Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-161/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, 14 yaşı tamam olduğu 1973-cü ildən 1976-cı ilədək və 1979-cu ildən 1997-ci ilədək Beyləqan rayon Eyvazalılar kəndində fəaliyyət göstərmiş Kommunizm kolxozunda işlədiyi 22 il 3 ay 9 gün iş stajını sosial sığorta stajı kimi müəyyən edərək əyani təhsil müddəti, hərbi xidmət müddəti və 2023-cü il tarixdə olan 1 ay sığorta stajı ilə birlikdə cəmi 25 il 1 ay iş stajını sosial sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı 65 yaşı tamam olduğu ## ###### 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması, yaranan pensiya qalığının hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.1976-cı il tarixindən ##.##.1977-ci il tarixinədək əyani təhsil illəri, ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və cavabdeh tərəfindən mübahisələndirilən və mübahisələndirilməyən illər ümumilikdə götürülsə belə, iddiaçının ümumi sosial stajı 25 ildən az təşkil edir və iddiaçının yaşa görə əmək pensiya hüququnun ümumi iş stajı əsasında yaranması istisna olunur. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, ## ###### 1958-ci il tarixdə anadan olmuşdur. 1973-1976-cı və 1979-1997-ci illərdə Beyləqan rayon Eyvazalılar kəndində fəaliyyət göstərmiş Kommunizm kolxozunda əmək fəaliyyəti olmuşdur. ## ######## 1976-cı il tarixdən ## ### 1977-ci il tarixədək *** nömrəli Jdanov rayon Texniki Peşə məktəbində əyani təhsil müddəti 8 ay 15 gün iş stajı, ## ### 1977-ci il tarixdən ## ### 1979-cu il tarixədək hərbi xidmət dövrü 2 il 6 gün iş stajı və ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək 1 ay sğorta stajı ilə birlikdə cəmi 25 il 1 ay sğorta stajı olduğu halda cavabdeh imtina məktubunda bildirmişdir ki, əyani təhsil aldığı müddət, hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 22 il 3 ay 26 gün təşkil edir. Iş stajı düzgün hesablanmamışdır. Çünki kolxozda işlədiyi 15 yaşında olarkən 1973cü ildən ##.##.1976-cı ilədək 3 il 8 ay iş stajı, ## ######## 1976-cı ildən ## ### 1977-ci ilədək əyani təhsil müddəti 8 ay 15 gün iş stajı, ## ### 1977-ci ildən ## ### 1979-cu ilədək hərbi xidmət müddəti 2 il 6 gün iş stajı, ## ### 1979-cu ildən 1997-ci il də daxil olmaqla kolxozda işlədiyi 18 il 7 ay 9 gün iş stajı və ##.##.2023-cü ildən ##.##.2023-cü ilədək 1 ay sığorta stajı ilə birlikdə qanuni olaraq cəmi 25 il 1 ay sğorta stajı təşkil edir. 15 yaşından 1973-cü ildə şagird olmağına baxmayaraq həmin dövrlərdə 13, 14, 15 yaşında olan şagirdlər əməyə cəlb olunurdu. Həmin dövrdə kolxoz təsərrüfatında pambıq tarlalarında yabanı alaq otlarının təmizlənməsində, pambıq kollarından ziyanverici həşarat olan sovkaların əllə yığılmasında, pambığın seyrəltmə olunmasında, pambığın dördüncü üzədək əllə yığılmasında işçi qüvvəsinin çatışmamasına görə zərurət yarandığı üçün rayon və kolxoz rəhbərliyi tərəfindən 14, 15 yaşında əməyə cəlb olunaraq kolxozda işləyərək iş günü və əmək haqqı qazanmışdır. Azərbaycan Respublikasının 1971-ci il ## ###### tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (işə qəbul etmədə yol verən yaş) əsasən 14 yaşdan aşağı olan şəxslərin qəbul edilməsinə yol verilmir. Kolxozda işlədiyi 1973-cü ildə hətta 14 yaşı olsaydı belə həmin vaxtda işləməyi dövrün qanunvericiliyinə zidd deyildir. Halbuki həmin dövrdə 1973-cü ildə 15 yaşı vardır. ƏƏSMN-nin kollegiyasının 2023-cü ildə verdiyi qərara əsasən keçmiş kolxozlarda işləyən kolxozçulara minimum iş günü tələb olunmur. Belə ki, bir ildə bir iş günü olsa belə həmin il tam bir il sığorta stajı kimi nəzərə alınır. Ona görə də təqdim etdiyi arxiv arayışı və digər sənədlərə əsasən kolxozda 1973-cü ildən 1997-ci ilədək işlədiyi, əyani təhsil müddəti, hərbi xidmət müddəti ilə birlikdə fasiləsiz ardıcıllıqla 25 il sığorta stajı və 2023-cü ildə 1 ay olan sığorta stajı ilə birlikdə 25 il 1 ay olduğu qanuni öz təsdiqin tapdığı üçün ## ###### 2023-cü il tarixdə əmək pensiyası hüququ yaranmışdır. Onun 1973-1976, 1979-1997-ci illərdə Beyləqan rayon Kommunizm kolxozunda işlədiyi əmək fəaliyyəti ərizəsinə əlavə etdiyi Beyləqan rayon Dövlət Arxivi tərəfindən verilmiş iş stajı əmək haqqı arayışında təsdiq olunur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.1976-cı il tarixdən ##.##.1977-ci il tariədək əyani təhsil aldığı illər, ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 22 il 3 ay 26 gün təşkil edir. Belə ki, *** nömrəli attestatın surətində qeyd olunan məlumatlara əsasən ##.##.1976-cı il tarixdən ##.##.1977-ci il tarixədək əyani təhsil dövrü, ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr, arxiv arayışının surətində qeyd olunan məlumatlara əsasən 1973cü il üzrə 51 gün, ##.##.1974-cü il tarixdən ##.##.1975-ci il tarixədək, 1976-cı il üzrə 21 gün, 1979-cu il üzrə 40 gün, ##.##.1980-ci il tarixdən ##.##.1996-cı il tarixədək, 1997-ci il üzrə 75 gün əmək fəaliyyəti dövrləri, o cümlədən fərdi şəxsi hesabının sığorta hissəsində 6,21 manat pensiya kapitalı qeydə alınmış 2023-cü ilin sentyabr ayı üzrə 1 ay daxil edilməklə cəmi sosial sığorta stajı 22 il 3 ay 26 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixədək 22 il 3 ay 26 gün sığorta stajına uyğun olaraq 20596,47 manat, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək 1 ay sığorta stajına uyğun olaraq 6,21 manat olmaqla, ümumilikdə 20602,68 manat (2023-cü il üzrə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda qeyd edir ki, iddiaçı İddiaçı fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, şikayətin dəlilləri iddia ərizəsinin məzmununa uyğun olmaqla, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara və işin faktiki halına uyğun olmayan nəticəyə gəlmişdir. Prosessual məsələlər Iddiaçı apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı olduğunu bildirmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ##.##.1958-ci il tarixdə anadan olmuş, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatdadır. -iddiaçıya məxsus H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. -Beyləqan rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 1973-cü ildən 1997-ci ilədək Beyləqan rayon “Komunizim” kolxozunda işləmişdir. -*** nömrəli, ##.##.1977-ci il tarixli Atestatın surətindən görünür ki, İddiaçı Texniki Peşə məktəbində ##.##.1976-cı il tarixdən ##.##.1977-ci il tarixədək təhsil almışdır. -Beyləqan rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon Eyvazalılar kəndində fəaliyyət göstərmiş Kommunizm kolxozunun * №-li fondda mühafizə olunan 1973-1976 və 1979-1997-ci illərə aid əmək haqqı kitablarına baxış keçirildi və İddiaçı adı qeyd olunan əmək haqqı vəziyyəti aşağıdakı kimidir:
1. 1973- faktiki iş günü-51, illik əmək haqqı- 139-00,
2. 1974- faktiki iş günü-13, illik əmək haqqı- 30-00,
3. 1975- faktiki iş günü-40, illik əmək haqqı- 123-00,
4. 1976- faktiki iş günü-21, illik əmək haqqı- 84-00,
5. 1979- faktiki iş günü-40, illik əmək haqqı- 316-00,
6. 1980- faktiki iş günü-113, illik əmək haqqı- 997-00,
7. 1981- faktiki iş günü-352, illik əmək haqqı- 2464-00,
8. 1982- faktiki iş günü-288, illik əmək haqqı- 2479-00,
9. 1983- faktiki iş günü-236, illik əmək haqqı- 1828-00,
10. 1984- faktiki iş günü-230, illik əmək haqqı- 2329-00,
11. 1985- faktiki iş günü-207, illik əmək haqqı- 1276-00,
12. 1986- faktiki iş günü-287, illik əmək haqqı- 1265-00,
13. 1987- faktiki iş günü-365, illik əmək haqqı- 2565-00,
14. 1988- faktiki iş günü-358, illik əmək haqqı- 2198-00,
15. 1989- faktiki iş günü-227, illik əmək haqqı- 1667-00,
16. 1990- faktiki iş günü-335, illik əmək haqqı- 2802-00,
17. 1991- faktiki iş günü-338, illik əmək haqqı- 4114-00,
18. 1992- faktiki iş günü-310, illik əmək haqqı- 24038,
19. 1993- faktiki iş günü-102, illik əmək haqqı- 117799,
20. 1994- faktiki iş günü-251, illik əmək haqqı- 95409,
21. 1995- faktiki iş günü-200, illik əmək haqqı- 169421,
22. 1996- faktiki iş günü-174, illik əmək haqqı- 152365,
23. 1997- faktiki iş günü-75, illik əmək haqqı- 42900. - Beyləqan rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Beyləqan rayon “Kommunizin” kolxozunun 1973-1997-ci illərə aid kolxozçuların işə girmə və işdən çıxma iclas protokolları kitabları Beyləqan rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və III hissələri). Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajının qanunla müəyyən edilmiş həcmdən az olması səbəbindən əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi dövrlər adam günü normaları nəzərə alınmadan, tam iş ili kimi götürüldüyü halda belə ümumilikdə 25 il sosial sığorta stajı yaranmadığından iddia əsaslı sayıla bilməz. Belə ki, 1973-1976-cı illər aralığında kolxozda 3 il 8 ay, ##.##.1976-cı il tarixdən ##.##.1977-ci illər aralığında təhsil müdəti-8 ay 8 gün, ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmət dövrü- 2 il 13 gün, 1979-cu ilin may ayından ilin sonunadək 6 ay 10 gün, 1980-1997-ci illə üzrə kolxozda işlədiyi dövrlər cəmi 24 il 11 ay 1 gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə iddia ərizəsinin məzmunu təkrarlanmışdır. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.