Məhkəmə qərarları › İş №2-1(3-9)-183/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-183/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-183/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi”tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Ucar Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir şəhəri, Aran qəsəbəsi, ** saylı evin ** saylı mənzilinə dair Üçüncü şəxs adına verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Ucar Ərazi Idarəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmuşdur. Şirvan Inzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Ucar Ərazi Idarəsi tərəfindən Kürdəmir şəhəri, Aran qəsəbəsi, ** saylı evin ** saylı mənzilinə dair Üçüncü şəxs adına verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Ucar Ərazi Idarəsi tərəfindən Kürdəmir şəhəri, Aran qəsəbəsi, ** saylı evin ** saylı mənzilinə dair Üçüncü şəxs adına ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarış verilərkən ciddi pozuntulara yol verilmiş və iddiaçı İddiaçı həmin çıxarışın ləğv edilməsini tələb etməkdə haqlıdır. Qərardan üçüncü şəxs Üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs Üçüncü şəxs Kürdəmir Rayon Məhkəməsinə “İddiaçı və ailə üzvlərinin əmlakları ilə birlikdə evdən məcburi qaydada çıxarılmaları və istifadə hüquqlanna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iş materialları ilə tanış olarkən Üçüncü şəxs adına Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Ucar Ərazi Idarəsi tərəfındən qeydiyyat nömrəsi ********** nömrəli, reyestr nömrəsi 906011000067-05101-093008 olan, ##.##.2022-ci il tarixli çıxarışın olduğu məlum olmuşdur. Həmin çıxarışın hansı əsaslarla Üçüncü şəxs adına verilməsi ilə əlaqədar olaraq Dövlət Notariat Arxivinə tərəflərindən müraciət olunmuş, ##.##.2024-cü il tarixli məktubda sözügedən mənzilin Üçüncü şəxs mülkiyyətində olmasını təsdiq edən heç bir məlumat olmamışdır. Əksinə, həmin mənzil mərhum X8 adında olması barədə məlumat verilmişdir. Sözügedən mənzili Üçüncü şəxs adına özəlləşdirərkən nədənsə mənzildə qeydiyyatda olan şəxslərdən yalnız X14 ərizəsi alınmış, digər qeydiyyatda olan ailə üzvlərindən İddiaçı, X6, X3, X1, X4, X7, X2 razılıq ərizələri alınmamışdır. ** saylı Ucar Ərazi Idarəsinə Kürdəmir Rayon Məhkəməsi sənədlərin göndərilməsi barədə müraciət etmiş və sözügedən idarə sənədləri göndərmişdir. Sənədlərə baxarkən Kürdəmir şəhəri, Aran qəsəbəsi, bina **/** saylı mənzilin Üçüncü şəxs adına verilməsinə əsas olmuş sənədlərdən biri arxiv arayışıdır. Arxiv arayışında göstərilir ki, Üçüncü şəxs müraciəti əsasında Kürdəmir rayon XDS Icraiyyə Komitəsinin ## ### 1988-ci il tarixli, *M №-li protokoldan çıxarış əsasında Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev26 (SMD-270 unvanda) yaşayış sahəsi 39,42 kv.m olan 3 otaqlı mənzil verilmişdir. Lakin arayışın özündə şübhə doğuran məqamlardan onu göstərmək olar ki, sözügedən mənzilin kirayə müqaviləsi Mahmudova Ağabəyimin, yəni Üçüncü şəxs qaynanasının adına verilmişdir. Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev **/** saylı mənzilin mənzil kirayə müqaviləsi Mahmudova Ağabəyimin adına olmasma baxmayaraq, mənzilin yəni miras əmlakın onun vərəsələri tərəfındən qəbul edilməməsi və birbaşa əmlakın Ağabəyimin gəlini Üçüncü şəxs adına keçməsi və mülkiyyət hüququnun təsdiq olunması əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Ucar Ərazi Idarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsində qeyd olunan mənzil ##.##.2022-ci il tarixdə 906011000067- 05101-093008 reyestr nömrəsi ilə Kürdəmir Rayon XDS Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli * saylı Qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində Üçüncü şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırırlmışdır ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilmısi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının Inzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında şikayətin dəlillərini qəbul etmədiklərini bildirdi. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞin nümayəndəsi və üçüncü şəxs Üçüncü şəxs məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iclas zalında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Işdə olan ## ###### 1978-ci il tarixli və ## ###### 1979-cu il tarixli “Yaşayış evlərinin kirayəsi haqda” nümunəvi müqavilələrdən, “Tutulmuş dövlət yaşayış sahəsi üzrə pasport”dan görünür ki, Kürdəmir şəhəri, ** №-li SMD qəsəbəsindəki ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 63,32 kv.m, o cümədən yaşayış sahəsi 39,42 kv.m, digər istifadə sahəsi 23,9 kv.m olan, 3 otaqlı ** nömrəli mənzili X9 və onun Mahmudov Məhəmməd, Üçüncü şəxs, İddiaçı və Mahmudova Fidan olmaqla 4 (dörd) nəfərdən ibarət ailə üzvlərinin istifadəsinə verilmiş, bu barədə həmin mənzilin balans daşıyıcısı “Şirvan Meliorasiya su tikinti tresti”nin Mənzil Istismar Kontoru ilə mənzilin əsas kirayəçisi X9 arasında müqavilə şərtlərinə əməl etmədən asılı olaraq qeyri-müəyyən müddətə kirayə müqaviləsi bağlanmışdır. Iş materiallarında olan Kürdəmir rayon XDS Icraiyyə Komitəsinin ## ### 1988-ci il tarixli, * №-li iclas protokolundan çıxarışdan müəyyən olunur ki, Kürdəmir rayon mənzil istismar sahəsi müraciət edərək mənzil istismar sahəsinin əhatə etdiyi mənzillərdə 179 nəfər vətəndaşın Kürdəmir rayon XDS Icraiyyə Komitəsinin qərarı olmadan yaşadığını, bu səbəbdən onların pasport uçotuna götürülməsində çətinliklərin yarandığını bildirmiş, bununla əlaqədar mənzil istismar sahəsinin rəhbərliyi adlı siyahı təqdim edərək mənzillərin həmin vətəndaşların adına sənədləşdirilməsini xahiş etmiş, Kürdəmir rayon XDS Icraiyyə Komitəsinin ## ### 1988-ci il tarixli, * №-li qərarı ilə Kürdəmir rayon mənzil istismar sahəsinin təqdim etdiyi adlı siyahı təsdiq edilərək, həmin mənzillərin 179 nəfər vətəndaşın adına rəsmiləşdirilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işin hallarından göründüyü kimi, ## ###### 1978-ci il tarixli X11 Sovetlərinin dövlət, kooperativ və ictimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında nümunəvi müqavilə və ## ###### 1979-cu il tarixli “Yaşayış evlərinin kirayəsi haqda” nümunəvi müqavilə və “Tutulmuş dövlət yaşayış sahəsi üzrə pasport”a əsasən, Kürdəmir şəhəri, ** №-li SMD qəsəbəsindəki ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 63,32 kv.m, o cümədən yaşayış sahəsi 39,42 kv.m, digər istifadə sahəsi 23,9 kv.m olan, 3 otaqlı ** nömrəli mənzili X9 və onun Mahmudov Məhəmməd, Üçüncü şəxs, İddiaçı və Mahmudova Fidan olmaqla 4 (dörd) nəfərdən ibarət ailə üzvlərinin istifadəsinə verilmiş, bu barədə həmin mənzilin balans daşıyıcısı “Şirvan Meliorasiya su tikinti tresti”nin Mənzil Istismar Kontoru ilə mənzilin əsas kirayəçisi X9 arasında müqavilə şərtlərinə əməl etmədən asılı olaraq qeyrimüəyyən müddətə kirayə müqaviləsi bağlanmışdır. Kürdəmir rayon XDS Icraiyyə Komitəsinin ## ### 1988-ci il tarixli, * №-li iclas protokoluna əsasən Kürdəmir rayon mənzil istismar sahəsi mənzil istismar sahəsinin əhatə etdiyi mənzillərdə Kürdəmir rayon XDS Icraiyyə Komitəsinin qərarı olmadan yaşayan 179 nəfər vətəndaşın adlı siyahısı tərtib edilərək mənzillərin həmin şəxslərin adına sənədləşdirilməsi barədə qərar qəbul edilmiş, sözügedən mənzilə Mahmudova Ağabəyimin ailə üzvlərindən biri olan Üçüncü şəxs adı daxil edilmiş, Üçüncü şəxs da sonradan mənzilə dair hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunan sübutlara istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələbin hüquq müstəvisində həllli əvvəlcə ilkin hüquqmüəyyənedici sənədlərə hüquqi qiymət verilməsindən keçir. Başqa sözlə, daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılmasına əsas olmuş sənədlər ləğv edilmədən, dəyişdirilmədən və yaxud geri çağırılmadan həmin qeydin ləğv edilməsi tələbi mümkünlük şərtlərinə cavab vermir. Kollegiya qeyd edir ki, iddiaçı çıxarışı deyil, hüquqi marağına uyğun olaraq, əvvəlcə Kürdəmir rayon XDS Icraiyyə Komitəsinin ## ### 1988-ci il tarixli qərarını mümkünlük şərtlərinə əməl etməklə mübahisələndirə bilər. Göründüyü kimi, hazırkı halda iddiaçının hüquqi narağı tələb edir ki, o, Kürdəmir rayon XDS Icraiyyə Komitəsinin ## ### 1988-ci il tarixli qərarını mübahisələndirsin. Iddiaçı isə müvafiq çıxarışın verilməsinə əsas olan sənədi deyil, çıxarışı mübahisələndirmiş, birinci instansiya məhkəməsi isə yanlış olaraq işə mahiyyəti üzrə baxaraq məhkəmə aktı qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia mümkünsüz sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar