Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-17/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- X9 ## #### 2024-cü il tarixli, 25 gm nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi və onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-X9 ## #### 2024-cü il tarixli, 25 gm nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi və onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə Cavabdeh N nömrəli hərbi hissəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə anadan olmuşdur. ##.##.2003cü il tarixdən ##.##.2005-ci il tarixə kimi müddətli həqiqi hərbi xidmətdə olmuşdur. ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixədək Azərbaycan Respubükasının Silahlı Qüvvələrində R qismində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikası Qanununun 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmış və indiyə kimi işdən azad olunmağı ilə əlaqədar olan əmri almamışdır. Lakin bütün bunlara baxmayaraq o, hesab edir ki, bu ona qarşı ədalətsiz bir qərardır. Çünki o, hərbi xidmət illəri ərzində işinə peşəkarcasına yanaşmış və Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və torpaqlarımızın toxunulmazlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və dəfələrlə medallarla təltif olunmuşdur. Onun qanunsuz işdən azad olunmağı ona maddi və mənəvi cəhətdən çox böyük ziyan vurmuşdur. Buna görə də o, barəsində olan “müvafiq əmrin ləğv edilməsi və işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Cavabdeh nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 3-cü V vəzifəsində xidmət edərkən N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisinin ##.##.2024-cü il tarixli, *** nömrəli təliqəsinə əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə təqdim edilmiş, MN MTE və PAM-in məhkəmə-kimyəvi ekspertizasından keçirilməsinin nəticələrinə dair ##.##.2024-cü il tarixli, **** nömrəli ekspert rəyinə əsasən İddiaçı sidik nümunəsinin nazik təbəqəsinin xromatoqrafiya və immun fermentativ xətli test metodu ilə tədqiqi nəticəsində “Kannabinoid” (çətənə) adlı maddə aşkar edilmişdir. ##.##.2024-cü il tarixdə 2-ci tabor 5-ci bölüyün komandiri R X1 R İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsnin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə vəsatət qaldırmış, N nömrəli hərbi hissə komandirinin təqdimatı ilə Müdafiə nazirinin müavini - X9 ## #### 2024-cü il tarixli, ***gm nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli, *** nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq SHXÇDXın Lənkəran şəhər şöbəsinə göndərilmişdir. Iş materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, İddiaçı 5-ci bölükdə xidmət etdiyi müddət ərzində nizam-intizamsız hərbi qulluqçu kimi xarakterizə olunmuş, həmçinin işə əlavə edilmiş xidməti vərəqədən görünür ki, o dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Iş materiallardan görünür ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixədək bu barədə heç bir şikayəti daxil olmamışdır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X12 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Silahlı Qüvvələrin Intizam Nizamnaməsinin 5-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin # ##### 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 3.4-cü bəndinə əsasən hər bir hərbi qulluqçu ciddi hərbi intizamın zəruriliyini şüurlu surətdə dərk etməli, baş verə biləcək cinayətlərin və intizam xətalarının qarşısının vaxtında almağa çalışmalı və onların yaranmasına səbəb olan amilləri aşkar edib aradan qaldırmalı və ya öz köməyini əsirgəməməli, ona verilən hüquqlar tələblərini, vəzifə borclarını, verilən tapşırıq və göstərişləri dəqiq və vaxtında yerinə yetirməlidir. Bu Qaydaların 7.1-ci bəndinə əsasən hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı hallarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Həmin Qaydalarının 10.1-ci yarımbəndinə əsasən davranış qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və ya şərəf məhkəməsində dinlənilməsi üçün əsas ola bilər. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 160-cı maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: Rlər və Rlar - Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən; Işdə olan sənədlərdən müəyyən edilir ki iddiaçı İddiaçı “əmrin ləğv olunması və iddiaçının işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırılmalıdır. Inzibati Prosessual Məcəllənin 14.3-cu maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd edilmiş dəlillərlə eynilik təşkil edir. Prosessual məsələlər: Iddiaçı və vəkili məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarından, o cümlədən işdə olan ##.