Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-16/2026 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 2-1(120)-2510/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...N saylı hərbi hissənin daimi dislokasiya yeri Lənkəran şəhəri olmaqla hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak etmək üçün Ağdərə rayonu Mehmanə kəndinə ezam olunmuşdurlar. N saylı hərbi hissənin daimi dislokasiya yeri Ağdam şəhəri və Füzuli rayonu olmuşdur.” DİN Daxili Qoşunların Baş İdarəsi Arxivinin xx.xx.2023-cü il tarixli 100 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, “...sıravi İddiaçı N () saylı və dislokasiya yeri Füzuli rayonudöyüş bölgəsi olmuş N saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:
1. 5480 saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 10 №-li əmri ilə hissəyə yeni gəlmiş 34 nəfər əsgərin “andiçmə” mərasimi keçirilmişdir (bu əmr hərbi hissənin əlifba qeydiyyatı kitabında aparılmış qeydlərə istinadən verilir),
2. 5480 saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 42 №-li əmri ilə hərbi xəstəxanaya getmiş hesab edilmişdir,
3. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 53 №-li əmri ilə hərbi xəstəxanadan gəlmiş hesab edilmişdir,
4. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 55 №-li əmri ilə hissənin qazan təminatından çıxarılıb 28 fevral 1993-cü il tarixədək ailə vəziyyətinə görə 4 gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir,
5. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 61 №-li əmri ilə məzuniyyətdən gəlmiş hesab edilərək 01 mart 1993-cü il tarixdən hissənin qazan təminatına daxil edilmişdir,
6. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 71 №-li əmri ilə hərbi xəstəxanaya getmiş hesab edilmişdir,
7. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 85 №-li əmri ilə hərbi xəstəxanadan gəlmiş hesab edilmişdir,
8. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 240 №-li əmri ilə hissənin qazan təminatından çıxarılıb 07 sentyabr 1993-cü il tarixədək 10 gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir,
9. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 252 №-li əmri ilə 07 sentyabr 1993-cü il tarixdə məzuniyyətdən qayıtmadığı üçün geçikmiş hesab edilmişdir,
10. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 256 №-li əmri ilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir,
11. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 346 №-li əmri ilə hissənin qazan təminatından çıxarılıb 15 dekabr 1993-cü il tarixədək ailə vəziyyətinə görə 3 gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir,
12. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 348 №-li əmri ilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir,
13. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 28 №-li əmri ilə avtomobil nəqliyyatının təmiri bölməsində dülgər vəzifəsinə təyin edilmişdir (əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır),
14. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 42 №-li əmri ilə hissənin qazan təminatından çıxarılıb 14 fevral 1994-cü il tarixədək 3 gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir,
15. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 46 №-li əmri ilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir,
16. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 197 №-li əmri ilə hissənin qazan təminatından çıxarılıb 21 iyul 1994-cü il tarixədək nümunəvi xidmətinə görə 5 gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir,
17. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 203 №-li əmri ilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir,
18. Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 225 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 305 №-li əmri ilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, N saylı hərbi hissəyə keçirilmişdir,
19. Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 225 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 299 №-li əmri ilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir,
20. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 237 №-li əmri ilə hissənin qazan təminatından çıxarılıb 25 avqust 1995-ci il tarixdən 31 avqust 1995-ci il tarixədək ailə vəziyyətinə görə qısamüddətli məzuniyyətə getmiş hesab edilmişdir,
21. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 244 №-li əmri ilə 01 sentyabr 1995-ci il tarixdən məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir (əmrdə atasının adı Camal kimi qeyd edilmişdir),
22. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 275 №-li əmri ilə Daxili qoşunların qospitalına getmiş hesab edilmişdir,
23. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 287 №-li əmri ilə 14 oktyabr 1995-ci il tarixdə qospitaldan gəlmiş hesab edilmişdir,
24. N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 320 №-li əmri ilə hissənin qazan təminatından çıxarılıb 11 noyabr 1996-ci il tarixdən məzuniyyətə getmiş hesab edilmişdir,
25. N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 323 №-li əmri ilə 14 noyabr 1996-cı il tarixdən məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir,
26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 501 №-li Fərmanına əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 323 №-li əmri ilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, 14 noyabr 1996-cı il tarixdən qeydiyyata durmaq üçün 769 saylı keçid vərəqəsi ilə Masallı RHK-nın sərəncamına göndərilmişdir.” Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...DİN-in Daxili Qoşunlarının N () saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 36 nömrəli “Döyüş əmri”ndə vətəndaş İddiaçı xx.xx.1993-cü il tarixdə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı öz təsdiqini tapmamışdır.” Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...DİN-in Daxili Qoşunlarından təqdim edilmiş xx.xx.2023-cü il tarixli 226 nömrəli arxiv arayışına əsasən vətəndaş İddiaçı döyüş əməliyyatlarında iştirakı müəyyən edilməmiş, o cümlədən xx.xx.1994-cü il tarixdə atəşkəs elan olunduqdan sonra xx.xx.1994-cü il tarixdən xidmətini dislokasiya yeri döyüş bölgəsi olmuş Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə davam etdirməsi müəyyən olunmuşdur.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Aparılmış araşdırma nəticəsində ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakınız faktı, DİN-in müvafiq komissiyasının protokollarına baxış keçirilərkən barənizdə məlumatlar müəyyən edilmədiyindən, eyni zamanda Daxili İşlər Nazirliyinin Daxili qoşunların dislokasiya yeri Füzuli rayonu - döyüş bölgəsi olmuş hərbi hissədə atəşkəsdən sonrakı dövrdə xidmət etməyiniz nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının tələbinə uyğun olaraq Sizə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır.”
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N () saylı hərbi hissənin tərkibində hissə komandirinin 36 saylı 5 fevral 1993-cü il tarixli döyüş əmri ilə 10 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşdə olduğu zaman bədəni birtərəfli qurumuş, həmçinin, qulaqları eşitmə qabiliyyətini itirmiş halda xəstəxanaya çatdırımışdır.
Cavabdehin etirazları:
İddiaya etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 2-1(120)-2510/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 2-1(120)-2510/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynidir.
Apellyasiya şikayətinə etiraz:
Apellyasiya şikayətinə etiraz dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Xidməti barədə hərbi biletində müvafiq qeydiyyat aparılmış, o cümlədən xəstəliyi ilə bağlı müalicə alması barədə N saylı hərbi hissə tərəfindən verilmiş 478/122 saylı xəstəlik tarixindən çıxarış epikrizi var.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...
2. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
“X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2007-ci il tarixli Qərarı:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan H3 ******* nömrəli hərbi biletdən, arayışdan və şahid ifadələrindən və mötəbər sübut əhəmiyyəti daşıyan digər sənədlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.1993-xx.xx.1996-cı illərdə hərbi xidmətdə olmuş, N saylı hərbi hissənin tərkibində hissə komandirinin 36 saylı 5 fevral 1993-cü il tarixli döyüş əmri ilə 10 fevral 1993-cü il tarixdə Ağdərənin Mehmanə kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş, həmçinin xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilə kimi Füzuli döyüş bölgəsində xidmət keçmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şəxs aktiv döyüş əməliyyatlarında bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı, bu hallar isə öz növbəsində hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Hazırkı iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə işdə hər hansı bir sübut yoxdur. İddiaçı N () saylı hərbi hissənin tərkibində hissə komandirinin 36 saylı 5 fevral 1993cü il tarixli döyüş əmri ilə 10 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə iştirak etməsini, döyüşdə olduğu zaman bədəninin birtərəfli quruması, həmçinin, qulaqlarının eşitmə qabiliyyətini itirmiş halda xəstəxanaya çatdırılmasını iddia edir, həmçinin xəstəliyi ilə bağlı müalicə alması barədə N saylı hərbi hissə tərəfindən verilmiş 478/122 saylı xəstəlik tarixindən çıxarış epikrizinə istinad edir. Kollegiya qeyd edilən məsələlərə münasibətdə bildirir ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...DİN-in Daxili Qoşunlarının N () saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 36 nömrəli “Döyüş əmri”ndə vətəndaş İddiaçı xx.xx.1993-cü il tarixdə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı öz təsdiqini tapmamışdır.” İş materiallarında iddiaçının Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə hərbi biletdəki qeyddən başqa sübut yoxdur. Şahid ifadələri isə digər sübutlarla təsdiqlənmir. N saylı hərbi hissə tərəfindən verilmiş 478/122 saylı xəstəlik tarixindən çıxarış epikrizdə isə qeyd edilmişdir ki, “...N saylı hərbi hissənin əsgəri İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissənin yoluxucu xəstəliklər bölməsində “Kəskin respirator virus infeksiyası, sol tərəfli xroniki yevstaxitlə ağırlaşma.” diaqnozu ilə stationar müayinə və müalicədə olmuşdur. N saylı hərbi hissəyə yaxşı halda yazılır.” İddiaçının istinad etdiyi N saylı hərbi hissə tərəfindən verilmiş 478/122 saylı xəstəlik tarixindən çıxarış epikrizində qeyd olunanlar onun döyüşdə iştirak etməsini təsdiq etmir. Hətta, qeyd edilənlər onun döyüşdə iştirak etməsini təsdiq etsə idi belə, həmin hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbi baxımından birmənalı şəkildə ona müharibə veteranı adının verilməsi üçün yetərli olmazdı. İddiaçının - xx.xx.1994-cü il tarixdən xidmət etdiyi N saylı hərbi hissənin daimi dislokasiya yeri Ağdam şəhəri və Füzuli rayonu olsada, bu hal da “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbi baxımından iddiaçıya müharibə veteranı adının verilməsi üçün yetərli deyil. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. İddiaçı 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında yerləşəın hərbi hissədə hərbi xidmət keçsədə, həmin vaxt bilavasitə döyüş əməliyyatlarında iştirak etməmiş və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almamışdır. Belə olan halda iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı tələbi qanunvericiliyin normalarına uyğun gəlmədiyindən təmin edilə bilməz. “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona “Müharibə veteranı” adının verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Bu baxımdan iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 2-1(120)-2510/2025 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.