Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-177/2026 09.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Iddiaçı X1 oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı X1 oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi X6 ##.##.2023-cü il tarixli, ****gm saylı əmrinin X1 oğluna aid olan hissədə ləğv edilməsi, işə bərpa olunaraq məcburi iş buraxmağa görə ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı X1 oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin müavini X6 ##.##.2023-cü il tarixli, **** nömrəli əmrin ləğv edilərək işinə bərpa edilməsi, məcburi iş buraxdığı ayların əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində birinci icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı X1 oğlu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixli, *** nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə iddia tələbinə iddiaçı X1 oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin müavini X6 ##.##.2023-cü il tarixli, **** nömrəli əmrinin ləğv edilərək işinə bərpa edilməsi, məcburi iş buraxdığı ayların əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ##.##.2017-ci il tarixli, ** nömrəli qərarla işə təyin olunmuşdur. ##.##.2023-cü il tarixdə **** nömrəli əmrdən çıxarışla işdən azad edilərək Azərbaycan Respublikasının Qanunun 41.0.10-cu maddəsinə və Intizam Nizamnaməsinin 61ci maddəsinin "ə" bəndinə uyğun olaraq işdən azad edilmişdir. Işdən azad edilməsi barədə ##.##.2023-cü il tarixdə N saylı hərbi hissənin komandir müavini vəzifəsini müvəqqəti icra edən R tərəfindən *** saylı əmrlə işdən azad edilmişdir. Halbuki onun barəsində Tərtər rayon hərbi prokurorluğu tərəfindən ##.##.2023 cü il tarixdən 000979 qeydiyatla cinayət işinin başlanması barədə rədd qərarı verilmişdir. Həmin vaxtı Yevlax rayonunun Aran qəsəbəsində N nömrəli hərbi hissədə anbar rəisi vəzifəsində R hərbi rütbəsi ilə işləmişdir. *** saylı hərbi hisənin ##.##.2019-cu ildə, ##.##.2021-ci ildə, ##.##.2022-ci ildə ##.##.2022-ci ildə ona fəxri fərmanlarla təltif etmişlər. Bu da onu deməyə əsas verir ki, ondan edilən şikayətlər qərəzli olub prokurorluqda da araşdırılaraq öz təsdiqini tapmamışdır hesab edir ki, o, günahsız işdən azad edilmişdir. Bu barədə ##.##.2024-cü il tarixdə mediasiyaya mtiraciət etmiş, orada da razılığa gələ bilmədikləri üçün MŞG/*-***** saylı arayışla məhkəməyə müraciət etməli olmuşdur. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı X1 oğlunun iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Qeyd edilənlər nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2- 1(120)- ****/**** saylı qərardadının ləğv edilməsi, müddəti bərpa edərək işə baxılması xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, inzibati icraat materialları məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan Inzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində ikinci icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə ilə əvəz edilməsini və iddia tələbinin dəyişdirilərək (dəqiqləşdirərək) “Azərbaycan Respublikası Müdafiə Nazirliyi X6 ##.##.2023-cü il tarixli, ****gm saylı əmrinin X1 oğluna aid olan hissədə ləğv edilməsi, işə bərpa olunaraq məcburi iş buraxmağa görə ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməyini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə ilə əvəz edilmiş, iddia tələbi dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyi X6 ##.##.2023-cü il tarixli, ****gm saylı əmrinin X1 oğluna aid olan hissədə ləğv edilməsi, işə bərpa olunaraq məcburi iş buraxmağa görə ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı X1 oğlunun hərbi hissədə yol verdiyi intizam pozuntusu, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ərzaq məhsullarını tamah məqsədilə mənimsədiyi və mütəmadi olaraq intizamsızlıq etdiyi üçün Müdafiə nazirinin müavini-V ##.