##.2024-cü il tarixli, **** nömrəli ekspert rəyindən müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 3-cü V vəzifəsində xidmət edərkən N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisinin ##.##.2024-cü il tarixli, *** nömrəli təliqəsinə əsasən müayinə olunması üçün Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə təqdim edilmiş, müayinə ##.##.2024-cü il tarixdə başlanmış və ##.##.2024-cü il tarixdə başa çatmış, MN MTE və PAM-in məhkəmə-kimyəvi ekspertizasından keçirilməsinin nəticələrinə dair ##.##.2024-cü il tarixli, **** nömrəli ekspert rəyi tərtib olunmuş, həmin ekspert rəyinə əsasən İddiaçı sidik nümunəsinin nazik təbəqəsinin xromatoqrafiya və immun fermentativ xətli test metodu ilə tədqiqi nəticəsində sidik nümunəsinin tərkibində çətənə (cannobis) bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” adlı maddə aşkar edilmişdir. Iş materiallarında olan birinci və ikinci söhbət vərəqlərindən görünür ki, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə tarixdə N nömrəli hərbi hissənin komandiri tərəfindən R İddiaçı ilə söhbətlər aparılmış, iddiaçı həmin söhbətlərdə heç vaxt natkotik vasitədən istifadə etmədiyini və xidmətini davam etdirmək istədiyini bildirmişdir. Iş materiallarında olan raportlardan görünür ki, 2-ci tabor 5-ci bölüyün komandiri R X1 R İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsnin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, 2-ci taborun komandiri R Fərhad Dadaşov R X1 raportuna əsasən yuxarı komandanlıq qarşısında vəsatət qaldırmışdır. Iş materiallarında olan ##.##.2024-cü il tarixli Təqdimatdan görünür ki, N nömrəli hərbi hissə komandiri R Fuad Əliyev R İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsnin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmışdır. Iş materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, İddiaçı 5-ci bölükdə xidmət etdiyi müddət ərzində nizam-intizamsız hərbi qulluqçu kimi xarakterizə olunmuş, həmçinin işə əlavə edilmiş xidməti vərəqədən görünür ki, o dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Qeyd olunan sənədlərdən görünür ki, R İddiaçı münasibətdə N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müəyyən etdiyi prosedur qaydalara tam riayət olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-X9 ## #### 2024cü il tarixli, **gm nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N №-li hərbi hissənin 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı V R İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli, *** nömrəli əmrinə əsasən İddiaçı şəxsi heyətin siyahısından çıxarılaraq SHXÇDX-ın Lənkəran şəhər şöbəsinə göndərilmişdir. Iş materiallarında olan “X2”nın ##.##.2024-cü il tarixli qanın kliniki və sidiyin ümumi analizlərindən görünür ki, İddiaçı qan və sidik nümunələrində heç bir narkotik, psixotrop və güclü təsiredici maddələr aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X6 iş üzrə məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: - Vətəndaş İddiaçı adına tərtib edilmiş ##.##.2025-ci il tarixli, ****/K saylı aktdan görünür ki, ondan götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində qanda və sidikdə barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafıə Naziıiiyi “MTE və PA Mərkəzi”ində ilkin götürülmüş qan və sidik nümunələrinin saxlama müddəti qurtardıqdan sonra müvafıq qaydalara uyğun olaraq məhv edıldiyindən qərardadda olan digər sualların cavablandırılması mümkün olmadı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bu Əsasnamə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. 2-ci bəndində əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. 156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. 41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Qeyd edilməlidir ki, hərbi qulluqçulara intizam cəzalarının verilmə qaydası Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X11 ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Həmin Nizamnamənin:
43. bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.
85. bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.
87. bəndinə əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir.
88. bəndinə əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. Kollegiya diqqətə çatdırır ki, hərbi qulluq dövlət qulluğunun xüsusi bir növü olub, vətəndaşların silahlı müdafiə vəzifəsini yerinə yetirməsini təmin edən, sərt nizam-intizam və xüsusi məsuliyyət tələb edən fəaliyyətdir. Digər peşələrdən fərqli olaraq hərbi qulluq dəmir nizam-intizam və tabeçilik, hüquq və azadlıqların məhdudlaşdırılması, mülki hüquq və vəzifələrə görə xüsusi məsuliyyət, daimi hazırlıq və ərazi məhdudiyyəti və s. əlamətlərlə xarakterizə olunur. Bir sözlə qanunvericilik həm hərbi xidmətə qəbul, həm də də hərbi xidmətdən azad olunmaq üçün fərqli mexanizmlər nəzərdə tutmuşdur. Təsadüfü deyildir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndində göstərilir ki, xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Iş materiallarından görünür ki, İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixədək Azərbaycan Respubükasının Silahlı Qüvvələrində R qismində həqiqi hərbi xidmət keçmiş, xidmət etdiyi dövrdə Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuş, MN MTE və PAM-in məhkəmə-kimyəvi ekspertizasından keçirilməsinin nəticələrinə dair ##.##.2024-cü il tarixli, **** nömrəli ekspert rəyinə əsasən oğlu sidik nümunəsinin nazik təbəqəsinin xromatoqrafiya və immun fermentativ xətli test metodu ilə tədqiqi nəticəsində “Kannabinoid” (çətənə) adlı maddə aşkar edildiyindən “Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikası Qanununun 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Kollegiya diqqətə çatdırır ki, iddiaçının narkotik vasitə qəbul etməsinə dair yeganə sübut cavabdeh inzibati orqan olan MN MTE və PAM-in məhkəmə-kimyəvi ekspertizasından keçirilməsinin nəticələrinə dair ##.##.2024-cü il tarixli, **** nömrəli ekspert rəyidir. Işdə olan digər sübutlar-X2 ## #### 2024-cü il tarixli rəyi, Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X6 ##.##.2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyinə əsasən iddiaçıda narkotik vasitədən istifadə əlamətləri müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə “Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlama müddətləri göstərilmiş siyahısı”nın təsdiq edilmiş və həmin siyahıya əsasən məhkəmə-kimyəvi müayinə üçün canlı şəxslərdən götürülmüş biooloji obyektlərin saxlama müddəti 1 ildir. Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Kollegiya vurğulayır ki, iddiaçının hərbi xidmətə qəbul zamanı hərbi xidmətin təbiətindən irəli gələn bir sıra məhdudiyyətlər barədə xəbərdar edildiyi, həmin məhdudiyyətlərə əməl edəcəyi barədə öhdəliklər götürdüyü, həmin öhdəliklərə əməl olunmaması halında hərbi qulluqçu barəsində işdən azad edilmə üçün əsas yarandığı şəraitdə iddiaçı onunla aparılmış iki fərdi söhbətin hər birində israrla narkotik vasitədən istifadə etmədiyini, hərbi xidmətə davam etmək istədiyini bildirirsə, cavabdeh inzibati orqanın iddiaçının dəlillərini məhz yuxarıda qeyd oluanan qanunvericilik normalarının tələbləri baxımından xidməti vəzifəsinə görə ətraflı yoxlamaq kimi vəzifəsi yaranır. Cavabdeh orqan isə hərəkətsizlik nümayiş etdirib bu istiqamətdə hər hansı araşdırma aparmamış, təkrar müayinə keçirməmiş, hətta iddiaçının məhkəməyə müraciət etməsini və məhkəmə araşdırması aparılmasını biləbilə yeganə sübut ola biləcək sidik nümunələrini iş üçün xüsusi əhəmiyyət kəsb etməsinə baxmayaraq saxlama müddəti başa çatan kimi məhv etmişdir. Halbuki “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri nöqteyi-nəzərindən cavabdeh orqanın onun mövqeyi ilə razılaşmayan iddiaçının dəlillərini yoxlamaq kimi xidməti vəzifəsi var idi. Belə olan halda kollegiya hesab edir ki, iş üzrə maraqlı tərəf olan inzibati orqan tərəfindən verilmiş ekspert rəyinə əsaslanıb iddiaçının narkotik vasitədən istifadə etməsi qənaətinə gəlinməsi və iddianın əsassız hesab edilərək rədd edilməsi ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-X9 ## #### 2024-cü il tarixli, 25 gm nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.