Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-172/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh Cavabdeh iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "X3” publik hüquqi şəxsinin cavabdeh Cavabdeh qarşı ödənilmiş dövlət vəsaitinin geri qaytarılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı "X3” publik hüquqi şəxsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 3231,75 manat dövlət vəsaitinin Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya müvafiq təyinatın aparılması zamanı onun mülkiyyətində torpaq sahəsinin olubolmamasının müəyyən edilməsi, zəruri inzibati icraatın və araşdırmanın aparılması qanunvericinin tələblərinə əsasən inzibati orqanın birbaşa vəzifəsidir və həmin hal iddiaçının təqsiri nəticəsində baş verməmişdir və onun məsuliyyət sferasına aid edilə bilməz. Inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və ya yetərli araşdırma apamamasının neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin, yəni cavabdehin üzərinə qoyulması demək olardı. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 ## ### 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X9 və Təyinat filialı tərəfindən cavabdehə "Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1 -ci maddəsinə əsasən, # ###### 2022-ci il tarixdən 6 ay müddətində işsizlikdən sığorta ödənişi, # #### 2023-cü il tarixdən 3 ay müddətinə təkrar sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 3231,75 manat vəsait nağdsız qaydada ödənilmişdir. "Işsizlikdən sığorta haqqında” Qanunun 18.0.1-ci maddəsinə əsasən, sığorta ödənişi alan şəxs "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən, işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Məlumat üçün bildirir ki, vətəndaş qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmış və Cavabdeh ərizə ilə sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməyi üzərinə öhdəlik götürmüşdür. ## ###### 2023-cü tarixdə cavabdehə sonuncu ay üzrə işsizlikdən sığorta ödənişinin, ## #### 2023-cü il tarixdə isə sonuncu ay üzrə təkrar sığorta ödənişinin ödənilməsi həyata keçirilmiş və bununla da Qanunun 18.0.3-cü maddəsinə əsasən, sığorta ödənişinin verilməsi dayandırılmışdır. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən, cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuşdur. Işsizlikdən sığorta ödənişi təyinatı # ###### 2022-ci il tarixdən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. Işsizlikdən sığorta ödənişi doqquz ay ödənildikdən sonra MEIS-in müvafiq altsistemində cavabdehin mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin cavabdeh özü mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən, Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmişdir. Cavabdeh şikayətin dəlillərini qəbul etməmiş, eyni zamanda bildirmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə müəyyən edilmiş torpaq sahəsinin atasına məxsus olmasını zənn etdiyindən, söğorta ödənişi üçün müraciət edən zaman özünə məxsus torpaq sahəsinin olmaması barədə məlumat vermişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının *********** nömrəli, ##.##.2022-ci il tarixli işsizlikdən sığorta təyin edilməsi haqqında əmrinə əsasən, ## ###### 2022-ci il tarixindən işsizlikdən sığorta ödənişi təyin edilən şəxslərin siyahısı təsdiq edilmişdir (510 nəfər işsiz şəxsin adlı siyahısı əlavə olunur). -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının *-**-*/*-*-****/**** nömrəli, ##.##.2023-cü il tarixli işsizlikdən sığorta təyin edilməsi haqqında əmrinə əsasən, "Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin icrasının təmin edilməsi məqsədilə 659 nəfər işsiz şəxsə ## #### 2023-cü il tarixindən işsizlikdən sığorta ödənişi təyin edilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının *-**-*/*-*-***/**** nömrəli, ##.##.2023-cü il tarixli işsizlikdən sığorta ödənişinin dayandırılması haqqında əmrinə əsasən, "Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə adları əlavədə qeyd olunan 685 nəfər şəxsə təyin olunmuş işsizlikdən sığorta ödənişi dayandırılmışdır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının *-**-*/*-*-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli işsizlikdən sığorta ödənişinin dayandırılması haqqında əmrində qeyd edilmişdir ki, "işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialının Əsasnaməsinin 3.1.2-ci və 5.5.7-ci yarımbəndlərini rəhbər tutaraq adları əlavədə qeyd olunan 551 nəfər şəxsə təyin olunmuş işsizlikdən sığorta ödənişi dayandırılmışdır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X3 Mərkəzi Mühasibatliq və Təyinat Filialinın iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.1 -ci maddəsinə əsasən, ##.##.2022-ci il tarixdən 6 ay müddətinə əsas və ##.##.2023-cü il tarixdən 3 ay müddətinə təkrar işsizlikdən sığorta ödənişi təyin edilmiş və 3231,75 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabına köçürülmüşdür. Qanunun 18.0.1 -ci maddəsinə əsasən, sığorta ödənişi alan şəxs "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4- cü maddəsinə əsasən, məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin dayandırılmasına səbəb olur. Mülkiyyətinizdə kənd təsərrüfatına yararlı torpaq payı olduğu üçün 3231,75 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən, Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X3ytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, arxiv materiallarına əsasən, Cavabdeh adına ümumi birgə mülkiyyət hüququ üzrə Cəlilabad rayonu, Abazallı kəndində yerləşən 2,28 ha kənd təsərrüfatı təyinatlı və 0,10 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu Abazallı kəndi ərazisindən 2.284 ha torpaq sahəsi Vəliyev Səxavət Isa oğlunun və igərlərinin adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. -“Torpağın mülkiyyət hüququna dair” JN-0089, KOD ******** nömrəli Dövlət aktından görünür ki, Vəliyev Səxavət Isa oğlu və onun ailə üzvlərinə Cəlilabad rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə 2.28 ha torpaq sahəsi verilmişdir. -Torpağın mülkiyyətə verilməsinə dair JN-023A, KOD ******** nömrəli Dövlət aktından görünür ki, Vəliyev Səxavət Isa oğlu və onun ailə üzvlərinə Cəlilabad rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərt edilməsini zəruri hesab edir. “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinə əsasən Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; “Işsizlikdən sığorta haqqında” Qanunun: 5.2-ci maddəsinə əsasən sığortaolunanın aşağıdakı vəzifələri vardır: -sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək; -“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiq etmək, yerinə yetirmək və icrası barədə hesabat vermək; -qanunla müəyyən olunmuş qaydada işə bərpa olunduqda məcburi işburaxma dövrü üçün ödənilmiş əməkhaqqından sığorta ödənişini qaytarmaq; -6.1-ci maddəsinə əsasən sığortaedənin aşağıdakı hüquqları vardır: özünün, habelə sığortaolunanın qanuni mənafelərini müdafiə etmək; sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək; bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək. -6.2-ci madəsinə əsasən sığortaedənin aşağıdakı vəzifələri vardır: işçilərini işsizlikdən sığorta etdirmək; bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat vermək; sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etmək; sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişinin verilməsini tələb etmək; sığortaolunanlara onların hüquq və vəzifələrini, habelə işsizlikdən sığortanın şərtlərini və qaydalarını izah etmək; əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək; sığorta haqqının hesablanmasını və uçotunu aparmaq, bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanmasını təmin etmək; -18-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan icra etmədikdə; sığorta ödənişini alan şəxs bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulan sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda; sığorta ödənişini alan şəxs üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan bu Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə; “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin onaverilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6 Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün rüşvət, hədə-qorxu və ya aldatma, habelə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə halı mövcud olmadığından, eyni zamanda cavabdeh işsiz olduğundan həmin sığorta ödənişi hesabına həyat şəraitini davam etdirməsini və təbii olaraq həmin məbləği qaytarmaq iqtidarında olmaması baxımından etimadın qanunla qorunması hüququna malikdir. Kollegiya xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə təcrübəsində teztez rast gəlinən hallardan biri ondan ibarətdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktlarında və yaxud “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə birinci sırada ailə başçısının (ata və ya ana) adı yazıldığından sonrakı sıralarda adları qeyd edilmiş şəxslər torpağın məhz birinci sırada adı qeyd edilmiş şəxsə məxsus olduğunu zənn edirlər. Bu baxımdan hazırki iş üzrə sığorta ödənişi üçün müraciət edərkən mülkiyyətində torpaq sahəsinin olmaması barədə verdiyi məlumatın məhz bu yanlışlığın təsiri altında baş verməsi barədə cavabdehin dəlillərini məhkəmə kollegiyası inandırıcı hesab edir. Həmçinin qeyd edilməlidir ki, inzibati orqan qanunla müəyyən edilmiş üsul və vasitələrlə iddiaçının mülkiyyətində torpaq sahəsinin olması halını kifayət qədər araşdırmamış, bununla da həmin orqanın özü qanunsuz qərarın qəbul edilməsinə şərait yaratmışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-172/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-172/2026
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver