Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-198/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, iddia müddəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “## #### 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinin ona münasibətdə ləğv edilməsi, təkrar sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının ##.##.2024-cü il tarixli TSŞQ-** nömrəli qərarında qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2021-ci 05 may tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsi”nin 3.1.10-cu və 3.1.12-ci yarımbəndlərini rəhbər tutaraq Təhsilverənlarin Sertifikatlaşdırılması Şurası qərara alır:
1. 2024-cü ilin # #### tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın test mərhələsinin nəticələri Elm və Təhsil Nazirliyinə təqdim olunsun (əlavə olunur). ...
3. Şuranın katibi (N.Hacıyeva) bu qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etsin.” Həmin qərara əlavə edilmiş ## #### 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin siyahısında 3267-ci sırada İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil nazirlinin “Təkrar sertifikatlaşdırmanın test mərhələsinin nəticələri barədə” ## #### 2024-cü il tarixli *-**/*-*-***F/**** nömrəli əmrində qeyd edilmişdir ki, “...Əmr edirəm: 1. # #### 2024-cü il tarixində təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (E.Bağırov) və Peşə Təhsili üzrə Dövlət Agentliyinə (C.Kərəmov) tapşırılsın: 2.1. Təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin əmək müqaviləsinin 2024cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. Əsas: Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının ##.##.2024-cü il tarixli TSŞQ-** nömrəli qərarı” Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli ** nömrəli əmrdən görünür ki, İddiaçı ilə bağlanmış *******000200 nömrəli əmək müqaviləsinə “ƏM-nin 70 “c” peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçının təkrar sertifikatlaşdırmadan keçirilməsi ilə bağlı müraciətinə ##.##.2024-cü il tarixdə müsbət cavab verilməmişdir. İddiaçının təkrar sertifikatlaşdırmadan keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə ünvanlandığı ##.##.2024-cü il tarixli ərizəsinə ##.##.2024-cü il tarixdə elektron qaydada məlumat verilmiş, ##.##.2024-cü il tarixdə isə poçt vasitəsi ilə həmin məlumat ona göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “## #### 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinin ona münasibətdə ləğv edilməsi, təkrar sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ######## 2006-cı il tarixli, ** nömrəli əmr ilə Astara rayon Miki kənd ümumi orta məktəbinə ibtidai sinif müəllimi təyin edilməklə işə qəbul olunmuş, ## #### 2024-cü il tarizə kimi həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 2023-cü il tarixdə keçirilən sertifikasiyada iştirak etsə də, imtahan keçirən orqan olan Lənkəran- Astara Regional Təhsil idarəsinin təşkil etdiyi kompüter vasitəsilə imtahan keçirilən zaman kompüterdə nasazlıq yarandığından bir neçə digər imtahan iştirakçısı kimi o, da imtahan suallarını kompüterdə qeyd edə bilməmiş və nəticədə imtahan kompüter nasazlığı səbəbindən yarımçıq dayandırılmışdır. Lakin nəticələr elan olunarkən qeyri-məqbul nəticə qeydə alınmış və texniki səbəblər nəzərə alınmamışdır. Lakin həmin vaxt istər məktəbin direktoru, istərsə də imtahanı təşkil edən Lənkəran-Astara Regional Təhsil idarəsi komputerlərdə yaranmış nasazlıq səbəbindən imtahanın yarımçıq dayandırılmasına heç bir münasibət bildirməmiş və nəticələr qeyri-məqbul olaraq qeydə alınmışdır. Həmin vaxt bu barədə həm diretkora, həm də imtahan təşkilatçısı olan Lənkəran-Astara Regional Təhsil idarəsinə etirazlarını bildirməklə imtahanın yenidən təşkil edilməsini və komputerlərdə yaranmış nasazlıqların aradan qaldırılmasını tələb etsələr də, növbəti ildə təkrar sertifıkasiyanın keçiriləcəyi bildirilməklə şanslarının olduğunu bildirməklə yenidən imtahanın təşkil edilməsi mümkün olmamışdır. ##.##.2024-cü il tarixdə keçirilən təkrar sertifikasiya zamanı isə səhhəti ilə əlaqədar olaraq imtahanda iştirak edən zaman ona köməkçi təyin edilməsini tələb etmiş, imtahan günü imtahan zalında olan zaman əllə hesablanan məsələlərin kağız daşıyıcıda həll edib cavablarını tapmaqdan ötrü qələmi əldə tutub hesablama işinin həyata keçirilməsi zərurəti yaranmış və həmin vaxt onun sağ əli əməliyyat olunduğundan əl barmaqları işləmədiyindən qələmi əlində tutub məsələləri həll edib cavab variantını komputerdə qeyd edə bilməmişdir. Həmin vaxt cavabdehlərə bu barədə dəfələrlə müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmiş və qanunvericiliklə ona köməkçi təyin edilməli olduğu halda qərəzli olaraq bunu etməmiş və nəticədə hesablanma aparılmasına ehtiyac olmayan suallar sol əlindən istifadə etməklə komputerin mışqası vasitəsilə elektron cavab kartında qeyd edilmiş, digər suallar isə hesablama aparılması zəruriliyindən və onun da sağ əməliyyat nəticəsində iflic olmaqla işləmədiyindən cavablandırmaq mümkün olmamışdır. Sağ əli ## ### 2024-cü il tarixdə şəxsi təsərrüfatında işləyərkən əlin içəri tərəfindən biləkdən sinirlərin və şah damarının kəsilməsi ilə nəticələnən xəsarət almış və Təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Orada əməliyyat olunmuş, damarlar tikilsə də, əl öz fəaliyyətini bərpa etməmiş və müalicəsi hazırda da davam edir. Bununla bağlı olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən ## #### 2024-cü il tarixli arayış da verilmiş və həmin arayış cavabdehlərə təqdim edilmişdir, lakin buna baxmayaraq, üzürlü səbəblər nəzərə alınmadan qərəzli olaraq onun sərbəst şəkildə imatahan verməsinə süni surətdə maneə yaratmaqla (köməkçi təyin etməməklə) imtahanda zəif nəticə göstərməyinə səbəb olmuşdurlar. Bundan sonra ## #### 2024-cü il tarixli ** saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad olunmağı barədə əmr imzalanmışdır.
Cavabdehin etirazları:
Etiraz onunla əsaslandırılmışdır ki, keçirilmiş imtahan zamanı kompüterlərdə hər hansı bir texniki nasazlıq qeydə alınmamışdır. Təkrar keçirilmiş imtahan zamanı da iddiaçının səhhətində yaranmış problem ilə bağlı hər hansı bir müraciəti olmamışdır. İddiaçı İPM-in 38-ci maddəsində nəzərədə tutulan iddia müddətini ötürmüşdür. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlər, o cümlədən iddiaçı sertifikatlaşdırmanın nəticələri barədə məlumatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq, “Şəxsi kabinet” vasitəsilə əldə etmişdir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.22ci bəndinə əsasən sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadı (hakim Pərvanə Qurbanova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, Elm və Təhsil Nazirliyinə etdiyi müraciət barədə ona məlumat verilməmişdir. Məhkəmənin hüquqi yardım məktubu ona məhkəmə aktı qəbul edildikdən sonra poçt vasitəsi ilə təqdim edilmişdir.
Apellyasiya şikayətinə etiraz:
Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etdi. Tətbiq edilən hüquq:
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası: ... 3.22. Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianın mümkün saymamış və hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İş materiallarında olan sənədlərə əsas müəyyən edildi ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının ##.##.2024-cü il tarixli TSŞQ-** nömrəli qərarı Elm və Təhsil Nazirliyinə təqdim olunmuşdur. Həmin qərara əlavə edilmiş ## #### 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin siyahısında 3267-ci sırada hazırki iddiaçı İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil nazirlinin “Təkrar sertifikatlaşdırmanın test mərhələsinin nəticələri barədə” ## #### 2024-cü il tarixli *-**/*-*-***F/**** nömrəli əmrindən görünür ki, # #### 2024-cü il tarixində təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin siyahısı” təsdiq edilmiş, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (E.Bağırov) və Peşə Təhsili üzrə Dövlət Agentliyinə (C.Kərəmov) tapşırılmışdır ki, təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin əmək müqaviləsinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin etsin. Həmin əmrin qəbul edilməsinə əsas Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının ##.##.2024-cü il tarixli TSŞQ-** nömrəli qərarı olmuşdur. İddiaçının təkrar sertifikatlaşdırmadan keçirilməsi ilə bağlı müraciətinə ##.##.2024-cü il tarixdə müsbət cavab verilməmişdir. İddiaçının təkrar sertifikatlaşdırmadan keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə ünvanlandığı ##.##.2024-cü il tarixli ərizəsinə ##.##.2024-cü il tarixdə elektron qaydada cavab verilmiş, ##.##.2024-cü il tarixdə isə poçt vasitəsi ilə həmin məlumat ona göndərilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı ## #### 2024-cü il tarixdə təkrar keçirilmiş ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinin rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının ##.##.2024-cü il tarixli TSŞQ-** nömrəli qərarının ona aid hissədə ləğv olunmasına nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 3.22-ci bəndinə əsasən sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. İddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının ##.##.2024-cü il tarixli TSŞQ-** nömrəli qərarından həmin vaxtdan (əslində qərar qəbul edilməmişdən öncə nəticədən məlumatlı idi) məumatlı olmuş, onun tərəfindən təkrar sertifikatlaşdırmadan keçirilməsi ilə bağlı müraciətinə ##.##.2024-cü il tarixdə müsbət cavab verilməmiş, təkrar sertifikatlaşdırmadan keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə ünvanlandığı ##.##.2024-cü il tarixli ərizəsinə ##.##.2024-cü il tarixdə elektron qaydada cavab verilmiş, ##.##.2024-cü il tarixdə isə poçt vasitəsi ilə həmin məlumat ona göndərilmişdir. İddiaçı isə mübahisələndirilən qərarın qəbul edilməsindən 10 aydan sonra, 2025-ci ilin aprel ayında məhkəmədə iddia qaldıraraq həmin qərarı mübahisələndirmişdir. Hətta, iddiaçının müraciəti ilə bağlı hərəkətsizlik göstərilsə idi, belə o, müraciətindən 1 ay müddətdən sonra məhkəmədə iddia qaldıra bilərdi. “İnzibati icaat haqqında” Qanunun 78.1 və 78.2-ci maddələrinə əsasən Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Əgər iddiaçıya müraciəti ilə bağlı cavab verilməsə idi, onun bu məsələ ilə bağlı mövqeyi ilə razılaşmaq o anlama gələrdi ki, əgər şəxsin şikayəti ilə bağlı ona hər hansı bir məlumat verilməyibsə, bu məsələ müddətə tabe deyil və istənilən vaxt məhkəmədə qərar mübahisələndirilə bilər. Bu isə qanuni deyil. İddiaçının hüquqi yardım məktunun ona təqdim edilməməsi ilə bağlı mövqeyinə münasibətdə isə bildirilir ki, o, mübahisələndirilən qərardad qəbul edilən məhkəmə iclasında iştirak etmiş, məhkəmə tərəfindən ona iddia müddəti ilə bağlı məsələ izah edilmiş, onun tərəfindən hər hansı bir üzürlü hal təqdim edilməmiş, apellyasiya icraatı zamanı da belə bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm qanunvericiliyin tələbinə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, mübahisələndirilən qərarla (inzibati aktla) bağlı iddiaçı tərəfindən şikayət vermə müddəti ötürüldüyündən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.