##.2023-cü il tarixli *** nömrəli əmri ilə ona Azərbaycan Respublikası Silahlı X9 61-ci maddəsinin “ə” bəndinə əsasən “xidmət vaxtı başa çatmamış ehtiyata buraxma” intizam cəzası elan etmiş, buna görə də R F.N.Səlimov Müdafiə nazirinin müavini-X6 ##.##.2023-cü il tarixli ****gm nömrəli əmri ilə ehtiyata buraxılmışdır. X2 Nazim oğlu ##.##.2023-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı’nı imzalamaqla N nömrəli hərbi hissə komandirinin *** nömrəli nizami hissə üzrə əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, qeydiyyata durmaq üçün SHXÇDX-ın Kürdəmir rayon şöbəsinə göndərilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Analoji iş üzrə iddiaçı X4 cavabdeh AR Müdafiə Nazirliyinə qarşı iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli (iş № *-1(102)- 2690/2025) qərarın 30 və 31-ci bəndlərində qeyd olunanları nəzərə alsaq hərbi qulluqçunun “Göndərilən sənədlərin uçotu kitabı”nı imzalamaqla şəxsi heyətin siyahısından çıxarılıb hərbi qeydiyyata durmaq üçün SHXÇDX-ın aidiyyəti bölməsində qeydiyyata durduğu andan müddət axımı başlanılır. Iddiaçı X1 oğlunun Müdafiə Nazirliyinin Quru Qoşunları komandanlığına qarşı “əmrin ləğvi və işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsini mümkünsüz hesab edilməsini xahiş etmişdirlər. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı X1 oğlunun iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən təqdim edilən sübutların heç birinə qiymət verməmişdir. Halbuki iddiaçı məhkəməyə xəstə olmağıyla bağlı, qardaşının xəstə olması barədə, eyni zamanda mediasiyada iştirak etməyi barədə sənədlər təqdim etmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsi və müddəti bərpa edərək işə baxılması xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçı Fəqan Səlimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nizami Əhlimanlı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 73. Inzibati şikayətin verilməsi müddəti Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. Inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. Inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, bununla da düzgün olmayan nəticəyə gəlinmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) Azərbaycan Respublikası Müdafiə Nazirliyi X6 ##.##.2023-cü il tarixli, ****gm saylı əmrinin X1 oğluna aid olan hissədə ləğv edilməsi, işə bərpa olunaraq məcburi iş buraxmağa görə ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olmuşdur. Birinci instansiyası məhkəməsi iddianı mümkün hesab etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı isə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Müdafiə nazirinin müavini X6 ****gm nömrəli əmri ##.##.2023-cü il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən əmr qəbul edildikdən sonra 5 aydan çox müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, iddiaçı işləmədiyi müddət üzrə ona heç bir ödəniş, əmək haqqı, pul təminatı ödənilməmişdir, xidmətdə olmamış, xidməti vəzifəsini icra etməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından məlum olur ki, iddiaçı X2 Nazim oğlu ##.##.2023-cü il tarixdən AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün anbar rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini X6 ##.##.2023-cü il tarixli, ****gm nömrəli əmri ilə «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə və Azərbaycan Respublikası Silahlı X9 61-ci maddəsinin “ə” bəndinə əsasən iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin əmrin verilməsinə əsas olan sənədlərdən (1-ci cild, vərəq 24) görünür ki, iddiaçı xidmət etdiyi müddət ərzində özünü intizamsız və bacarıqsız bir hərbi qulluqçu kimi göstərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ## ###### 2023-cü il tarixli, *** nömrəli əmri ilə iddiaçı həmin tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. Iddiaçı 2024-cü ilin yanvar ayında Gəncə * saylı Mediasiya təşkilatına müraciət etmiş, cavabdeh tərəf mediasiyada iştirak etməmiş, bununla bağlı mediasiya təşkilatı tərəfindən ##.##.2024-cü ildə arayış verilmişdir. Iddiaçı birinci instansiya məhkəməsinə ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci apellyasiya baxışı zamanı müəyyən olmuşdur ki, Fəqan Səlimov inzibati mübahisə ilə bağlı ## ##### 2024-cü il tarixdə məhkəməyə müraciət edənə qədər yalnız ”N” hərbi hissə komandirinin ## ###### 2023-cü il tarixli nizami hissə üzrə əmrini mübahisələndirmişdir. Həmin əmrin verilməsi üçün əsas olan Azərbaycan Respublikası Müdafiə nazirinin müavini X6 ##.##.2023-cü il tarixli, **** nömrəli əmrinin surəti onda olmamış, ümumiyyətlə hesab etmişdir ki, onunla bağlaşma müqaviləsinə xitam verilməsinə səbəb ”N” hərbi hissə komandirinin ## ###### 2023-cü il tarixli nizami hissə üzrə əmridir. Iş icraatda olduğu dövrdə qeyd olunan əmrin surəti işə əlavə edilmiş və məhz bundan sonra ötürülmüş müddətin üzürlü hesab olunması barədə məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsində olan hər iki icraat nəticəsində buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası iddianın mümkün hesab edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, iddiaçının iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmuşdur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Eyni zamanda “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 57.4.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda) yazılı formada təsbit olunmalıdır. Həmin Qanunun 59.1 və 59.1.5-ci maddələrinə əsasən yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Yuxarıda qeyd edilən hüquq normalarının ümumi təhlili onu deməyə əsas verir ki, barəsində müstəqil şəkildə şikayət verilə bilən və hər hansı şəxsə münasibətdə aşıq-aşkar əlverişsiz hesab edilən inzibati akt yazılı şəkildə tərtib olunmalı, maraqlı şəxsə təqdim edilməli, həmin aktda mümkün hüquqi müdafiə vasitələrdən istifadə qaydaları göstərilməli və həmin aktın məzmunu şəxsə izah olunmalıdır. Belə izah həm şifahi qaydada həm də inzibati aktda əks olunmaqla yazılı qaydada həyata keçirilə bilər. Burada vacib olan məsələ belə bir məlumatın həmin şəxsə təqdim edilməsidir. Əgər actus legitimi non praesumitur (qanuni fəaliyyətin mövcudluğu avtomatik fərz edilmir) prinsipi tətbiq edilərsə, təqdimetmənin düzgünlüyü ilə bağlı mübahisə yarandığı halda, həmin təqdimetmənin düzgünlüyünü sübut etmək yükü onu həyata keçirən və ya buna istinad edən tərəfin üzərinə düşür və yaranmış şübhələr şikayətçinin ziyanına şərh olunmamalıdır. Əks yanaşma isə lex non cogit ad impossibilia (hüquq mümkün olmayanı tələb etməz) prinsipinin pozulmasına gətirib çıxarar. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən görünür ki, adi halda (yəni mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunan) inzibati akta qarşı prosessual iddia müddəti 30 gündür. Məhz Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində və “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73.1-ci maddəsində əks olunan 30 günlük müddət hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulan inzibati aktlara qarşı olan iddia müddətidir. Yəni, qəbul olunur ki, əgər inzibati aktda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmuşdursa həmin inzibati akta qarşı birmənalı şəkildə 30 gün müddətində səlahiyyətli orqana (məhkəmə və ya yuxarı inzibati orqana) müraciət edilməlidir. Başqa sözlə, 30 günlük müddət hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulan inzibati aktlara qarşı olan iddia müddətidir. Əks halda yəni, hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmayan inzibati aktlar üçün isə Qanunda xüsusi müddəalar nəzərdə tutulmuşdur. Bu halda inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bir sözlə, 30 günlük müddət inzibati aktda hüquq müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərildiyi hallarda imperativ və məcburi xarakter daşıyır, 6 aylıq müddət isə belə göstərişlər olmadıqda tətbiq edilən subsidiar müddət kimi çıxış edir. Bu yanaşma ilə qanunvericinin güddüyü məqsəd şəxsin məhkəməyə çıxış hüququnun formal səbəblərlə əsassız məhdudlaşdırılmasının qarşısını almaqdır. Avropa Məhkəməsinin presedent hüququnda “həddindən artıq formalizm” (excessive formalism) Avropa Insan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəməyə çıxış hüququnun praktik və effektiv şəkildə həyata keçirilməsi tələbinə zidd ola bilər. Bu, adətən prosessual qaydanın həddən artıq sərt şərh edilməsi nəticəsində baş verir və nəticədə iddia ərizəsinin mahiyyəti üzrə baxılmasının qarşısı alınır; bu isə şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması riskini yaradır. Daxili məhkəmələrin qərarlarında “həddindən artıq formalizm”lə bağlı şikayətin qiymətləndirilməsi, adətən, işin bütövlükdə araşdırılmasının nəticəsi olur və konkret işin xüsusi hallarına diqqət yetirilməklə aparılır. Belə qiymətləndirmə zamanı Məhkəmə tez-tez “hüquqi müəyyənlik” və “ədalətin düzgün həyata keçirilməsi” prinsiplərini həddindən artıq formalizm ilə prosessual qaydaların qəbul edilə bilən tətbiqi arasında fərq qoymaq üçün iki əsas meyar kimi vurğulayır. Xüsusilə qeyd edilir ki, məhkəməyə çıxış hüququ o zaman pozulmuş hesab olunur ki, qaydalar artıq hüquqi müəyyənlik və ədalətin düzgün həyata keçirilməsi məqsədlərinə xidmət etmir, əksinə, iddiaçının işinə səlahiyyətli məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasına mane olan bir növ baryerə çevrilir (Zubak Xorvatiyaya qarşı iş üzrə, # ##### 2018-ci il tarixli qərar, §97-98). Məhkəməyə çıxış hüququ mütləq deyil və müəyyən məhdudiyyətlərə məruz qala bilər. Bununla belə tətbiq olunan məhdudiyyətlər fərdin məhkəməyə çıxışını elə bir şəkildə və ya elə dərəcədə məhdudlaşdırmalıdır ki, hüququn mahiyyəti zədələnməsin (“xxxx” şirkəti Ukraynaya qarşı, # ###### 2016-cı il, §32). Işin mübahisələndirilməyən hallarından da görünür ki, hazırda mübahisələndirilən inzibati aktda hüquq müdafiə vasitələri göstərilməmişdir. Bu baxımdan iddiaçının həmin normaya istinad etməklə 6 ay ərzində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ olmuşdur ki, bu hal onun müddətin ötürülməsi anlamına gələ bilməz. Ümumiyyətlə işdən görünür ki, hazırda cavabdehin mübahisələndirilən ##.##.2023-cü il tarixli əmri iddiaçıya rəsmi qaydada təqdim (elan) edilməmişdir. Iddiaçıya elan edilən əmr ## ###### 2023-cü il tarixli, *** nömrəli əmr olmuşdur. Odur ki, iddiaçı ilk olaraq məlumatlı olduğu ## ###### 2023-cü il tarixli, *** nömrəli əmrin ləğv edilməsi ilə bağlı ilk öncə mediasiya təşkilatına və daha sonra ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki birinci instansiya məhkəməsində aprılmış birinci icraat zamanı iddiaçıya məlum olmuşdur ki, əslində mübahisələndirilməli olduğu əmr ##.##.2023-cü il tarixli, ****gm nömrəli əmr olmalıydı. Nə ## ###### 2023-cü il tarixli *** nömrəli əmrdə, nə də ##.##.2023-cü il tarixli ****gm nömrəli əmrdə cavabdeh tərəfindən iddiaçıya inzibati icraat qaydasında həmin əmrdən şikayət verilməsinin qaydası və müddəti izah edilməmişdir. Eyni zamanda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə vasitələri, onların həyata keçirilməsi qaydası və müddəti göstərilməmişdir. Buna baxmayaraq iddiaçı ## ###### 2023-cü il tarixli əmrdən məlumatlı olduğu andan etibarən hərəkətsizlik etməmiş, pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi üçün tədbirlər görməyə başlamışdır. Yəni, iddiaçı passiv davranmamış, öz hüquqlarının müdafiəsi üçün mümkün olan tədbirləri həyata keçirmiş, o cümlədən mediasiya institutuna müraciət etmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçı mübahisələndirilən inzibati aktda hüquqi müdafiə vasitələri göstərilməməsinə baxmayaraq, öz hüquqlarının müdafiəsi istiqamətində aktdan məlumatlı olduğu andan etibarən cum debita diligentia (“lazımi diqqət və səylə”) davranaraq məqsədyönlü addımlar atmışdır. Başqa ifadə ilə desək, iddiaçı aktiv mövqe sərgiləyərək mübahisənin həlli üçün mümkün olan hüquqi vasitələrdən istifadə etməyə çalışmış, o cümlədən mediasiya təşkilatına müraciət etmişdir. Iddiaçının bu davranışı onun hüquqlarının qorunmasına münasibətdə laqeyd deyil, əksinə israrlı bir mövqe nümayiş etdirdiyini açıq şəkildə təsdiq edir. Avropa Məhkəməsi praktikasını və hüququn ümumi prinsiplərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının israrlılığı onun xeyrinə qiymətləndirilməli və hüquqi nəticələrin müəyyən edilməsində nəzərə alınmalıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 80-1.1-ci maddəsinə əsasən inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (bu Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Maraqlı şəxslə inzibati orqan arasında mübahisənin mediasiya vasitəsilə həlli məqsədilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda, müvafiq olaraq bu Qanunun 73-cü maddəsində nəzərdə tutulmuş müddətin axımı və ya inzibati şikayət üzrə icraat dayandırılır. Bu mənada birinci instansiya məhkəməsinin inzibati mübahisələr üzrə mediasiya münasibətləri tətbiq edilməməsinə dair mövqeyi qanunsuzdur və əsassızdır. Hazırkı vəziyyətdə iddiaçı mediasiya təşkilatına müraciət edərək inzibati qanunvericilikdə ona verilən hüquqi imkandan istifadə etmişdir. Təbii ki, iddiaçı 30 gün ərzində iddia ərizəsini məhkəməyə, o cümlədən ilkin inzibati icraatda və ya şikayət instansiyasında inzibati işə baxmış inzibati orqana təqdim etməli idi. Lakin hüquq müdafiə vasitələri göstərilməyən inzibati akta qarşı 30 gün ərzində müvafiq mediasiya şurasına təqdim edilməsi də, iddia müddətinə riayət olunduğu kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası işin hazırkı hallarına münasibətdə, o cümlədən “Inzibati icraat haqqında” Qanununun 73.2-ci maddəsini əsas gətirərək qeyd edir ki, iş üzrə ümumiyyətlə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Başqa ifadə ilə desək, iddiaçı qanunvericiliklə ona verilmiş mediasiya imkanından da istifadə edərək ## ###### 2023-cü il tarixli əmrin ləğv edilməsi üçün “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73.2-ci maddəsində nəzərdə tutulan 6 ay müddəti bitmədən məhkəməyə müraciət etmişdir. Hətta, şərti olaraq hesab etsək ki, iddiaçı ## ###### 2023-cü il tarixli əmrdən vaxtında məlumatlı olmuş və ilkin olaraq həmin əmri ##.##.2024-cü il tarixdə məhkəmədə mübahisələndirmişdir, yenə də “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73.2-ci maddəsində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan 6 aylıq müddəti aşmamış olur. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 24.1 və 24.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin müddət o halda bərpa olunur ki, əmrin ona elan olunduğu vaxtdan 1 ildən artıq müddət keçməsin. Işin hallarında görünür ki, iddiaçı ehtiyata buraxılması ilə bağlı olan əmrlə razılaşmayaraq ilk əvvəldən hərəkətsizlik və laqeydlik göstərməmiş, əksinə pozulduğunu hesab etdiyi hüquqlarını öz təşəbbüsü ilə bərpa etməyə çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman yuxarıda göstərilən halları araşdırmamış və bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, prosessual müddət ötürülməmiş hesab edilməli və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərаrdadı ləğv edilməli, işə mahiyyəti baxılması üçün inzibati iş Şirvan Inzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı ləğv edilsin, iş mahiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-177/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-177/2026
09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver