Məhkəmə qərarları › İş №2-1(3-9)-164/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-164/2026

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-164/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İdris oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı İdris oğlunun və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı İdris oğlunun cavabdeh Cavabdeh qarşı “## ###### 2015-ci il tarixli ** saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları: “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2003 cü il tarixli ** nömrəli müqavilədən görünür ki, Cəlilabad Bələdiyyəsi ilə İddiaçı İdris oğlu arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 600 kv.m olan torpaq sahəsi kommersiya məqsədi ilə icarəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə görə müqavilənin 2014-cü ilə kimi qüvvədə olması razılaşdırılmışdır. Seriya RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad şəhəri, Ələt-Astara şosse yolu ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində ##.##.2013-cü il tarixdə İddiaçı İdris oğlunun ##.##.2003- ##.##.2014-cü illər (11 il) üzrə icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2012-ci il tarixli *(***)-***/**** saylı qətnamədən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı İdris oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi Cəlilabad Bələdiyyəsinin İddiaçı İdris oğlu ilə bağlanılmış ## ###### 2003-cü il tarixli ** saylı icarə müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2013-cü il tarixli *(***)-****/** saylı qərarından görünür ki, iddiaçı Cəlilabad Şəhər Bələdiyyəsi və vəkili X4, cavabdeh Ağayev Rauf Yavər oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın *(***)-***/**** saylı nömrəli iş üzrə ## ####### 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cəlilabad Bələdiyyəsinin ## ###### 2015-ci il tarixli ** saylı iclas protokolundan (qərarından) çıxarışdan görünür ki, Cəlilabad Bələdiyyəsinin ərazisdən alğı-satqı predmeti olan 600 kv.metr və 0.06 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılması ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan və alığı-satqı müqavilələrindən görünür ki, Cəlilabad şəhəri, Ələt-Astara şosse yolu ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış, sonradan həmin torpaq sahəsi X1, sonuncunun torpaq üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və sonradan onun tərəfindən torpaq sahəsi X3. Hazırda mübahisəli torpaq sahəsi X3 mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad Bələdiyyəsinin ## ###### 2015-ci il tarixli ** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad Şəhər Bələdiyyəsinin ## #### 2003cü il tarixli ** saylı qərarı və tərəflər arasında bağlanmış müqaviləyə əsasən ona 10 il müddətinə Ələt-Astara şossesinin kənarında kommersiya məqsədi ilə torpaq sahəsi icarəyə verilmişdir. Torpaq sahəsinin təyinatı üzrə istifadə etməyə aşağıdakı məlum səbəblər uzun müddət ona maneçilik yaratmışdır. Belə ki, 2004-cü ilin əvvəllərində həmin torpaq sahəsinin qonşuluğunda Cəlilabad şəhəri, ünvan 1 ünvanda yerləşən və ona məxsus olan fərdi yaşayış evini alğı-satqı müqaviləsi əsasında Ağayev Rauf Yavər oğluna satmışdır. Danışıqlar zamanı qonşuluqda yerləşən 0.06 ha torpaq sahəsinin də Bələdiyyənin qərarı ilə ona məxsus olduğunu və istəsə torpaq sahəsinin ona sata biləcəyini bildirmişdir. X2 pulu olmadığını bildirmiş və bu təklifdən imtina etmişdir. 2004-cü ilin axırında ona məlumat vermilmişdir ki, həmin torpaq sahəsində kimsə torpaq işləri aparır. Məsələni araşdırarkən məlum olmuşdur ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin ## ###### 2004-cü il tarixli ** saylı sərəncamı ilə həmin torpaq sahəsi Ağayev Rauf Yavər oğlunun istifadəsinə verilmiş, Cəlilabad Bələdiyyəsi ilə aralarında ## ###### 2004-cü il tarixli *** saylı icarə müqaviləsi bağlanmışdır. 2004-2014-cü illər ərzində torpaq sahəsinə dair mübahisə məhkəmə qaydasında həll edildiyinə görə torpaq sahəsini təyinatı üzrə istifadə etmək hüququndan və icarə müqaviləsinin müvafiq qaydada qeydiyyata alınmasından məhrum edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsi ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin ## ###### 2004-cü il tarixli ** saylı sərəncamı və hər iki icarə müqaviləsi ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsi ilə mübahisə tərəflərinin apellyasiya şikayətləri təmin olunmamış, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2012-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq, Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsi İddiaçı İdris oğlu ilə Cəlilabad Bələdiyyəsi arasında bağlanmış ## ###### 2003-cü il tarixli ** saylı icarə müqaviləsinin ləğv edilməsi hissəsində ləğv olunaraq, həmin hissədə yeni apellyasiya baxışına qaytaraılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ## ####### 2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli qətnaməsi ## ###### 2003-cü il tarixli ** saylı icarə müqaviləsinin ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2013-cü il tarixli qərarı ilə Ağayev Rauf Yavər oğlunun və Cəlilabad Bələdiyyəsinin kassasiya şikayətləri təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin ## ####### 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Nəhayət 10 il ərzində davam edən mübahisədən sonra icarə müqaviləsi ## #### 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinə 3437 nömrə ilə qeydiyyata alındıqdan sonra etibarlı hesab edilmişdir. Bundan sonra torpaq sahəsi üzərində icarə hüququ DƏDRX * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən qeydə alınaraq ona ## ###### 2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmiş və müqavilənin 6-cı bəndinin 1-ci hissəsinin şərtinə əsasən həmin müqavilə qüvvəyə minmişdir ki, bu müddət 2023-cü ilin ## ###### ayında tamam olmuşdur. Həmin torpaq sahəsinin ona satılması barədə Cəlilabad Bələdiyyəsinə rəsmi müraciətlərinə Bələdiyyə tərəfindən ## ###### 2014-cü ildə *** saylı məktubla bildirilmişdir ki, icarə müqaviləsinin müddəti ## ###### 2014-cü il tarixdə başa çatmış, torpaq sahəsi icarəyə verilməsi üçün hərrac və müsabiqəyə çıxarılması üçün hazırlanır. Məktubla Cəlilabad Bələdiyyəsinə müraciət etsə də, hər dəfə ona bildirilmişdir ki, torpaq sahəsi onsuz da sənindir, rəsmi şəkildə torpaq sahəsinin ona satılmasından imtina edilmişdir. 2023-cü ilin sentyabr ayının axırlarında rayonda yaşayan qohumları həmin torpaq sahəsində məlum şəxslər tərəfindən tikinti işləri aparılması barədə ona məlumat vermişdirlər. Araşdırma zamanı müəyyən etmişdir ki, həmin şəxs Ağayev Rauf Yavər oğlunun həyat yoldaşı X3r və ona DƏDRX-nin * saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları tanınaraq çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi pozulmamış, torpaq üzərində icarə hüququnun qeydiyyata alınması barədə çıxarış və torpaq sahəsinin planı və ölüçü sənədi ləğv olunmamış, torpaq sahəsinin satılması barədə ona məlumat verilməmiş, üstünlük hüququ olmasına baxmayaraq, torpaq sahəsi ona təklif edilməmiş, torpaq sahəsi açıq hərracdan və müsabiqədən kənar satılmışdır. Cavabdehin etirazları: İddiaya qarşı cavabdehin etirazı daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı (hakim Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini və işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Torpaq icarəsi haqqında” Qanun: Maddə 13. İcarənin müddətləri Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, hesab edir ki, məhkəmə tərəfindən subyektiv hüquq məsələsinə qiymət verilmədən, iddia müddətinin ötürülməsi nəticəsinə gəlinmişdir. Halbuki, subyektiv hüququn olmaması iddia müddəti məsələsini aradan qaldırır. Lakin ümumən gəlinmiş nəticə fərqli olmadığı üçün qərardadın ləğv edilərək, fərqli əsas üzrə iddianın mümkün sayılmaması məqbul hesab edilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cəlilabad Bələdiyyəsi ilə İddiaçı İdris oğlu arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 600 kv.m olan torpaq sahəsi kommersiya məqsədi ilə icarəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə görə müqavilənin 2014-cü ilə kimi qüvvədə olması razılaşdırılmışdır. Cəlilabad şəhəri, Ələt-Astara şosse yolu ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində ##.##.2013-cü il tarixdə İddiaçı İdris oğlunun ##.##.2003- ##.##.2014-cü illər (11 il) üzrə icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İcarəyə verilmiş torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. İddiaçı həmin mübahisə səbəbindən müqavilə müddətinin icarə hüququnun qeydiyyata alındığı ##.##.2013-cü il tarixdən ##.##.2023cü il tarixədək olmasını iddia edir. Cəlilabad Bələdiyyəsinin ## ###### 2015-ci il tarixli ** saylı iclas protokolundan (qərarından) çıxarışdan görünür ki, Cəlilabad Bələdiyyəsinin ərazisdən alğı-satqı predmeti olan 600 kv.metr və 0.06 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılması ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan və alığı-satqı müqavilələrindən görünür ki, Cəlilabad şəhəri, Ələt-Astara şosse yolu ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış, sonradan həmin torpaq sahəsi X1, sonuncunun torpaq üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və sonradan onun tərəfindən torpaq sahəsi X3. Hazırda mübahisəli torpaq sahəsi X3 mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları göstərilmişdir. Normanın tələbi baxımından mübahisəli torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququ müəyyən edilmir. Qanunvericiliyə görə icarə müqaviləsinin müddətinin qurtarması icarə hüququna xitam verilməsi üçün əsasdır. İddiaçı icarə müqaviləsinin müddətinin uzadılması barədə cavabdehin hərəkətsizliyindən vaxtında məhkəmədə iddia qaldıra bilərdi. Mübahisəli torpaq sahəsi icarə müqaviləsinin müddəti qurdardıqdan sonra Bələdiyyə tərəfindən başqa şəxsə satılmış, sonuncu isə öz növbəsində torpaq sahəsini başqa şəxsə satmışdır. Mübahisəli torpaq sahəsi hazırda X3 mülkiyyətindədir. İddiaçı müqavilə müddətində torpaq sahəsindən istifadə etməsinin mümkünsüzlüyü nəticəsində hüququnun pozulduğunu zənn edirsə, bu zaman başqa tələb ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar