Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-159/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X7rşı “bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbinə dair üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Huseynov Sərxan Teymur oğlu cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X7rşı “bakalavr diplomunun tanınması və ekvivalntlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2019-2024-cü illər ərzində 40.03.** saylı (Hüquqşünaslıq) ixtisası üzrə hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmiş (“qiyabi şöbədə”) və dövlət yekun attestasiyasından müvəffəqiyyətlə keçmişdir. Bu səbəbdən Dövlət Imtahan Komissiyasının qərarı ilə bakalavr dərəcəsinə layiq görülmüşdür (protokol No.63 Tarix: ## ###### 2024-cü il). ## ###### 2024-cü il tarixdə sözügedən diplom 20258 nömrə ilə rəsmi qaydada qeydiyyata alınmışdır. Rusiya Federasiyası, Ali təhsil federal dövlət büdcəli təhsil müəssisəsi “V.N.Tatişev adına Həştərxan Dövlət Universiteti” (Həştərxan şəhəri) Bildirir ki, diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınaraq və nostrifikasiya şəhadətnaməsinin verilməsi üçün aidiyyatı üzrə Təhsildə X7nə müraciət etmişdir. Sözügedən müraciətlərinə cavab olaraq ## ##### 2025-ci il tarixli NA******** saylı məktubla cavab olaraq qeyd edilmişdir ki, müraciətlərinə baxılaraq ali təhsilin bakalavriat səviyyəsi üzrə hər hansı bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilməsi qeyd edilmişdir. Bu qərardan belə nəticəyə gəlmək olur ki, iddiaçı dörd il ərzində əldə etdiyi biliklər ölkə ərazisində müəyyən olunan standartlara uyğun gəlmir. Iddiaçı Huseynov Sərxan Teymur oğlu tərəfindən ## ###### 2024-cü il tarixli, protokol № ** saylı Dövlət Imtahan Komissiyasının qərarı ilə layiq görüldüyü bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə X7nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X7 iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı İddiaçı Təhsildə X7rşı Rusiya Federasiyası Həştərxan Dövlət Universiteti tərəfindən verilmiş “Hüquqşünaslıq" ixtisası (bakalavr) üzrə aldığı kvalifıkasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə X7nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə ##.##.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Agentliyinə müraciət etmişdir. Cavabdeh orqan onun müraciəti üzrə aparılan inzibati icraat zamanı iddiaçının xarici ali təhsil aldığı ölkədə müddətinin aşağıdaki kimi olduğunu müəyyən etmişdir: İ il-2 ay 22 gün II il-1 ay 18 gün III il-1 ay 15 gün IV il-2 ay 4 gün V il-1 ay 4 gün VI il-getməyib (İ semestr) (II semestr pandemiya dövrü) VII ilgetməyib (pandemiya dövrü) VIII il-getməyib (pandemiya dövrü) IX il-2 ay 16 gün X il-3 ay 8 gün Təhsil forması: əyani-qiyabi Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və ##.##.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Iddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibatı orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz, cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (*-*(***)- ***/**** saylı iş üzrə ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** saylı iş üzrə ##.##.2021-cil tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinın müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bu Qaydaların 4.1.1-ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya uzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-huquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı İddiaçı Təhsildə X7rşı Rusiya Federasiyası Həştərxan Dövlət Universiteti tərəfindən verilmiş “Hüquqşünaslıq" ixtisası üzrə aldığı ali təhsilə dair kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə X7nə həvalə edilməsi barədə iddia tələbi rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil edir. Prosessual məsələlər: Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “V.N.Tatişev adına Həştərxan Dövlət Universiteti” tərəfindən iddiaçının adına verilmiş ## ###### 2024-cü il tarixli, 103004 0018972 (qeydiyyat nömrəsi *****) nömrəli əyani-qiyabi “Hüquqşünaslıq” ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan (AA*******) nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1997-ci il tarixində Kürdəmir rayonu, Karrar kəndində anadan olmuş, Kürdəmir şəhəri, E.Rəhimov küçəsi, ev 25-də qeydiyyatdadır. Işdə olan (******) nömrəli veteranlıq vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Işdə olan ***** qeydiyyat nömrəli Bakalavr Diplomunun surətindən görünür ki, hazırki diplom İddiaçı 40.03.01 Hüquqşünaslıq ixtisası üzrə bakalavr proqramını mənimsədiyini və yekun dövlət attestasiyasını uğurla keçdiyini göstərir. Işdə olan Azərbaycan Respublikası Medalının (İ-*****) nömrəli vəsiqənin sürətindən görünür ki, İddiaçı Vətən müharibəsi iştirakçısıdır. Işdə olan ******** nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı SHXÇDX-nin Kürdəmir rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və ## #### N-cu ildə hərbi hissəyə göndərilmişdir. Işdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ##.##.2025ci il tarixli *-**-**/*-****/** saylı məktubuna əsasən, ##.##.1997-ci il təvəllüdlü İddiaçı 2019-2024-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: ##.##.2022-çıxış Rusiya, ##.##.2022 giriş Rusiya, ##.##.2023 çıxış Rusiya, ##.##.2024 giriş Rusiya. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. Ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə X7 (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.9. tanınma– xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat(əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 5.2. Akademik tanınma üzrə ümumi tələblər nəzərə alınmaqla, kvalifikasiyanın Milli Kvalifikasiyalar Çərçivəsinə uyğunluğu aşağıdakı qaydada müəyyən edilir: 5.2.1. müvafiq kvalifikasiya üzrə təlimin nəticələrinin Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyalar (təhsil proqramları) üzrə nəzərdə tutulmuş təlimin nəticələrinə uyğunluğu; 5.2.2. kvalifikasiyaların Milli Kvalifikasiyalar Çərçivəsindəki səviyyə deskriptorları ilə uyğunluğu. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçının əkiz qardaşı olan və iddiaçı ilə eyni vaxtda “V.N.Tatişev adına Həştərxan Dövlət Universiteti”ndə təhsil almış, eyni müddətlərdə Rusiya Federasiyasında olmuş X2 da “V.N.Tatişev adına Həştərxan Dövlət Universiteti” tərəfindən verilmiş ## ###### 2024 cü il tarixli, 103004 0018978 (qeydiyyat nömrəsi *****) nömrəli əyani-qiyabi “Hüquqşünaslıq” ixtisası üzrə X2 adına verilmiş ali təhsilə aid diplom üzrə ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyinin cavabdeh Cavabdehn üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin məhkəməyə ünvanladığı vəsatətində qeyd edilmişdir ki, Iddiaçı X2 Müharibəsi iştirakçısıdır. O, Rusiya Federasiyasının V.N.Tatişev adına adına Həştərxan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisasına dair bakalavr təhsili almışdır. Hərbi xidmətlə əlaqədar olaraq təhsilini yarımçıq qoymuş, vətənə qayıtmış və vətənin müdafiəsində iştirak etmişdir. TKTA nın müvafiq qərarına əsasən onun təhsil haqqında sənədinin tanınmasına dair mənfi qərar qəbul edilmişdir. Bildirmək istəyirik ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə ## ### 2003-cü il tarixli, ***-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. Işə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Təhsildə Keyfiyyətin Təminatı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nı əsas gətirərək qərar qəbul etdiyini açıqlamaqdadır. Lakin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Həmçinin “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən hüquqşünaslıq təhsili alan şəxslər, jaeşə fəaliyyətini davam etdirmək üçün peşə tanınması, təhsilini növbəti pillədə davam etdirmək üçün isə akademik tanınma əldə etməlidirlər. Peşə tanınması üçün isə, xüsusi imtahana cəlb olunurlar. Təhsildə Keyfiyyətin Tanınması Agentliyi isə, yuxarıda qeyd olunanları, həmçinin müharibə veteranlarına dövlət tərəfindən verilən güzəşt və imtiyazları nəzərə almamış, nəinki peşə tanınması, akademik tanınma sənədi də verməmiş, nəticədə iddiaçı imtahana cəlb edilməmişdir. Həmçinin tanınmanın bir neçə növü də müəyyən edilmişdir ki, bunlar qismən tanınma, yaxud şərti tanınma növləridir. Iddiaçının müharibə veteranı olması, ölkə başçısı tərəfindən müxtəlif medallarla təltif edilməsi, yuxarıda qeyd edilən hallar TKTA tərəfindən nəzərə alınmamış, peşə tanınmasına buraxılmamış, akademik tanınmadan da imtina edilmiş, ümumiyyətlə, heç bir tanınma növü tətbiq edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq təhsil haqqında sənədin respublika ərazisində tanınmasına dair TKTA-nın üzrəinə öhdəliyin qoyulması xahiş edilmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın vəsiqəsindən görünür ki, İddiaçı “Müharibə veteranı" adı verilmişdir. Işdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Işdə olan sənədlərdə müəyyən olunur ki, iddiaçının ali təhsil aldığı müəssisədə tədris prosesində faktiki iştirak üçün xarici ölkədə olma müddəti illər üzrə - 1-ci il-2 ay 22 gün, 2-ci il 1 ay 18 gün, 3-cü il 1 ay 15 gün, 4-cü il-2 ay 4 gün, 5-ci il 1 ay 4 gün, 6-ci il-getməyib (İ semestr) (II semestr pandemiya dövrü), 7-ci il-getməyib (pandemiya dövrü), 8-ci il-getməyib (pandemiya dövrü), 9-cu il-2 ay 16 gün və 10-cu il- 3 ay 8 gün təşkil etmişdir. Beləliklə, şərh olunanlara əsasən kollegiya hesab edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının, o cümlədən inzibati orqanın praktikasına etimad prinsipinin tələbləri nəzərə alınmaqla iddiaçının akademik tanınma tələbinin təmin olunması əsaslıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə dəqiqləşdirilmiş tələb həcmində iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. “V.N.Tatişev adına Həştərxan Dövlət Universiteti” tərəfindən iddiaçının adına verilmiş ## ###### 2024-cü il tarixli, 103004 0018972 (qeydiyyat nömrəsi *****) nömrəli əyani-qiyabi “Hüquqşünaslıq” ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X7nin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.