Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-175/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Beyləqan Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2010cu il tarixli, ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan–ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Beyləqan Ərazi Idarəsinə qarşı “yaşayış evinin altında yerləşən istifadəsində olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə Beyləqan rayon Icra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Beyləqan rayon Icra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan–ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etdi. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə X4, X1 və X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Beyləqan Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 497.01 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan–ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyərinin iddiaçı İddiaçı və 50 manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X7, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ013601**********3944 SWIFT BIK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN 1700326621, Hesab № AZ34CTRE**********0002088501) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia qismən təmin edilərək, Beyləqan Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 497.01 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan–ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Ilkin torpaqayırma sənədləri mövcud olmadığına görə 0.06 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməməsi səbəbindən 102,99 kv.m torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmadığına görə iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırda iddia etdiyi 102,99 kv.m hissədə sahə müəyyən edilmədiyindən və iddiaçının istifadəsində belə bir sahə olmadığından iddianın həmin hissədə təmin edilməsi mümkün deyildir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan şəhəri, N.Nərimanov küçəsi ** saylı ünvanda fərdi yaşayış evi vardır. Evinin altında yerləşən 0.06 ha torpaq sahəsi qanuni istifadəsində olduğuna görə Beyləqan rayon icra Hakimiyyəti başçısının ** saylı, ##.##.2010-cu il tarixli sərəncamına əsasən onun mülkiyyətinə verilmişdir. Sərəncama * saylı əlavədə onun mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsi Azərdövyerqurlayihə Institutu, Beyləqan bələdiyyəsi və Beyləqan Rayon icra Hakimiyyəti başçısının Beyləqan şəhəri üzrə nümayəndəsi tərəfindən təsdiq edilərək imzalanmış və möhürlənmişdir. Ona verilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müracət etmiş, Cavabdehin nümayəndələri həyətə gələrək torpaq sahəsini ölçərək torpaq sahəsinin faktiki olaraq 0,06 ha olduğunu müəyyən etmişlər. Lakin onun adına ##.## 2010-cu il tarixdə verilmiş A № ******* torpaq sahəsinin planı və ölçüsündə 0,0458 ha torpaq sahəsi göstərildiyinə görə çıxarış verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Yuxarıda göstərdiyi kimi hüquqmüəyyənedici sənəddə - Beyləqan rayon Icra Hakimiyyəti başçısının ** saylı, ##.##.2010-cu il tarixli sərəncamına əlavə edidmiş * saylı əlavədə mülkiyyətinə verilən torpaq sahəsinin ölçüsü 0.06 ha qeyd olunmuşdur. Cavabdehin imtinasını aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın etiraz ərizəsində qeyd edilmişdir ki, A№ ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsi 0.0458 ha olmaqla, Beyləqan şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə isə 0.06 ha olmaqla göstərilmişdir. Belə ki, Beyləqan Rayon Icra Hakimiyyəti Başçısının ** nömrəli ## ### 2010-cu il tarixli sərəncamı Beyləqan şəhərində hazırlanmış yerqurluşu sənədlərinin təsdiqi ilə bağlıdır və sözügedən sərəncama əsasən hazırlanmış yerqurluşu sənədində (A№ ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü) 0.06 ha deyil, 0.0458 ha torpaq sahəsi göstərilmişdir. Bundan əlavə olaraq bildiririk ki, mütəxəsislər tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və inventarlaşdırma (çöl ölçmə) işləri aparılan zaman müəyyən edilmişdir ki, təqdim edilən torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsi eni 12.31 m göstərildiyi halda faktiki olaraq 13 metrdir. Məlumat üçün bildiririk ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun A№ ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərildiyi kimi 0.0458 ha olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vətəndaş İddiaçı təklif edilsə də, o bununla razılaşmamışdır. Odur ki, yuxarıda şərh olunanları, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9 və 15-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Beyləqan Ərazi Idarəsinə qarşı “yaşayış evinin altında yerləşən istifadəsində olan 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi iclasda iştirakı etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsin 62-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir: - Iş materiallarında olan Beyləqan rayon Icra Hakimiyyəti başçısının ## ### 2010-cu il tarixli, ** nömrəli sərəncamının surətindən görünür ki, Beyləqan şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlı Dövlət Yerquruluşu - Layihə Institutunun mütəxəssisləri tərəfindən Beyləqan rayonu Icra hakimiyyəti başçısının Beyləqan şəhəri üzrə nümayəndəsi, Beyləqan bələdiyyəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin vəkalətli nümayəndələri ilə birlikdə hazırlanmış və həmin orqanların rəhbərləri ilə razılaşdırılmış yerquluşu sənədləri təsdiq edilmişdir. - Iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Beyləqan şəhər sakini İddiaçı Beyləqan rayon Icra Hakimiyyəti başçısının ## ### 2010-cu il tarixli, ** nömrəli qərarı ilə 458.49 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Beyləqan Ərazi Idarəsinin İddiaçı ünvanladığı ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubundan görünür ki, Beyləqan Rayon Icra Hakimiyyəti Başçısının ** nömrəli ## ### 2010-cu il tarixli sərəncamı Beyləqan şəhərində hazırlanmış yerqurluşu sənədlərinin təsdiqi ilə bağlıdır və sözügedən sərəncama əsasən hazırlanmış yerqurluşu sənədində (A№ ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü) 0.06 ha deyil, 0.0458 ha torpaq sahəsi göstərilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun № ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərildiyi kimi 0.0458 ha olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyataalınması təklif edilsə də razılşmamışdır. Mütəxəsislər tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və inventarlaşdırma (çöl ölçmə) işləri aparılan zaman müəyyən edilmişdir ki, təqdim edilən torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsi eni 12.31 m göstərildiyi halda faktiki olaraq 13 metrdir. Təqdim etdiyi № ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən sərhədlər daxilində mülkiyyət hüququnun qeydə alınması mümkündür. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun A№ ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərildiyi kimi 0.0458 ha olmaqla daşınmaz əmlakın döviəi reyestrində qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əlavə edərək yenidən müraciət edəcəyiniz təqdirdə icrasına qanunai müvaflq qaydada baxılacaqdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyində Beyləqan Rayon Icra Hakimiyyəti Başçısının ** saylı, ##.##.2010-cu il tarixli qərarı əsasında həyətyanı torpaq sahəsi üçün İddiaçı vətəndaşların qanuni istifadəsinə olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə əlaqədar olaraq tərtib olunmuş siyahıda 0.06 ha qeyd edilsə də, A№ ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində isə 458.49 kv.m qeydə alınmışdır. Qeyd olunan 458.49 kv.m həyətyanı torpaq sahəsində 127.66 kv.m ölçüdə yaşayış evi, 95.58 kv.m ölçüdə kərpicdən inşa edilmiş yarımçıq tikili və 117.19 kv.m ölçüdə isə tikintisi tam başa çatdırılmamış yaşayış evi mövcuddur. Ölçmə işləri aparılarkən ərazisi 497.01 kv.m olan İddiaçı faktiki olaraq istifadəsində olan həyətyanı torpaq sahəsində isə 127.66 kv.m ölçüdə yaşayış evi, 100.23 kv.m ölçüdə kərpicdən inşa edilmiş yarımçıq tikili və 136.66 kv.m ölçüdə isə tikintisi tam başa çatdırılmamış yaşayış evi mövcuddur. Həmin tikililər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Qeyd olunan 458.49 kv.m torpaq sahəsində yerləşən 127.66 kv.m ölçüdə yaşayış evi, 95.58 kv.m ölçüdə kərpicdən inşa edilmiş yarımçıq tikili və 117.19 kv.m ölçüdə olan tikintisi tam başa çatdırılmamış yaşayış evi İddiaçı istifadəsindədir Ərazisi 497.01 kv.m olan olan torpaq sahəsində isə 127.66 kv.m ölçüdə yaşayış evi, 100.23 kv.m ölçüdə kərpicdən inşa edilmiş yarımçıq tikili və 136.66 kv.m ölçüdə olan tikintisi tam başa çatdırılmamış yaşayış evi İddiaçı istifadəsindədir. - Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində Beyləqan şəhərinin ərazisində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə əlaqədar olaraq tərtib olunmuş siyahıda 560 sıra sayı ilə İddiaçı adına 0.06 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Beyləqan Rayon Icra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş siyahıda 560 sıra sayı ilə İddiaçı adına qeydə alınmış 0.06 ha torpaq sahəsi ilə reyestr nömrəsi 607********** olan A №****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 458.49 kv.m həyətyanı torpaq torpaq sahəsi arasında yaranan fərq 141.51 kv.m müəyyən edilmişdir. - İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə aid mülki işin içərisində yerquruluşu planı və ilkin torpaqayırma səngüləri mövcud olmadığına görə 0.06 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməməsi səbəbindən qeyd olunan 141.51 kv.m torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmamışdır. İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə aid mülki işin içərisində yerquruluşu planı və ilkin torpaqayırma sənədləri mövcud olmadığına görə 0.06 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməməsi səbəbindən qeyd olunan 141.51 kv.m torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmadığına görə qeyd edilən 141.51 kv.m torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadığı, İddiaçı faktiki istifadəsində olan 497.01 kv.m torpaq sahəsi olduğu qeyd olunmuşdur. Belə ki, Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı adına 458.49 kv.m. həyətyanı torpaq sahəsini çıxmaq şərti ilə hal-hazırda İddiaçı faktiki istifadəsində olan 38.52 kv.m torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən edildiyi, İddiaçı faktiki istifadəsində olan 35.52 kv.m torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlətqeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.3. 2006-cı il ####un #-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunaraq Beyləqan rayon Icra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 497.01 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan–ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulmuşdur. Qərardan iddiaçı apellyasiya şikayəti verərək ekspert rəyi ilə razılaşmadığını və iddianın tam təmin olunmasını xahiş edir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçıya 497.01 kv.m torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Iddiaçı ona 0,06 ha torpaq sahəsinin ayrıldığını və həmin torpaq sahəsi üzrəində xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etsə də, məhkəmə araşdırması nəticəsində yalnız 497.01 kv.m hissədə torpaq sahəsinin koordinatlarının qeyd edildiyi müəyyən edilir. Digər hissə üzrə isə torpaq sahəsinin yeri və digər şəxslərlər üst-üstə düşmə halı müəyyən edilməmişdir. Ilkin torpaqayırma sənədləri mövcud olmadığına görə 0.06 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməməsi səbəbindən 102,99 kv.m torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmadığına görə iddia həmin hissədə təmin oluna bilməz. Iddiaçının hazırda iddia etdiyi 102,99 kv.m hissədə sahə müəyyən edilmədiyindən və iddiaçının istifadəsində belə bir sahə olmadığından iddianın həmin hissədə təmin edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-175/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-175/2026
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver