Məhkəmə qərarları › İş №2-1(3-9)-171/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-171/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-171/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Şirvan şəhər XDS Icraiyyə Komitəsinin 1959-cu tarixli qərarı və həmin qərar əsasında verilmiş orderə əsasən mərhum atası X9 verilmiş Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, *** saylı evdə yerləşən * saylı yaşayış sahəsinə dair hüququn ölmüş şəxsə, ##.##.2017-ci il tarixində vəfat etmiş X9 məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair hüquq müəyyənedici sənədlər iddiaçıda mövcud deyildir, belə ki, iddiaçı həmin sənədlərin itdiyini bildirmişdir. Sözügeən sənədlər arxivdə və yerli icra hakimiyyəti orqanında da aşkar edilməmişdir. Belə olan halda mənzilə dair iddiaçının subyektiv hüququ müəyyən edilmədiyi üçün iddia mümkün hesab edilməməlidir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1959-cu ildə Şirvan şəhər XDS Icraiyyə Komitəsinin qərarı və həmin qərar əsasında verilmiş order əsasında mərhum atası X7 Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, *** saylı evdə yerləşən * saylı mənzil verilmişdir. Atası 1960-cı il tarixində ailəvi olaraq həmin mənzilə köçmüşdür. Atası ##.##.2017-ci il tarixdə, anası X3 isə ##.##.2017-ci il tarixində vəfat etmişlər. O, hal-hazırda 1960-cı ildən başlayaraq mərhum atasına verilmiş həmin mənzildə yaşayır. Bu müddət ərzində Şirvan Şəhər Icra Hakimiyyəti Şirvan şəhər Mənzil Istismar Sahəsi və ya hər hansı şəxs tərəfindən etirazlar olunmamış və bütün kommunal xərclər, işıq, qaz, su sərfiyyatı ilə bağlı xərclər onun tərəfindən ödənilmişdir. Mənzilin özəlləşdirilməsi üçün aidiyyatı üzrə müraciətlər edərkən adı çəkilən mənzilin mərhum atasına verilməsinə dair Şirvan şəhər XDS Icraiyyə Komitəsinin qərarı və həmin qərar əsasında verilmiş orderin təqdim olunmaması bildirilmişdir. Lakin mənzilin verilməsinə dair qərar və həmin qərar əsasında verilmiş order hal-hazırda ona məlum olmayan səbəbdən itmişdir. Bu səbəbdən X4 Filialına ərizə ilə müraciət etmiş, cavab olaraq verilmiş ##.##.2023-cü il tarixli X5 X10 Şirvan şəhər XDS Icraiyyə Komitəsinin qərarının aşkar olunmadığı qeyd olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində iddia tələbinin mümkan sayılması və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Şirvan Şəhər Icra Hakimiyyətinin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1959-1960-cı illərdə Əli Bayramlı Şəhər X8 Icraiyyə Komitəsinin qərarı ilə mərhum X7 mənzil verilməsi barədə orderin kötüyü Şirvan Şəhər Icra Hakimiyyətində aşkar olunmadı. -Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X7 ##.##.2017-ci il tarixdə, X3 ##.##.2017-ci il tarixdə vəfat etmişlər. -X4 filialının iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Arxivin ünvan 1ühafizə olunan Əli Bayramlı şəhər ZDS Icraiyyə Komitəsinin 1959-1970-ci illərə aid protokollar kitabında geniş araşdırma aparıldı. Lakin X6 Məmmədəli oğlunun adına mənzil verilməsi barədə qərar aşkar olunmadı. -X4 Filialının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X1 filialında mühafizə olunan Əli Bayramlı (indiki Şirvan) şəhər ZDS Icraiyyə Komitəsinin 1959-cu il protokolları kitabında mənzil məsələsi barədə qərar aşkarlanmadı. -Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi *** saylı evin * saylı mənzilinə dair hər-hansı hüquqmüəyyənedici sənəd Ərazi Idarəsində aşkar olunmamışdır. İddiaçı Ərazi Idarəsinə müraciət etdiyi zaman hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyinə görə, daşınmaz əmlaka yerində baxış (müayinə) aparılmamış və müayinə aktı tərtib edilməmişdir. -Şirvan Şəhər Icra Hakimiyyəti başçısının 1 X2 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan Şəhər Icra Hakimiyyəti başçısının 1 X2 Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən, ünvan 2 ünvanda hal-hazırda ##.##.1959-cı il təvəllüdlü İddiaçı və ##.##.1966-cı il təvəllüdlü Üçüncü şəxs qeydiyyatdadırlar və onların istifadəsindədir. -Şirvan şəhər * saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X6 Məmmədəli oğlunun adına Şirvan şəhəri * saylı Notariat ofisində vərəsəlik işi açılmamışdır. -Şirvan Şəhər Icra Hakimiyyəti Mənzil Təsərrüfatı Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında hal-hazırda İddiaçı və onun bacısı Üçüncü şəxs qeydiyyatda olmaqla yaşayırlar. ünvan 3 ünvanı Mənzil Təsərrüfatı Idarəsinin balansında olmaqla daşınmaz əmlak kimi qeydiyyatdadır. X6 mənzilin verilməsi barədə Əli Bayramlı şəhər XDS Icraiyyə Komitəsinin 1959-cu il tarixli qərarı ilə verilən mənzilin orderi aşkar olunmadı. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının subyektiv hüququnun pozulmaması əsası ilə iddianı mümkünsüz hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçı mənzilə dair hüququn ölmüş şəxsə (vəfat etmiş atası vəfat etmiş X9) məxsus hesab edilməsi barədə arayışın verilməsi üçün müraciət etsə də, müvafiq hüquqmüəyyənedici sənədi inzibati orqana və məhkəməyə təqdim etməmişdir. Sözügedən sənədlər inzibati orqana təqdim edilmədiyindən orqan tərəfindən iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aşağıdakılardır: -Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; -daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; -qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: -hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: -icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; -məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: -tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; -məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; -müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; -təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; -Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar