Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-197/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixli ** nömrəli qərarda “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsinin “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (Xidmət Vəzifələrini) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən buraxılmış prosessual müddət bərpa edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hərbi qulluqçunun aldığı travmanın səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi üçün onun həmin vaxt “döyüş tapşırığını yerinə yetirməsinə” dair hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayış olmalıdır. Lakin iddiaçının xəstəlik tarixlərində belə bir arayış mövcud olmamış və o özü də belə bir arayışı təqdim etməmişdir. Hazırkı vəziyyətdə isə iddianın təmin edilməsi, yəni onun aldığı travmanın səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi üçün həqiqətən iddiaçının aldığı travmanı müvafiq döyüş tapşırığını yerinə yetirərkən, yaxud düşmənlə təmas xəttində hər hansı qarşıdurma zamanı, yaxud düşmən qüvvələrinin hər hansı təxribatının qarşısını alarkən alması sübuta yetirilməlidir. Lakin, qeyd edilən hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, iyul 1997-ci ildə Saatlı rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə əsgər hərbi rütbəsində xidmət keçmişdir. ## ######## 1998-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin 1997-ci il tarixli, ** nömrəli əmrinin “II” qrafasının “17b” maddəsinə əsasən Azərbaycan Respublikasının silahlı qüvvələrindən ehtiyata buraxılmış, ##.##.2008-ci il tarixdən müddətsiz olaraq II dərəcə əlilliyi “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” deyil, “hərbi xidmət dövrü ilə əlaqədar” müəyyən edilmişdir. Buna görə də ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün təyin edilməsindən DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina edilmişdir. Barəsində olan Cavabdeh * nömrəli, ## ###### 2024-cü il tarixli qərarında göstərilir: “Travmadır, Hərbi xidmət dövründə alınmışdır”. Onun almış olduğu xəsarət hərbi xidmət vəzifəni yerinə yetirməklə əlaqədar olmuşdur. Qeyd edilənləri nəzərə alaraq “Cavabdeh ##.##.2024-cü il tarixli, ** nömrəli qərarında hərbi xidmətlə səbəb əlaqəsinin “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” təyinatının “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (Xidməti Vəzifələrini) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaya qarşı etiraz mülahizələrində qeyd etmişdir ki, MN Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli * nömrəli qərarı ilə Saatlı RHK tərəfindən 1997-ci ildə hərbi xidmətə çağırılmış, İddiaçı 1997-ci ilin oktyabr ayında hərbi xidmət dövründə aldığı “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma” diaqnozu ilə olan travmanın və “Afoniya ilə müşayiət olunan ləng gedişli isterik nevroz” diaqnozu ilə olan xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi isə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında Əsasnamənin» 7.3. maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin şəhadətləndirmə dövründə İddiaçı “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma” diaqnozu ilə olan travmanı hansı şəraitdə almasına dair onun xidmət etdiyi N nömrəli hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim etməmişdir. Bununla əlaqədar N nömrəli hərbi hissənin “Tibbi yardım üçün ilkin müraciət edən xəstələrin ambulator uçot kitabı”nda və “zədələnmələrin və travmaların qeydiyyatı kitabı”nda əsgər İddiaçı 1997 ci ilin oktyabr ayınds hansı şəraitində xəsarət almasına dair sənəd və məlumatların qısa müddət ərzində MN MHHK-na göndərilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ##.##.2025-ci il tarixli ** nömrəli məktubla müraciət olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli *-**-**/*-**/**** nömrəli məktubunda N nömrəli hərbi hissəsinin sənədlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı və bu səbəbdən də İddiaçı xidməti və hansı şəraitdə xəsarət alması baradə araşdırmanın mümkün olmadığı bildirilmişdir. İddiaçı “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma” diaqnozu təyin edilmiş travmanın (xəsarətin) hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidmət Vəzifələri) X2” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2. bəndinin “ç” yarımbəndinin 4-cü abzasının tələblərinə ziddir. “Əsasnamə”nin 7.2 bəndinin “ç” yarımbəndinin 4-cü abzasında qeyd olunur ki, əgər xəsarət hərbi xidmət dövründə alınmışsa, lakin şəhadətləndirmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa həmin xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi “YARALANMADIR, TRAVMADIR, HƏRBI XIDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR” kimi təyin edilir. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndinə və 7.3-cü maddəsinə əsasən, İddiaçı təyin edilmiş “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi Travmadır, Hərbi Xidmət Dövründə Almışdır” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. İddiaçı təyin edilmiş xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidmət Vəzifələri) X2” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Prosessual məsələlər Iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1997-ci ildə xidmət etdiyi hərbi hissənin ərazisində yük maşınına yük yığarkən yıxılaraq xəsarət almış, bu halı şahid ifadələri də təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Cavabdeh ##.##.2024-cü il tarixli, ** nömrəli qərarının surətindən görünür ki, Saatlı RHK tərəfindən 1997-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən 1997-ci ilin oktyabr ayında aldığı və ##.##.2024-cü ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma ” hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və ##.##.1998-ci ildə MN Mərkəzi Hərbi Hospitalının terapiya profilli hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlikdiaqnoz: “Afoniya ilə müşayiət olunan ləng gedişli isterik nevroz” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin ##.##.2023-cü il tarixli *-**-**/*-*** nömrəli göndərişi, ##.##.2023-cü il tarixli *** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin ##.##.2024-cü il tarixli *** nömrəli aktı, keçmiş hərbi qulluqçuların şahid ifadələri, MN Mərkəzi Hərbi Hospitalından verilmiş ##.##.1998-ci il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Travmadır, Xəstəlikdir, Hərbi Xidmət Dövründə Almışdır”. kimi qeyd edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi” ##.##.2024-cü il tarixli, K/*** nömrəli (Canlı şəxs və iş sənədləri üzrə ekspertiza) aktın surətindən görünür ki, 1978-ci il təvəllüdlü İddiaçı MN MTE və PAM-da təkrar məhkəmə-tibbi müayinəsinə, barəsində SHXÇDX-dan təqdim edilmiş sənədlərdə, MN MTE və PAM-da tərtib edilmiş K/245-**** №-li aktda olan məlumatlara əsaslanaraq ekspert komissiyası aşağıdakı rəyə gəlir:- İddiaçı təkrar məhkəmə-tibbi müayinəsi zamanı (##.##.2023 və ##.##.2023) başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma və baş beynin KT müayinəsində hər iki beyin yarımkürəsində, əsasən alın- təpə payları səviyyəsində kortiko- subkortikal beyin toxumasında çox sayda fokal ocaqlı qlioz sahələri aşkar edildi. İddiaçı travma alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin sol ənsə nahiyəsində olan çapıq toxumanın saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıq toxuma 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaranın sağalmış izidir, müayinə olunanın dediyi şəraitdə və vaxtda, yəni 1997-ci ilin oktyabr ayında öz boyu hündürlüyündə olan məsafədən yastı səth üzrə arxası üstə yıxılması nəticəsində yetirilməsi mümkün ola bilər. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti ##.##.2008-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.1997 ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin ##.##.2024-cü il tarixli, *-**-**/Ə-****/** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.1998-ci il tarixdə keçmiş Saatlı rayon Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, ##.##.1998-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi hərbi-həkim komissiyası tərəfindən (Müdafiə Nazirliyinin 1997-ci il tarixli ** saylı əmrinə əsasən) 17b maddəsi ilə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı” hesab edilərək ##.##.1998-ci il tarixdə ehtiyata buraxılmışdır. -Cavabdeh məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, **/**** nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin “Tibbi yardım üçün ilkin müraciət edən xəstələrin ambulator uçot kitabı”nda və “zədələnmələrin və travmaların qeydiyyatı kitabı”nda əsgər İddiaçı 1997-ci ilin oktyabr ayında hansı şəraitdə xəsarət almasına dair sənəd və məlumatların qısa müddət ərzində MN MHHK-na göndərilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ##.##.2025-ci il tarixli ** nömrəli məktubla müraciət olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli *-**-**/*-**/**** nömrəli məktubunda N nömrəli hərbi hissəsinin sənədlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı və bu səbəbdən də İddiaçı xidməti və hansı şəraitdə xəsarət alması baradə araşdırmanın mümkün olmadığı bildirilmişdir. Göstərilən səbəblərə görə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı inzibati icraat üzrə əlavə araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi mümkün olmamışdır. Şərh olunan sübutların ümumi xülasəsindən müəyyən edilir ki, iddiaçı 1997-ci ildə həqiqi hərbi xidmətdə olarkən aldığı xəsarətə görə ehtiyata buraxılmış, eyni zamanda ona 2008-ci ildə “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bundan sonra MN HHK-nın mübahisələndirilən qərarı ilə iddiaçının xəsarətinin səbəb əlaqəsi “Travmadır, Xəstəlikdir, Hərbi Xidmət Dövründə Almışdır” kimi müəyyən edilmişdir. Iddiaçı qeyd olunan səbəb əlaqəsi ilə razılaşmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmiş, tələbinin qanuni əsası isə ondan ibarətdir ki, inzibati orqan tərəfindən onun aldığı xəsarətin səbəb əlaqəsi düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin: -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRI-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». c) bəndinə «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ-II qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; -əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; -tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; -əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) bəndinə «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; -əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. -7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. -45. HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi vətəndaşın yaralanma (travma, kontuziya, xəsarət) aldığı anda xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, digər qoşunlar və orqanların, təşkilatların, müəssisələrin rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti, habelə yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin icrası ilə əlaqədar olub-olmaması göstərilir). Göründüyü kimi Əsasnamədə xəsarətlərin və xəstəliklərin səbəb əlaqəsinin müəyyən edilməsi və dəyişdirilməsinin şərtləri və qaydaları müəyyən edilmiş, eyni zamanda xəsarətin alınma şəraiti haqqında müvafiq sənədlərin olmaması halında xəsarətin və xəstəliyin səbəb əlaqəsinin “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilməsi təsbit edilmişdir. Hazırki mübahisə üzrə iddiaçının hərbi xidmət zamanı xəsarət alması ilə bağlı yuxarıda qeyd edilmiş müvafiq sənədlər mövcud deyil. Odur ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əsasnamənin tələblərinə əsasən alınmış xəsarətin şahid ifadələri ilə müəyyən edilməsi yalnız şəxsdə döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda mümkündür. Bu baxımdan hazırki mübahisə üzrə iddiaçıda döyüş əməliyyatları dövründə alınmış aşkar bədən zədələnmələri olmadığından iddiaçı ilə eyni vaxtda, eyni hərbi hissədə xidmət etmiş hərbi qulluqçuların ifadələri HHK-nın mübahisələndirilən qərar üzrə qənaətinə təsir etməyəcək, eyni zamanda hazırki mübahisə üzrə iddiaçı üçün uğurlu nəticə əldə etmək üçün kifayət etməyəcək. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərarında iddiaçının tələb etmədiyi başqa (“Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”) səbəb əlaqəsi üzərindən araşdırma aparması müəyyən edilsə də, nəticə etibarilə məhkəmənin iddianı əsassız hesab etməsi ilə bağlı gəldiyi qənaət və istinad etdiyi maddi hüquq normaları onu deməyə əsas verir ki, səbəb əlaqəsinin növü ilə bağlı qərardakı ifadələr texniki qüsur kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Inzibati prosessual Məcəlləsinin: -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-197/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-197/2026
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver