Məhkəmə qərarları › İş №2-1(3-9)-193/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-193/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-193/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarında qeyd edilmişdir ki, “...Salyan RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və ##.##.1993-cü ildə N nömrəli hərbi hissənin tibb bölüyündə ambulator müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol ayaq pəncəsində kor qəlpə yarası” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin ##.##.2016-cı il tarixli *** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli **** nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş ##.##.2016-cı il tarixli **** nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Əlillik vəziyyəti barədə elektron alt sistemdən çıxarışdan görünür ki, İddiaçı ##.##.2017-ci il tarixdə X6: XIX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T90-98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T93-Aşağı.., Diaqnozun mətni: Sol ayaq pəncəsinin güllə yaralanmasından sonrakı qüsurlu vəziyyəti, sal aşıq-baldır oynağının deformasiyadakı artrozu, güclü ağrı sindromu ilə, sol pəncənin parezi, Meyar: 2.2 ikinci dərəcə əlillik => 2. 2.2.8.etologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9.G80.G80.9) ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ilkin əlillik təyin edilmişdir. “xxxx” X1 tərəfindən iddiaçıya əsas diaqnoz: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silah yaralanmasından sonrakı sol pəncəninqüsurlu vəziyyəti, funksiyanın kəskin pozulması ilə..., Ağırlaşmalar: M24.5- Oynaqların kontrakturası, sol aşıq baldır oynağının açıcı-bükücü kontrakturası (açma =100 dər, bükmə=90 dər); M79.5- Yumşaq toxumalarda qalmış yad cisim, sağ pəncənin yumşaq toxumalarında yad cisimlər (metal qəlpə) və sol aşıq baldır oynağının yumşaq toxumalarında çoxsaylı yad cisimlər (metal qəlpə); M19.2- Digər ikincili artroz, hər iki ayağın daraq-falanqa oynaqlarının II dərəcəli osteoartrozu; R26.8-Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin pozulması, axsama; M17.5- Digər ikincili qonartrozlar, hər iki diz oynaqlarının ikincili, qonoartrozu-II dər.; R26.0-Ataktik yeriş, ataktik yeriş; R52.2-Digər daimi ağrı, daimi ağrı sindromu; L91.0-Hipertrofik çapıq, sol aşıq baldır oynağı və sol pəncənin tioş səthinin sağ dabanın tış səthinin odlu silah yaralanmasından sonrakı kobud çağıq toxumaları; Z73.6-Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşdırılması, əmək qabiliyyətinin azalması; Yanaşı xəstəliklər: E11.0-İnsulindən asılı olmayan şəkərli diabet. Koma ilə., şəkərli diabet, II tip ora ağırlıqda; I20.8-Stenokardiyanın digər formaları, ÜİX-yi, gərginlik stenokardiyası FS.; I10- Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi II B diaqnozu ilə bağlı ##.##.2024-cü il tarixli T********PKY nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərar ilə “Diaqnoz əlillik təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qərar sistemə ##.##.2024-cü il tarixdə daxil edilmişdir. Agentliyin Tibbi-sosial ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarında qeyd edilmişdir ki, “...##.##.2024-cü il tarixdə aşağıda adları göstərilən 25 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirilmiş və aşağıdakıları müəyyən edilmişdir.

1. Salyan rayon sakini ##.##.1974-cü il təvəllüdlü İddiaçı (FİN: *******) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol ayaq pəncəsində kor qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarından yaralandığını, kontuziya aldığını bildirmiş, bel ağrıları, şəkərli diabet xəstəliyindən şikayətlənmişdir. Müayinə zamanı sol pəncənin arxa səthində çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus norma daxilində, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Vətəndaş bildirdiyi şikayətlərə aid tibbi müayinə və müalicə sənədlərini təqdim etməmiş, təqdim olunan iki ədəd Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun sənədləri ##.##.2024cü ilə məxsus olmuşdur. Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun ##.##.2024-cü il tarixli 2019777296 AB****/**** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol aşıq-baldır və pəncənin iç, sağ dabanın tış, səthlərində çapıg toxumaları, hər iki diz oynağının II dərəcəli gonartrozu, hər iki ayağın darag-falanqa oynaqlarının II dərəcəli osteoartrozu, sağ pəncənin yumşaq toxumalarında metal gəlpə, sol aşıq-baldır oynağının yumşaq toxumalarının çox sayda metal gəlpələri, açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə) daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun ##.##.2024-cü il tarixli hər iki aşıq-baldır oynağının və hər iki pəncənin 2 proyeksiyada R-Qrammasının nəticəsi “Plantar calcaneal şpor-daban şporu aşkar edilir. Hər iki ayaq İ metatarzofalanqal oynaqda İ-II dərəcə osteoartroz təyin edilir. Sağ topuq arxa yumşaq toxumaları daxilində subsm-rik ölçülü ossifikatlar izlənir-post travmatik dəyişikliklər. Sağ pəncənin arxa yumşaq toxumaları daxilində 12 mm ölçülü 1 ədəd və sol aşıq-baldır oynağı səviyyəsində periartikulyar yumşaq toxumalar və pəncənin yumşaq toxumaları daxilində 5mm və daha kiçik ölçülü çox sayda metal yad çisim (qəlpə) aşkar edilir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...İddiaçı adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: İddiaçı “Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu”nda ##.##.2025-ci il tarixdə müayinə olunarkən ona “Odlu silahla yaralnmadan sonra sol aşıq-baldır və pəncənin iç, sağ dabanın tış səthlərində kobud çapıq toxumaları, hər iki diz oynağının II dərəcəli qonartrozu, açıcı kontrakturası, sağ topuğun və pəncənin yumşaq toxumalarında çox sayda və sol pəncənin arxa səthində yumşaq toxumalarda metal qəlpələri, sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturasının (açma 100 dərəcə, bükmə 90 dərəcə), bel lordozunun düzləşməsi, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” hər iki ayağın daraq falanqa oynaqlarının II dərəcəli osteoartrozu, L5 fəqərənin spondilsistezi, belə fəqərələrinin spondilyozu, osteoxondrozu, aşağı bel fazet oynaqlarının artrozu, daimi ağrı sindromu ilə hərəkət funksiyasının pozulması. (Y36.2, L91.0, M79,5, M24.5, M40,4, M43.1, M47.8, M42.9, M19.1, R52.1, R26.8) diaqnozu müəyyən edilmişdir. Onun əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “xxxx” PHŞ tərəfindən XBT10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, odlu silah yaralanmasından sonrakı sol pəncənin vəziyyəti, funksiyasının kəskin pozulması ilə; Ağırlaşmalar: M24.5 oynaqların konturakturası, sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma =100 dərəcə, bükmə=90 dərəcə), M79.5 yumşaq toxumalarda qalmış yad cisim, sağ pəncənin yumşaq toxumalarında yad cisimlər (metal qəlpə) və sol aşıq-baldır oynağının yumşaq toxumalarında çoxsaylı yad cisimlər (metal qəlpə) və sol aşıq-baldır oynağının yumşaq toxumalarında çoxsaylı yad cisimlər (metal qəlpə), M19.2-digər ikincili artroz, hər iki ayağın daraq-falanqa oynaqlarının II dərəcəli osteoartrozu, R26.8 hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin pozulması, axsama, M17.5 digər ikincili qonatrozlar, hər iki diz oynaqlarının ikincili qonartrozu II dərəcə, R26.0 ataktik yeriş, ataktik yeriş, R52.2 digər daimi ağrı, daimi ağrı sindromu, L91.0 hipertrofik çapıq, sol aşıq-baldır oynağı və sol pəncənin tış səthinin, sağ dabanının tış səthinin odlu silah yaralanmasından sonrakı kobud çapıq toxumaları, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşdırılması, əmək qabiliyyətinin azalması; Yanaşı xəstəliklər: E11.0insulindən asılı olmayan şəkərli diabet koma ilə, şəkərli diabet koma ilə, şəkərli diabet, II tip orta ağırlıqda, I20.8-stenokardiyanın digər formaları, ÜİX-yi, gərginlik stenokardiyası FS,I10essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi IIB” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələri əsasında təyin edilmişdir. Xəstəliklər xroniki halda olduqlarından daim idman reabilitasiyası həyata keçirilməsi olsa da tam sağalan deyildir, yalnız müvəqqəti irəliləyiş əladə oluna bilər.” “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...Bel fəqərələrinin iki proyeksiyada rentgenoqrammasında onurğa sütununun boylama oxu düzdür. Fizoloji lumbar lordoz qismən düzləşib. L fəqərənin minimal anterio spondilolistezi qeyd edilir. Fəqərə cismi hündürlükləri təbiidir. Fəqərə cismi künclərində osteofitik sivriləşmələr qeyd edilir: spondilyoz. L5-S1 səviyyəsində fəqərələrarası məsafə daralıb: osteoxondroz. Bu səviyyədə lateral nevral foramenlər daralıb. Aşağı lumbar faset oynaqlarında artroz əlamətləri mövcuddur. Bilateral sakroiliak məsafələr açıqdır. Hər iki pəncənin AP proyeksiyada R-Qramması. Bilateral olaraq: Ayaq darağı sümükləri və falanqalar normal konfiqurasiya, struktura və pozisiyadadır. Hər iki tərəfdə plantar calcaneal şpor-daban şporu aşkar edilir. Sağ topuğun və pəncənin yumşaq toxumaları daxilində subsmrik ölçülü çox sayda və sol pəncənin arxa səthində yumşaq toxumalar daxilində 13 mm ölçülü metal yad cisim (qəlpə) aşkar edilir. Hər iki diz oynağının iki proyeksiyada Rentgenoqramması: Hər iki diz oynağında: oynaq yarığı medialda daralıb. Tibia interkondulyar qabarlarında və oynaq kənarlarında sivriləşmələr təyin edilir: (Kellgren and Lawrence system) II dərəcə qonartroz. Bilateral olaraq patellofemoral oynaq əlaqəsi təbiidir. Müayinə sahəsinə daxil olan yumşaq toxumalara aid patoloji dəyişiklik qeyd olunmur.”

Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2024-cü il tarixli *******0005 nömrəli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İ Qarabağ müharibəsi zamanı 1992-1996-cı illər ərzində döyüş əməliyyatlarında iştirak etmişdir. İlk dəfə Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək sol ayağının pəncə hissəsindən qəlpə yaraları almışdır. Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı sağ ayağının daban hissəsindən qəlpə yarası almışdır. Aldığı yara çox ağır olmadığı üçün bildirilmişdir ki, əməliyyat üçün zərurət yoxdur. Bu səbəbdən sanitar hissədə ona tibbi yardım göstərilərək, ağrıkəsicilər vrulmuşdur. Sol ayağının pəncə hissəsindən aldığı qəlpə yaralarına görə təxminən 2-3 gün əvvəl aldığı xəsarətlərlə əlaqədar onu Bakı şəhərində hərbi qospitala gətirmişdirlər. Hal-hazıradək müayinənin nəticəsi olaraq, sol ayağının pəncə hissəsində 12 qəlpə hələ də qalmaqdadır. Həkimlərin bildirdiyinə görə əməliyyat edib qəlpələri çıxarmaq mümkün deyil, çünki həmin qəlpələrin onun sinirlərini zədələmədən çıxarılması mümkün deyil. Bu səbəbdən də 2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək ikinci dərəcəli müharibə əlili kimi pensiya almışdır. Lakin 2022-ci il tarixdə növbəti müayinədən keçdikdən sonra əlilliyi ləğv edilmişdir.

Cavabdehin etirazları:

Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xxxxnın ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Odlu silah yaralanmasından sonrakı sol pəcənin qüsurlu vəziyyəti, funksiyanın kəskin pozulması ilə. Hər iki diz oynaqlarının ikincili qonartrozu-II dər. Sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dər, bükmə 90 dər). Hər iki ayağın daraq-falanqa oynaqlarının II dərəcəli osteoartrozu. Sağ pəncənin yumşaq toxumalarının yad cisimləri (metal qəlpə) və sol aşıq-baldır oynağının yumşaq toxumalarının çoxsaylı yad cisimləri (metal-qəlpə). Hərəkətin və yerişin pozulması axsama. Ataktik yeriş. Daimi ağrı sindromu. Sol aşıq-baldır oynağı və sol pəncənin tış səthinin, sağ dabanın tış səthinin odlu silah yaralanmasından sonrakı kobud çapıq toxumları. Şəkərli diabet, II tip, orta ağırlıqda. ÜİX gərkinlik stenokardiyası İ FS. Hipertomiya xəstəliyi II mərhələ.., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddianın təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat:

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ##### 2026-cı il tarixli 2-1(3- 9)-193/2026-cı il tarixli qərardadı ilə iddiaçının “İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulması 35-60 faiz dərəcəsinə uyğun 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Xəstəliyini realizə edən işdə olan sənədlər ona əlillik təyinatına əsas verir.

Apellyasiya şikayətinə dair etiraz:

Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək, şikayətin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X6na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları

2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”

6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.

6.1.10. sinir və sümük-əzələ sisteminə aid olan R25-R29 simptomlar və nişanələr Qiymətləndirmə 6.1.10.1. başgicəllənmə, koordinasiyanın və tarazlığın, 35-60 1 il iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sübutlar əlilik təyinatına əsas vermir. İşin hallarından görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarı ilə iddiaçıda olan xəstəliyin “Sol ayaq pəncəsində kor qəlpə yarası” səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması.” müəyyən edilmişdir. Həmin diaqnoza görə iddiaçıya ##.##.2017-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ilkin əlillik təyin edilmişdir. “xxxx” X1 tərəfindən iddiaçıya yuxarıda qeyd edilmiş xəstəliklər üzrə ##.##.2024-cü il tarixli T********PKY nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərar ilə “Diaqnoz əlillik təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qərar sistemə ##.##.2024-cü il tarixdə daxil edilmiş və həmin tarixdə iddiaçıya SMS vasitəsi ilə məlumat verilmişdir. İddiaçı cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə razılaşmamış, əlilliyinin yenidən qiymətləndirilməsi üçün şikayət etmiş, onun şikayəti əsasında ##.##.2024-cü il tarixdə yenidən müayinə olunmuş və əvvəlki qərar qüvvədə saxlanılmış, bununla bağlı ## ######## 2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...İddiaçı adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: İddiaçı “Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu”nda ##.##.2025-ci il tarixdə müayinə olunarkən ona “Odlu silahla yaralnmadan sonra sol aşıq-baldır və pəncənin iç, sağ dabanın tış səthlərində kobud çapıq toxumaları, hər iki diz oynağının II dərəcəli qonartrozu, açıcı kontrakturası, sağ topuğun və pəncənin yumşaq toxumalarında çox sayda və sol pəncənin arxa səthində yumşaq toxumalarda metal qəlpələri, sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturasının (açma 100 dərəcə, bükmə 90 dərəcə), bel lordozunun düzləşməsi, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” hər iki ayağın daraq falanqa oynaqlarının II dərəcəli osteoartrozu, L5 fəqərənin spondilsistezi, belə fəqərələrinin spondilyozu, osteoxondrozu, aşağı bel fazet oynaqlarının artrozu, daimi ağrı sindromu ilə hərəkət funksiyasının pozulması. (Y36.2, L91.0, M79,5, M24.5, M40,4, M43.1, M47.8, M42.9, M19.1, R52.1, R26.8) diaqnozu müəyyən edilmişdir. Onun əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “xxxx” PHŞ tərəfindən XBT10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, odlu silah yaralanmasından sonrakı sol pəncənin vəziyyəti, funksiyasının kəskin pozulması ilə; Ağırlaşmalar: M24.5 oynaqların konturakturası, sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma =100 dərəcə, bükmə=90 dərəcə), M79.5 yumşaq toxumalarda qalmış yad cisim, sağ pəncənin yumşaq toxumalarında yad cisimlər (metal qəlpə) və sol aşıq-baldır oynağının yumşaq toxumalarında çoxsaylı yad cisimlər (metal qəlpə) və sol aşıq-baldır oynağının yumşaq toxumalarında çoxsaylı yad cisimlər (metal qəlpə), M19.2-digər ikincili artroz, hər iki ayağın daraq-falanqa oynaqlarının II dərəcəli osteoartrozu, R26.8 hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin pozulması, axsama, M17.5 digər ikincili qonatrozlar, hər iki diz oynaqlarının ikincili qonartrozu II dərəcə, R26.0 ataktik yeriş, ataktik yeriş, R52.2 digər daimi ağrı, daimi ağrı sindromu, L91.0 hipertrofik çapıq, sol aşıq-baldır oynağı və sol pəncənin tış səthinin, sağ dabanının tış səthinin odlu silah yaralanmasından sonrakı kobud çapıq toxumaları, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşdırılması, əmək qabiliyyətinin azalması; Yanaşı xəstəliklər: E11.0insulindən asılı olmayan şəkərli diabet koma ilə, şəkərli diabet koma ilə, şəkərli diabet, II tip orta ağırlıqda, I20.8-stenokardiyanın digər formaları, ÜİX-yi, gərginlik stenokardiyası FS,I10essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi IIB” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələri əsasında təyin edilmişdir. Xəstəliklər xroniki halda olduqlarından daim idman reabilitasiyası həyata keçirilməsi olsa da tam sağalan deyildir, yalnız müvəqqəti irəliləyiş əladə oluna bilər.” “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...Bel fəqərələrinin iki proyeksiyada rentgenoqrammasında onurğa sütununun boylama oxu düzdür. Fizoloji lumbar lordoz qismən düzləşib. L fəqərənin minimal anterio spondilolistezi qeyd edilir. Fəqərə cismi hündürlükləri təbiidir. Fəqərə cismi künclərində osteofitik sivriləşmələr qeyd edilir: spondilyoz. L5-S1 səviyyəsində fəqərələrarası məsafə daralıb: osteoxondroz. Bu səviyyədə lateral nevral foramenlər daralıb. Aşağı lumbar faset oynaqlarında artroz əlamətləri mövcuddur. Bilateral sakroiliak məsafələr açıqdır. Hər iki pəncənin AP proyeksiyada R-Qramması. Bilateral olaraq: Ayaq darağı sümükləri və falanqalar normal konfiqurasiya, struktura və pozisiyadadır. Hər iki tərəfdə plantar calcaneal şpor-daban şporu aşkar edilir. Sağ topuğun və pəncənin yumşaq toxumaları daxilində subsmrik ölçülü çox sayda və sol pəncənin arxa səthində yumşaq toxumalar daxilində 13 mm ölçülü metal yad cisim (qəlpə) aşkar edilir. Hər iki diz oynağının iki proyeksiyada Rentgenoqramması: Hər iki diz oynağında: oynaq yarığı medialda daralıb. Tibia interkondulyar qabarlarında və oynaq kənarlarında sivriləşmələr təyin edilir: (Kellgren and Lawrence system) II dərəcə qonartroz. Bilateral olaraq patellofemoral oynaq əlaqəsi təbiidir. Müayinə sahəsinə daxil olan yumşaq toxumalara aid patoloji dəyişiklik qeyd olunmur.” Kollegiya ilk növbədə iddianın mümkünlüyü məsələsinə münasibətdə bildirir ki, mübahisə predmeti olan ##.##.2024-cü il tarixli qərar barədə iddiaçıya məlumat verilsədə, o, həmin qərar ilə razılaşmamış, əlilliyinin yenidən qiymətləndirilməsi üçün şikayət etmiş, şikayəti əsasında ##.##.2024-cü il tarixdə yenidən müayinə olunmuş və əvvəlki qərar qüvvədə saxlanılmış, bununla bağlı ## ######## 2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. İPM-in 38.2 və 38.3-cü maddələrinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Bundan başqa, birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Yekun qərardan iddiaçı şikayət versədə, cavabdeh apellyasiya icraatı zamanı iddia müddəti məsələsini (buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardadı) mübahisələndirməmişdir. Qeyd edilən səbəblərdən hesab edilir ki, iddia mümkün iddiadır. Mübahisəyə münasibətdə bildirilir ki, iş materiallarında olan sübutlar (göndəriş, ekspert və mütəxəssis rəyləri və digər sənədlər) iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na “6. Sinir sistemi xəstəlikləri, Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması, 6.1.10. sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr - R25-R29, Qiymətləndirmə: 6.1.10.1. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları” orqanizmin funksiyalarının pozulması faizi - 35-60, orqanizmin funksiyalarının pozulması müddəti - 1 il müddətinə” uyğun əlillik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iş üzrə iddiaçının xəstəliyi ilə bağlı mütəxəssis rəyi Respublikada bu sahə üzrə ixtisaslaşmış tibb mərkəzi tərəfindən verilmişdir. İddiaçı sonuncu qərarı mübahisələndirdiyi üçün əlillik təyinatı həmin qərarın tarixindən, ##.##.2024-cü il tarixdən təyin edilməlidir. Əlilliyin səbəb əlaqəsinə münasibətdə isə bildirilir ki - Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarı ilə iddiaçıda olan xəstəliyin “Sol ayaq pəncəsində kor qəlpə yarası” səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması.” müəyyən edilmişdir. Həmin diaqnoz görə iddiaçıya ##.##.2017-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ilkin əlillik təyin edilmişdir. İddiaçıya hazırda əlillik təyin edilməsinə əsas olmuş xəstəliyin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarında qeyd edilmiş xəstəliklə əlaqəli olması açıq-aydın görünür. Həmçinin, qeyd ediləni ekspert və mütəxəssis rəyləri də təsdiq edir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləməmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *******0005 nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulması 35-60 faiz dərəcəsinə uyğun 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar