Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-185/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz müəyyən edilmiş əlillik; qanuni əlverişli inzibati aktın ləğvi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarında qeyd edilmişdir ki, Saatlı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və 27.05. 1993-cü ildən ##.##.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Meninqokok infeksiyası. Generilizə olunmuş meningoensefalit, ağır gedişli” və ##.##.1994-cü ildə aldığı, ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi Saatlı Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu travma və xəstəliyin nəticəsi - diaqnoz: “Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi. Keçirilmiş meninqoensefalitin qalığı. Asteno-nevrotik vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Saatlı rayon şöbəsinin ##.##.2017-ci il tarixli **** nömrəli göndərişi, ##.##.2017-ci il tarixli *** nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş ##.##.1993-cü il tarixli çıxarış epikrizi, Saatlı rayon xəstəxanası tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Saatlı Rayon Mərkəzi Xəstəxanası tərəfindən ##.##.2018-ci il tarixdə iddiaçı barəsində Əsas diaqnoz: (XBT 10 kodu) F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travması nəticəsində (kontuziya mənşəli) kəskin ifadəli emosional davamsız pzountusu, davamlı psixotik davarnaış pozuntuları ilə və tez-tez dekompensasiyalarla, Ağırlaşma: F91.1 - Davranışın ictmailəşdirilməmiş pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə və tez-tez dekompensasiyalarla diaqnozu ilə *******AAJNR nömrəli göndəriş rəsmiləşdirilmişdir. ##.##.2018-ci il tarixli *******0004 nömrəli müayinə aktından görünür ki, X12: V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=> F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar=>F07-Baş beyiin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travması nəticəsində (kontuziya mənşəli) kəskin ifadəli şəxsiyyətin emosional davamsız pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə və tez-tez dekompensasiyalarla davranışın ictimailəşdirilmiş pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə və tez-tez dekompensasiyalarla...Meyar.2.3 Üçüncü dərəcə əlillik => 2.5.25 etiologiyasından asılı olmayaraq şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06) diaqnozu ilə iddiaçıya ##.##.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. X4 ##.##.2025-ci il tarixli əizə ilə müraciət edərək rayonda 1500 nəfər şəxsin saxta yolla pensiya aldıqlarını bildirmişdir. Ərizədə göstərilən şəxslər sırasında İddiaçı da adı qeyd olunmuşdur. Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 3 (üç) nəfər vətəndaşın ünvanına ##.##.2025ci il tarixinə əyani müayinəyə dəvət olunması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-sosial ekspert komissiyası həmin vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir: 1.Saatlı rayon sakini ##.##.1975-ci il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyəti ##.##.2018-ci il tarixdə Tibbi-sosial ekspert komissiyası qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25 bandinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin travması nəticəsində (kontuziya mənşəli) kəskin ifadəli şəxsiyyətin emosional davamsız pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə və tez-tez dekompensasiyalarla davranışın ictimailəşdirilməmiş pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə və tez-tez dekompensasiyalarla” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-A-****/**** nömrəli məktub əsasında ##.##.2025-ci il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş və ona Diaqnoz öz təsdiqini tapmır barədə qərar verilmişdir (ESDAS, 3-17-4/3-3-3720/2025). Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, M.Tarıvediyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Meninqokok infeksiyası, generalizə olunmuş meninqoensefalit, ağır gedişli. Qapalı kəllə-beyin travması, baş beyinin silkılənməsi. Keçirilmiş meninqoensefalitin qalığı. Astenonevrotik vəziyyət diqnozulu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin hərəkətlər zamanı müvazinətini itirərək yıxılmasından, yaddaşsızlıqdan, başağrılarından, yuxusuzluqdan şikayətlənmişdir. Ananmenstik məlumatlarında qapalı kəllə-beyin travması aldığını bildirmiş, qəbul etdiyi dərmanların adlarını xatırlamadığını söyləmişdir. Nevroloji status: Vətər refleksləri D=S orta canlı alınmış, patoloji reflekslər, klonus aşkarlanmamış, əzələ tonusu normal olmuş, koordinator sınaqları düzgün icra etmiş, romberq vəziyyətində səndələmişdir (arxaya getmə funksional). Ətraflarda parez atrofiya müşahidə edilməmiş, yerişi sərbəst olmuşdur. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji ağırlaşma qeyd edilməmişdir. Psixi status: Bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Müayinə prosesində kobud simulyativ davranış nümayiş etdirmiş, aparılmış müalicələr barədə heç bir məlumat verə bilməmişdir. Xəstəliyi ilə bağlı şikayətləri formalaşdırıb bildirə bilməmişdir. Vətəndaş son illərə dair heç bir instrumental müayinə və müalicə sənədlərini komissiya zamanı təqdim etməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defsit və psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ##.##.2025-ci il tarixindən “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0006 nömrəli qərarından görünür ki, iddiaçının əlilliyi ilə bağlı “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Naziriyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (Travma mənşəli) şəxsiyyət pozuntusu, fasiləsiz dekompensasiyalar, davranış pozuntuları ilə, psixotik və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu amnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasında “Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi. Keçirilmiş meninqoensefalitin qalığı. Astenonevrotik vəziyyət” diaqnozunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” da “baş beyin travması nəticəsində (kontuziya mənşəli) kəskin ifadəli şəxsiyyətin emosional davamsız tip pozuntusu davamlı psixotik və davranış pozuntulan, tez-tez baş verən dekompensasiyalarla” diaqnozu qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən üzvi dəyişiklik qeyd edilir. Psixi statusu: Zahirən narahat və gərgindir. Düşüncəsi kobud pozulmayıb. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə həvəssiz daxil olur. Verilən suallardan qıcıqlanır, mahiyyətinə uyğun qısa şəkildə cavablandırır. Nitqi və təfəkkürü ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür ehtiyatı yaşayış tərzinə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir. Xarici qıcıqlara qarşı həssaslığının artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, koqnitiv funksiyalarının zəifləməsi müşahidə edilir. Emosional sferası qeyri-stabildir. Müvafiq tibb müəssisəsi tərəfindən sonuncu dəfə (##.##.2018-ci il tarixdə) verilmiş göndəriş (Forma 088) və digər tibbi sənədlərdə iddiaçı X9 təyin olunmuş diaqnoz ilə hazırki ekspertiza zamanı müəyyən edilmiş diaqnoz eynilik təşkil edir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli *******0006 saylı qərarın ləğv edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ##.##.2018-ci il tarixdə müddətsiz təyin edilmiş üçüncü dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Müharibə veteranıdır. Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən xəstələnmiş, ##.##.1993-cü ildən ## #### 1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. Ona “Meninqokok infeksiyası. Generilize olunmuş meninqoensefalit, ağır gedişli” xəstəliyi üzrə diaqnoz qoyulmuşdur. Bundan əlavə olaraq, ## ###### 1994-cü ildə travma alaraq xəstələnmişdir. ##.##.1994-cü ildən ##.##.1994-cü ilədək Saatlı Rayon Mərkəzi Xəsəxanasında müayinə və müalicə olunmuşdur. Nəticədə ona “Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi. Keçirilmiş meninqoensefalitin qalığı. Asteno-nevrotik vəziyyət” xəstəlikləri üzrə diaqnoz təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli *** saylı qərarı ilə xəstəliyinin səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı” müəyyən edilmişdir. 30 ilə yaxındır ki, xəstədir. Respublika Psixatriya Xəstəxanasında və digər xəstəxanalarda ambulator və stasionar müalicə kursları keçmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Mövcud olan xəstəliklərlə əlaqədar 2018-ci ildən ona müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci ildə ona təyin edilmiş əlillik ləğv edilmişdir. Cavabdehin etirazları: İddiaya dair etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Saatlı Rayon Mərkəzi Xəstəxanasının ##.##.2018-ci il tarixli göndərişi əsasındda baxılmış və Diaqnozun mətni: Baş-beynin travması nəticəsinddə (kontuziya mənşəli) kəskin ifadəli şəxsiyyətin emosional davamsız pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə tez-tez dekompensasiyalarla..Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması-Səbəb: tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Səbəbi ilə imtina verilmişdir. (18) Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmiş, ##.##.2025-ci il tarixli *******0006 nömrəli qərar ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2018-ci il tarixdən müddətsiz təyin edilmiş üçüncü dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** saylı qərardadı ilə iş üzrə cavabdeh Cavabdeh X1 hüquqi varisi “xxxx” X1 ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarda qeyd edilənlərlə eynilik təşkil edir. Əlavə olarq qeyd edilmişdir ki, iddiaçıda hər hansı diaqnozun doğruluğunun müəyyən edilməsi faktı, qanunvericiliklə müəyyən edilmiş qaydada şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa hüquqi əsas yaratmır. Yəni, mahiyyət etibarilə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Apellyasiya şikayətinə etirazlar: Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi barədə məlumat yoxdur. Bu səbəbdən iddia müddəti mübahisələndirilməmişdir. Sonda K.H.Abdulrəhimov apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İddiaçıya əlillik təyin edilən zaman qüvvədə olmuş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə:
2. Əlilliyin müəyyən olunması meyarları 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: ... 2.5.25. etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06).
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və bu zaman icraatın təzələnməsi üçün əsasın olmamasına, mübahisələndirilən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinin gözlənilməməsinə, etimad hüququna əsaslanmışdır. İşin hallarından müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarı ilə iddiaçıda mövcud olan “Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi. Keçirilmiş meninqoensefalitin qalığı. Asteno-nevrotik vəziyyət” xəstəliyin səbəb əlaqəsi “Hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanası tərəfindən ##.##.2018-ci il tarixdə iddiaçı barəsində Əsas diaqnoz: (XBT 10 kodu) F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travması nəticəsində (kontuziya mənşəli) kəskin ifadəli emosional davamsız pzountusu, davamlı psixotik davarnaış pozuntuları ilə və tez-tez dekompensasiyalarla, Ağırlaşma: F91.1 - Davranışın ictmailəşdirilməmiş pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə və tez-tez dekompensasiyalarla diaqnozu ilə *******AAJNR nömrəli göndəriş rəsmiləşdirilmiş, Tibbi-sosial ekspert komissiyasının qərarı ilə ona X12: V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=> F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar=>F07- Baş beyiin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travması nəticəsində (kontuziya mənşəli) kəskin ifadəli şəxsiyyətin emosional davamsız pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə və tez-tez dekompensasiyalarla davranışın ictimailəşdirilmiş pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə və tez-tez dekompensasiyalarla...Meyar.2.3 Üçüncü dərəcə əlillik => 2.5.25 etiologiyasından asılı olmayaraq şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06) diaqnozu ilə ##.##.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. Digər bir vətəndaş (X4) ##.##.2025-ci il tarixli əizə ilə müraciət edərək rayonda (Saatlı rayonu) 1500 nəfər şəxsin saxta yolla pensiya aldıqlarını bildirmişdir. Ərizədə göstərilən şəxslər sırasında İddiaçı da adı qeyd olunmuşdur. Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 3 (üç) nəfər vətəndaşın ünvanına ##.##.2025ci il tarixinə əyani müayinəyə dəvət olunması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-sosial ekspert komissiyası həmin vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir: 1.Saatlı rayon sakini ##.##.1975-ci il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyəti ##.##.2018-ci il tarixdə Tibbi-sosial ekspert komissiyası qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25 bandinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin travması nəticəsində (kontuziya mənşəli) kəskin ifadəli şəxsiyyətin emosional davamsız pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə və tez-tez dekompensasiyalarla davranışın ictimailəşdirilməmiş pozuntusu, davamlı psixotik davranış pozuntuları ilə və tez-tez dekompensasiyalarla” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-A-****/**** nömrəli məktub əsasında ##.##.2025-ci il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş və ona Diaqnoz öz təsdiqini tapmır barədə qərar verilmişdir (ESDAS, 3-17-4/3-3-3720/2025). Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, M.Tarıvediyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Meninqokok infeksiyası, generalizə olunmuş meninqoensefalit, ağır gedişli. Qapalı kəllə-beyin travması, baş beyinin silkılənməsi. Keçirilmiş meninqoensefalitin qalığı. Astenonevrotik vəziyyət diqnozulu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin hərəkətlər zamanı müvazinətini itirərək yıxılmasından, yaddaşsızlıqdan, başağrılarından, yuxusuzluqdan şikayətlənmişdir. Ananmenstik məlumatlarında qapalı kəllə-beyin travması aldığını bildirmiş, qəbul etdiyi dərmanların adlarını xatırlamadığını söyləmişdir. Nevroloji status: Vətər refleksləri D=S orta canlı alınmış, patoloji reflekslər, klonus aşkarlanmamış, əzələ tonusu normal olmuş, koordinator sınaqları düzgün icra etmiş, romberq vəziyyətində səndələmişdir (arxaya getmə funksional). Ətraflarda parez atrofiya müşahidə edilməmiş, yerişi sərbəst olmuşdur. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji ağırlaşma qeyd edilməmişdir. Psixi status: Bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Müayinə prosesində kobud simulyativ davranış nümayiş etdirmiş, aparılmış müalicələr barədə heç bir məlumat verə bilməmişdir. Xəstəliyi ilə bağlı şikayətləri formalaşdırıb bildirə bilməmişdir. Vətəndaş son illərə dair heç bir instrumental müayinə və müalicə sənədlərini komissiya zamanı təqdim etməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defsit və psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ##.##.2025-ci il tarixindən “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0006 nömrəli qərarından görünür ki, iddiaçının əlilliyi ilə bağlı “Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Naziriyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (Travma mənşəli) şəxsiyyət pozuntusu, fasiləsiz dekompensasiyalar, davranış pozuntuları ilə, psixotik və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu amnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasında “Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi. Keçirilmiş meninqoensefalitin qalığı. Astenonevrotik vəziyyət” diaqnozunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” da “baş beyin travması nəticəsində (kontuziya mənşəli) kəskin ifadəli şəxsiyyətin emosional davamsız tip pozuntusu davamlı psixotik və davranış pozuntulan, tez-tez baş verən dekompensasiyalarla” diaqnozu qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən üzvi dəyişiklik qeyd edilir. Psixi statusu: Zahirən narahat və gərgindir. Düşüncəsi kobud pozulmayıb. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə həvəssiz daxil olur. Verilən suallardan qıcıqlanır, mahiyyətinə uyğun qısa şəkildə cavablandırır. Nitqi və təfəkkürü ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür ehtiyatı yaşayış tərzinə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir. Xarici qıcıqlara qarşı həssaslığının artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, koqnitiv funksiyalarının zəifləməsi müşahidə edilir. Emosional sferası qeyri-stabildir. Müvafiq tibb müəssisəsi tərəfindən sonuncu dəfə (##.##.2018-ci il tarixdə) verilmiş göndəriş (Forma 088) və digər tibbi sənədlərdə iddiaçı X9 təyin olunmuş diaqnoz ilə hazırki ekspertiza zamanı müəyyən edilmiş diaqnoz eynilik təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia mübahisələndirmə haqqında iddiadır. Müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirilir ki, mübahisələndirilən ##.##.2025-ci il tarixli qərar barədə inzibati orqan tərəfindən iddiaçıya hansı tarixdə məlumat verilməsi barədə sübut yoxdur. Bunu məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi də təsdiq etmişdir. Bununla bağlı yalnız iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, qərar onun tərərfindən ##.##.2025ci il tarixdə çap edilmiş, iddiaçı isə ##.##.2025-ci il tarixdə iddia ilə məhkəməyə (poçt vasitəsi ilə) müraciət etmişdir. İddia mümkün iddiadır. Mübahisə üzrə ilk növbədə fərqləndirilməli olan məsələ ondan ibarətdir ki, inzibati orqan istənilən vaxt heç bir sübut olmadan yalnız hər hansı bir şəxsin “istənilən əlil şəxs barəsində əlillik dərəcəsinin yoxlanılması ilə bağlı müraciəti əsasında” əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilərmi? Bu məsələyə münasibətdə bildirilir ki, əlillik təyinatı ilə bağlı qərarın inzibati orqan tərəfindən qanunsuz əlverişli inzibati akt və ya qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməsindən asılı olmayaraq, əlillik təyinatı ilə bağlı icraatın təzələnməsi üçün yalnız əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında (qanunsuz əlverişli inzibati akt) və ya yeni yaranmış faktiki hallar ilə bağlı (qanuni əlverişli inzibati akt) icraat başlana bilər. Bu hüququn təməl prinsiplərindən (qanunçuluq prinsipi) irəli gəlir. Yoxsa, inzibati orqan ümumi şəkildə “risk qrupu” adı altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinad edərək istənilən vaxt əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilməz. Mübahisə üzrə cavabdeh tərəfindən inzibati icraatın təzələnməsinə səbəb ola biləcək hər hansı bir əsaslı sübut təqdim edilməmiş, digər bir vətəndaşın iddiaçının əlillik dərəcəsinin yoxlanılması ilə bağlı müraciətinin əlillik ilə bağlı icraatın təzələnməsinə əsas ola biləcək halı sübut edə bilməmişdir. Mübahisə üzrə ikinci məsələ ondan ibarətdir ki, inzibati orqan əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Bu məsələnin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqan özünün əlilliklə bağlı əvvəlki qərarının (##.##.2018-ci il) qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilməsi əsasları göstərilmişdir. Hazırki mübahisə üzrə həmin əsaslardan hər hansı biri müəyyən edilmir. İş üzrə təyin edilmiş ekspertiza üzrə xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (Travma mənşəli) şəxsiyyət pozuntusu, fasiləsiz dekompensasiyalar, davranış pozuntuları ilə, psixotik və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu amnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasında “Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi. Keçirilmiş meninqoensefalitin qalığı. Astenonevrotik vəziyyət” diaqnozunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” da “baş beyin travması nəticəsində (kontuziya mənşəli) kəskin ifadəli şəxsiyyətin emosional davamsız tip pozuntusu davamlı psixotik və davranış pozuntulan, tez-tez baş verən dekompensasiyalarla” diaqnozu qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən üzvi dəyişiklik qeyd edilir. Psixi statusu: Zahirən narahat və gərgindir. Düşüncəsi kobud pozulmayıb. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə həvəssiz daxil olur. Verilən suallardan qıcıqlanır, mahiyyətinə uyğun qısa şəkildə cavablandırır. Nitqi və təfəkkürü ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür ehtiyatı yaşayış tərzinə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir. Xarici qıcıqlara qarşı həssaslığının artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, koqnitiv funksiyalarının zəifləməsi müşahidə edilir. Emosional sferası qeyri-stabildir. Müvafiq tibb müəssisəsi tərəfindən sonuncu dəfə (##.##.2018-ci il tarixdə) verilmiş göndəriş (Forma 088) və digər tibbi sənədlərdə iddiaçı X9 təyin olunmuş diaqnoz ilə hazırki ekspertiza zamanı müəyyən edilmiş diaqnoz eynilik təşkil edir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı cavabdehin iddia etdiyi kimi “Tam reabilitasiya” olmamış, onda ##.##.2018-ci ildə müddətsiz əliliyin təyin edilməsinə əsas olmuş xəstəlik hazırda da mövcuddur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.