Məhkəmə qərarları › İş №2-1(3-9)-203/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-203/2026

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-203/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyana görə təzminat ödənilməsi və xidmət haqqının ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Cəlilabad ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Yardımlı rayon Sırıq kənd bələdiyyəsi və həmin torpağı istifadə edən şəxsin Yardımlı rayon X1 1998-ci il ## ### tarixli, */* nömrəli qərarı ilə verilmiş 2.54 ha torpaq sahəsinin 0.9483 ha hissəsinin 30 ilə yaxın qanunsuz olaraq başqa şəxslərə verilməsinə görə ona dəymiş maddi və mənəvi ziyana görə 25 min AZN təzminat ödənilməsinin və həmin torpaq sahəsinə görə xidmət haqqının ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının inzibati orqana müraciəti torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı olmuş, müvafiq kompensasiya ilə bağlı müraciətinin olmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə əsasən daşınmaz əmlak üzərində hüquqlarının tam qeydə alınmadığı müəyyən edilir. Belə ki, iddiaçı ilk öncə inzibati orqana müraciət edərək elektron çıxarışı və plan-ölçü sənədini əldə etməli, bu zaman daşınmaz əmlak üzərində ünvanın əvvəlki ünvan olması və ya yeni qaydalarla verilən ünvan olması halını və koordinatlarını dəqiqləşdirməli, uyğunsuzluqların olubolmaması müəyyən edilmə, eləcə də müvafiq mərzçəkmə işləri həyata keçirilərək torpaq sahəsi naturada tanıdılmalı və sənəd üzrə və fakttiki istifadə üzrə koordinatlar müəyyən edilməlidir. Inzibati orqan tərəfindən tələbi üzrə dürüstləşmə işləri aparılmayacağı, uyğunsuzluqlar aradan qaldırılmayacağı, torpaq sahəsi üzrə mərzçəkmə işləri aparılmayacağı və tələblərindən imtina veriləcəyi təqdirdə eyni tələblə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı rayon Aqrar Islahat Komissiyasının 1998-ci il ## ### tarixli, */* nömrəli qərarı ilə onlara 2.54 hektar torpaq sahəsi vermişdir. Bu torpaq sahəsi 4 cizgi planından ibarətdir. Onun 1 cizgi planı yəni 0.9483 hektar sahəsi Yardımlı rayon Bələdiyyəsi tərəfindən qanunsuz olaraq başqa şəxsə icarəyə verilmişdir. Cəlilabad * saylı Ərazi Idarəsi də həmin qeyri-qanuni müqavilə ilə icarəyə verilmiş torpaq sahəsini sənədləşdirmişdir. Həmin sahəyə çıxarış almaq üçün ## ######## 2022-ci il tarixdən ## #### 2025-ci il tarixədək 5 dəfə Cəlilabad * saylı Ərazi Idarəsinə müraciət olunsa da, imtina verilmişdir. Imtina məktublarında qeyd edilmişdir ki, torpağın elektron kadastr uçotu informasiya sisteminə əsasən mülkiyyətdə olan 0.9483 hektar torpaq sahəsi torpağın elektron kadastrın və uçotu informasiya sisteminə əsasən başqa vətəndaşın icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. 3 ilə yaxın bir müddətdən sonra həmin torpaq sahəsinə çıxarış ala bilmişdir. Həmin torpaq sahəsinin yerinin onlara göstərməsi ilə bağlı Cəlilabad * saylı Ərazi Idarəsinə müraciət etmiş, şifahi olaraq heç bir rəsmi mesaj və sənəd göndərmədən xidmət haqqı olaraq əvvəl 120 azn, sonra 500 azn, daha sonra 420 azn olmasını bildirmişlər. Bələdiyyənin qanunsuz sənədlərinə əsasən Cəlilabad * saylı Ərazi Idarəsinin həmin torpaq sahəsinə çıxarış verilməsi nəticəsində bu müddət ərzində ona maddi və mənəvi ziyan dəymişdir. Hər iki təşkilatın və torpaqdan istfadə edən vətəndaşın ona vurduğu maddi və mənəvi ziyana görə 25 min azn təminat ödənilməsinin və həmin torpağın xidmət haqqının nə qədər olmasından asılı olaraq onlar tərəfindən ödənilməsi barədə qərar çıxarmasını xahiş edir. Prosessual məsələlər Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Cəlilabad ərazi idarəsi əsl cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının müvafiq müraciətinə əsasən cavabdeh tərəfindən verilmiş ##.##.2022-ci il tarixli imtina aktında iddiaçının dövlət reyestrində qeydə alınmasının tələb etdiyi 0.9483 ha torpaq sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən çıxarışın verilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçıya həmin sahəyə dair ##.##.2025-ci il tarixli çıxarış təqdim edilmişdir. Həmçinin imtina aktının məzmundan, eyni zamanda cavabdeh qurumun rəhbərinin qəbulunun nəticələrinə dair məktubun məzmundan görünür ki, iddiaçı həmin orqandan kompensasiya tələb etməmiş, torpaq sahəsinin müvafiq reyestrdə qeydə alınmasından imtina ilə bağlı narazılığını bildirmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Işdə olan birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli məktubdan görünür ki, məhkəmə tərəfindən iddiaçıya qeyd olunanlarla bağlı hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Qeyd olunur ki, iddianın mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsidir. Hazırki iş üzrə iddiaçı qeyd olunan mümkünlük şərtlərinə əməl etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, əlavə olaraq qeyd edir ki, iddiaçı apellyasiya şikayətinə də hazırki tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı hər hansı sübut əlavə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar