Məhkəmə qərarları › İş №2-1(3-9)-163/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-163/2026

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-163/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı “cavabdehin ##.##.2020-ci il tarixli qərarının ləğv edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və iddia tələbinin oluğu kimi saxlanılmasını, cavabdeh Cavabdeh nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin 2-1(120)-3038/2025-ci il nömrəli, ## #### 2025-ci il tarixli qərardadına əsasən iddiaçı və iddia tələbinin oluğu kimi saxlanılması, cavabdeh Cavabdeh nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsi kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.Musayev) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, şəxsin məhz xidməti barədə məlumatların, həmçinin döyüş əməliyyatlarında iştirakı barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. Iş materiallarından müəyyən olunur ki, X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-1994-cü illərdə ehtiyatda olan hərbi qulluqçu kimi könüllü olaraq ön cəbhədə vətənin azadlığı uğurunda döyüşərək 2 (iki) dəfə ağır yaralanmışdır. 30 il müddətində Müdafiə Nazirliyinə dəfələrlə müraciətini cavablandıran nazirliyin Mərkəzi Arxiv idarəsi 123 və N saylı hərbi hissələrin 1992 və 1994-cü illərə aid əmrlərinin arxivə daxil olmadığını rəsmi olaraq bildirmişdir. ##.##.2022-ci il tarixində 1-ci X3 xanım Əliyevaya və Baş Prokurorluğa müraciəti əsasında Müdafiə Nazirliyinə sorğu göndərilmiş Baş klinik Hospitalın Arxiv Idarəsindən hər iki yaralanmağının şəhadətləndirilməsi barədə sənədləri aşkar olunmuş və Hərbi Həkim Komissiyasının rəyi ilə ##.##.2022-ci il tarixli *** saylı qərarı qəbul edilmişdir. ##.##.2020- ci il tarixində Müdafiə Nazirliyinə müraciətinə ##.##.2020-ci il tarixində komissiyanın iclasında baxılmış “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Komissiyanın ##.##.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının “Müharibə Veteranı” adı və vəsiqəsi ilə təmin olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Komissiyanın ##.##.2025-ci il tarixli, *-**-**/*-H-****-**/**** nömrəli imtina məktubunda qeyd olunmuşdur, ##.##.1993-cü il tarixdən (xəstəliyi ilə əlaqədar məzuniyyətdən) sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, ona "Müharibə veteranı" adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən "1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara ##.##.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, xidmət dövründə hərbi hissəni özbaşına tərk etməsi qanuni asaslarla ehtiyyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə Qeyd hissəsi əlavə olunmuşdur. Ona əsasən Azarbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına asasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Iddiaçının isə halhazırda əlil olması barədə sənəd məhkəmə iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respubikası Milli Məclisinin ##.##.1997-ci il tarixli 383-IQR Qərarın 9-cu bəndinə əsasən “Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Həmin Qararda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütun işlarin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir. Cavabdeh Cavabdeh tərəfindən ərizə ünvanlanaraq nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 7-ci maddəsinin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 1-ci hissəsinin 4-cü bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Iş materiallarına əlavə edilmiş: Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli, ##.##.2022-ci il tarixli Qərarının surətindən görünür ki, Şirvan ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş iddiaçı1 döyüş zonasında hərbi xidmət keçərkən aldığı və ##.##.1993-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travma diaqnoz: "Bel nahiyəsinin əzilməsinin nəticələri. Appendektomiyadan sonrakı vəziyyət" ##.##.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: "Döş qəfəsinin sağ yarısının əzilməsi. VIII-IX qabırğaların sınığı, sağ bazunun əziyi" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin ##.##.2022-ci il tarixli **** nömrəli göndərişi, ##.##.2022-ci il tarixli *** nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş ##.##.1993-cü il tarixli, ##.##.1994-cü il tarixli müayinə vərəqələrindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ŻAMANI ALINMIŞDIR". Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin ## #### 2022-ci il tarixli, *** nömrəli Arayışının surətindən görünür ki, 1957-ci il təvəllüdlü iddiaçı1 həqiqətən, ##.##.1976-cı il tarixdən ##.##.1978-ci il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin ##.##.2022-ci il tarixli 4/2-**** №-li arxiv arayışına əsasən o, N saylı hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli N N-li əmrilə hərbi hissənin şəxsi heyətinə daxil edilmiş və ##.##.1994-cü il tarixli 75 N-li əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Qeydiyyat uçot kartasındakı qeydlərə əsasən ##.##.1992-ci il tarixdən Ağdərə zonasında döyüşdə iştirak edib və ##.##.1992-ci il tarixdə Çaldıranda yaralanıb. Cavabdeh Baş Klinik Hospitalının ##.##.2022-ci il tarixli **** №-li arayışına əsasən ##.##.1992-ci il tarixdə (diaqnoz: Bel nahiyyəsinin zədələnməsindən sonrakı nəticə. Apendektomiyadan sonrakı vəziyyət.) və ##.##.1994-cü il tarixdə (diaoqnoz: Döş qəfəsinin sağ yarısının əziyi, VIII, X qabırğaların sınığı. Sağ çiyinin əzilməsi.) Müdafiə Nazirliyinin Hərbi Poliklinikası tərəfindən tibbi şəhadətləndirilmişdir. iddiaçı1 Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən tərxis olunması barədə məlumat yoxdur. Ehtiyatda olmanın son yaş həddinə çatdığı üçün 2007-ci ildən hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. Cavabdeh Şəxsin Heyət Baş Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-H-****-**/**** nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş cavab olaraq təkrar bildirilir ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.##.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Xəstəliyi ilə əlaqədar məzuniyyətdən (##.##.1993-cü il tarixdən) sonra xidməti barədə məlumat olmadığına görə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ## ##### 2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli * №-li əmrilə (əsas: §-21, səh-14, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) həmin tarixdən etibarən iddiaçı1 Kəşfiyyat bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatlarla təmin olunmuşdur. Kəşfiyyat bölüyündə xidmət edən iddiaçı1hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrilə (əsas: §-27, sıra-16, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) bölüyün bütün növ təminatlarından silinmiş və ştatdan kənar çıxarılmışdır. N №-li hərbi hissə komandirinin fevraldekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçı1 xidməti, komandirin fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin "Yaralıların qeydiyyatı” kitablarında yaralanması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, "Yaralıların qeydiyyatı" kitabları, N №-li hərbi hissənin sənədləri, Sarıcalı Hərbi Səhra Hospitalı rəisinin 1994-cü il tarixli nizami hissə üzrə əmrləri, Mərkəzi Hərbi Hospitalı rəisinin nizami hissə üzrə əmri, "Yaralıların qeydiyyatı" kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivə daxil olmadığından iddiaçı1 barəsində əlavə araşdırma apara bilmirlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinənin ## ##### 2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi üzrə mövcud arxiv qovluqlarında ##.##.1957-ci il təvəllüdlü iddiaçı1 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət dövrü ilə bağlı aşkar edilmiş məlumatların kserosurətlərini məhkəməyə göndərilmişdir. Göndərilən sənədlərin Ağdam Hərbi Prokurorluğunun ##.##.2022-ci il tarixli **/**** saylı məktubunun və Müdafiə Nazirliyinin Arxiv Idarəsinin ##.##.2010-cu il tarixli **/*-*** saylı məktubunun əsli Xidmətin Şirvan şəhər şöbəsində saxlanılır. Digər sənədlərin kserosurətləri vətəndaş tərəfindən Xidmətin Şirvan şəhər şöbəsinə təqdim edildiyinə görə təsdiq edilməsi mümkün olmamışdır. Ağdam Hərbi Prokurorluğunun ##.##.2022-ci il tarixli, **/**** nömrəli məktubundan görünür ki, vətəndaş iddiaçı1 barəsində Ağdam hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Cavabdeh Baş Klinik Hospitalının ##.##.2022-ci il tarixli, **** nömrəli məktubunun surətindən görünür ki, iddiaçının ##.##.1993-cü il və ##.##.1994-cü il tarixlərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən şəhadətləndirilməsi barədə olan 582 və **** №-li "müayinə vərəqələrinin" təsdiq olunmuş kserosurətləri və arayış ünvanına göndərilir. Əlavə olaraq bildirilir ki, N nömrəli hərbi hissənin tərkibində yerləşən Hərbi Səhra Hospitalı və Ağdərə ərazisində yerləşən Hərbi Səhra Hospitalında adına tərtib olunmuş hər hansı bir tibbi sənədlər Müdafiə Nazirliyinin Baş X5 Tibbi Arxivində saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə X6 ##.##.2022-ci il tarixli, #/#/2581 nömrəli Arxiv Arayışının surətindən görünür ki, iddiaçı1 N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli * nömrəli əmrilə (əsas: səh-14, §- 21) həmin tarixdən Kəşfiyyat bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabr 1992-ci il, fevral 1993cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçı1 müalicədə olması barədə məlumat aşkar olunmamışdır. *** nömrəli və N nömrəli hərbi hissələrinin Sarıcalı Hərbi Səhra Hospitalının Mərkəzi Hərbi Hospitalının sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Cavabdeh Baş Klinik Hospitalının ##.##.2022-ci il tarixli, **** nömrəli məktubunun surətindən görünür ki, vətəndaş iddiaçı1 ##.##.1993-cü il tarixdə və ##.##.1994-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən şəhadətləndirilmişdir. ##.##.1993-cü il tarixdə. Bel nahiyyəsinin zədələnməsindən sonrakı nəticə. Apendektomiyadan sonrakı vəziyyət. ##.##.1994-cü il tarixdə Döş qəfəsinin sağ yarısının əziyi, VIII, X qabırğaların sınığı. Sağ ciyinin əzilməsi. Cavabdeh Şəxsi Heyət Baş Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, vətəndaş iddiaçı1 2020-ci il tarixdə komissiyaya müraicət etmiş, sənədlərinə ##.##.2020-ci il tarixli iclasında baxılmış və xəstəliyi ilə əlaqədar məzuniyyətdən (##.##.1993-cü il tarixdən) sonra xidməti barədə məlumat olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Kollegiya qeyd edir ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Qanunvericiliyə görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə X6 ##.##.2022-ci il tarixli, #/#/2581 nömrəli Arxiv Arayışının surətindən görünür ki, iddiaçı1 N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli * nömrəli əmrilə (əsas: səh-14, §-21) həmin tarixdən Kəşfiyyat bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilmişdir. Iddiaçının iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, 1992-1994-cü illərdə ehtiyatda olan hərbi qulluqçu kimi könüllü olaraq ön cəbhədə vətənin azadlığı uğrunda döyüşərək 2 dəfə ağır yaralanmışdır. Bir neçə hərbi hissədə, axırıncı dəfə N saylı hərbi hissədə qeydiyyatda olmuş və döyüşlərdə iştirak etmişdir. Bir müddət döyüşmüş, yaralandıqdan sonra qanuni əsaslar olmadan ordu sıralarından ayrılıb evə qayıtmışdır. Iddiaçı Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli, ##.##.2022-ci il tarixli Qərarına istinad etsə də, nəzərə alınmalıdır ki, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılmamışdır. Eyni zamanda, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla təxris olmasına dair hər hası sübut mövcud deyil. Kollegiya diqqətə çatdırır ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır. Iddiaçının qanuni əsasla ehtiyata buraxılması hər hansı mötəbər sübutla təsdiq olunmur. Müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsaslar olsa da, məhkəmə araşdırması nəticəsində iddiaçının ehtiyata buraxılmasına dair Mərkəzi Arxivdə olan hərbi hissənin sənədlərində hər hansı məlumatın mövcud olması aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” ##.##.1996-cı il tarixli *** nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar, yəni iddiaçın ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar