Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-166/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı Əlisəfa oğlunun, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Iddiaçı İddiaçı Əlisəfa oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı Əlisəfa oğluna 35-60 faiz dərəcəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı Əlisəfa oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcəli müharibə əlili əlillik dərəcəsinin verilməsindən imtina edilməsi və üçüncü dərəcəli əlilliyin təyin olunması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona 31-60 faiz olmaqla, səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyən müdətdə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona 31-60 faiz olmaqla, səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyən müdətdə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Daha sonra yenidən iddiaçı IPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı Əlisəfa oğluna 35-60 faiz dərəcəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı Əlisəfa oğluna 35-60 faiz dərəcəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Şahəli Musayev) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində iddiaçının sağlamlığında ##.##.2020-ci il tarixdən hazırki vaxta kimi hər hansı müsbət irəliləyiş olmamışdır. Iddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və müddətli əlillik təyinatına əsas vermədiyi qeyd edilsə də, bu halların hər hansı mötəbər sübutlarla əsalandırmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli ***** nömrəli tibbi şəhadətləndirmə barədə arayışı qüvvədən düşməmişdir. Beləliklə, iş materiallarına əlavə olunmuş tibbi sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməli və iddiaçı İddiaçı Əlisəfa oğluna 35-60 faiz dərəcəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ## ######## 2020-ci il tarixdə ölkədə elan edilmiş səfərbərliklə bağlı ordu sıralarına qatılmışdır. Müharibə zamanı Füzuli rayonunun, Xocavənd rayonunun, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin düşməndən azad edilməsi ilə bağlı döyüşlərdə iştirak etmişdir. ##.##.2023-cü il tarixdə Füzuli rayonunda minaatan mərmisinin yanında partlaması nəticəsində xəsarət almışdır. Baş vermiş partlayışdan sonra psixoloji vəziyyəti pisləşməyə başladı. Müharibədən sonra dəfərlərlə Psixiatriya xəstəxanalarında stasionar müalicədə olmuş və ona "posttravmatik stress pozunluğu" və "fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, ağır depressiv epizodlar, intihar cəhdləri ilə" diaqnozları qoyulmuşdur. Iddiaçı üçüncü dərəcəli müharibə əlili əlillik dərəcəsinin verilməsi üçün cavabdeh təşkilata müraciət etsə də, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarla diaqnozun öz təsdiqini tapmaması səbəbindən ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Iddia ərizəsinə əlavə etdiyi sənədlərdən onun həqiqətən yuxarıda qeyd etdiyi diaqnozlardan əziyyət çəkdiyi sübut edilir. Hesab edir ki, cavabdeh orqan tərəfindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi barədə qərar tamamilə qanunsuzdur. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin xəstədə ağırlaşmaların olub-olmaması hər hansı qaydada müəyyən edilməmişdir. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *** nömrəli travma haqqında arayış düzgün tərtib edilməmiş, əsassız olaraq psixi xəstəlik qeyd olunmuşdur. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin ##.##.2023-cü il tarixli, *** nömrəli X3 surətindən müəyyən olunur ki, H/V əsgər ##.##.1996-cı il təvəllüdlü İddiaçı Əlisəfa oğlu ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Orta (mülayim) dərəcədə ifadə olunmuş fəlakət keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Gərginlik tip baş ağrısı. Alının, sol əlin arxa səthinin bərkimiş dəri çapıqları” döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. - ## ###### 2023-cü il tarixli, ***** nömrəli X10 surətindən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi rəisinin ##.##.2023-cü il tarixli, *-**-**/*- ****/**** nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı ##.##.1996-cı il təvəllüdlü, ##.##.2020- ##.##.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi rütbəsi ehtiyatda olan əsgər, hərbi-uçot ixtisası atıcı. SHXÇDX-nin Şirvan şəhər şöbəsində qeydiyyatdadır. SHXÇDX-nin Şirvan şəhər şöbəsi tərəfindən ##.##.2020-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. (könüllü daxil olmuşdur). Boyu 169 sm. Bədən çəkisi 57 kq. Döş qəfəsinin çevrəsi (sakit vəziyyətdə) 94 sm. Şikayətləri baş ağrısı, əsəbilik, yuxunun və yaddaşın pozulmasındandır. Anamnezindən məlumdur ki, irsiyyəti ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmayıb. Ilkin inkişafı adi olub. Ilkin psixo-fiziki inkişafı adi olub. Uşaq yaşlarında xasiyyətcə sakit, mehriban, təmizkar, səliqəli və intizamlı olub. Məktəbə vaxtında gedib. Orta təhsillidir. Ailəlidir. Işləyir. Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib (əsas: SX seriyalı ******* nömrəli hərbi bilet). Özünü ##.##.2020-ci il tarixdən xəstə hesab edir. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə "Orta (mülayim) dərəcədə ifadə olunmuş fəlakət keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Gərginlik tip baş ağrısı. Alının, sol əlin arxa səthinin bərkimiş dəri çapıqları" xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissənin komandiri tərəfindən ##.##.2023-cü il tarixli *** nömrəli travma haqqında arayış). Aldığı xəsarətlə əlaqədar olaraq ilk tibbi yardım döyüş meydanında gösərildikdən sonra döyüşə qayıtmışdır. ##.##.2021-ci il tarixində hərbi xidmətdən ehtiyata buraxılmışdır. ##.##.2021-ci il tarixdə müayinə və müalicə üçün Şirvan ŞMX-na göndərilmiş, ##.##.2021-##.##.2021-ci il tarixədək Şirvan ŞMX-da "Astenonevrotik vəziyyət" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: Şirvan ŞMX-nın təqdim etdiyi ******* nömrəli xəstəlik tarixindən çıxarışı). ##.##.2021-##.##.2021; ##.##.2022-##.##.2022-Şirvan ŞMX-da, ##.##.2021-##.##.2021; ##.##.2022-##.##.2022, ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnda ##.##.2023-cü il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyinin sasəb əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarı: Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə davamlı dəyişikliyi, ağır depressiv epizodlar, intihar cəhdləri ilə. Dəqiqləşdirilməmiş ensefalopatiya. Alının sol yarısının, sol əlin arxa səthinin bərkimiş dəri çapıqları.HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisaslı üzrə xidmətə və s. yararlıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 18a, 24b maddəsinin II qrafasında və ƏTC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş :”Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Müşayiətçiyə zərurət var bir nəfər. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: Diaqnoz: “Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə davamlı dəyişikliyi, ağır depressiv epizodlar, intihar cəhdləri ilə.” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Diaqnoz: “Dəqiqləşdirilməmiş ensefalopatiya. Alının sol yarısının, sol əlin arxa səthinin bərkimiş dəri çapıqları.” “Ümümi Xəstəlikdir” səbəb əlaqəsi ilə “Təsdiq Olunur” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2023-cü il tarixli, **** nömrəli Həkim Psixiatr Komissiyasının Rəyinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il tarixli, *-**/*-*-***/**** saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Əlisəfa oğlu xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, ağır depressiv epizodlar, intihar cəhdləri ilə F 62.0. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin *-**-*/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildirilir ki, İddiaçı ilkin olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının L00124421YBA və F********VUN nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq ##.##.2023-cü və ##.##.2024-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq birinci halda diaqnozun əlillik əlaməti təyin etməməsi ikinci halda diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin *-**-*/*-H****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında ##.##.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə iddiaçıya dair göndəriş daxil olmamışdır. Hazırda səhhətində ağırlaşma əmələ gəlmişdirsə, hərbi həkim komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-sosial ekspert komissiyasının *-**-*/*-*-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Şirvan şəhər sakini ##.##.1996-cı il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Orta (mülayim) dərəcədə ifadə olunmuş fəlakət keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Gərginlik tip baş ağrısı. Alnın sol yarısının, sol əlin arxa səthinin bərkimiş dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. "Psixotik simptomlarsız müşahidə olunan ağrı (kəskin) dərəcədə ifadə olunmuş depressiv epizod, intihar fikirləri ilə, Əlvan dəmrov" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2022-##.##.2022-ci il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Posttravmatik stress pozuntusu, yaddaş enməsi ilə, astenik vəziyyət" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Salyan rayonlararası Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2022-ci il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz "Nevrasteniya, ifadəli asteno-nevrotik vəziyyət, yaddaş zəifliyi" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Posttravmatik stress pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ ##.##.2023-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz "Uzunmüddətli posttravmatik stress pozuntusu. Ağır depressiv epizod, intihar fikirləri ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "X4 X7. Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz "Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, intihar fikirləri ilə kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət (müharibə) keçirdikdən sonra X7. Ağır depressiv epizod, intihar fikirləri ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "X4 X7" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Salyan rayonlararası Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz "Fəlakət (2020ci il II Qarabağ müharibəsi) keçirdikdən sonra X7, ağır depressiv epizod, Intihar fikirləri ilə" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Verilən sualları cavablandırmaqdan yayınmış, klinikanı dəqiqləşdirmək istədikdə dərhal konflikt yaratmağa meyl etmiş, sərhədsiz davranmışdır. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Təqdim olunan sənədlərdə intihar fikirləri qeyd olunsa da, müayinə zamanı anamnestik və kliniki olaraq öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, intihar fikirləri ilə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-sosial ekspert komissiyasının *-**-*/*-*-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Şirvan şəhər sakini ##.##.1996-cı il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. C.Hamidova orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, ağır depressiv epizodlar, cəhdləri ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "Dəqiqləşdirilməmiş ensefalopatiya. Alnın sol yarısının, sol əlin arxa səthinin bərkimiş dəri çapıqları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ********* nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "X4 X7" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz "Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, ağır depressiv epizodlar, intihar cəhdləri ilə kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2023-##.##.2024-cü il tarixli, ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Salyan rayonlararası Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz "Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, ağır depressiv epizodlar, intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, ağır depressiv epizodlar, intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Anamnezində 2-3 gündən bir havalandığını, təcili yardım gəlib təyinat etdiyini bildirsə də, siqnal vərəqələri təqdim edilməmişdir. Qıcolmalar olduğunu bildirmiş, lakin tibbi sənədlərdə bu fakt öz təsdiqini tapmamışdır. Fiziki olaraq aktiv olsa da, "tərpənməyə halım yoxdur". bildirmişdir. Təqdim edilmiş tibbi rəylə şikayətləri kəskin fərqlənmişdir. Mühakimə qabiliyyəti kifayət qədər, təfəkkürü ardıcıl, məntiqi olmuşdur. Emosional sferası adaptiv, situasiyaya uyğun olmuşdur. Bələdliyi və tənqidi bütün istiqamətlərdə qorunmuşdur. ƏMAS-da 2022-ci ildən aktiv əmək müqaviləsi olduğu qeyd edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Fəlakətdən sonra isterik tip şəxsiyyət dəyişikliyi, aqrovasiya elementləri. Sosial-əmək adaptasiyası ilə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2024-cü il tarixli, ***** nömrəli məktubunun surətindən görünür ki, ##.##.1996-cı il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı Əlisəfa oğlu dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Sonuncu dəfə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. - Iddiaçıya məxsus SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, iddiaçı ##.##.2020-##.##.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli, *** nömrəli ekspert rəyindən müəyyən olunur ki, İddiaçı Əlisəfa oğluna X4 X7 (F 62.1) müəyyən edilir. Bunu iş materialları, anamnestik məlumatlar-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, bir müddət sonra psixi vəziyyətində və davranışında dəyişikliklərin meydana çıxması, bir neçə dəfə intihara cəhd göstərməsi, ##.##.2021-##.##.2021-ci il tarixədək, ##.##.2022-##.##.2022-ci il tarixədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasında, ##.##.2021-##.##.2021, ##.##.2022-##.##.2022, ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023-cü il tarixlərdə SN xxxxnda müalicə olunması, ##.##.2023-cü il tarixdə SN xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında prof. Fuad Ismayılov tərəfindən müayinə olunarkən "Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, intihar fikirləri ilə" diaqnozunun təyin olunması, MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən ##.##.2023-cü il tarixdə şəhadətləndirilərkən "Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, ağır depressiv epizodlar, intihar cəhdləri ilə" və digər diaqnozların təyin "xəstəliklər cədvəlinin" 18 a maddəsinin II qrafasına əsasən həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi, ##.##.2023-cü il tarixdə Salyan RPX-də həkim məsləhət komissiyası tərəfindən müayinə olunduqdan sonra ona "Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, ağır depressiv epizodlar, intihar cəhdləri ilə" diaqnozu təyin edilməsi, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətlər və qeyd olunan əlamətlər (əhvali ruhiyyəsinin enməsi, xatirində tez-tez döyüş səhnələrinin canlanması həmin vaxtlar güclü həyəcan keçirməsini bildirməsi, emosional dayanıqsızlığı, qıcıqlara qarşı həssaslığın artması və s.) sübut edir. Inzibati iş materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandınır: 1-ci sual üzrə cavab: İddiaçı X4 X7 (F 62.1) aşkar olunur. "xxxx"nın təsdiq edilməsi və "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli Qərarının 1.2-ci maddəsinə əsasən "Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir". Bu səbəbdən qoyulmuş sualın məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırılması mümkün deyil. 2-ci sual üzrə cavab: Təqdim olunmuş tibbi sənədlərə əsasən əvvəlki müayinələr zamanı İddiaçı təyin olunmuş diaqnozlar aparılmış müayinələrin nəticələrinə uyğundur. 3-cü sual üzrə cavab: Təqdim olummuş tibbi sənədlərə əsasən İddiaçı bir neçə il əvvəl aparılmış müayinələr zamanı bütün funksional diaqnostik müayinələrin nəticələrini, müalicə tədbirləri və onların səmərəliliyi, onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətlərini məhkəmə-psixiatrik ekspertizasının gedişində qiymətləndirmək mümkün deyil. Təqdim olummuş tibbi sənədlərə əsasən İddiaçı qeyd olunan psixi pozuntunun dinamikasının xronik (uzunmüddətli gedişli) olduğu qənaətinə gəlmək olar. Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Kollegiya onu da diqqətə çatdırır ki, Salyan Psixiatriya Xəstəxanası tərəfindən verilmiş göndərişdə əsas diaqnoz “X4 X7 və s.(F62.0) qeyd olunsa da, “xxxx” X1 ##.##.2025-ci il tarixli, *** nömrəli ekspert rəyindən müəyyən olunur ki, İddiaçı Əlisəfa oğluna “X4 X7 (F 62.1)” diaqnozu qoyulmuşdur. Göründüyü kimi, ekspert rəyində XBT kod F62.1 kimi qeyd edilsə də, ekspert də iddiaçıya “X4 X7” diaqnozunu qoymuşdur. Digər tərəfdən hər iki XBT kodu ilə müəyyən edilmiş xəstəliklər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndinə uyğun olan psixi və davranış pozuntularına aiddir. Göründüyü kimi, hazırkı halda XBT kodları arasındakı fərqlər formal xarakater daşıyır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-166/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-166/2026
22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver