmişdir. Onun hərbi xidmətlə birlikdə ümumilikdə 44 il 7 ay əmək stajı var və ona əmək pensiyası təyin edilərkən sığorta stajı düzgün hesablanmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən etiraz təqdim edilərək, göstərilmişdir ki, iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Iddiaçı İddiaçı Mərkəzi Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, ##.##.2025-ci il tarixli *-**-*/*-Q-*****/**** nömrəli məktubla bildirilmişdir ki, iddiaçıya ilkin pensiya təyin edilərkən ##.##.2006-cı il tarixədək sığorta stajı 34 il 10 ay 10 gün olduğu halda, 38 il 6 ay nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində 01,05.2021-ci il tarixdən (müraciət edilən tarixdən 3 il əvvəl) ##.##.2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin ##.##.2016-cı il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçı təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən ##.##.1972-ci il tarixdən ##.##.1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək 34 il 10 ay 10 gün sığorta stajı və ##.##.2006- cı il tarixdən ##.##.2016-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 13035,40 manat (2016-cı il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2021-ci il tarixdən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 425,68 manat müəyyən edilmişdir. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2022-ci il tarixdən 440,15 manata, ##.##.2023-cü il tarixdən 523,96 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), 01,01.2024-cü il tarixdən 582,64 manata, 01.01,2025-ci il tarixdən 629,83 manata çatdırılmışdır. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək pensiyası təyin olunarkən ##.##.2006-cı il tarixədək sığorta stajı 34 il 10 ay 10 gün olduğu halda, 38 il 6 ay nəzərə alınmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixdən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) ##.##.2024-cü il tarixədək artıqödəmə müəyyən olunmuşdur. İddiaçı əmək pensiyası yenidən hesablanan zaman onun pensiya işində olan sənədlərə əsasən ##.##.1972-ci il tarixdən ##.##.1974-cü il tarixədək hərbi xidmət dövrü, ##.##.1969cu il tarixdən ##.##.1969-cu il tarixədək, ##.##.1970-ci il tarixdən ##.##.1970-ci il tarixədək, ##.##.1971-ci il tarixdən ##.##.1971-ci il tarixədək, ##.##.1971-ci il tarixdən ##.##.1972-ci il tarixədək, ##.##.1974-cü il tarixdən ##.##.1975-ci il tarixədək, ##.##.1975- ci il tarixdən ##.##.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü daxil olmaqla ##.##.2006-cı il tarixədək 34 il 10 ay 10 gün sığorta stajı və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən ##.##.2006-cı il tarixdən ##.##.2016- cı il tarixədək 13035,40 manat (2016-cı il tarixə indeksləşdirilmiş) pensiya kapitalı nəzərə alınmışdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydas”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi nəticəsində ötən dövr üzrə (##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək) yaranmış fərq məbləği iddiaçıya əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin bir hissəsi ilə əvəzləşdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.18-ci maddəsindən görünür ki, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Təyinatı Altsistemindən çıxarışdan görünür ki, ##.##.2025-22-05.2025-ci il tarixləri ərzində İddiaçı ödənilmiş pensiyadan hər hansı tutulma məbləği mövcud olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Təyinatı Altsistemindən çıxarışdan görünür ki, iddiaçı İddiaçı ##.##.2005-ci il tarixdən müddətsiz orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əllilik statusu vardır. Iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Həmçinin onu da qeyd etmək lazımdır ki, iş materiallarına əlavə olunmuş, cavabdeh Mərkəzi Filial tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin “pensiya” altsistemindən çıxarışdan görünür ki, iddiaçının əmək pensiyasından hər hansı tutulmalar aparılmamışdır. Hal-hazırda da iddiaçının əmək pensiyasından hər hansı tutulma aparılmır. Prosessual məsələlər: Iddiaçı məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. - Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-Q-*****/**** nömrəli iddiaçıya ünvanlanmış məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun * saylı Şirvan-Salyan regional filialından daxil olmuş ərizənizə və ona əlavə ediimiş sənədlərə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin ##.##.2016-cı il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrü, o cümlədən ##.##.1972-ci il tarixindən ##.##.1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək 34 il 10 ay 10 gün sığorta stajı və ##.##.2006-cı il tarixindən ##.##.2016-cı il tarixədək fərdi şəxsi hesabınıın sığorta hissəsində qeydə alınmış 13035,40 manat (2016-cı il tarixinə indeksləşdirilmış) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq ##.##.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 425,63 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək-pensiyanın məbləği indeksləşdirilərək ##.##.2022-ci il tarixdən 440,15 manata, ##.##.2023-cü il tarixdən 523,96 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), ##.##.2024-cü il tarixdən 582,64 manata, ##.##.2025-ci il tarixdən 629,83 manata çatdırılmışdır. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, əmək pensiyası təyin olunarkən ##.##.2006-cı il tarixinədək sığorta stajı 34 il 10 ay 10 gün oiduğu halda 38 il 6 ay nəzərə alınmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) ##.##.2024-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbənalərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi nəticəsində ötən dövr üzrə (##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək) yaranmış fərq məbləği sizə əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin bir hissəsi ilə əvəzləşdirilmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - Işdə olan ## ###### 1969-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, o, ## #### 1969-cu il tarixdən ## ######## 1969-cu il tarixədək, ## #### 1970-ci il tarixdən ## ###### 1970-ci il tarixədək, ## ###### 1971-ci il tarixdən ## #### 1971-ci il tarixədək, ## ######## 1971-ci il tarixdən ## ##### 1972-ci il tarixədək və ## #### 1974-cü il tarixdən ## ###### 2015-ci il tarixədək Salyan Neftdə işləmişdir. - Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli sərəncama baxılmışdır. İddiaçı ##.##.2016-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək pensiyası təyin olunarkən ##.##.2006-cı il tarixədək sığorta stajı 34 il 10 ay 10 gün olduğu halda, 38 il 6 ay nəzərə alınmışdır. Bu səbəbdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) ##.##.2024-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. İddiaçı əmək pensiyası yenidən hesablanan zaman onun pensiya işində olan sənədlərə əsasən ##.##.1972-ci il tarixindən ##.##.1974-cü il tarixinədək hərbi xidmət dövrü, ##.##.1969-cu il tarixdən ##.##.1969-cu il tarixinədək, ##.##.1970-ci il tarixindən ##.##.1970-ci il tarixinədək, ##.##.1971-ci il tarixindən ##.##.1971-ci il tarixindək, ##.##.1971-ci il tarixindən ##.##.1972-ci il tarixinədək, ##.##.1974-cü il tarixindən ##.##.1975-ci il tarixinədək, ##.##.1975-ci il tarixindən ##.##.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü daxil olmaqla ##.##.2006-cı il tarixinədək 34 il 10 ay 10 gün sığorta stajı və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən ##.##.2006-cı il tarixindən ##.##.2016-cı il tarixinədək 13035,40 manat (2016-cı il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı nəzərə alınmışdır. - Işdə olan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınln ##.##.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı pensiya işinə baxılan zaman məlum olmuşdur ki,siğorta stajı 34 il 10 ay olduğu halda 38 il 6 ay hessablanmışdır. Nəticədə artıq ödəmə aşkarlanmışdır. Artıq ödəmə 427.60 manat müəyyən edilmişdir. - Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli sorğusuna baxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEIS) “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçı İddiaçı pensiya məbləğindən hər hansı tutulma aparılmamışdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Kollegiya qeyd edir ki, qanunvericicilik artıq ödənilmiş yaşa görə əmək pensiyasını şəxsin müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici sosial müavinətin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının yaşa görə əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Cavabdeh pul tutulmalarının aparılmalı olmasını əsaslı hesab edirsə də, bununla bağlı özü həmin məbləğin tutulması ilə bağlı publik səlahiyyətə o zaman malik olardı ki, buna iddiaçı razılıq vermiş olsun. Razılığın olmadığı təqdirdə isə cavabdehin iddiaçı qismində məhkəməyə müraciəti olmalıdır. Belə bir müraciət isə olmamışdır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli nömrəli qərarı “iddiaçı İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il qərarı qismən-artıq vermə 427.60 manat pul məbləği hissəsində ləğv edilsin” hissəsində ləğv edilərək iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar