Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-204/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X7 Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0002 saylı qərarın ləğv olunması və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixli H********CJD nömrəli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə İddiaçı XBT10 kodu F62.0-“fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə “əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1 bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, xəstədir, 26 yaşı var, ## ####### 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bürövlüyü uğurunda gedən döyüşlərdə xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədar N saylı hərbi hissədə müayinə olunmuş, hərbi hissədən Sərhəd Qoşunlarının BKH-ya təxliyyə olunmuş, orda yer olmadığı üçün Səhiyyə Nazirliyinin xxxxna köçürülmüşdür. ##.##.2020-ci il tarixdən-##.##.2020-ci il tarixə qədər “Posttravmatik stress reaksiyası (barotravma nəticəsində)” diaqnozu ilə müalicə olunmuşdur. Psixi statusumda dissossiativ reaksiya müşahidə edildiyi üçün, ##.##.2020-ci ildə Sərhəd Qoşunlarının Baş Kliniki Hospitalına göndərilmiş, ##.##.2020-ci il tarixindən-##.##.2020-ci il tarixə qədər orada stasionar müalicə kursu keçmiş, ##.##.2020-ci ildə Müdafiə Nazirliyinin MHP-də şəhadətləndirilərək “Xəstəliklər cədvəlinin” 17c maddəsinin II qrafasına əsasən “Sıradan kənar hərbi xidmətə yararlıdır” qərarı verilmiş, ##.##.2021-ci ildə hərbi xidmətdən təxris olunaraq ehtiyata buraxılmışdır. ##.##.2021-ci ildə xxxxndə müayinə olunmuş və ona “Posttravmatik stress pozuntusu. F43.1. Postkommosion sindrom. F07.2” diaqnozu təyin edilmişdir. Bundan əlavə olaraq ona “Dissosativ pozuntu” və “Uzunmüddətli posttravmatik stress pozuntusu” diaqnozları təyin edilmişdir. ## #### 2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının **** nömrəli qərarı ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qərarı verilib. Xəstəliklərimə görə miitəmadi müalicə kursu keçir ağır xəstədir. Özünü idarə edə bilmir, 2020-ci ildən Salyan rayonlararası Psixiatriya Xəstəxanasında və müxtəlif xəstəxanalarda qeydiyyatda və həmin tarixdən də xəstəlikləri ağırlaşmağa başlamışdır. Maddi vəziyyəti çox ağırdır, müalicə almağa maddi imkanı yoxdur. Tibb müəssisəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına H********CJD saylı göndəriş verilmişdir. Sözügedən göndərişə əsasən, ƏƏSMN-nin tabeliyində DTSE və RAnin həkimləri tərəfindən ## ### 2024-cü ildə ona imtina verilmişdir. Imtinaya əsas kimi “diaqnozun əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0002 saylı qərarın ləğv olunması və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixli H********CJD nömrəli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə İddiaçı XBT10 kodu F62.0-“fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə “əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1 bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmiş və Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən Salyan rayonlararası Psixiatriya Xəstəxanası üçüncü şəxs qismində cəlb edilməsinə dair məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Fəlakət (Vətən müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosativ əlamətlər funksional tutmalar nitq qüsuru ilə. Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu, Postkommosion sindrom. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Sabirabad rayon sakini ##.##.1998-ci il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom vegetativ damar distonivası. Saq gözün sadə miooik astiqmatizmi Em və M 1.0D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiva ilə 1.0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnin PHŞ ##.##.2021-ci il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu. Postkommosion sindrom” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2022-##.##.2022-ci il tarixli *****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu. Postkommosion sindrom.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnin PHŞ ##.##.2022-ci il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz Üzvi (müharibə zamanı Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, zəf görmədən şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, zahirən narahat, əhvalının dəyişkən olması, emosional labillik və astenik-qıcıqlı əlamətlər izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Uzadılmış posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş etmişdirlər. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi tam, hərtərəfli, obyektiv araşdırmamış, işə tətbiq etməli olduğu qanunvericilik aktlarını tətbiq etməmiş, işin hallarını düzgün tövsif etməmiş, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin hallarının tamaraşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıda hər hansı diaqnozun doğruluğunun müəyyən edilməsi faktı, qanunvericiliklə müəyyən edilmiş qaydada şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa hüquqi əsas yaratmır. Yəni, mahiyyət etibarilə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Məhkəmə isə öz əsaslandırmasında bu meyarların tələblərini kənara qoyaraq, yalnız diaqnoz faktına söykənmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, şəxsdə sözü gedən xəstəlik və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq, Psixiatriya Mərkəzinin heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə tərəfindən əsas götürülmüşdür. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək düzgün olmayan nəticəyə gəlmiş, xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bildiririk ki, bu patalogiyalar iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq, eyni klinik instrumental müayinə nəticələri əsasında Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi əlavə müayinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə, sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Vurğulamaq zəruridir ki, əgər aparılan müayinələr nəticəsində şəxsin orqanizminin funksiyalarının pozulma faizi *** saylı Qərarla müəyyən edilmiş minimumhəddən aşağıdırsa, Agentliyin əlillik təyin etməyə hüquqi əsası yoxdur. Bu prizmadan, iddiaçının pataloji vəziyyəti cari meyarlara cavab vermədiyi üçün imtina qərarı tamqanunidir. Diqqətinizə çatdırırıq ki, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmalında qeyd edilmişdir ki,məhkəmələr tərəfindən diqqət yetirilməli məqamşəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərar ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçı İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62ci maddəsinə əsaslanaraq cavabdehin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “Inzibati icraat haqqında” Qanun: Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0002 saylı qərarın ləğv olunması və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixli H********CJD nömrəli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə İddiaçı XBT10 kodu F62.0-“fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə “əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1 bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş müayinələr ilə öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının N nömrəli hərbi hissənin komandirinə ünvanladığı ##.##.2020-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən 16.11,2020-ci il tarixdə X5 Hərbi Poliklinikasına müraciət etmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər (ehtiyatdan hərbi toplanışa çağırılmış) İddiaçı (050-420-04-99) ##.##.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən “Sağalma ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş dissosiativ reaksiya” ekspert diaqnozu ilə şəhadətləndirilmiş və “Xəstəliklər cədvəli”nin 17 ”c” maddəsinin II qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1inin ##.##.2021ci il tarixli, **** nömrəli məktubdan görünür ki, Sabirabad RMX ##.##.2021-ci il tarixli göndərişinə əsasən ##.##.1998-ci il təvəllüdlü İddiaçı ##.##.2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad Ismayılov tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Posttravmatik stress pozuntusu F43.1, Postkommosion sindrom F07.2. Işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli, **** nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1998-ci il təvəllüdlü əsgər İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu.” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. “Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom vegetativ damar distonivası. Saq gözün sadə miooik astiqmatizmi Em və M 1.0D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiva ilə 1.0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla”. Işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1inin ##.##.2021ci il tarixli, **** nömrəli məktubdan görünür ki, ##.##.1998-ci il təvəllüdlü İddiaçı ##.##.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad Ismayılov tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (müharibə zamanı aldığı travma nəticəsində) dissosiativ pozuntu F06.5. Işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1inin ##.##.2024-cü il tarixli, **** nömrəli həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar, nitq qüsuru ilə F 62.0. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2024cü il tarixli, *HVJOCA**** nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. Işdə olan Azərbaycan Respublikası “xxxx” X1 Beyləqan rayon X3 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilkin olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının N********XTN nömrəli göndərişi və müraciəti əsasında ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən H********CJD nömrəli göndəriş rəsmiləşdirilmişdir. İddiaçı növbəlilik əsasında əyani müayinəsinin həyata keçirilməsi məqsədilə təqdim olunan telefon nömrəsinə dəfələrlə zəng edilsə də, vətəndaşla əlaqə saxlamaq mümkün olmamışdır. Bundan irəli gələrək, şəxsin əlillik vəziyyəti ##.##.2024-cü il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1inin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, ***** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olunmuşdur. Axırıncı dəfə ##.##.2024-##.##.2024-cü il tarixdə “Fəlakət (2-ci Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar, nitq qüsuru ilə” diaqnozu ilə stasionar müalicədə olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı II Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə iştirak edərək yaralanmış, bununla əlaqədar müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli **** nömrəli Qərarı ilə iddiaçı şəhadətləndirilmiş və ona qoyulan diaqnozun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilən N********XTN nömrəli göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmiş və cavabdehin ##.##.2023-cü il tarixli qərarı ilə “Üzvi mənşəli (##.##.2020-ci il müharibə zamanı aldığı travma nəticəsində) dissosativ pozuntu, uzunmüddətli posttravmatik stress pozuntusu” diaqnozu ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Sonuncu H********CJD nömrəli göndəriş əsasında iddiaçının vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək yenə də əlillik təyin edilməsindən imtina edilmişdir (Diaqnoz: Fəlakət (Vətən müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosativ əlamətlər, funksional tutmalar, nitq qüsuru ilə. Posttravmatik stress pozuntusu, postkommosin sindrom). Iddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1-ci bəndində göstərilən üzvi mənşəli şəxsiyyət pozuntusu (F62.0) mövcud olduqda əlilliyin qiymətləndirilməsi Əlavənin 7.7.1.1-ci bəndinə əsasən – “fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski” aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edillir ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən “Əsas diaqnoz - Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosativ əlamətlər, funksional tutmalar, nitq qüsuru ilə (F62.0), Ağırlaşmalar -Üzvi dissosiativ pozuntu, Üzvi (müharibə zamanı aldığı travma nəticəsində) dissosativ pozuntu (F06.5), Postkontuzion sindrom, Mülayim dərəcənin ifadə olunmuş poskommossion sindrom (F07.2), Posttravmatik stress pozuntusu (F43.1), Nitq artikulyasiyasının spesifik pozuntusu, nitq qüsuru (F80.0)” diaqnozu ##.##.2024-cü il tarixdə əlilliyin təyini ilə bağlı H********CJD №-li göndərişlə (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Iddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olubolmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə ##.##.2025-ci il tarixində birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1 tapşırılmışdır. Mərkəz tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar və anamnezində barotravma (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və halhazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamnestik məlumatlara görə ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində barotravma alması, huşsuz vəziyyətdə N nömrəli hərbi hissəyə aparılaraq orada ilkin yardım göstərildikdən sonra SQ BKH-na təxliyyə olunması, tərxis edildikdən sonra psixi vəziyyətində yaranmış pozuntularla əlaqədar ##.##.2023-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək onda “Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Vegetativ damar distoniyası. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1.0D nəticəsində görmə itiliyinin 0.9. azalması, korreksiya ilə 1.0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə Və s. yararlılıq haqqında “Xəstəliklər cədvəli”nin 145, 17b Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilməsi, təxris edildikdən onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görərək çox narahat halda oyandığını, vəziyyəti ilə əlaqədar dəfələrlə AR SNnın xxxxnda stasionar qaydada müalicələrdə olması, xxxxnin baş direktoru, prof. Fuad Ismayılovun iştirakı ilə ##.##.2024-cü il tarixdə hərbi həkim komissiyasından keçdiyi zaman onda 'Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar, nitq qüsuru ilə F 62.0” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, əsəbilik, daxili gərginlik, tez- tez baş ağırlarından əziyyət çəkdiyini, qıcıqlara dözümsüzlük, yuxusuzluq, yaddaşında zəiflik, beynində səslərin olması, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görməsinin hələdə davam etməsi, intihara cəhd etməsi, çox narahat və həyəcanlı halda oyanması, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsini bildirməsi, hazırki müayinə zamanı ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etdiyininə baxmayaraq əsəbilik, daxili gərginlik, tez-tez baş ağırlarından əziyyət çəkməsi, qıcıqlara dözümsüzlük, bəzi hallarda aqressivlik göstərməsi, yaddaşında zəiflik, tez-tez diksinərək yuxudan oyandığını, yuxuda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini gördüyünü, əhvalruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olmasını söyləməsi, sorğu-sual gedişatında verilən suallara ləng və əsəbi tərzdə cavablar verməsi, əhval- ruhiyyənin aşkar enməsinin diqqəti cəlb etməsi, tez astenizə olunması və s.) sübut edir. Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar və anamnezində barotravma (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Göründüyü kimi əlilliyin müəyyən edilməsindən ötrü iddiaçı İddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş sonuncu ##.##.2024-cü il tarixli, H********CJD saylı Forma 088 göndərişdə əks olan diaqnoz ilə ekspert rəyində və digər tibbi sənədlərdə olan əsas diaqnoz və ağırlaşmalar eynilik təşkil edir. Eyni zamanda işdə olan göndərişin “status localis”ində (həkimin obyektiv müşahidəsindən) də qeyd olunur ki, psixi kabinet üzrə dispanser müşahidəsinə götürülüb, aparılan müalicələrə baxmayaraq psixi durumu hələ də qeyri-qənaətbəxş qalmaqda sabitdir. Baş ağrıları, yuxusuzluq, səbirsizlikdən şikayətlənir. Verilən suallara əsəbi, qısa cavablar verir, nitqi qırıq-qırıqdır. Yaddaşı zəifləmişdir. Zahirən narahat və gərgindir. Qeyri-adekvat hərəkətlər edir. Bir yerdə qərar tutmur. Emosional ləbildir. Özündən teztez çıxır. Kənar qıcıqlaraqarşı həssasdır. Diqqəti dağınıqdır. Məhkəmə kolegiyası belə qənaətə gəlir ki yuxarıda qeyd edilən həkim müayinəsi nəticələri “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndində (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) əks olunan patofunksional dəyişiklərə uyğundur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndinə (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) uyğundur və həmin bəndə əsasən onun əlilliyi 35-60% dərəcə ilə iki il müddətinə müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, əlilliyin təyinat tarixini və mübahisələndirilən qərarın müəyyən edilməsindən ötrü Azərbaycan Respublikasının Ali Məhkəməsinin # ##### 2026-cı il tarixli, *-*-**/*-****/**** nömrəli icmal məktubunda əks olunan hüquqi dəyərləndirmənin nəzərə alınması zəruridir. Belə ki, həmin məktuba əsasən məhkəmə baxışının predmeti sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı olduqda əlillik də məhz həmin imtina qərarının verildiyi tarixdən təyin edilməlidir. Bəzi hallarda isə sonuncu imtina qərarından sonra iddiaçının təkrar əyani müayinəsi aparılır və yenidən imtina barədə nəticəyə gəlinməklə müvafiq qərar qəbul edilir. Belə hallar mövcud olduqda əlillik təkrar müayinə tarixindən və ya həmin müayinənin nəticəsinin rəsmiləşdirildiyi qərarın tarixindən müəyyən oluna bilməz, əlillik yenə də sonuncu göndəriş əsasında verilmiş sonuncu imtina qərarının tarixindən təyin edilməlidir. Hazırkı işin hallarından görünür ki, mübahisələndirilən qərar iddiaçı barədə sonuncu ##.##.2024-cü il tarixli, H********CJD saylı göndəriş əsasında qəbul edilən ##.##.2024-cü il tarixli, *******0002 saylı qərar olmuşdur. Odur ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu imtina qərarının verildiyi tarixdən (##.##.2024) əlillik təyin edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-204/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-204/2026
16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver