Məhkəmə qərarları › İş №2-1(3-9)-178/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-178/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-178/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Salyan rayon Şorsulu Bələdiyyəsinə qarşı ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolu üzrə qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Salyan rayon Şorsulu Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, bələdiyyənin ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolu üzrə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadları ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və Üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Salyan rayon Şorsulu bələdiyyəsinin ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolu üzrə qərarı qanuni və əlverişli inzibati aktdır. Qərarın qəbul edilərkən müvafiq hüquq normalarının tələblərinə əməl edilmiş, qərarda mübahisəli torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmış, işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutlar göstərilmişdir. Qərardan üçüncü şəxs Üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Salyan şəhər sakini Üçüncü şəxs müraciəti araşdırılarkən onun mülkiyyətində olan sahibkarlıq obyektinin yanında yerləşən 0.0168 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə xüsusi mülkiyyətinə verilməsi üçün bələdiyyəyə müraciət etdiyi, bələdiyyə tərəfindən müraciət nəzərə alınaraq sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun tanıdılması üçün “xxxx” PHŞ ** saylı Şirvan ərazi idarəsinə müraciət edildiyi, həmin torpaq sahəsinin yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması üçün GPS aləti vasitəsilə torpaq sahəsinin dönmə nöqtələrinin koordinatlarının təyin olunduğu, müayinə aktının tərtib edildiyi, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edildiyi, lakin həmin torpaq sahəsinin Salyan rayon Icra Hakimiyətinin ##.##.2003-cü il tarixli, **-S saylı və ##.##.2019-cu il tarixli, **-S saylı sərəncamları ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs istifadəsinə ayrıldığı, bu səbəbdən də Üçüncü şəxs müraciətinin bələdiyyə tərəfindən təmin edilmədiyi məlum olmuşdur. Bundan sonra Üçüncü şəxs tərəfindən Şorsulu bələdiyyəsinə qarşı “Torpaq sahəsinin mülkiyyətə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə iddiası Şirvan Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2-1 (***)-****/**** saylı qərardadı ilə mümkün sayılmamış, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2-1 (***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti üzrə icraata xitam verilmiş, sonradan Üçüncü şəxs tərəfindən Salyan Rayon Icra Hakimiyyətinə qarşı ##.##.2003-cü il tarixli, **-S saylı və ##.##.2019-cu il tarixli, **-S saylı sərəncamların ləğv olunması tələbinə dair iddiası Şirvan Inzibati Məhkəməsinin 2-1(120) ***/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Müraciətin araşdırılması məqsədilə İddiaçı əməkdaşlarının, Salyan rayon Şorsulu Bələdiyyəsinin sədrinin, Salyan rayon Şorsulu kənd IƏD üzrə nümayəndəsinin, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin ** saylı Şirvan Ərazi Idarəsinin X4 mühəndisinin, ƏMDX-nin Şirvan Ərazi Şöbəsinin məsləhətçisinin və tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və bu barədə ##.##.2024-cü il tarixli akt tərtib edilmişdir. Araşdırma zamanı Salyan Rayon Icra Hakimiyətinin ##.##.2003-cü il tarixli, **-S saylı sərəncamına Salyan rayon Icra Hakimiyətinin ##.##.2019-cu il tarixli, **-S saylı sərəncamı ilə dəyişikliklər edildiyi məlum olmuşdur. Araşdırma ilə bağlı Regional idarə tərəfindən ##.##.2024-cü il tarixli, 3-16-##/# 2258- K-***/*-**** saylı məktubla Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin ** saylı Şirvan Ərazi Idarəsinə müraciət edilərək sözügedən torpaq sahəsinin Salyan rayon Icra Hakimiyətinin ##.##.2003-cü il tarixli, **-S saylı sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs istifadəsinə ayrılmış 240 kv.m torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və Üçüncü şəxs mübahisələndirdiyi 0,024 ha torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi barədə “Mütəxəssis rəy”inin təqdim olunması xahiş edilmişdir. ##.##.2024-cü il tarixində idarəyə daxil olmuş ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı “Mütəxəssis rəy”inə əsasən müraciətdə göstərilən Salyan rayon IHB-nın ##.##.2003-cü il tarixli 58 S saylı sərəncamı və sərəncamı əsasında tərtib olunmuş sxemdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmış 3 hissədən (48.0 kv.m, 72.0 kv.m və 120 kv.m) ibarət cəmi 240 kv.m olan torpaq sahəsi mövcud olduğu, torpaq sahəsinin 120 kv.m olan hissəsi mübahisələndirilən 160 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü və Üçüncü şəxs mübahisələndirdiyi 0.024 ha, ümumilikdə 160 kv.m torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olduğu məlum olmuşdur. Belə ki, sözügedən torpaq sahəsinin ayrılması zamanı Salyan rayonu, Icra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan sonra İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən istifadə olunan Şorsulu Bələdiyyəsinin mülkiyyətinə məxsus ümumilikdə 120 kv.m olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması və həmin torpaq sahəsi üzrə verilmiş Salyan rayon IHB-nın ##.##.2003-cü il tarixli 58 S saylı və Salyan rayon IHB-nın ##.##.2019-cu il tarixli **-S saylı sərəncamlarının ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə Regional ədliyyə idarəsi tərəfindən Şorsulu Bələdiyyəsinə ##.##.2024-cü il tarixli tövsiyə məktubu göndərilmişdir. Salyan rayonu, Şorsulu bələdiyyəsi tərəfindən İddiaçı təqdim edilmiş ## ###### 2024-cü il tarixli, ** saylı iclas protokoluna inzibati nəzarət qaydasında baxılarkən təklifin müzakirəsi barədə keçirilmiş iclasda təklifin təmin edilməməsi ilə bağlı qərar qəbul edilmişdir. Qərar isə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi ilkin olaraq dövlət mülkiyyətində olmuş, sonradan torpaqların dürüstləşməsi ilə əlaqədar olaraq bələdiyyə mülkiyyətinə keçmiş və bu səbəbdən də Salyan rayon Icra Hakimiyyətinin müvafiq sərəncamları qəbul edilərkən qanun pozuntusuna yol verilmədiyi bildirilmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimata uyğun olaraq Salyan rayon IHB nın ##.##.2003-cü il tarixli **-S saylı və Salyan rayon IHB- nın ##.##.2019-cu il tarixli **-S saylı sərəncamlarının ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə İddiaçı tərəfindən 3-16-32/2-2544- **** saylı, ##.##.2024-cü il tarixli təkliflə bələdiyyəyə müraciət edilmişdir. Salyan rayonu, X3 Idarənin *-**-**/*-****-**** saylı, ##.##.2024-cü il tarixli təklifini ## ###### 2024-cü il tarixli, ** saylı iclas qərarı ilə müzakirə edərək təklifi təmin etməmiş, məhkəməyə müraciət edilmədiyi üçün Salyan rayon IHB-nın ##.##.2003-cü il tarixli **-S saylı və Salyan rayon IHB-nın ##.##.2019-cu il tarixli **-S saylı sərəncamları qüvvədə qalmışdır. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Prosessual məsələlər Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə və digər üçüncü şəxsə (Üçüncü şəxs) məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Salyan Rayon Icra Hakimiyyətinin ## ##### 2003-cü il tarixli sərəncamından görünür ki, Şorsulu kənd sakini İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs keçmiş kolxoz binasının qarşısından, Bakı-Astara asfalt yolunun sol tərəfində, yoldan 30 m kənarda mağaza tikintisi altına ölçüləri 40x60 metr olmaqla 240 kv.m torpaq sahəsinin ayrılmışdır. -Salyan RIHB-nın **-S saylı ##.##.2019-cu il tarixli sərəncamının məzmunundan görünür ki, “İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 240 kvm torpaq sahəsinin ayrılması barədə" Salyan RIHB-nın **-S saylı, ##.##.2003-cü il tarixli Sərəncamında dəyişiklik edilməsi və sərəncamın 2-ci bəndində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılan ərazidə tikinti üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınmasını, tikinti işləri aparılarkən mühəndis, kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunmasını, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin edilməsinin tapşırılması qərara alınmışdır. -## ###### 2019-cu il tarixli ** nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, 240 m2 kv.m torpaq sahəsi 49(qırx doqquz) il müddətinə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs istifadəyə verilmişdir. -xxxx publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində bildirilir ki, Salyan rayon Icra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli, ** saylı sərəncamına əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmış 240 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən göstərilməklə üç hissədən ibarət olan) GPS aləti vastəsilə müəyyən edildi; 240 kv.m torpaq sahəsi hal-hazırda Torpaqların elektron kadastr uçotu məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, Şorsulu bələdiyyəsinin mülkiyyətində olmaqla, sair torpaq sahəsidir; Həmin torpaq sahəsi ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil; Torpaq sahəsinin 6x8 olan hissəsində qeyri-yaşayış tikilisi mövcuddur, reyestr nömrəsi 809011003081-06301 olan çıxarışla hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Digər 6x12 və 6x20 olan hissələrdə isə torpaq sahələri elektron kadastr məlumatlarında mövcud deyildir; İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmış, üç hissədən ibarət (6x8,6x12,6x20 olmaqla) 240 kv.m torpaq sahəsininin 6x8 olan hissəsində qeyri-yaşayış tikilisi mövcuddur, qeyri-yaşayış tikilisi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən istifadə olunur. 6x12 olan hissədə isə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məxsus yarımçıq tikili mövcuddur. 6x20 olan hissə isə boş torpaq sahəsidir; 240 kv.m torpaq sahəsindən faktiki istifadə vəziyyəti üzrə koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür; Torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində təyinatına və məqsədinə görə öz əksini tapmamışdır və torpaq sahəsi Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. -Şirvan Inzibati məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadından görünür ki, Üçüncü şəxs Salyan rayon Şorsulu Bələdiyyəsinə qarşı “Ələt- Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. -Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərardadından görünür ki, Üçüncü şəxs Salyan Rayon Icra Hakimiyyətinə qarşı “Salyan Rayon Icra Hakimiyyətinin ##.##.2003-cü il tarixli **-S saylı və ##.##.2019-cu il tarixli **- S saylı sərəncamların ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardad Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. -Salyan rayon Şorsulu bələdiyyəsinin ##.##.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı ##.##.2024-cü il tarixli 3-16-32/2-2544-2024№-li tövsiyə məktubu bələdiyyənin ümumi iclasında müzakirə edilmiş, məktubda göstərilən tövsiyələr təmin edilməmiş, Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyətinə aid 120 kv.m torpaq sahəsinin verilməsi barədə Salyan RIHB-nın 21.04,2003 cü il tarixli 58 S saylı və Salyan RIHB-nın ##.##.2019-cu il tarixli 84 S saylı sərəncamlarının ləğv edilməsi və həmin torpaq sahəsinin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs zəbtindən azad edilməsinə dair tələblə bağlı məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilməmişdir. -“xxxx” publik hüquqi şəxsi “xxxx” MMC-nin Salyan rayon Vəkil bürosuna ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-21-3-##/# 1435/20** saylı məktubunda bildirilir ki, Salyan rayonu, Şorsulu kənd sakini İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Salyan Rayon Icra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli, 58 S saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsi təqdim edilmiş Salyan RIH-nin tikinti və memarlıq şöbəsinin təsdiq etdiyi koordinatlara əsasən Salyan rayon Şorsulu bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən dövlət mülkiyyətinə aiddir. -xxxx publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Şorsulu bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına əsasən Salyan Rayon Icra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli, ** saylı sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmış üç hissədən ibarət 240 kv.m torpaq sahəsi 2003-cü ildə Şorsulu bələdiyyəsinin mülkiyyətində olmaqla, Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ictimai tikili ərazisi kimi göstərilmişdir. Şərh olunan sübutlardan və işin faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə üçüncü şəxs Üçüncü şəxs mübahisəli torpaq sahəsinin ona satılması ilə bağlı bələdiyyəyə müraciət etmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, həmin sahə Salyan Rayon Icra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli sərəncamı ilə mağaza tikintisi üçün İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilmişdir. Bundan sonra Üçüncü şəxs yuxarıda qeyd edilən iddialar qaldırsa da, məqsədinə nail ola bilməmiş, nəhayət onun müraciətinə əsasən İddiaçı bələdiyyəyə həmin sərəncamın ləğvi ilə bağlı məhkəməyə müraciət etməli olması barədə tövsiyə məktubu göndərmiş, bələdiyyə məktubla bağlı öz mövqeyini hazırda mübahisələndirilən qərarda göstərmişdir. Birinci instansiya məhkəməsi tələbə mahiyyəti üzrə qiymət verərək, hesab etmişdir ki, bələdiyyənin mübahisələndirilən qərarı qanuni və əlverişli inzibati aktdır, qərar qəbul edilərkən müvafiq hüquq normalarının tələblərinə əməl edilmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə təbiq edilməli olan normalar baxımından hesab edir ki, məhkəmə mübahisəyə mahiyyəti üzrə qiymət verməkdə haqlı olmamışdır. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun: -1-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. -4.4. Inzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz. -4.5. Inzibati nəzarət həyata keçirilərkən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır. -8.5. inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Azərbaycan Respublikası Ədliyyə Naziliyi Kollegiyasının ##.##.2022-ci il tarixli, *- N nömrəli qərarı ilə təsdiq edilmiş “Regional ədliyyə idarələri haqqında” Əsasnamənin 5.12.9-cu bəndinə əsasən hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi (dəyişdirilməsi) və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif verir, bu təklif Qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəməyə müraciət edir. “Bələdiyyələrin statusu haqqında” Qanunun: -16-cı maddəsinin 1-ci bəbdinə əsasən Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. -48-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. -52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. İddiaçı tərəfindən Salyan rayon Şorsulu Bələdiyyəsinə ünvanlanmış ##.##.2024cü il tarixli “Tövsiyə məktubu”nun məzmunundan görünür ki, Salyan Rayon Icra Hakimiyyətinin ## ##### 2003-cü il tarixli və ##.##.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi ilə və torpaq sahəsinin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs zəbtindən azad edilməsi ilə bağlı məhkəmədə iddia qaldırması tövsiyə edilmişdir. Mübahisələndirilən qərarın məzmunundan görünür ki, qərar 11 nəfər bələdiyyə üzvündən 8 nəfərin iştirakı və səsvermə yolu ilə qəbul edilmiş və tövsiyənin təmin edilməməsi qərara alınmışdır. Bələdiyyələr tərəfindən qərarlar sadə səsvermə yolu ilə qəbul edildiyindən və hazırki halda bu qaydalara riayət edildiyindən mübahisələndirilən qərarın bu baxımdan qanuniliyi istisna edilmir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun tələbləri nəzarət edən orqanın bələdiyyələrin üzərinə məhkəmədə iddia qaldırmaq kimi vəzifələr qoymaq və yaxud bu məzmunda verilmiş tövsiyə nəticəsində qəbul edilmiş bələdiyyə qərarından şikayət vermək hüququnu özündə ehtiva etmir. Qanunun məqsədləri və nəzarət edən orqan üçün yaratdığı imkan yalnız verilmiş təklif və ya tövsiyələrin yerinə yetirilmədiyi halda həmin orqanın məhkəməyə müraciət etməsi ilə məhdudlaşır. Xüsusi olaraq vurğulanır ki, hazırda mübahisələndirilən qərarın ləğv edilməsi iddiaçı üçün hər-hansı hüquqi nəticə yaratmır və məqsədlərinə nail olmaq üçün kifayət etmir. Digər tərəfdən, bu qərarın ləğv edilməsi bələdiyyənin kollegial orqan olaraq, verilmiş tövsiyəyə təkrar baxaraq, yenidən əvvəlki qənaətini təkrarlamaq imkanından məhrum etmir. Odur ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmaqda, eyni zamanda mübahisələndirilən bələdiyyə qərarının qanuniliyinə qiymət verməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2 .3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkünsüz sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar