Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-194/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X5 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Iddiaçı, həmçinin digər iddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1 iştirakı ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, onlara dəymiş maddi ziyana görə - çəltikçilik üzrə itirilmiş orta məbləğ üzrə 10307 manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 2500 manat, vəkil xərci üçün 420 manat, poçt xidmətləri üçün ödənilmiş 242 manat və Bank Respublika ASC-ə AKIA kreditinə görə ödənilən kredit üçün 15 000 manat əsas məbləğ və ödənilmiş faiz məbləği üçün 2778 manat pulun cəmi; 31247 (otuz bir manar iki yüz qırx yeddi) manat; mənəvi zərərə görə isə 10 000 manat olmaqla cəmi 41 247 (qırx bir min iki yüz qırx yeddi) manat pulun tutularaq onlara ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən dəymiş maddi ziyana görə - çəltikçilik üzrə itirilmiş orta məbləğ üzrə 10307 manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 2500 manat, vəkil xərci üçün 420 manat, poçt xidmətləri üçün ödənilmiş 242 manat və Bank Respublika ASC-ə AKIA kreditinə görə ödənilən kredit üçün 15 000 manat əsas məbləğ və ödənilmiş faiz məbləği üçün 2778 pulun cəmi 31 247 (otuz bir min iki yüz qırx yeddi) manat; mənəvi zərərə görə isə 10 000 manat olmaqla cəmi 41 247 (qırx bir min iki yüz qırx yeddi) manat pulun tutularaq onlara ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının subyektiv hüququ müəyyən olunmadığı üçün iddiaçıya IPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım hazırkı iş üzə məqsədə müvafiq hesab olunmamışdır. Qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, birgə təsərrüfatı idarə etməklə, kənd təsərrüfatı məhsullarının əkini və satışı ilə məşğul olan fiziki şəxslər olaraq, fermer kimi rəsmi fəaliyyət göstərirlər. Buna dair adlarına fermer kartı olmaqla dövlət tərəfindən onlara müəyyən ödənişlər olmaqla həm çəltikçilik həmdə arıçılığa görə aqrar subsidiyalar almışdırlar. Fəaliyyət göstərdikləri müddətdə heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna baxmayaraq onunla eyni kənddə qonşuluqda yaşayan əvvəllər onunla şəxs münaqişə vəziyyətində olan bu münaqişəni sonu hüquq mühafizə orqanlarına qədər davam etmiş bir şəxs, X6 qərəzli və əsassız şər və böhtan xaraqterli şikayəti ilə heç bir sübut və dəlil olmadan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra ETSN) və Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinə müraciətlər etmişdir. ETSN-nin əməkdaşlarının araşdırılmasına əsasən Şöbə rəsinin ona ünvanladığı rəsmi məktubuna əsasən barəsində heç bir akt və inzibati protokol tərtib edilməmişdir. X1 Mühafizəsi üzrə müvəkkil edilmiş dövlət nəzarətini həyata keçirən və eyni məsələni araşdırmış dövlət qurumu onun barəsində heç bir araşdırmanın aparılmamasına dair rəsmi sənəd vermişdir. Lənkəran Ərazi Şöbəsinin qərəzli araşdırması nəticəsində barəsində ##.##.2022-ci il tarixli Inzibati xəta haqqında protokol tərtib edilməklə, onun əsasında ##.##.2022-ci il tarixində isə Inzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək barəsində həmin maddəsinin sanksiyasının yuxarı həddində 1000 (bir min) manat inzibati qaydada cərimə tətbiq edilmişdir. Guya onun tərəfindən Lənkəran rayonu Mamusta kəndi ərazisində ayrı-ayrı vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaqların üst münbit qatı qazılaraq yararsız hala salınmışdır. Lənkəran rayonu Mamusta Bələdiyyəsi və Rayon Icra Hakimiyyətinin Mamusta IƏD-nin nümayəndəsi C.Şahbazovun araşdırması əsasında ümumiyyətlə sözügedən ərazidə qazıntı faktının olmaması barədə rəsmi arayışlar təqdim edilmişdir. ##.##.2022-ci il tarixli Inzibati xəta haqqında qərardan Lənkəran Rayon Məhkəməsinə şikayət vermiş və inzibati xəta haqqında icraata xitam verilməklə cərimənin ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qərarına əsasən şikayəti təmin edilmiş və inzibati xəta haqqında qərar ləğv edilməklə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Şikayət məhkəmə qaydasında araşdırılmaqla bir daha sübut edilmişdir ki, belə bir fakt yoxdur. Məhkəmə qərarından apellyasiya şikayəti verilmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarını həmdə ƏMDX-nin Ərazi Şöbəsinin ##.##.2022-ci il tarixli qərarı ləğv edilməklə, inzibati xəta haqqında işin yenidən araşdırılması üçün ƏMDX-nin vəzifəli şəxslərinin üzərinə vəzifə qoyulmaqla Lənkəran Ərazi Şöbəsinə qaytarılmışdır. Yenidən tərəfindən Lənkəran Ərazi Şöbəsinin ##.##.2023-cü il tarixli inzibati tənbeh vermə barədə Qərardan Lənkəran Rayon Məhkəməsinə şikayət vermiş, ##.##.2023-cü il tarixli qərarla şikayəti qismən təmin edilmişdir. Qərardan apellyasiya şikayəti verilmiş Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş və Lənkəran Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. ##.##.2023-cü il tarixdə 1000 manat cərimə olunmuş və bununla balı Lənkəran Ərazi Şöbəsinin yuxarı inzibati orqanına müraciət etmiş və qərar tam ləğv edilməklə inzibati xəta üzrə icraata xitam verilmişdir. Cavabdeh inzibati orqanın vəzifəli şəxsləri bu müddət ərzində əsassız olaraq onların vaxtını almış və aidiyyəti orqanlara şikayət ərizələrinə və müraciətlərinə 25 00 manat maddi ziyan dəymişdir. Bu müddət kəsiyində əziyyətlə ərsəyə gətirdiyi təsərrüfatı ondan asılı olmayan səbəblərə görə nəzarətindən çıxmaqla həm də sözügedən qazıntının mübahisəli yeri əkin etdiyi çəltikçilik sahəsi olduğundan o ümumiyyətlə iki il müddətinə çəltik və digər əkinləri əkmək və əraziyə yaxın getmək imkanından məhrum olmuşdur. Təsərrüfatı isə yaşlı anası tək idarə edə bilməmişdir. Onun illərlə qurduğu təsərrüfatı kimlərinsə sifarişi və səriştəsizliyi nəticəsində 1000 manat inzibati cəriməyə görə 20 000 manatdan artıq ziyana düşmüşdür. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Lənkəran rayonu Mamusta kənd sakini X6 müraciəti əsasında Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu Mamusta kəndində ##.##.2022-ci il tarixində aparılmış araşdırma nəticəsində iddiaçı1 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst qatının qazılaraq daşınması faktı aşkar edilmiş və qeyd edilən fakt əsasında iddiaçı1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş, iddiaçı1 şikayəti əsasında müvafiq məhkəmə qərarları əsasında onun barəsində olan inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş, yekunda isə Xidmətin ##.##.2023-cü il tarixli, * nömrəli qərarı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin müdiri vəzifəsini icra edən X2 tərəfindən qəbul edilmiş # ####### 2023-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən Cavabdeh (bundan sonra mətndə ƏMDX) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.Əsasnamənin 2.0.10-cu bəndinə əsasən dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək Xidmətin fəaliyyət istiqamətlərinə; 3.0.55-ci bəndinə əsasən dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə, xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna edilməklə) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, torpaqların dövriyyəsi və münbitliyinin vəziyyəti barədə milli hesabatı hazırlamaq; 3.0.65-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək Xidmətin səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə IXM) 244.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə Xidmət tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilir. Göründüyü kimi, qanunvericiliklə torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, eyni zamanda torpaqların qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək Xidmətin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, daxil olmuş vətəndaş müraciəti əsasında Xidmətin Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Mamusta kəndi ərazisində xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində torpağın münbit qatının qazılaraq daşınması faktı öz təsdiqini tapdığından Inzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Hazırda iddiaçı iddiaçı1 müvafiq məhkəmə qərarlarına əsaslanaraq tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarların qanunsuz olaraq qəbul edildiyini, nəticədə Xidmətin Lənkəran ərazi şöbəsinin qanunazidd fəaliyyətinin onun kənd təsərrüfatı işləri ilə məşğul olmasına mane törətdiyini qeyd etmişdir. Bununla bağlı bildiririk ki, iddiaçı tərəfindən istinad olunan məhkəmə qərarlarında Xidmətin Lənkəran ərazi şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilmə səbəbi törədilmiş əməldə inzibati xəta hadisəsinin sübut olunmaması faktı ilə bağlı olmamış, inzibati xətanı törədən şəxsin kimliyinin düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Qeyd olunan işlər üzrə məhkəmə araşdırması dövründə inzibati xəta hadisəsinin törədilmə faktı öz təsdiqini tapmış, eyni zamanda Xidmətin ərazi şöbəsinin əməkdaşları tərəfindən torpaq sahəsindən qanuna zidd formada istifadə nəticəsində törədilmiş əməllərlə bağlı görülmüş tədbirlərin, qanunvericiliklə müəyyən edilmiş səlahiyyət həddini aşmaqla törədilməsi ilə bağlı hər hansı hal aşkar olunmamışdır. Bununla da, Xidmətin Lənkəran ərazi şöbəsi tərəfindən görülmüş tədbirlər Xidmətin əsasnaməsindən və qanunvericilikdən irəli gəlməklə, torpaq sahəsinin istifadəsi zamanı yol verilən qanun pozuntularının qarşısının alınması məqsədi daşımışdır. Bu səbəbdən iddiaçıların Xidmətin Lənkəran ərazi şöbəsi tərəfindən xidməti vəzifələrinin icrası ilə bağlı görülmüş tədbirlərin onların təsərrüfat fəaliyyətinə məhdudiyyət yaratması ilə bağlı qeyd olunanlar tamamilə əsassızdır. Digər tərəfdən hazırkı iddia ərizəsinin məzmununa diqqət yetirdikdə, iddia ərizəsində qeyd olunanlarla, iddiaçı1 barəsində inzibati tənbeh vermə haqqında inzibati qərardan verilmiş şikayətə məhkəmədə baxılması zamanı verdiyi izahat arasında ciddi ziddiyyətlərin olması müəyyən olunur. Belə ki, iddiaçı iddiaçı1 hazırda iddia ərizəsinin dördüncü səhifəsinin dördüncü abzasında torpaq sahəsinin qazıntı işlərinin aparıldığı hissəsində əkin işlərinin onun tərəfindən aparıldığını qeyd edir, halbuki inzibati xəta haqqında işə baxılması zamanı yazdığı şikayətlərdə və verdiyi izahatlarda həmin yerdən torpaq sahəsinin qazılıb daşınaraq anasının həyətinə tökülməsindən məlumatsız olduğunu bildirmişdir (Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarının üçüncü səhifəsinin yeddinci abzası). Göründüyü kimi, Xidmətin ərazi şöbəsinin əməkdaşlarının hərəkətləri torpaq qanunvericiliyinin tələblərinin pozulması faktı ilə əlaqədar görülmüş inzibati məsuliyyət tədbirlərini əhatə etməklə, bunun nəticəsində inzibati xəta hadisəsinin törədilməsi faktı öz təsdiqini tapmışdır. Bu baxımdan, iddiaçıların dövlət orqanın əməkdaşları tərəfindən qanunvericiliyin tələblərindən irəli gələrək görülmüş qeyd olunan tədbirlərin, onların kənd təsərrüfatı işləri ilə məşğul olmasına qərəzli olaraq məhdudiyyət yaratması məqsədi daşıması ilə bağlı qeyd olunan hallar özlərinin formal mülahizəsindən ibarət olmaqla, hazırkı etirazın yuxarıda qeyd olunan dəlillərinə əsasən təkzib olunduğundan əsassız hesab olunmalıdır. Bundan əlavə, iddiaçılar tərəfindən qeyd olunan hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin dördüncü hissəsinə əsəsən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qanunvericiliyin qeyd olunan normalarının tələblərindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Hazırkı iddiaçı ərizəsində əkinçilik fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi və qanunsuz qazıntı işlərinin aparıldığı Lənkəran rayonu, Mamusta kəndində yerləşən torpaq sahəsi üzərində hər hansı hüquqlara malik olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Xidmətin Lənkəran ərazi şöbəsi tərəfindən aparılan araşdırma zamanı müvafiq sorğular əsasında iddiaçının qeyd olunan torpaq sahəsi üzərində hər hansı hüquqlara malik olmadığı, həmin torpaq sahəsinin ayrı-ayrı şəxslərin xüsusi mülkiyyətində olması müəyyən olunmuşdur. Beləliklə, iddiaçılar qeyd olunan torpaq sahəsi ilə bağlı hər hansı subyektiv hüquqlara malik olmadıqları halda, həmin torpaq sahəsi üzərində hər hansı hüquqlarının pozulması ilə bağlı iddia qaldırması tamamilə əsassızdır. Apellyasiya şikayətinin dəlilləri: Qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Iş materiallarında olan: Şirvan Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qərarından müəyyən olunur ki, ƏMDX-nin Lənkəran ərazi Şöbəsinin ##.##.2022-ci il tarixli MN******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş ##.##.2022-ci il tarixli MN******* saylı qərara əsasən iddiaçı1 IXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan iddiaçı1 şikayət verərək ƏMDX-nin Lənkəran ərazi şöbəsinin ##.##.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, iddiaçı1 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan ƏMDX-nin Lənkəran ərazi şöbəsi apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, iddiaçı1 barəsində olan Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** nömrəli və ƏMDX-nin Lənkəran ərazi şöbəsinin ##.##.2022-ci il tarixli MN ******* saylı qərarıarının ləğv olunması, Inzibati xəta haqqında işin yenidən araşdırma aparılması üçün ƏMDX-nin Lənkəran ərazi şöbəsinə göndərilməsi qərara alımışdır. Şirvan Apellyasiya Məhkəmənin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Lənkəran rayonu Mamusta kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatının korlanması faktına görə Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən iddiaçı1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə ##.##.2022-ci il tarixli MN ******* nömrəli porotokol tərtib edilmişdir. ƏMDX-nin Lənkəran ərazi şöbəsi tərəfindən qəbul olunmuş ##.##.2022-ci il tarixli MN ******* nömrəli qərara əsasən iddiaçı1 Inzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə edilmişdir. iddiaçı1 Şikayəti əsasında Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən ƏMDX-nin Lənkəran Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş ##.##.2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. ƏMDX-nin Lənkəran ərazi şöbəsi tərəfindən məhkəmənin sözügedən qərarından şikayət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2023-cü il tarixli * nömrəli qərarı ilə iddiaçı1 apellyasiya şikayətinin təmin edilməsi, iddiaçı1 IXM-nin 244.2-ci madəsi üzrə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ƏMDXnin Lənkəran Ərazi Şöbəsinin müdiri vəzifəsini icra edən X2 tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinin müdiri X2 inzibati tənbeh vermə haqqında ##.##.2023-cü il tarixli MN******* №-li qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs iddiaçı1 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilməsi və iddiaçı1 tərəfindən verilmiş şikayətin qaytarılması qərara alınmışdır. ünvan 1 ünvanıda qeydiyyatda olan X3 tərəfindən ##.##.2025-ci il tarixdə notarial qaydada verilmiş ************* nömrəli ərizədə qeyd olunmuşdur ki, ona və ailə üzvlərinə məxusus JN**** nömrəli Dövlət aktında qeyd olunan pay bəlli torpaq sahəsini aralarında olan razılaşmaya əsasən Mamusta kənd sakini iddiaçı2 və oğlu iddiaçı1 ailə təsərrüfatlarında çəltik əkini və digər kənd təsərrüfatı fəaliyyəti məqsədləri üçün stifadəyə vermişdir. 2022-ci ilin sonundan başlayaraq Əmlak Məsələləri Dövlət Xidətinin Lənkəran Ərazi şöbəsi ilə iddiaçı1 arasında həmin torpaq sahəsinə görə məhkəmə çəkişmələrinə görə ailələrinə məxsus həmin payıbəlli torpaq sahəsi istifadəsiz qalaraq əkin işlərinin aparılması üçün yararsız vəziyyətə düşmüş, nəticədə ailələri də müəyyən gəlirlərdən məhrum olmuşdur. Xüsusilə qeyd edir ki, yuxarıda qeyd etdiyi ailələrinə məxsus payıbəlli torpaq sahəsində bu günə qədər heç vaxt və heç kəs tərəfindən heç bir qanuna zidd fəaliyyət və qanunsuz işlər görülməmişdir. Notarial qaydada təsdiq edilmiş bu müraciətinin Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(***)-****/**** nömrəli işin baxışı üçün təqdim edir və diqqətə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işdə iddiaçının subyektiv hüququ mövcud deyildir. ƏMDX-nin Lənkəran ərazi şöbəsi tərəfindən inzibati tənbeh tədbiri iddiaçı1 barəsində tətbiq olunmuş olsa da, inzibati xətanın tətbiq olunmasına əsas olmuş daşınmaz əmlak olan torpaq sahəsinin mülkiyyətçisi iddiaçı1 olmamış, onunla torpaq mülkiyyətçiləri arasında torpaq sahəsindən istifadəyə (icarəyə) dair müqavilə olmamışdır və eyni zamanda inzibati tənbeh tətbiq etmiş aidiyyəti dövlət orqanı tərəfindən sonuncunun təqsiri kifayət qədər mötəbər sübutlarla təsdiq edilmədiyi üçün inzibati tənbeh tətbiq etmiş orqan tərəfindən qərar ləvğ edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir və mövqeyini aşağıdakılarla əsaslandırır. “Torpağa mülkiyyət hüququna dair” aşağıdakı: JN **** nömrəli (KOD 80214018) dövlət aktının surətindən müəyyən olunur ki, Lənkəran rayon Mamusta kəndində yerləşən 0,22 ha torpaq sahəsi Lənkəran rayon Aqrar Islahat Komissiyasının qərarı ilə X3 və ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. JN-**** nömrəli (KOD 80214018) dövlət aktı ilə Lənkəran rayon Mamusta kəndində yerləşən 0,07 ha torpaq sahəsi Lənkəran rayon Aqrar Islahat Komissiyasının qərarı ilə X4 mülkiyyətinə ayrılmışdır. JN-**** nömrəli (KOD 80214018) dövlət aktı ilə Lənkəran rayon Mamusta kəndində yerləşən 0,07 ha torpaq sahəsi Lənkəran rayon Aqrar Islahat Komissiyasının qərarı ilə X9 mülkiyyətinə ayrılmışdır. JN-**** nömrəli (KOD 80214018) dövlət aktı ilə Lənkəran rayon Mamusta kəndində yerləşən 0,14 ha torpaq sahəsi Lənkəran rayon Aqrar Islahat Komissiyasının qərarı ilə X10 mülkiyyətinə ayrılmışdır. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Kollegiya diqqətə çatdırır ki, iddiaçıların sözgedən torpaq sahələrinin mülkiyyətçiləri ilə faktiki icarə münasibətlərində olması işin mübahisəsiz halıdır. Cavabdeh isə iddiaçıların məhz həmin torpaq sahələrindən istifadə zamanı Inzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmələrini əsas gətirib həmin maddə ilə cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Iddiaçı da məhz cavabdehin onun barəsində əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraat başlamasını, nəticədə maddi və mənəvi zərərə məruz qalmasına əsaslanıb hazırki iddia tələbini irəli sürmüşdür. Qeyd edilməlidir ki, əqdlərin etibarlılıq şərti kimi yazılı forma tələbinin əsas məqsədi tərəflərin iradəsinin dəqiq müəyyən olunmasına, tərəflərin üzərinə götürdükləri öhdəliklərin düşünülmüş şəkildə qəbul edilməsinə xidmət edir. Hazırkı halda da sırf yazılı formaya riayət edilməməsi səbəbindən faktiki yaranmış icarə münasibətinin nəzərə alınmaması yolverilməzdir. Göründüyü kimi, iddiaçı tərəfin subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməli, iddia üzrə digər mümkünlük şərtləri də ödənildiyi halda toplanmış sübutlar əsasında işə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-194/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-194/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver